Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetipol I tolog I y a


V Mövzu Siyasi hakimiyyət (2 saat)



Yüklə 251,32 Kb.
səhifə2/4
tarix26.09.2017
ölçüsü251,32 Kb.
#1713
1   2   3   4

V Mövzu
Siyasi hakimiyyət (2 saat).
Plan:


  1. Siyasi hakimiyyət anlayışının mahiyyəti.

  2. Siyasi hakimiyyətin funksiyaları və təşkili formaları.

  3. “ Hakimiyyət bölgüsü ” prinsipinin mahiyyəti.

Ədəbiyyat:

  1. Azərbaycan Respublikasının Konstitusiyası. B, 2010 .

  2. Heydər Əliyev. Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında.

  3. Politologiya. Dərs vəsaiti .ADİU. B., 2004.

  4. İ. İsmayılov. Hüquqi dövlət: mülahizələr və təkliflər . B., 1997.

  5. Azərbaycan Respublikasının Seçki Qanunu . B., 2011.

  6. Вся политика. Хрестоматика. Нечаев В. Д. , Филиппов А. В. М., 2006.

  7. С. Хантингтон. Политический порядок в меняющихся обществах. М., 2004.

  8. Теория и методы в современной политической науке. Под. рук. Ларсена С.У. M. 2009

  9. Мельвиль А. Ю. Категории политической науки. 2008. s.p.

METODİK MƏSLƏHƏT
Mövzunun “Siyasi hakimiyyət anlayışının mahiyyəti ” adlanan birinci sualının izah edərkən ilkin olaraq “hakimiyyət” anlayışının çoxmənalı xarakterinin, mahiyyəti açıqlanmalıdır. Diqqətə çatdırılmalıdır ki, hakimiyyət politologiyanın əsas kateqoriyalarından biri olaraq hər hansı bir insanın, sosial qrupun hüquq, iradə, məcburiyyət və digərlərinin davranış və fəaliyyətlərinə təsir göstərmək bacarığıdır.

Hakimiyyətin və siyasətin qarşılıqlı əlaqəsindən və tabeçilik münasibətlərin yaranmasından bəhs olunmalıdır. Siyasi hakimiyyətin teleoloji, biheviorist, psixoloji, sistemli yanaşma, struktur- funksional təhlil, relyasionist aspektləri geniş şəkildə izah edilir. Siyasi hakimiyyətin əsası dövlətdir. İdarəetmə prosesi düzgün sistemləşdirilməsə siyasi hakimiyyəti həyata keçirmək qeyri-mümkündür. Bununla yanaşı, qayda-qanunun göstərişi, emosional təsiri siyasi hakimiyyətdə formalaşdırmaq üçün xüsusi keyfiyyətlərə malik olan şəxsiyyətlərin həyata keçirilməsi üzərində geniş dayanmaq lazımdır. Alman mütəfəkkiri Maks Veberin irəli sürdüyü nüfuz hakimiyyətinin üç tipi üzərində dayanmaq lazımdır. Siyasi hakimiyyətin subyektindən danışarkən siyasi elitlər, liderlər, siyasi partiyalar, deputat qruplar, siyasətdə müəyyən rol oynayanlar qeyd olunur. Siyasi hakimiyyətin subyekti həm də cəmiyyətin istənilən üzvü hesab edilə bilər.



Hakimiyyətin funksiyaları və təşkili formaları” adlanan ikinci sualı izah edərkən qeyd etmək lazımdır ki, siyasi hakimiyyət hüquqi normalarla öz iradəsini həyata keçirmək vasitəsi olaraq bir neçə funksiyanı yerinə yetirir: cəmiyyətin siyasi sisteminin formalaşdırılması, siyasi münasibətlərin təşkili, idarəetmə, tənzimləmə, nəzarət. Bu funksiyalar geniş şəkildə təhlil olunmalıdır. Daha sonra siyasi hakimiyyətin tiplərindən bəhs etmək lazımdır. Hakimiyyətin cəmiyyətdə makro, orta və mikro səviyyədə təşkil olunması və fəaliyyət göstərməsi qeyd olunmalıdır. Makro səviyyə dedikdə -siyasi institutla, ali dövlət müəssisələri, təşkilatlar, siyasi partiyalar, orta səviyyə- regional, əyalət, vilayət və s., mikro səviyyədə- kiçik qruplar arasında münasibətlərdən bəhs etmək lazımdır.

Hakimiyyət bölgüsü ” prinsipinin mahiyyəti adlanan üçüncü sualı şərh edərkən qeyd etmək lazımdır ki, hakimiyyət bölgüsü nəzəriyyəsi ilk dəfə olaraq XVII əsrdə ingilis mütəfəkkiri Con Lokk tərəfindən irəli sürülmüşdür. Onun nəzəriyyəsinin əsasını cəmiyyətdə insanların azadlığı və xüsusi mülkiyyətini qoruyan hakimiyyətin formalaşmasıdır. Bu baxımdan o, hakimiyyəti- qanunverici, icraedici, federativ hissələrə ayırmışdır. Daha sonra XVIII əsrdə fransız maarifçisi Şarl Lui Monteskyö hakimiyyət bölgüsü ideyasının təkmilləşdirilməsindən bəhs edilməlidir. Qanunverici hakimiyyət, icraedici hakimiyyət , məhkəmə hakimiyyəti prinsipi əsasında hakimiyyətin bölüşdürülməsi, dinin hakimiyyətdən tamamilə ayrılması, həmçinin monarxın da hakimiyyətdən uzaqlaşdırılmasına xidmət edilməsi diqqətə çatdırılır.

Sualın yekununda, müasir dövrdə inkişaf etmiş bəzi demokratik dövlətlərdə olduğu kimi respublikamızda əsası ümummilli lider H. Əliyev tərəfindən qoyulmuş Konstitusiyamızda hakimiyyət bölgüsü göstərilir.



  1. İcra hakimiyyəti- Azərbaycan Respublikasının Prezidentinə mənsubdur.

  2. Qanunverici hakimiyyət Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir.

  3. Məhkəmə hakimiyyəti Azərbaycan Respublikasının Məhkəmələri həyata keçirir.


VI Mövzu
Cəmiyyətin siyasi sistemi (2 saat)
Plan:


  1. Siyasi sistem və onun strukturu.

  2. Dövlət siyasi sistemin əsas ünsürüdür.

  3. Siyasi rejimlərin keyfiyyət səciyyəsi.

Ədəbiyyat


  1. Azərbaycan Respublikasının Konstitusiyası B., 2010.

  2. Politologiya (dərslik) B., 2008.

  3. X. İbrahimli. “ Politologiya” B., 2008.

  4. R. Mehdiyev. “Azərbaycanda siyasət : dünən, bu gün və sabah” , B., 2002.

  5. Dövlət İdarəçiliyi: “ Nəzəriyyə və təcrübə ” N 3, B., 2003.

  6. ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycandakı parlament seçkiləri haqqında yekun rəyi. B., 2011.

  7. Mельвиль А. Ю . Политология . Сп. 2004.

  8. Панарин А.С. Политология. Западные и Восточные традиции. М 2000

  9. Исаев Б. А. Политология . Краткая хрестомания . М. 2008.

  10. Цыганов А. П. Современные политические режимы: структура, типология, динамика. М. 1995.


METODİK MƏSLƏHƏT

“Siyasi sistem və onun strukturu” adlanan birinci sualı şərh edərkən ilkin olaraq “siyasi sistem” anlayışının dar və geniş mənaları izah edilir. Dar mənada siyasi sistem cəmiyyətin siyasi həyatında iştirak edən dövlət təsisatlarını, siyasi partiyaları və ictimai təşkilatları, kütləvi informasiya vasitələrini əhatə edir. Geniş mənada siyasi sistem siyasi münasibətləri , siyasi şüuru və cəmiyyətin siyasi təşkilatlarını özündə birləşdirir. Siyasi sistem siyasi hakimiyyətin təşkili, cəmiyyətlə dövlət arasındakı münasibətləri formalaşdırır və ictimai sistemin digər hissələri ilə - sosial, iqtisadi, ideoloji , etik, hüquqi , mədəni sistemlərlə qarşılıqlı əlaqədədir.

Siyasi sistemin elementlərindən danışarkən, siyasi hakimiyyət, siyasi struktur və siyasi təşkilat, siyasi hüquqi normalar, siyasi münasibətlər, siyasi şüur və mədəniyyəti qeyd etmək lazımdır. Siyasi sistemin ən mühüm təsisatları olan dövlət, ictimai-siyasi təşkilatlar, dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri haqqında ətraflı məlumat vermək lazımdır. Bu təsisatların da iqtisadiyyatla bağlı olması onun muxtariyyətinin məhdudlaşdırmasına gətirib çıxarılması da qeyd edilməlidir.

Hakimiyyətin təşkilatlı quruluşu prinsipi cəmiyyətin siyasi təşkili anlayışında öz ifadəsini tapır. Siyasi təşkilatın xarakterinə müəyyən sosial təbəqənin siyasi mənafelərini ifadə etməsi, siyasi həyatda iştirak etməsi və siyasi münasibətlərin daşıyıcısı olması, dövlət hakimiyyəti, onun əldə edilməsi, təşkili, həyata keçirilməsi ilə bilavasitə və ya dolayısı yolla əlaqədar olması, özünün fəaliyyətində cəmiyyətdə formalaşmış siyasi normalara və qaydalara əsaslanması nəzərə çatdırılmalıdır.

“Dövlət siyasi sisteminin əsas ünsürüdür” adlanan ikinci sualda siyasi sistemdə dövlətin mərkəzi yer tutması xüsusi olaraq qeyd olunmalıdır. Bu , hər şeydən əvvəl onunla əlaqədardır ki, dövlət siyasi hakimiyyətin xüsusi təşkilatıdır. Siyasi hakimiyyət insanların birgə fəaliyyətinin təşkili və tənziminin mühüm amili, onların qarşılıqlı münasibətlərinin qaydaya salınmasının , cəmiyyətdə nizam- intizamın və sabitliyin təmini vasitəsidir.

Daha sonra dövlətin hüquqla tənzim olunması, xalqların suverenliyinin təmin edilməsi haqqında danışmaq lazımdır.

Dövlətin əlamətləri olan məcbur etmə, zor tətbiq etmək hüququ, suverenlik, ümumilik, hüquq, əhalidən vergi və mükəlləfiyyətlər toplamaq hüququ üzərində dayanmaq lazımdır. Həmçinin, dövlətin daxili və xarici funksiyaları izah olunmalıdır. Dövlətin daxili funksiyasına vətəndaşların və cəmiyyətin təhlükəsizliyi, qanunçuluğun və hüquq qaydalarının təmin edilməsi, fərdlərin və sosial qrupların mənafe və tələbatlarının əlaqələndirilməsi, təbii ehtiyatlardan səmərəli istifadə olunması və s. təmin edilməsi daxildir. Dövlət cəmiyyətdə birləşdirən, təşkil edən və nizama salan başlıca qüvvədir.

Dövlətin xarici funksiyasına dövlətin beynəlxalq arenada beynəlxalq hüquq və normalar çərçivəsində müxtəlif dövlətlərlə, təşkilatlarla, hərəkatlarla münasibətlərinin tənzimlənməsi və s. daxildir.

Dövlətin əlamətlərini təhlil edərkən dövlətin quruluşu, idarəetmə formaları və siyasi rejimləri diqqət mərkəzində saxlamaq lazımdır.

Eyni zamanda dövlətin unitar və federativ ərazi quruluşları, respublika və monarxiya idarə üsulları da qeyd edilməlidir.

Sualı yekunlaşdırarkən cəmiyyətin siyasi sistemində dövlətin xüsusi yeri və rolunu şərtləndirən amillər olan dövlətin bütün ölkə miqyasında tam hakimiyyətə malik olan yeganə təşkilat olması, cəmiyyətin inkişafının əsas istiqamətlərinin müəyyənləşdirilməsi, müxtəlif fərdi və kollektiv maraqlarının uzlaşmasını təmin etməsi haqqında məlumat verilməlidir.

VII Mövzu

Siyasi partiyalar və ictimai kütləvi təşkilatlar (2 saat)

Plan:


  1. Siyasi partiyaların təsnifatı, funksiyaları.

  2. Təkpartiyalı və çoxpartiyalı, siyasi sistemlər.

  3. Azərbaycan Respublikasında çoxpartiyalılıq.

Ədəbiyyat


  1. Azərbaycan Respublikasının Konstitusiyasi. B., 2010.

  2. R. Musabəyov, Siyasi plüralizm və çoxpartiyalı demokratiya , B., 1996.

  3. X. İbrahimli, “ Politologiya” , B., 2008.

  4. Dövlət idarəçiliyi: Nəzəriyyə və təcrübə , N 4, B., 2003.

  5. İctimai Birliklər haqqında Qanun. B., 2009.

  6. Siyasi partiyaların blok və koalisiyalarının formalaşması. B., 1997.

  7. Зеленков М. Ю. Политология. М., 2009.

  8. Валлерстойн И. Анализ мировых систем и ситуация в современном мире. С.п 2001.

  9. Политология краткая хрестомания.

  10. Политические партии в условиях демократии-Фонд К. Аденауера 1997.


Metodik məsləhət
Siyasi partiyaların təsnifatı və funksiyaları” sualını şərh edərkən qeyd olunmalıdır ki, “partiya” latın sözü olub, hissə deməkdir. Siyasi partiya cəmiyyətin müəyyən bir sosial təbəqəsinin maraqlarını ifadə edən, eyni zamanda mənafeyini müdafiə edən və həmçinin hakimiyyət uğrunda mübarizə aparan təşkilatdır. Siyasi sistemin tərkib hissəsi olan siyasi partiyaların əlamətləri şərh olunarkən mütləq şəkildə sosial bazanın mövcudluğu, müəyyən ideologiyanın formalaşması, partiyanın üzvləri arasında təşkilatı işlərin aparılması, maliyyə bazasının olması qeyd edilməlidir.

Daha sonra müasir dövrdə müxtəlif ölkələrdə fəaliyyət göstərən partiyalar haqqında qısaca məlumat vermək lazımdır. Eyni zamanda partiyaların mənşəyi haqqında danışarkən qədim Yunanıstanda ilk siyasi partiyaların yaranması və onun müəyyən bir aristokratları müdafiə edən kiçik qruplaşmalar şəklində fəaliyyət göstərilməsi qeyd olunur. XVII əsrdə İngiltərədə parlament partiyaların fəaliyyət göstərməsi, XVIII- XIX əsrlərdə isə daha mütəşəkkil formalaşmış partiyaların yaranması , XX-XXI əsrlərdə isə təşkilatı cəhətdən daha inkişaf etmiş siyasi partiyaların yaranması tələbələrin diqqətinə çatdırılır.

Siyasi partiyaların təsnifatından danışarkən, sinfi mənsubiyyətinə, sosial əlamətlərinə görə - burjua, fəhlə, kəndli; ictimai tərəqqiyə münasibətinə görə- inqilabi, radikal, mühafizəkar, islahatçı, mütərəqqi, mötədil; ideoloji xüsusiyyətinə görə- liberal, demokratik, millətçi, faşist, monarxist; hakimiyyətə münasibətinə görə - iqtidar, müxalifət, neytral formaları nəzərdən keçirməlidir.

Daha sonra siyasi partiyaların funksiyaları qeyd olunur: siyasi hakimiyyət uğrunda mübarizə, onun idarə olunması, müəyyən sosial qrupun siyasi maraq və mənafelərinin müdafiə olunması, ictimai rəyin formalaşması, böyük sosial qrupların siyasi fəaliyyətini aktivləşdirilməsi, liderlərin, siyasi elitaların formalaşması, vətəndaş cəmiyyəti ilə dövlət arasında münasibətlərdə vasitəçi rol oynaması və s.

Amerika politoloqu S. Koen partiyaları təşkilatı quruluşuna görə 4 yerə bölmüşdür. Bu bölgüyə də diqqət yetirmək lazımdır:


  1. Partiya siyasi avanqard kimi;

  2. Parlament tipli partiya;

  3. Seçki kompaniyalarına xidmət edən partiyalar;

  4. Klub partiyaları;

Təkpartiyalı və çoxpartiyalı siyasi sistemlər” sualını şərh edərkən müasir dünyada mövcud olan təkpartiyalı və çoxpartiyalı siyasi sistemlərin mənfi və müsbət cəhətləri aydınlaşdırılmalıdır. İlk olaraq, təkpartiyalı sistemin müsbət xüsusiyyətləri diqqətə çatdırılır. Belə ki, müsbət cəhəti hakimiyyətin bütün formalarında siyasi qərarlar qısa müddətdə qəbul edilərək həyata keçirilir və səmərəli istifadə olunur. Eyni zamanda belə sistemdə hakimiyyət müəyyən uzun müddət sabit olur. Təbii ki, totolitar bir rejimə çevrilməsə. Hazırda Çin və Kubada təkpartiyalı sistem mövcuddur. Təkpartiyalı siyasi sistemin mənfi cəhəti – partiya dövlətlə birləşir, istənilən sahədə monopoliya yaranır. Bu da cəmiyyətdə rəqabəti zəiflədir. Digər tərəfdən demokratiyanın inkişafını məhdudlaşdırır.

Yuxarıda qeyd etdiyimiz kimi, çoxpartiyalı siyasi sistemində müsbət və mənfi cəhətləri mövcuddur. Elə dünya dövlətləri vardır ki, burada iki-üç partiyalı siyasi sistemlər mövcuddur. ABŞ, İngiltərə, Almaniya və s. Bunun müsbət cəhəti odur ki, insanlar seçki zamanı çox partiyaların arasında seçim çətinliyi yaşamırlar. Konkret olaraq cəmiyyətdə nüfuz qazanan 2-3 partiya arasında rahat şəkildə seçim edirlər. Digər müsbət cəhət iqtidar və müxalifət arasında olan rəqabət hakimiyyəti daim işləməyə məcbur edir, siyasi məsələlərin gizli məqamları aşkar edilib müzakirə olunur və s. Siyasi partiyalar arasından istedadlı, fəal insanlar üzə çıxırlar. Cəmiyyətin siyasi maariflənməsinə pozitiv təsir göstərirlər. Çoxpartiyalı sistemin mənfi cəhəti- cəmiyyətdə həddən artıq partiyaların fəaliyyəti seçki zamanı seçicilər arasında çətinliyə səbəb olur. Bu da təkrar seçkilərə səbəb olur. Bəzən seçki zamanı koalision hökumətin formalaşmasına səbəb olur, bu da hakimiyyətin qeyri –sabitliyinə təsir göstərir. Daha bir mənfi cəhəti çoxpartiyalı siyasi sistemin partiyalar arası daimi mübarizə cəmiyyətdə insanlararası münasibətlərin korlan­masına, hətta aqressivləşməsinə gətirib çıxarır. Partiyanın mənafeyi bəzən dövlətin mənafeyindən yüksək olur.

Beləliklə, XXI əsrdə bir çox inkişaf etmiş ölkələrdə siyasi partiyaların fəaliyyətində müşahidə olunan yeniləşmə meylləri haqqında informasiya verərək ikinci suala yekun vurulur.

Azərbaycan Respublikasında çoxpartiyalılıq” üçüncü sualı şərh edərkən Azərbaycanda XX əsrin əvvəllərində fəaliyyət göstərmiş siyasi partiyaların təsnifatını vermək lazımdır.

Müasir dövrdə Azərbaycanda çoxpartiyalı siyasi sistemin mövcud olması və siyasi partiyaların cəmiyyətdə aktivliyindən bəhs edilməlidir. 100-ə yaxın siyasi partiya fəaliyyət göstərir. Bu partiyalardan 53-ü Ədliyyə Nazirliyinin qeydiyyatından keçmişdir. Bu gün Azərbaycanda siyasi hakimiyyətdə iştirakına görə iqtidar və müxalifət partiyaları vardır. Təşkilatı cəhətdən formalaşmış partiyaların sayının az olmasına baxmayaraq, dövlət orqanlarına seçkilərdə partiyalar fəal iştirak edirlər. Həmçinin ölkədə fəaliyyət göstərən partiyaların orqan və təşkilatlarını birləşdirən daxili bazası da bir-birindən fərqlənməsi nəzərdən keçirilir. Elə partiyalar vardır ki, onların sosial bazası dəqiq müəyyən edilməyib. Son illər Azərbaycanda siyasi partiyaların aktivliyi artmaqdadır.



VIII Mövzu
Demokratiya və siyasi həyatın demokratik əsasları (2 saat)
Plan:


  1. Demokratiya anlayışı, onun formaları və alternativ konsepsiyaları.

  2. Siyasi həyatın demokratik prinsipləri.

  3. Cəmiyyətin siyasi həyatında demokratik proseduraların rolu və əhəmiyyəti.



Ədəbiyyat:


  1. Azərbaycan respublikasının konstitusiyası. B., 2010.

  2. M.Ə. Əfəndiyev . Siyasi elmin əsasları. B., 2004.

  3. Demokratiya: gediləsi uzun yol. Antologiya. B., 2002.

  4. Politologiya. Dərs vəsaiti. ADİU. B., 2004.

  5. Seçki texnologiyaları. B., 1998.

  6. Milli məclisə seçkilərin hüquqi əsasları.B., 2000.

  7. Арон Р. Демократия и тоталитаризм. М., 2000.

  8. Хантингтон С. Третья война. Демократизация в конце ХХ века. М., 2003.

  9. Валлерстойн И. Анализ мировых систем и ситуация в современном мире. М., 2001.

  10. Лебедево М. Мировая политика. М., 2007.



METODİK MƏSLƏHƏT
“Demokratiya anlayışı, onun formaları və alternativ konsepsiyaları ” adlı birinci sualda ilk öncə demokratiya anlayışının təhlili verilməlidir. Demokratiya sözünü ilk dəfə qədim yunan filosofu Fukidid işlətmişdir. Demokratiya sözü xalq hakimiyyəti mənasını ifadə edir. Demokratiya çoxluğun hakimiyyətinə əsaslanan bir rejimdir. Qeyd olunmalıdır ki, demokratiyanın mənbəyi xalqın hakimiyyətidir, hakimiyyət orqanlarının seçkili olmasıdır, söz və mətbuat azadlığının hökm sürməsidir, cəmiyyət üzvlərinin hər birininin hüquq və azadlıqlarının qorunması, qərarların çoxluq tərəfindən qəbul edilməsi vacib şərtləridir.

Demokratiyanın tarixi inkişafının əsas mərhələləri aydınlaşdırılmalıdır. Bunlara aiddir: ibtidai demokratiya, hərbi demokratiya, antik demokratiya, yeni dövrün klassik demokratiyası (feodal demokratiyası, burjua demokratiyası, sosialist demokratiyası), müasir demokratiya.

Demokratik rejimlərə xas olan xüsusiyyət vətəndaş cəmiyyəti və hüquqi dövlət formalaşdırmaqdır. Çoxpartiyalı sistemin mövcud olması cəmiyyətdə rəqabətin güclənməsinə təsir göstərir ki, bu da hakimiyyətdə olan partiyanın fəaliyyətinə mühüm təsir edir. Bunun nəticəsi olaraq cəmiyyət də tərəqqiyə doğru inkişaf edir. Demokratik cəmiyyətdə müxalifətin mövcud olmasıdır. Sağlam müxalifət hakimiyyətdəki nöqsanları tənqid etməli və həmin imkanlara malik olmalıdır. Demokratiya cəmiyyətin idarə olunmasında vətəndaşların iştirakını həyata keçirmiş olur. Qeyd etmək lazımdır ki, bütün bunlara baxmayaraq , bəzi mütəfəkkirlər demokratiyada bütünlüklə hakimiyyətin xalqın idarə etməsini qeyri-mümkün hesab edirlər.

“Demokratiyanın prinsipləri” adlı ikinci sualı aydınlaşdırarkən demokratik dövlətin idarə olunmasında demokratik prinsiplər olan pluralizm, hakimiyyət bölgüsü, insanların azadlığı və bərabərliyi, ictimai rəyin nəzərə alınması, aşkarlıq, qanunların aliliyinə riayət edilməsinə diqqət yetirlir.

Plüralizm demokratik cəmiyyətdə insanların mənafelərinin çoxluğunu ifadə edir.

Hakimiyyət bölgüsü prinsipi dövlət idarəçiliyinin əsasını təşkil edir: qanunverici, icraedici, məhkəmə. Demokratiyanın formaları birbaşa və nümayəndəli demokratiyadır. Birbaşa demokratiya referendum, toplantı və s.. Nümayəndəli demokratiya vətəndaşlar siyasi qərarların qəbul edilməsində birbaşa deyil, hakimiyyət orqanlarına seçdikləri nümayəndələr vasitəsilə iştirak edirlər. Birbaşa demokratiyanın tətbiq edilməsi müəyyən çətinlik törətdiyindən, nümayəndəli demokratiyaya dünya dövlətləri üstünlük verirlər.

Daha sonra demokratik idarəçiliyin 2 forması təhlil olunmalıdır. Bu parlament və prezident idarəçiliyidir. Prezident idarəçiliyi sistemində prezident seçkilərlə seçilir. Prezident geniş səlahiyyətlərə malik olur və hökuməti formalaşdırır və s. Parlament idarəçiliyinin 3 forması vardır:


  1. Hökumət parlamentdə çoxluq əsasında formalaşır;

  2. Parlament koalisiya əsasında formalaşır;

  3. Parlament konsensus əsasında formalaşır;

Həmçinin, qarışıq idarəçilik forması olan parlament və prezident idarəçiliyi özündə birləşdirən idarə üsulu da mövcuddur.

Vacib demokratik prinsiplərdən olan vətəndaşların hüquqları və azadlıqlarının qorunmasından bəhs edilir. Hər bir insan irqindən, milliyyətindən, dinindən, cinsindən mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq doğulduğu gündən toxunulmaz, pozulmaz hüquqları və azadlıqları vardır. Dövlətində hər kəsin hüquq və azadlıqlarına təminat verilməsi vacib şərt kimi nəzərə çatdırılır. Söz və mətbuat azadlığının vacibliyi ön plana çəkilir.

Daha sonra ictimai rəyin nəzərə alınması kimi demokratik prinsip açıqlanır. Cəmiyyət üzvlərinin sosial- siyasi hadisələrə, müxtəlif sosial qrupların fəaliyyətinə münasibətin ifadə olunması siyasi təsisatların aktivləşməsinə müsbət təsir göstərir.

Digər demokratik prinsip olan aşkarlıq- söz azadlığı cəmiyyətdəki ictimai ziddiyyətləri də aşkar etmək gücündədir. Qanunların aliliyinin təmin edilməsi prinsipini aydınlaşdırarkən qanunun cəmiyyətin bütün ictimai-siyasi təsisatlarına, ölkənin bütün vətəndaşlarına eyni dərəcədə şamil olunması üzərində dayanmaq lazımdır.

Mövzunun “ Cəmiyyətin siyasi həyatında demokratik prosedurların rolu və əhəmiyyəti” adlanan üçüncü sualı şərh edərkən qeyd olunmalıdır ki, referendum, seçkilər, ictimai rəyin öyrənilməsi, səlahiyyətlərin verilməsi , apponentlik və yarışmaq demokratik prosedurlar hesab olunur. Nəzərə çatdırılmalıdır ki, cəmiyyətin inkişafında bu prosedurların əhəmiyyəti çox böyükdür. Referendum- ümumxalq səsverməsidir, vətəndaşlar öz hüquqları və mənafeləri ilə bağlı hər bir məsələni referendum vasitəsilə həll edirlər. Seçkilər- dövlət hakimiyyətinin nümayəndəli orqanlarının seçilməsinə yönəldilmiş siyasi kompaniyadır. İctimai rəyin öyrənilməsi sosial qruplar arasında müxtəlif sorğu, anket, müşahidənin aparılmasıdır.

Daha sonra mühüm demokratik prosedurlar apponentlik və yarışmaq nəzərdən keçirilir. Rəqib və rəqabət olmadan demokratik seçki keçirmək mümkün deyil. Bunun nəticəsi olaraq vətəndaşlar daha üstün namizədlərə və proqramlara səs verirlər.

Sualı yekunlaşdırarkən demokratik prinsip və prosedurların 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasında əks olunması və həyata keçirilməsi haqqında danışmaq lazımdır.

IX Mövzu
Sosial qruplar və sosial siyasət ( 2 saat)
Plan:


  1. Cəmiyyətin sosial differensasiyası və onun siyasi proseslərə təsiri.

  2. Sosial siyasətin məqsədləri, vəzifələri və funksiyaları.



Ədəbiyyat:

  1. Politologiya. (Dərslik ). B., 2008.

  2. L. S. Sanisteban . Siyasi elmin əsasları. B., 1994.

  3. Politologiya (Dərs vəsaiti). ADİU.B., 2004.

  4. Джарол Б. Мангейм, Ричард К. Рич. Политология, методы исследования. M.2009.

  5. Валлерстойн И. Анализ мировых систем и ситуация в современном мире. М., 2001.

  6. М. Марченко . Политология. М., 1999.


METODİK MƏSLƏHƏT
Cəmiyyətin sosial differensasiyası və onun siyasi proseslərə təsiri ” adlanan birinci sualda sosial qruplar və onların arasında fərqlərin əmələ gəlməsinin izahından başlamaq lazımdır. Sosial qruplar bir neçə ümumi sosial əlamət əsasında birləşmiş insanların məcmusu olaraq demoqrafik, etnik, peşə, ərazi, dini və s. birliklərdir. Əmək bölgüsü , cəmiyyətdə mövcud olan iqtisadi, ictimai və siyasi vəziyyət, tarixi, milli-etnik xüsusiyyətlər , iqtisadi və mədəni səviyyələr və s. sosial qruplar arasında fərqlərin əmələ gəlməsinə səbəb olur . Müasir dövrdə texnologiyanında buna təsir göztərməsi xüsusi olaraq vurğulanmalıdır.

Marksizm təlimindən məlumat verərək, cəmiyyətin siniflərə bölünməsi izah edilir:



  1. Yüksək siniflər (istehsal ehtiyatlarına sahib olan varlılar, iri sənayeçilər, rəhbərliyin yuxarı təbəqələri);

  2. Orta sinif (“ağ yaxalıqlar” );

  3. Kəndlilər;

Daha sonra cəmiyyətin sosial stratifikasiyası anlayışının mahiyyətini açmaq lazımdır. Cəmiyyətin sosial stratifikasiyasına (təbəqələşmə) səbəb olan elementlər – peşə nüfuzu, hakimiyyət və əzəmət, gəlir və sərvət, təhsil, din, insanların qohumluq əlaqələrinin fərqləndirilməsi sadalanır, cəmiyyətdə nüfuzlu peşələrə övladlarının yiyələnməsi arzu edilib və həmin nüfuzlu peşə sahibləri daima fərqləniblər. Daim cəmiyyətdə hakimiyyətə və əzəmətə malik şəxsiyyətlərin öz yeri olmuşdur. Eyni zamanda gəlir və sərvətin insanların həyat səviyyəsinə təsiri başqalarından fərqləndirir. Cəmiyyətin təbəqələşməsində və siyasi proseslərə təsir də insanların təhsil və bilikləri böyük rol oynayır. Təbəqələşmə prosesində dinə olan münasibəti də xüsusi qeyd etmək lazımdır. Təbii ki, istənilən cəmiyyətlərdə qohumluq əlaqələri , ailə üzvləri arasında vəzifələrin bölüşdürülməsi, bir-birinə qarşı münasibət burada əhəmiyyətli dərəcədə rol oynayır.

Sualın sonunda Azərbaycanda sosial stratifikasiyasının xarakterik meylləri aydınlaşdırılır.



“Sosial siyasətin məqsədləri, vəzifələri və funksiyaları” adlı ikinci sualı şərh edərkən sosial siyasət anlayışının mahiyyətini açmaq lazımdır. Qeyd etmək lazımdır ki, sosial siyasət cəmiyyətdə vətəndaşların , sosial qrup və birliklərin tələbatlarını nəzərə alaraq, onlar üçün yaşayış şəraitini yaratmaq sahəsində dövlətin konkret fəaliyyətidir. Cəmiyyətdə fəaliyyət göstərən sosial qrupların sosial vəziyyətinı yaxşılaşdırmaq və müdafiə etmək məqsədilə sosial siyasətin vəzifələrini qeyd etmək lazımdır. Cəmiyyət üzvlərinin təkrar istehsalına şərait yaratmaq, insanların zəruri maddi ehtiyaclarını ödəməkdir. Digər vəzifə cəmiyyətdə zümrələr arasında sosial ədalətin həyata keçirilməsidir. Cəmiyyətdə sosial sülhün təmin edilməsi də mühüm vəzifələrdən biridir. Hakimiyyətin möhkəmlənməsində, ölkə daxilində uzun müddətli sabitliyin qorunub saxlanmasında sosial siyasətin düzgün aparılması böyük rol oynayır. Bu baxımdan sosial siyasətin məqsədi bütün sosial qrupların maddi və mənəvi tələbatın daha yaxşı ödəmək üçün şərait yaratmaqdır.

Daha sonra sosial siyasətin funksiyaları diqqətə çatdırılır: proqnozlaşdırıcı, tənzimləyici, mühafizəedici;

Sualın sonunu sosial siyasətin əsasını təşkil edən sosial ədalət anlayışının izahı ilə yekunlaşdırmaq lazımdır.


Yüklə 251,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə