Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi



Yüklə 237,8 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix26.03.2018
ölçüsü237,8 Kb.
#33967
1   2   3   4   5   6   7   8   9

 

14 


- yoluxucu xəstəliklər – parotit, malyariya, vərəm, 

bruselyoz, yatalaq və sairə; 

- mərkəzi və periferik sinir sisteminin xəstəlikləri, 

travmaları, endokrin xəstəliklər, cinsiyyət orqanlarının 

funksiyasının pozulması ilə müşayiət olunan cinsiyyət 

orqanlarının və çanaq sümüklərinin travmaları; 

- narkotiklərin və onların surroqatlarının, trankvlizatorların, 

hormonal preparatların alkoqolun, siqaretin, radiasiya 

şüalanmasının çox qəbulu, qurğuşunla, civə ilə, arsenlə, zəhərli 

kimyəvi birləşmələrlə zəhərlənmə və sairə.  



Cinsiyyət orqanlarının vəziyyətinin qiymətləndirilməsi 

zamanı aşağıdakı hallar nəzərə alınır: 

- keçirilmiş iltihabi və  ya  travma  nəticəsində yaranan 

ikitərəfli xaya və xaya artımlarının zədələnməsi (bərkimə  və 

qabarıqlarının olması), toxumçıxarıcı yolların keçməməzliyi və 

ya spermatogenezin pozulması  nəticəsində mayalandırma 

qabiliyyətinin itirilməsinin obyektiv əlaməti hesab edilir

- yalnız bir xayanın epi və ya hipostadiyası mayalandırma 

qabiliyyətinin olmamasının şərtsiz əlaməti hesab olunmur; 

- prostat vəzi və toxum kisəsi nahiyəsində çapıq 

dəyişiklikləri, mayalan-dırma qabiliyyətinin itirilməsinin tez-tez 

rast gəlinən səbəbidir. 

Toxum mayesinin (eyakulyatın) müayinəsi – 

mayalandırma qabiliyyətinin təyininin əsas metodudur. 

Normada eyakulyatın həcmi 2-5 ml-dir. Eyakulyatın 

həcminin azalması prostat vəzinin, xaya artımlarının və ya 

toxum kisəsinin funksional pozulma-sını göstərir. Eyakulyatın 

artıq miqdarı isə (7-8 ml-dən çox) adətən sperma-tozoidlərin 

konsentrasiyasının azalması ilə müşayiət olunur. 

Eyakulyatın alınması  və onun Birliyin məhkəmə-biologiya 

şöbəsinə çatdırılması zamanı, spermanın biokimyəvi 

xüsusiyyətlərinə  və spermatozoidlərin hərəkətliliyinə  mənfi 

təsir göstərə biləcək hallardan, havanın temperatur 




 

15 


dəyişkənliyindən və mexaniki təsirlərdən qorumaq zəruridir. 

Belə  təsirləri istisna etmək üçün eyakulyat yalnız bədən 

temperaturuna qədər qızdırılmış  təmiz və quru şüşə qablara 

yığılır. Analiz üçün bütün eyakulyat götürülür. Eyakulyat 



alındığı vaxtdan üç saatdan gec olmayaraq, müayinə 

olunmalıdır. 

Müayinə olunan şəxsin mayalandırma qabiliyyəti barədə 

nəticə sorğu zamanı, obyektiv müayinə  və toxum mayesinin 

müayinəsi zamanı alınmış bütün məlumatların toplusuna 

əsaslanır. 

Bir çox tibb alimlərinin fikrincə kişilərin mayalandırma 

qabiliyyətinin olmaması aşağıdakı hallardan asılıdır: 

-

 



toxum mayesinin olmaması (aspermatizm); 

-

 



hərəkətsiz spermatozoidlərin olması 

(nekrospermiya); 

-

 

xəstəlikdən dəyişmiş spermatozoidlərin olması 



(astenospermiya); 

-

 



az miqdarda normal spermatozoidlərin olması 

(oliqospermiya). 

 



 

16 


4.  CİNSİ  TOXUNULMAZLIĞIN  TƏYİNİNİN  

MƏHKƏMƏ-TİBBİ  EKSPERTİZASI. 

 

Cinsi toxunulmazlıq dedikdə, cinsi həyatın olmaması başa 

düşülür. Kişi və qadınların cinsi toxunulmazlığının təyininin öz 

xüsusiyyətləri vardır. 

Qadınlarda cinsi toxunulmazlığın  əsas  əlaməti qızlıq 

pərdəsinin tamlığıdır.  İlk cinsi əlaqə zamanı, adətən, onun 

tamlığı pozulur (deflorasiya) və bu cırılmalarla özünü büruzə 

verir. Bəzi hallarda qızlıq pərdəsində olan təbii oymalar, səhvən 

cırılma kimi qiymətləndirilə bilər. Qızlıq pərdəsinin tamlığı 

bəzən cinsi əlaqə ilə bağlı pozulmur. Əxlaqsız hərəkətlər 

zamanı, barmaq, tibbi alətlər, digər əşyaların təsirindən və sair 

hallarda da qızlıq pərdəsinin tamlığında pozulma ola bilər. Bəzi 

qızlıq pərdələrinin anatomik xüsusiyyətləri, onların tamlığını 

pozmadan da cinsi əlaqədə olmağa imkan verir.  

Qızlığın və cinsi əlaqənin əlamətlərinin təyini bir çox cinsi 

cinayətlər,  əxlaqsız hərəkətlər, zorlamaya cəhd, azyaşlılarla 

cinsi əlaqə və digər hallarda təyin edilə bilər.  

Qadınlarda keçmiş cinsi əlaqənin əlamətlərinə aşağıdakı 

hallar aiddir: 

- qızlıq pərdəsinin cırılmaları qanayır, qan laxtaları ilə 

örtülür, cırılma nahiyəsində selikli qişa qızartılı,  şişkin olur 

(cinsi aktdan sonrakı ilk 2-3 gündə), həftənin sonlarına iltihabi 

əlamətlər azalır, 10-15 gündə  qızlıq pərdəsinin cırılmaları 

adətən çapıqlaşır (bundan sonra tamlığın pozulma müddətini 

dəqiq təyin etmək mümkün olmur); 

- uşaqlıqda spermanın aşkar olunması (spermatozoidlər 

uşaqlıqda cinsi aktdan sonra 3-5 gün müddətində qalır). Sperma 

mütləq götürülməli və onun qrup xüsusiyyətlərini təyin etmək 

üçün müayinəyə göndərilməlidir; 

- hamiləlik; 

- zöhrəvi xəstəliklə yoluxma. 



 

17 


Məhkəmə-tibbi mama-ginekoloji müayinələri yalnız 

müvafiq xüsusi hazırlığı olan, məhkəmə-tibb ekspertləri apara 

bilər.  Əgər, müayinənin aparılması üçün digər xüsusi tibbi 

biliklər tələb olunarsa, onda müayinə  zəruri mütəxəssislərin 

iştirakı ilə komission qaydada aparılır.  

Ekspertiza aparılmazdan  əvvəl, onu təyin edən  şəxs 

müayinədə iştirak etmirsə, ekspert, təqdim olunmuş pasport və 

ya digər  şəkili olan sənədə  əsasən zərərçəkmişin  şəxsiyyətini 

təyin etməlidir. 

Məhkəmə-tibbi mama-ginekoloji ekspertiza zamanı  əsas 

obyekt qızlıq pərdəsidir. Cinsi toxunulmazlığın pozulması 

(qızlıq pərdəsinin zədələnməsi və ya zədələnməməsi ilə) cinsi 

akt və ya əxlaqsız hərəkətlər nəticəsində baş verə bilər. 

Əvvəllər cinsi əlaqədə olmamış  zərərçəkmişin qızlıq 

pərdəsinin tamlığı pozulduğu zaman, ekspert aşağıda 

göstərilənləri əks etdirməyə borcludur: 

- qızlıq pərdəsini təsvir etmək; 

- zərərçəkmişdə olan xəsarətlərin xarakterini, yetirilmə 

mexanizmini (gərginləşmiş cinsiyyət üzvü ilə, barmaqla, bərk 

və ya deşici-kəsici əşya ilə və s.) təyin etmək

-bu xəsarətlərin ehtimal yaranma müddətini göstərmək. 



Bundan başqa, qızlıq pərdəsində olan xəsarətin sayı, 

dəqiq lokalizasiyası, forma və morfoloji əlamətləri mütləq 

təyin edilməlidir: 

- kənarlarının xarakteri (qanayan, çapıqlaşan, çapıqlaşmış); 

- kənarlarının dərinliyi (cırılma, qızlıq pərdəsinin 

hündürlüyünün yarısına çatır və ya əsasına qədərdir və s.); 

- səthinin rəngi və kənarlarının bərkliyi; 

- qızlıq pərdəsi nahiyəsində qansızmanın olması. 

Qızlıq pərdəsinin zədələnməsinin sağalma müddəti, onun 

anatomik quruluşundan, zədənin ölçüsündən, bu prosesi artıran 

digər faktorlardan (təkrar travmatizasiyası, infeksiyanın 

qoşulması və s.) asılıdır. 




Yüklə 237,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə