Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi



Yüklə 237,8 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix26.03.2018
ölçüsü237,8 Kb.
#33967
1   2   3   4   5   6   7   8   9

 

22 


məhkəmə-tibbi ekspertiza zamanı, ekspertin vəzifəsi, keçmiş 

cinsi əlaqəni sübut edən obyektiv əlamətləri aşkar etməkdir. 

Belə hallara, cinsi əlaqənin baş verməsinin  əsas obyektiv 

əlaməti hesab olunan uşaqlıq yolunda spermanın (toxum 

mayesinin çıxması ilə qurtaran cinsi əlaqələr zamanı) aşkar 

olması aiddir. Bu zaman zərərçəkmişin cinsiyyət orqanları 

nahiyəsində, bədənində  və geyim əşyalarında sperma 

ləkələrinin aşkar olunması böyük rol oynayır. Qeyd olunan 

əlamətlərlə yanaşı 

zərərçəkmişin cinsiyyət orqanları 

nahiyəsində və bədənində zədələrin olması, güc tətbiq etməklə 

cinsi əlaqənin olmasının mümkünlüyünü göstərir. 

Uşaqlıq yolunda spermanın olmasını müəyyən etmək üçün, 

uşaqlıq yolu və uşaqlıq boynunun xarici əsnəyinin möhtəviyyatı 

steril tənzif tampona götürülür və yaxma şəklində 2-3 ədəd əşya 

şüşəsi üzərinə  çəkilir. Tampon və  əşya  şüşəsi otaq 

temperaturunda quruduqdan sonra qablaşdırılır. 

Spermatozoidlərin olmasını  və spermanın qrup mənsubluğunu 

təyin etmək məqsədilə Birliyin məhkəmə-biologiya  şöbəsinə 

göndərilir.  Şöbəyə  nəzarət üçün tamponun hazırlandığı 

tənzifdən nümunə də göndərilir. 

Spermanın aşkar olunması üçün uşaqlıq yolu möhtəviyyatı 

cinsi  əlaqədən sonrakı  5 gün müddətində götürülməlidir. 

Göstərilən müddətdən sonra uşaqlıq yolunda spermanın aşkar 

olunması 

məqsədilə laborator analizlərin aparılması 

məqsədəuyğun deyil. 

Zərərçəkmişin və  təqsirləndirilən  şəxsin hadisə vaxtı 

əynində olmuş geyim əşyaları da laborator müayinələrə 

göndərilir. 

Kişi cinsli şəxslərdə, cinsi toxunulmazlığın pozulması 

əlamətlərinin (uşaqbazlıq  əlamətlərinin) müəyyən edilməsi 

üçün aparılan məhkəmə-tibbi ekspertizalar zamanı, 

zərərçəkmişin müayinəsinin 3-ci cədvəldə göstərilənlərə uyğun 

aparılması məsləhətdir.   



 

23 


 

Cədvəl  3. 

Kişi  homoseksualizminin  xarakterik  əlamətləri. 

Aktiv partnyorun 

əlamətləri 

Passiv partnyorun 

əlamətləri 

Erkən əlamətlər 

1. Cinsiyyət üzvü 

üzərində nəcisin olması 

1. Arxa keçəcək dəliyi 

nahiyəsində və düz bağırsağın 

selikli qişasında hiperemiya və 

zədələrin (qansızma, sıyrıqlar, 

cırılmalar) olması. 

2. Cinsiyyət üzvü 

üzərində sərbəst tüklərin 

olması 

2. Düz bağırsaqda bərk şankr 



və ya qonoreya proktitinin 

olması 


3. Zədələrin olmadığı 

halda cinsiyyət üzvü 

üzərində qanın olması 

3. Düz bağırsaqda spermanın 

olması 

4. Cinsiyyət üzvündə 



zədənin olması 

 

Köhnə əlamətlər 

 1. 

Arxa 


keçəcək dəliyinin qıf 

şəkilli olması  

 

2. Arxa keçəcək dəliyi 



büküşlərinin hamarlaşması  

 

3. Düz bağırsaq nahiyəsində 



kobud büküşlərin olması  

 

4. Düz bağırsağın selikli 



qişasının tünd qırmızı və ya tünd 

qırmızı-göyümtül rəngdə olması  




 

24 


 

5. Düz bağırsağın selikli 

qişasında çapıqların olması  

Funksional əlamətlər 

 

1. Düz bağırsağın 



sfinktorunun tonusunun azalması  

 

2. Arxa keçəcək dəliyinin 



açılması (aralı olması) 

 

3. Anusun sərbəst açılması 



 4. 

Qapayıcı sıxacın 

tonusunun funksional ölçülərinin 

dəyişikliyi  

 

5. Prostat vəzinin massaji 



zamanı ümumi oyanma 

fenomeni  

 

Cinsiyyət üzvünə baxış keçirilən zaman, onda olan zədənin 



olmasına və xarakterinə, qan, tük, nəcis və digər yad 

hissəciklərin olmasına fikir verilir. Xüsusən cinsiyyət üzvü 

yuyəninin hər iki tərəfindəki tac şırımları  və cibləri  ətraflı 

müayinə edilir. Belə ki, yad hissəciklər burada daha çox 

saxlanılır.  

Cinsiyyət üzvündə  aşkar olunmuş  hər hansı bir yad 

hissəciklər əksalma yolu ilə əşya şüşəsi üzərinə keçirilir. Nəcis 

hissəciklərinin (əzələ lifləri, qurd yumurtaları  və s.) və qanın 

(passiv partnyorun düz bağırsağında və arxa keçəcək dəliyi 

nahiyəsində  zədə olduqda) olmasını  təyin etmək üçün əşya 

şüşəsi məhkəmə-biologiya şöbəsinə göndərilir. Mümkün olduğu 

hallarda həmçinin bağırsaq çöplərinin olmasını  təyin etmək 

məqsədilə cinsiyyət üzvündən alınmış  əksalmanın bakterioloji 

müayinəsi aparılmalıdır. 




 

25 


Əgər cinsiyyət üzvünün vazelin və ya digər hər hansı bir 

yağabənzər maddələrlə yağlanmasına  şübhə varsa, cinsiyyət 

üzvü tənzif və ya pambıq tamponla silinir və müayinə üçün 

Birliyin məhkmə-kimya şöbəsinə göndərilir. 



Passiv uşaqbazlıq üçün xarakterik olan kişi cinsli şəxsin 

cinsi toxunulmazlığının pozulması  əlamətlərini müəyyən 

edən zaman, sorğu yolu ilə aşağıdakı hallar aydınlaşdırılır: 

- o, qəbizlik və ya ishal ilə müşayiət olunan hər hansı bir 

mədə-bağırsaq xəstəliyindən əziyyət çəkirmi? 

- onda düz bağırsağın xəstəlikləri (babasil, proktit, 

dizenteriya, düz bağırsağın düşməsi) və arxa keçəcək dəliyi 

nahiyəsində olan xəstəliklə bağlı cərrahi müdaxilələr olubmu? 

Qeyd olunan xəstəlik və cərrahi müdaxilələrdən sonra qalan 

nəticələr, səhvən sistematik passiv uşaqbazlıqla məşğul olma ilə 

bağlı dəyişikliklər kimi qəbul edilə bilər. 

- Müayinə olunan şəxs hazırda və ya əvvəldən hər hansı bir 

zöhrəvi xəstəliklə xəstələnibmi?   

Zərurət yaranarsa, səhiyyə orqanlarından tibbi sənədlər tələb 

olunur. Belə ki, həmin sənədlərdə arxa keçəcəkdən cinsi 

əlaqədə olmadan yaranan nəticələr əks oluna bilər.  



Zərərçəkmiş və ya passiv partnyor üçün xarakterik olan 

obyektiv  əlamətlərin aşkar edilməsi məqsədilə  aşağıdakı 

ekspert tədbirləri həyata keçirilir: 

- arxa keçəcək dəliyi nahiyəsinin və düz bağırsağın baxışı və 

ətraflı müayinəsi aparılır; 

- sağrılar nahiyəsində  hər hansı bir zədənin olması  və ya 

olmaması müəyyən edilir; 

- sağrılararası yarığının vəziyyəti qeyd olunur; 

- arxa keçəcək dəliyi nahiyəsinə fikir verilir (onun 

formasına);  

- şüavari büküşlərin biruzə olunma dərəcəsi, zədənin olması 

və onun xarakteri. 




Yüklə 237,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə