Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi



Yüklə 237,8 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix26.03.2018
ölçüsü237,8 Kb.
#33967
1   2   3   4   5   6   7   8   9

 

26 


- anal dəliyə  və düz bağırsağın selikli qişasının görünən 

hissəsinə baxılır; 

- sfinktorun tonusu və prostat vəzinin vəziyyəti müəyyən 

edilir. 


Düz bağırsağın müayinəsi, onun xarici və daxili 

sfinktorlarının vəziyyətinin müayinəsindən başlanılır. Düz 

bağırsağın müayinəsi sfinktorometriya instrumental metodunun 

köməyi ilə aparırlar, onun tətbiqi mümkün olmadıqda isə  əl 

üsulu ilə təyin edilir. 

 

Cədvəl 4. 

Sfinktorometriya  instrumental  metodu 

1. Kişilərdə düz bağırsağın tonusunun sfinktorometrik 

göstəriciləri (İ.Q.Blyumin  və  L.S.Qelfenbeynə görə) 

Düz bağırsağın sfinktorunun 

tonusu 

-24+\-1,3 mm civə süt  



«İradi» yığılmalar -12+\-1,2 

mm 


c.süt. 

Qapayıcı sfinktorun 

maksimal gücü (sfinktorun 

tonusu ilə «iradi» yığılmaların 

cəmi) 

-36+\-1,2 mm c.süt. 



2.Passiv partnyor qismində sistematik uşaqbazlıqla məşğul 

olan şəxslər üçün xarakterik olan sfinktor tonusunun funksional 

ölçülərinin orta göstəriciləri. 

Düz bağırsağın sfinktorunun 

tonusu 

-13+\-2,3 mm c. süt. 



«İradi» yığılmalar 

-18+\-1,9 mm c. süt. 

Qapayıcı sfinktorun 

maksimal gücü (sfinktorun 

tonusu ilə «iradi» yığılmaların 

cəmi) 


-28+\-2,6 mm c. süt. 

 



 

27 


Düz bağırsağın vəziyyətini müayinə edən zaman onun 

rəngini qeyd edirlər (solğun, çəhrayımtıl, qırmızımtıl, qırmızı, 

tünd-qırmızı, qonur-göyümtül). Arxa keçəcək dəliyi vasitəsilə 

cinsi əlaqənin xarakterik əlaməti düz bağırsağın selikli qişasının 

qıcıqlanmasıdır. Bunun intensivliyi isə  əlaqənin tezliyindən və 

mütəmadiliyindən, həmçinin passiv uşaqbazlıqla bağlı (selikli 

qişanın zədələnməsi, infeksiyanın keçməsi və s.) digər bir sıra 

səbəblərdən asılıdır. 

Zərərçəkmişdə (passiv partnyorda) düz bağırsağın selikli 

qişasının qıcıqlanması ilə yanaşı qançır, çat, sıyrıq və yara 

formasında təzə  zədələr də müşahidə oluna bilər. Belə 

zədələnmələr olduqda onların xarakteri, forması  və 

lokalizasiyası qeyd olunur. 

Selikli qişanın büküşlərinin zirvəsində yerləşən sıyrıqlar ucu 

tinli olan bərk əşyanın təsirindən törənməsi üçün xarakterikdir. 

Belə  əşya düz bağırsağa yeridildikdə sanki onun selikli 

qişasının büküşlərini qaşıyır: cinsiyyət üzvü selikli qişada belə 

zədələr  əmələ  gətirmir. Bəzi hallarda, xüsusən uşaqbazlıq aktı 

yerinə yetirilmiş  uşaqlarda, büküşlərin zirvəsində  və onlar 

arasındakı sahədə oval formalı sıyrıqlar müşahidə olunur. 

Düz bağırsağın selikli qişasında kənarları daxilə qatlanmış, 

bir tərəfi düz bağırsağa münasibətdə köndələn, digər tərəfi isə 

boylama istiqamətli olan düz bucaq formalı cırılmalara da rast 

gəlmək olar. Belə zədələnmələr sürtülməni azaldan maddələrlə 

(vazelin və s.) əvvəlcədən yağlanmış cinsiyyət üzvünün zorla 

düz bağırsağa yeridilməsindən yaranmağa xarakterdir. 

Tək-tək hallarda olmuş uşaqbazlıq aktları, bir qayda olaraq, 

arxa keçəcək nahiyəsində  və düz bağırsaqda davamlı 

dəyişikliklər saxlamır (sağaldıqdan sonra çapıq  əmələ  gətirən 

dərin, böyük zədələnmələr istisna olmaqla). Bu zaman yaranan 

arxa keçəcək dəliyi nahiyəsində, dəri örtüyündə  və düz 

bağırsağın selikli qişasında səthi zədələnmələr adətən izsiz itir. 




 

28 


Əgər düz bağırsağın vizual olaraq təyin olunmayan 

hissəsində  zədə olmasına  şübhə yaranarsa, onda müayinə 

rektoskopik müayinəni bilən həkim-mütəxəssis tərəfindən 

apaılmalıdır.  

Təzə 

uşaqbazlıq hallarında, zərərçəkmişin (passiv 



partnyorun) arxa keçəcək dəliyi və aralıq nahiyəsində aktiv 

partnyorun qasıq tükləri və qurumuş sperma izləri ola bilər 

(onlar götürülür və məhkəmə-biologiya şöbəsinə göndərilir). 

Zərərçəkmişə (passiv partnyora) baxış  və müayinə 

zamanı aşağıdakı hallar təyin olunur: 

- bədəndə hər hansı bir zədənin olması (sağrı nahiyələrində 

barmaqların təzyiqindən yaranan qançırlar və s.); 

- sağrılararası yarığın vəziyyəti (dərin, səthi); 

-  şüavari büküşlərin vəziyyəti (yaxşı büruzə olunan, yaxşı 

büruzə olunmayan, hamarlaşmış, yumşaq, kobud), onların 

rəngi; 

- arxa keçəcək dəliyi nahiyəsində və düz bağırsaqda zədənin 



olub-olmaması (sıyrıqlar, qançırlar, selikli qişanın cırılmaları və 

s.), onların lokalizasiyası; 

- çapıqların olması və onların xarakteri (xətti, qeyri-düzgün 

oval formalı, dartılmış, dartılmamış, bərk, yumşaq və s.) və 

lokalizasiyası (baxış zamanı müayinə olunanın vəziyyətini 

nəzərə alaraq saat siferblatı üzrə); 

- arxa keçəcək dəliyi nahiyəsinin vəziyyəti (azca çökəkli, 

enli və ya dartılmış  qıf  şəkilli, aralanmış, az aralanmış, 

əhəmiyyətli aralanmış). 

Zərərçəkmişin və ya passiv partnyorun geyim əşyasında 

sperma, nəcis izləri qala bilər.  Əgər izlərin uşaqbazlıq aktı 

zamanı yaranmasına 

əsas varsa, spermanın qrup 

mənsubluğunun və sperma ləkələrində  nəcis hissəciklərinin 

aşkar olunması  məqsədilə, geyim əşyalarının məhkəmə-bioloji 

tədqiqatı aparılır. 




 

29 


Yetkinlik yaşına çatmayan şəxslərə qarşı  əxlaqsız 

hərəkətlərlə bağlı müayinələr zamanı cinsiyyət orqanları  və 

arxa keçəcək dəliyi nahiyəsində  zədələrin və  dəyişikliklərin 

olmasına fikir verilir. 



 


Yüklə 237,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə