Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi


 HAMİLƏLİYİN,  DOĞUŞUN  VƏ  ABORTUN



Yüklə 237,8 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix26.03.2018
ölçüsü237,8 Kb.
#33967
1   2   3   4   5   6   7   8   9

 

30 


5.  HAMİLƏLİYİN,  DOĞUŞUN  VƏ  ABORTUN  

MƏHKƏMƏ-TİBBİ  EKSPERTİZASI. 

 

Hamiləliyin, doğuşun və abortun məhkəmə-tibbi 

ekspertizası zorlama, uşaqöldürməyə 

şübhə, uşağın 

oğurlanması, dəyişdirilməsi və atılması, aliment iddiaları, 

mübahisəli atalıq, varislik işləri və digər hallarda təyin edilir. 

Uşaq öldürmə ilə bağlı  işlərdə qadının nə vaxt hamilə olması, 

hamiləliyin pozulması (abort), həmçinin doğuşun olması,  əgər 

olubsa nə vaxt olmasının aydınlaşdırılması çox vacibdir. Əgər, 

abort olmuşsa, abortun özbaşına və ya kriminal olması, 

hamiləliyin pozulması  məqsədilə hansı üsul və metodların 

tətbiq edilməsi və hamiləliyin pozulmasının hansı  nəticələrə 

gətirib çıxarması müəyyən edilir. Hamiləliyin ekspertizasında 

həmçinin keçmiş hamiləliklər, onların müddəti təyin edilir. 

Hamiləliyin olması  və müddətinin təyin edilməsi ilə bağlı 

məhkəmə-tibbi ekspert müayinələri mama-ginekoloqun iştirakı 

ilə komission qaydada aparılır. Hamiləliyin olması  və 

mayalanmanın ehtimal müddəti tibbi sənədlərin öyrənilməsi 

(əgər müayinə olunan, hamiləliklə bağlı  səhiyyə müəssisəsinə 

müraciət etmişsə), iş materiallarındakı və sorğu zamanı alınmış 

məlumatlara, həmçinin obyektiv müayinənin nəticələrinə əsasən 

müəyyən edilir. 



Müayinə olunandan sorğu yolu ilə  aşağıdakı hallar 

aydınlaşdırılır: 

- sonuncu və gözlənilən, lakin baş verməmiş 

menstruasiyanın ilk günü; 

- hamiləliyin erkən müddətində yaranan subyektiv 

əlamətlərin olması (iştahın pozulması, qusma, dad hissiyatının, 

qoxu bilmənin dəyişilməsi); 

- sinir sistemi tərəfindən funksional əlamətlərin olması 

(yuxululuq, qıcıq-lanma və s.). 



Obyektiv müayinə prosesində: 


 

31 


- bədənə, süd vəzilərinə, xarici cinsiyyət üzvlərinə baxış 

keçirilir, daxili cinsiyyət üzvləri müayinə edilir

- sifətdə, qarının ağ xətt nahiyəsinin dəri örtüyündə, gilə və 

giləətrafı dairədə piqmentasiyanın olması müəyyən edilir; 

-  süd vəzilərində ifrazatın olunması aydınlaşdırılır; 

- cinsiyyət orqanları nahiyəsində hamiləliyin obyektiv 

əlamətləri fiksə olunur (uşaqlıq yolu və  uşaqlıq boynunun 

selikli qişasının göyərməsi, uşaqlıq cisminin forma

konsistensiya və ölçülərinin dəyişməsi). 

Hamiləliyin təyini, onun müddətindən asılıdır. Müddət nə 

qədər azdırsa, hamiləliyin təyini bir o qədər çətindir.  

Hamiləliyin müddətinin təyini aşağıdakı kompleks 

əlamətlər əsasında təyin olunur:  

- sonuncu menstruasiyanın tarixi;  

- uşaqlığın böyüklüyü;  

- dölün hərəkəti və ürəkdöyünməsi;  

- palpasiya və ya rentgenoqrafiya zamanı dölün hissələrinin 

olmasının;  

- dölün yetkinliyinin, uzunluğunun və sairənin müəyyən 

edilməsi.  

Erkən müddətdə hamiləliyi, sidikdə xorin qonadotropini 

aşkar etməklə müəyyən edirlər. Hamiləlik barəsində daha dəqiq 

məlumatı vaginal-ultrasəs skanerləşdirmə metodu ilə almaq 

olar. Bu metodun vasitəsilə hamiləliyin üçüncü həftəsindən 

başlayaraq, uşaqlıqda döl yumurtasını aşkar etmək olar. 

Hamiləliyin gec əlamətlərinin müəyyən edilməsi, uşaqlıqda 

dölün olmasına, müvafiq səhiyyə  təşkilatlarında dölün 

hestositar yaşının təyini məqsədilə aparılan  əllə, instrumental, 

ultrasəs və digər müasir müayinə metodları ilə dölün ölçülərinin 

götürülməsinə əsaslanır. 

Hamiləliyin və onun müddətinin təyinində süd vəzisi  

ifrazatının morfoloji tərkibinin öyrənilməsi mühüm rol oynayır. 




 

32 


Bu ifrazat Birliyin məhkəmə-tibbi-biologiya  şöbəsində  tədqiq 

edilir. 


Normal hamiləliyin orta davam müddəti 280 gündən (40 

həftə), və ya 10 qəmər ayından ibarətdir. Son menstruasiya 

günündən hamiləliyin müddəti təyin olunan günə  qədər vaxtın 

hesablanması  əsasında, hamiləliyin müddəti haqqında fikir 

yürütmək olar. Bu məqsədlə  aşağıdakı hesablama 

variantlarından istifadə edilir: 

- menstruasiyaya görə: son menstruasiyanın ilk günündən 3 

təqvim ayı çıxıb, üzərinə 7 gün əlavə etmək; 

- ovulyasiyaya görə: gözlənilən, lakin baş verməyən 

menstruasiyanın ilk günündən 14-16 gün çıxıb, üzərinə 273-274 

gün əlavə etmək; 

- dölün tərpənməsinə görə: ilk tərpənmə tarixinə, ilk dəfə 

doğanlarda 5 qəmər ayı (140 gün), təkrar doğanlarda 5,5 qəmər 

ayı əlavə etmək. 

Hamiləliyin və mayalanmanın müddətini təyin etmək üçün 

bu məqsədlə buraxılan müxtəlif kalkulyatorlardan da istifadə 

etmək olar. 

Əgər, qadın doğmuşdursa və mayalanma müddətinin təyin 

edilməsi zərurəti yaranmışdırsa, bu zaman onun hesablanması 

hamiləliyin orta davam müddəti əsasında aparılır. 

Keçirilmiş doğuşların təyini mama-ginekoloji müayinələrin 

aparılmasını  tələb edir. Doğuşun səhiyyə müəssisələrində baş 

verdiyi hallarda, müvafiq tibbi sənədlər tədqiq olunur. 

Xəstəxanadan kənar doğuşlarda, keçirilmiş doğuş  və 

hamiləliyin müddəti doğan qadının sorğusu və müayinəsi 

əsasında təyin edilir. Doğuşdan sonrakı ilk günlərdə və həftədə 

cinsiyyət yollarının doğuş  zədələnmələrinə, cinsiyyət 

orqanlarının vəziyyətinə, onlardan axan ifrazata, süd vəzisi 

ifrazatının sitoloji müayinəsinə  əsasən,  faktı müəyyən etmək 

çətinlik törətmir. Keçmiş hamiləliyin və doğuşun gec 

müddətlərində, onun təyin əhəmiyyətli dərəcədə çətinlik törədir. 




Yüklə 237,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə