Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi



Yüklə 237,8 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix26.03.2018
ölçüsü237,8 Kb.
#33967
1   2   3   4   5   6   7   8   9

 

11 


- ağır və üzücü xəstəliklər, baş beynin və onurğa beynin 

travmatik zədələnməsi və xəstəlikləri, endokrin pozğunluqlar. 



Cinsi  əlaqədə ola bilmə qabiliyyətinin olmamasının 

funksional səbəblərinə bir qayda olaraq mərkəzi sinir 

sisteminin xəstəlikləri aiddir. 

Kişi cinsli şəxslərin cinsi əlaqədə ola bilmə qabiliyyəti, 

cinsiyyət orqanlarının normal anatomik quruluşundan, onların, 

o cümlədən  orqanizminin sağlamlıq vəziyyətindən (üzvi və ya 

funksional) çox asılıdır. 

Kişilərdə cinsi əlaqədə olma və mayalandırma qabiliyyətinin 

təyini bir çox çətinliklərlə bağlıdır və müayinə olunan şəxsin 

ixtisaslaşdırılmış müalicə müəssisəsinə yerləşdirilməsini tələb 

edir. Belə hallarda ekspertizalar daima komission qaydada 

uroloqun, endokrinoloqun, nevropatoloqun, bəzi hallarda isə 

psixiatrın iştirakı ilə aparılır. 

Qeyd olunan müayinələrin aparılması zamanı müayinə 

olunan  şəxsdən sorğu yolu ilə  aşağıdakı hallar 

aydınlaşdırılır: 

- anamnezində cinsiyyət orqanlarının funksiyasının 

pozulması ilə müşayiət olunan zöhrəvi, infeksion, endokrin 

xəstəliklər, mərkəzi sinir və periferik sinir sisteminin, cinsiyyət 

orqanlarının xəstəliklərinin, çanaq sümüklərinin və cinsiyyət 

orqanlarının travmasının olmasını. 



Alınmış  məlumatları  dəqiqləşdirmək məqsədilə,  şəxsin 

müalicə olunduğu və ya müalicədə olduğu səhiyyə 

müəssisələrindən aşağıdakı hallar barədə olan sənədlər 

ekspertizaya təqdim olunması üçün müstəntiq tərəfindən 

tələb edilir:  

- peşə  zərərlərinin və  zərərli adətlərin olması (radioaktiv 

şüalanma, qurğuşunla, civə ilə uzun müddətli kontakt, 

narkotiklərin, trankvlizatorların, hormonal preparatların, 

alkoqolun, siqaretin qəbulu və s.); 



 

12 


- cinsi inkişaf, nigaha qədər və nigah dövrlərində cinsi həyat 

barədə məlumatlar;   

- pollyusiyanın başlama vaxtı, onun tezliyi, onanizmlə 

məşğul olma (müddəti, fəallığı); 

- cinsi həyatın başlama vaxtı, cinsi əlaqədə olmanın 

müntəzəmliyi və tezliyi, seksualpatologiyanın olması (həkim 

məlumatlarına və müayinə olunanın fikrinə görə), nigahda cinsi 

həyatın xarakterli (nigahın sayı, uşaqların olması, cinsi həyat 

zəminində ailə mübahisələrinin olması və s.). 

Əgər sorğu zamanı müayinə olunan şəxs özünün 

impotensiyası barədə bildirirsə və müayinə zamanı bunu təsdiq 

edən obyektiv səbəblər aşkar olunmursa, bu zaman tibbi 

sənədlərlə (analizlərlə) yanaşı, həmçinin, onun həyat yoldaşının 

və  zərərçəkmişin dindirmə protokolları da öyrənilməli, zərurət 

yaranan hallarda isə müvafiq ixtisas həkimləri məsləhətə  cəlb 

olunmalıdır. 



Kişi cinsli şəxslərin cinsi əlaqədə olma qabiliyyətinin 

təyini ilə bağlı    məhkəmə-tibbi ekspertizanın gedişatında 

aşağıdakı halların müəyyən edilməsini müstəntiqin bilməsi 

məqsədəuyğundur: 

- ümumi fiziki inkişaf – bədən quruluşu, qidalanma (onun 

xüsusiyyətləri), oturaq və ayaqüstə boy, döş  qəfəsinin dairəsi, 

daimi və ağıl dişlərinin olması və sayı; 

- ikincili cinsi əlamətlərin biruzə olunması (sifətdə, 

qoltuqaltı nahiyədə və qasıq nahiyəsində tüklənmə dərəcəsi və 

xarakteri, qalxanvari qığırdağın forması, səsin tembri); 

- reflekslərin vəziyyəti (qarın, sağrı, anal); 

- xarici cinsiyyət orqanlarının inkişafı – gərginləşməmiş 

cinsiyyət üzvünün dairəsi və eni (ereksiya yarandığı zamanı 

gərginləşmiş cinsiyyət üzvünün ölçürləri);  

- mağaralı cismin vəziyyəti, pülüyün görünüşü, onun 

hərəkəti, yüyənin görünüşü;  

- sidikçıxarıcı kanalın xarici dəliyinin yerləşməsi və s.; 




 

13 


- xayalığın forması və görünüşü (qırışlılığı, piqmentasiyası), 

xayaların öz yerində olması, onların konsistensiyası (yumşaq, 

yumşaq-elastikli, elastiki), əllə müayinə zamanı ikinci-beşinci 

barmaqlar arasında səthinin xarakteri və s. 

Əgər cinsi əlaqədə olma qabiliyyətinin təyini ekspertizasının 

gedişatında, müayinə olunanın cinsi mənsubluğunun təyini ilə 

bağlı suallar yaranarsa, bu zaman müayinəyə  həkim-

seksopatoloqlar, lazım gələrsə digər ixtisas həkimləri cəlb 

olunur. 

Mayalandırma qabiliyyətinin məhkəmə-tibbi 

ekspertizasının təyininə aşağıdakı cinayət işlərinin istintaqı 

zamanı zərurətin olduğunu müstəntiqin bilməsi vacibdir: 

- zorlamada; 

- qadın cinsli şəxslərlə cinsi əlaqədə olma; 

- əxlaqsız hərəkətlərdə; 

- uşaqların saxlanması üçün aliment ödəməkdən yayınma 

hallarında; 

- nəslartırma qabiliyyətinin itirilməsi ilə müşayiət olunan 

xəsarətin yetiril-məsi zamanı, sağlamlığa zərərvurma 

dərəcəsinin təyini zamanı; 

- mübahisəli atalıqla bağlı mülki işlərə baxılanda. 

Belə hallarda ekspert müayinələri, mayalandırma 

qabiliyyətinin saxlanılması və pozulması barədə fikir yürütmək 

üçün obyektiv məlumatlar və  göstəricilər əldə etmək məqsədilə 

aparılır. Sorğu yolu ilə cinsi inkişaf, cinsi həyat,  əvvəllər 

keçirdiyi və hazırda da olan xəstəliklər, travma, mayalandırma 

qabiliyyətinə  mənfi təsir göstərən zərərli adətlər və peşə 

zərərləri barədə məlmatlar aydınlaşdırılır.  

Bunlara aşağıdakı xəstəliklər və patoloji hallar aiddir: 

- prostat vəzinin, toxum kisəsinin, xayaların, onların 

artımlarının və sidikçıxarıcı kanalın zöhrəvi və digər iltihabi 

xəstəlikləri; 




Yüklə 237,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə