Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetipol I tolog I y a


X Mövzu Siyasi şüur və siyasi mədəniyyət . Siyasi ideologiyalar. (2 saat)



Yüklə 251,32 Kb.
səhifə3/4
tarix26.09.2017
ölçüsü251,32 Kb.
#1713
1   2   3   4

X Mövzu
Siyasi şüur və siyasi mədəniyyət . Siyasi ideologiyalar. (2 saat)
Plan:


  1. Siyasi şüur və onun səviyyələri.

  2. Siyasi mədəniyyətin əlamətləri, tipləri və funksiyaları.

  3. Siyasi ideologiya, onun formaları və funksiyaları.

  4. Müasir dövrün ideoloji nəzəriyyələri və cərəyanları.



Ədəbiyyat:


  1. Politologiya. (Dərslik).AMİU. B., 2007

  2. M.Ə. Əfəndiyev. Siyasi elmin əsasları. B., 2004

  3. D. İsmayılov .Azərbaycanın transformasiyası prosesində ideologiyalar: konservatizm, liberalizm, sosial –demokratiya. B., 2005

  4. Cəmiyyət .Siyasət. İdeologiya. B., 1997

  5. A. Şükürov . Kulturologiya.B., 2003

  6. Валлерстойн И. Анализ мировых систем и ситуация в современном мире.

  7. Политология. Краткая хрестомания.

METODİK MƏSLƏHƏT
Siyasi şüur və onun səviyyələri ” adlanan birinci sualı şərh edərkən onun ictimai xarakter daşımasına diqqət yetirilir. Siyasi şüur xüsusi mülkiyyətin yarandığı zamanda meydana gələrək, o siyasi hadisələrin, proseslərin qavranılması və dərk edilməsi prosesidir. Siniflər arasında, dövlət hakimiyyətinə olan ideya və mənafelərin və fəaliyyətin dərk edilməsi siyasi şüuru formalaşdırır. Siyasi şüurun fəaliyyətinə təsir göstərən amillər: müəyyən idarəetmə formasına və siyasi davranışa vərdiş, dövlət orqanlarına inam, şəxsiyyətin və cəmiyyətin , ictimai və siyasi idealların bir-birinə uyğun olması, şəxsiyyətin öz ideallarının həyata keçirilməsinə ümidi, qorxu və qəzəb.

Siyasi şüur fərdi, qrup, kütləvi siyasi şüurdan ibarətdir. Fərdi siyasi şüur siyasətdə iştirakını və onu dərk etməsini təmin edən idrakı və dəyərlər sistemidir. Qrup şəklində siyasi şüurun meydana gəlməsi mənafe və tələbatların dərk edilməsi ilə əlaqədardır. Qrup şüuru siyasətlə bağlı böyük və kiçik qrupların ümumiləşmiş şüurudur. Kütləvi siyasi şüur ideyaların , nəzəriyyələrin , baxışların, hislərin, əhval-ruhiyyənin , adət- ənənənin təsiri ilə yaranır. İctimai- siyasi hərəkatlarda kütləvi siyasi şüurun istiqamətləndirilməsi siyasi məqsədə çatmaq üçün böyük əhəmiyyətə malikdir.

Daha sonra nəzərə çatdırılır ki, müasir dövrdə cəmiyyətin demək olar ki, bütün sahələrində baş verən siyasiləşmə insanların həyatına öz təsirini göstərir. İctimai qrupların siyasi fəallığı artmaqla öz əhəmiyyətini artırır. Həmçinin, dövlətin və hakim partiyanın fəaliyyəti siyasi fəaliyyətin əsasını təşkil edir. Bura eyni zamanda seçkili orqanlarda siyasi subyektlərin iştirakı, siyasi təbliğat və təşviqat və s. daxildir.

Demokratik cəmiyyətdə çoxpartiyalı sistemin mövcudluğu cəmiyyət üzvlərinin siyasi fəallığını artıraraq siyasi şüurun formalaşmasına təkan verir. Siyasi fəaliyyət, siyasi nüfuz vətəndaşların hüquq və azadlıqları ilə sıx bağlıdır.



Siyasi mədəniyyətin əlamətləri, tipləri və funksiyaları” adlandırılan sualı şərh edərkən ilk növbədə siyasi mədəniyyət anlayışının mahiyyəti açılmalıdır. Qeyd edilməlidir ki, mədəniyyət- insanların nail olduğu maddi və mənəvi zənginliyin məcmusudur. Siyasi mədəniyyət isə insan fəaliyyətində zaman- zaman formalaşan siyasi şüuru və siyasi davranışı müəyyənləşdirir, siyasi sosiallaşmanı formalaşdırır. Siyasi mədəniyyət siyasi fəaliyyət mədəniyyətindən ibarət olub, onun strukturuna biliklər , din, inam, adət- ənənə, normalar daxildir. Həmçinin, siyasi mədəniyyətin subyekti cəmiyyət, sinif, təsisatlar və s. daxildir. Siyasi mədəniyyət terminin ilk dəfə ifadə edən ABŞ politoloqları Q. Almond, S. Verbanın adı çəkilməlidir. Onların siyasi mədəniyyətlə bağlı araşdırmaları müzakirə olunmalıdır.

Daha sonra siyasi mədəniyyətin əlamətləri qeyd edilməlidir: hakimiyyətə münasibət, siyasi fəaliyyətin davranış üsulu , vətəndaşların siyasi qərarların qəbul edilməsi prosesinə təsir göstərmək imkanı, cəmiyyətin siyasi əhval –ruhiyyəsi. Həmçinin, cəmiyyətdə siyasi mədəniyyətin inkişafına demokratikləşmə, xalq hakimiyyətin müsbət təsirini göstərməsini xüsusi olaraq diqqət mərkəzinə gətirmək lazımdır. Siyasi mədəniyyətin demokratiya modeli ilə yanaşı digər modellərin adı da çəkilir: diktatorluq, millətçilik, dinçilik, inqilabçılıq, konservatizm və s.

Siyasi mədəniyyətin tiplərindən bəhs edərkən, patriarxal siyasi mədəniyyət, tabeçi siyasi mədəniyyət, fəal siyasi mədəniyyəti qeyd etmək lazımdır. Cəmiyyətin siyasi həyatında böyük rol oynayan siyasi sistemlə tarixən qarşılıqlı əlaqələri olan siyasi mədəniyyətin funksiyaları sadalanmalıdır: demokratikləşmə, idarəetmə, inteqrasiya, kommunikasiya və s. Bu funksiyaların mahiyyəti haqqında ətraflı bəhs edilir.

Siyasi ideologiya, onun formaları və funksiyaları” adlanan sualı şərh edərkən siyasi ideologiya termininin mahiyyəti açılmalıdır. Qeyd olunmalıdır ki, fransız alimi Destyut de Trasi “ İdeologiyanın elementləri əsərində ” bu anlayışı ilk dəfə olaraq izah etmişdir. İdeologiya cəmiyyətdə insanlar arasında müəyyən maraqlara xidmət edən sosial-iqtisadi, mənəvi quruluşa olan baxışlara hakim kəsilən ideyalar sistemidir. İdeologiyanın məzmunu sosial problemlərin aktuallığını ön plana çəkmək, onun həllini gerçəklik səviyyəsinə qaldırmaq, praktiki olaraq həyata keçirmək təşkil edir. Siyasi ideologiyalar cəmiyyətin müxtəlif sosial sahələrinə öz təsirini göstərməkdədir, bu da nəzəri konseptual səviyyədə, proqram- siyasi səviyyədə, kütləvi- yayılma səviyyədə ideologiya yayılır. Bu səviyyələrin mahiyyətindən geniş bəhs olunur. Siyasi ideologiyaların sosial bazası olan milli, irqi, sinfi və s. tipləri təhlil olunur.

Daha sonra siyasi ideologiyanın funksiyaları qeyd olunmalıdır. Bu funksiyalar da ümumi və siyasi funksiyalara ayrılır. Ümumi funksiyalardan danışarkən gerçəkliyin spesifik obrazlarının yaradılması, ictimai şüurun əhatə edilməsi, yeni dəyərlərin ictimai şüura gətirilməsi, təbliğ edilən cəmiyyətin modelinin yaradılması üzərində dayanmaq lazımdır. Həmçinin, siyasi funksiyalar olan cəmiyyətin gələcək siyasi inkişaf istiqamətlərinin və əsas aparıcı qüvvələrinin müəyyən edilməsi; siyasi ideologiyaların daşıyıcılarının və tərəfdarlarının vahid məqsədinin həyata keçirilməsi uğrunda səfərbər edilməsi; insanların ümumi ideyalar və fikirlər əsasında birləşdirilməsi nəzərə çatdırılır.



Müasir dövrün ideoloji nəzəriyyələri və cərəyanları” adlanan sonuncu sualı izah edərkən, müasir dövrün başlıca ideoloji cərəyanları olan liberalizm, konservatizm, sosializm üzərində xüsusi dayanmaq lazımdır. Liberalizm latın sözü olub “azad insana xas olan ” mənasını ifadə edir. Müasir dünyada liberalizm böyük tərəfdar toplayaraq, müəyyən prinsiplərdən ibarətdir: hər kəsin bərabərliyi, şəxsiyyət toxunulmazlığı, fərdi iradənin müstəqilliyi, insanın həyat, azadlıq, mülkiyyət hüquqlarının qorunması, dövlətin vətəndaşlarının mənafelərinin müdafiəsi, qanunun aliliyi, hər kəs üçün bərabərliyi, dövlətlə fərd arasında münasibətləri razılaşma əsasında olması, dövlətin fəaliyyətinin həcmi və sferalarının məhdudlaşdırılması və s. Qeyd etmək lazımdır ki, liberalizm -insan hüquq və azadlıqlarını hər şeydən üstün tutan , dövlətin fəaliyyət dairəsini məhdudlaşdırılmasını müdafiə edən ictimai- siyasi cərəyan və təlimdir. Yeni liberalizm cərəyanından bəhs edərkən , bu cərəyanın XX əsrin II yarısında meydana gəlməsi qeyd olunur. Yeni liberalizmin əsasını təşkil edən amillər: demokratiya, azad bazar iqtisadiyyatının inkişafı, şəffaf seçkilər, şəxsiyyətin hüquq və azadlıqları kimi sərvətlərin qorunması və dövlətin iqtisadiyyata müdaxiləsinin azaldılması xarakterizə edilir.

Daha sonra digər əsas ideoloji cərəyan olan konservatizm (mühafizəkarlıq) haqqında məlumat verilməlidir. Konservatizm cərəyanının səciyyəvi xüsusiyyətləri olan hər bir yenilik, dəyişiklik özündən əvvəlki qaydalar üzərində , varislik əlaqəsi əsasında baş verməli, ailə, din, mülkiyyət , yüksək dəyərlər sistemi olmalı, siyasət əxlaqa tabe olmalı və cəmiyyətdəki ziddiyyətlər ənənəvi qaydalar əsasında həll olunmalı və s. diqqətə çatdırılmalıdır. Konservatizm cərəyanından bəhs edərkən ənənəviçilik, dinçilik, qayda –qanun, iyerarxiya , hakimiyyət və nüfuz, mülkiyyət kimi mühafizəkarlıq dəyərləri üzərində dayanmaq lazımdır. Həmçinin, XX əsrin 70-80-cı illərində yaranan neokonservatizm cərəyanı haqqında da məlumat verilir. Qeyd etmək lazımdır ki, neokonservantlar etnik, milli münasibətlərə yeni münasibətlə yanaşaraq, etnik və irqi mənsubiyyətindən asılı olmayaraq hər kəsə eyni işdə şərait və imkan yaradılmalıdır.

XIX əsrin ortalarında yaranmış elmi sosializm cərəyanı haqqında bəhs etmək lazımdır. Bu cərəyanın əsası K.Marks və F.Engels tərəfindən qoyulmuşdur. Sosializm ideologiyanın əsasını sinifsiz, sosial ədalətli, həmrəyliyi, şəxsiyyətin sosial müdafiəsini həyata keçirən cəmiyyət təşkil edir. XX əsrdə sosialist tipli dövlətlər meydana gəlsə də özünü olduğu kimi doğrultmadı. Müasir dövrdə formalaşan sosial- demokratiya cərəyanından danışarkən onun marksizm və leninizmdən fərqli cəhətləri izah olunmalıdır. Burada əsas üstünlük sosial barışığa, sülhə, əməkdaşlığa azadlıq, insan ləyaqətinə üstünlük verilir. Sosial demokratiya cərəyanından danışarkən , mütləq müasir dövrdə dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən sosial demokrat partiyalarının prinsiplərinə toxunulur: iqtisadi həyatın dövlət tərəfindən tənzimlənməsinə yol verilməsi və qarışıq iqtisadiyyatın üstünlüyü; bir sıra iri sənaye müəssisələrinin milliləşdirilməsi, dövlətin sosial funksiyalarının gücləndirilməsi və s.

Sualın yekununda liberalizm, konservatizm və sosial- demokrat cərəyanının oxşar və fərqli cəhətlərini müqayisə etmək olar.



XI Mövzu
Siyasi sosiallaşma (2 saat)
Plan:


  1. Şəxsiyyətin siyasi sosiallaşması anlayışı və ona təsir edən amillər.

  2. Siyasi sosiallaşma prosesinin əsas mərhələləri, funksiyaları və tipologiyası.

  3. Şəxsiyyətin siyasi sosiallaşması.

Ədəbiyyat:


  1. Politologiya (dərs vəsaiti).ADİU. B., 2004.

  2. Dövlət idarəçiliyi: Nəzəriyyə və təcrübə N3. B., 2003.

  3. M.Ə. Əfəndiyev. Siyasi elmin əsasları. B., 2004

  4. Politologiya. (Dərslik ). B., 2008.

  5. Мировая политика. Лебедев М.М. 2008


METODİK MƏSLƏHƏT
Şəxsiyyətin siyasi sosiallaşması anlayışı və ona təsir edən amillər ” adlanan sualı şərh edərkən ilk olaraq sosiallaşma anlayışının mahiyyəti açıqlanmalıdır. Sosiallaşma şəxsiyyətin sosial təşəkkülü və inkişafı, onun siyasi şüuru və siyasi davranışının formalaşması prosesidir. Siyasi sosiallaşma anlayışı izah olunur. Müxtəlif müasir tədqiqatçıların siyasi sosiallaşma anlayışı haqqında müxtəlif fikirlər diqqətə çatdırılır. Q. Xaymen, D. İston , M. Xabermes, K. Luman, E. Erikson , E. Franm, C. Risman, O. Qumençuk və s. fikirlərinə əsasən siyasi sosiallaşma fərdin siyasi sferaya daxil olması və onun mövcud sosial- siyasi şəraitə inteqrasiya və adaptasiyası, mədəni dəyərlərin, siyasi orientasiyaların , mövcud cəmiyyətdə qəbul olunmuş siyasi davranış normalarının mənimsənilməsi deməkdir. Siyasi sosiallaşmanın 2 formasını fərqləndirmək lazımdır: birbaşa və dolayı. Birbaşa- siyasi sosiallaşmada fərd tərəfindən mənimsənilən orientasiyalar olub siyasi xarakter daşıyır. Dolayısı isə fərdin birbaşa siyasi xarakterli olmayan, lakin onun siyasi davranışına təsir edən orientasiyalarını nəzərddə tutur. Ailə, məktəb, gənclər təşkilatı, siyasi partiyalar, KİV, siyasi mədəniyyət, siyasi rejim siyasi sosiallaşma prosesinin xarakterinə öz təsiri göstərməsi aydınlaşdırılır.

Daha sonra siyasi sosiallaşmaya təsir edən amillər sadalanır və mahiyyəti diqqətə gətirilir. Bu amillər təhsil müəssisələri, sosial normalar, hüquqi normalar, incəsənət və kütləvi informasiya vasitələridir.



Siyasi sosiallaşma prosesinin əsas mərhələləri, funksiyaları və tipologiyası ” adlanan ikinci sualı şərh edərkən siyasi sosiallaşmanın mərhələləri izah edilməlidir. Siyasiləşmə, siyasətin fərdiləşdirilməsi, ideallaşdırma , təsistlanma mərhələləri haqqında geniş şəkildə məlumat verilir. Siyasi sosiallaşmanın funksiyalarından danışarkən şəxsiyyətin siyasi sisteminin demokratik prinsipləri əsasında fəaliyyət göstərməsi, dəyərlər orientasiyası, praqmatik funksiyaları izah edilir. Bu funksiyaları izah edərkən şəxsiyyətin fəallığını, siyasi proseslərə yaradıcı yanaşmasını demokratiyaya bağlı olması nəzərə çatdırılır.

Siyasi sosiallaşmanın əsas tipləri haqqında xüsusi məlumat verilməlidir. Qeyd olunmalıdır ki,



  1. Harmonik tip- hakimiyyət , şəxsiyyət normaları və dəyərlər vasitəsilə bir-birilərinə bağlı olub, hakimiyyət və şəxsiyyət arasında bir harmoniya hökm sürür.

  2. Prüralist tip- onların başqa insanların dünyagörüşünə , dəyərlərinə münasibəti tolerantdır.

  3. Münaqişəli tip- bu tiplər cəmiyyətin müxtəlif siyasi qrupları arasında gedən mübarizə ilə xarakterizə olunur.

  4. Hegemon tip – bu şəxsiyyətlər başqa siyasi sistemlərin və başqa təşkilatların nümayəndələrinə neqativ münasibəti ilə fərqlənir.

Siyasi sosiallaşma həmin şəxsiyyətlərin mənsub olduqları qrup, sinif, toplumun dəyər və normaları əsasında reallaşır.

Şəxsiyyətin siyasi sosiallaşması ” adlanan üçüncü sualı şərh edərkən diqqəti şəxsiyyətin siyasi prosesdə iştirakına yönəltmək lazımdır. Şəxsiyyətin siyasi iştirakçılığı dedikdə mitinqlərdə , referendumlarda , nümayişlərdə , seçkilərdə , siyasi təşkilatla fəallıqda, seçkiqabağı kompaniyalarda fəal iştirakçılıq, hakimiyyət strukturları ilə sıx əlaqə qurmaq gedişatında özünü biruzə verir.

Şəxsiyyətin siyasi davranışı şərtləndirən amillər sırasına daxildir. Mübarizə , müharibə, inqilab, siyasi oyun və s. üzərində dayanmaq lazımdır. Şəxsiyyətin siyasi davranışı siyasi mədəniyyətin inkişaf səviyyəsindən də çox asılıdır. Nəzərə çatdırmaq lazımdır ki, şəxsiyyətin siyasi fəaliyyətinə beynəlxalq şərait , ölkədaxili siyasi vəziyyət , fərdin psixoloji özəlliyi təsir göstərir.

Daha sonra siyasi özgələşmənin təsnifatı diqqət mərkəzinə gətirilir. Siyasi özgələşmə şəxsiyyətin siyasi proseslərdən kənarda qalmasını , siyasi iştirakçılıq fəaliyyətindən şəxsiyyətin uzaqlaşdırılmasıdır. Bunun səbəblərindən bəhs olunarkən siyasi laqeydlik və şəxsiyyətin siyasətdən kənar edilməsinə diqqət yetirmək lazımdır.

Sualı yekunlaşdırarkən qeyd edilməlidir ki, şəxsiyyətin siyasi fəallığı obyektiv və subyektiv xarakter daşıyır. Obyektiv şərtlər seçkilər, vətəndaşların hakimiyyətlə pozitiv dialoqu kimi formalarla yanaşı, mövcud siyasi rejim və ya hakimiyyətə etiraz formasında üzə çıxır. Subyektiv şərt isə şəxsiyyətin siyasi fəallığına ictimai-siyasi quruluş təsir göstərir və demokratik rejimlərdə siyasi fəallıq üçün əlverişli mühit yaranır.



XII Mövzu
Milli siyasət (2 saat)
Plan:


  1. Millətlərarası münasibətlərdə siyasi aspekt və onun aparıcı rolu.

  2. Milli münaqişələrin həllinin siyasi prinsipləri.

  3. Sosial –etnik birliklər siyasi münasibətlərin tərkib hissəsi kimi.

Ədəbiyyat:


  1. Джарол Б. Мангейм, Ричард К. Рич. «Политология, методы исследования »

  2. Политическая конфликтология . Под. Рук. Ланцова С. 2008

  3. Глобалистика. Прыкин Б.В. 2007

  4. Вся политика. Хрестомания. Нечаев В.Д., Филиппов А.В. 2006

  5. Глобалистика. Маринченко 2009

  6. Мировая политика. Лебедев М.М. 2008

  7. Политология. Зеленков М.Ю. 2009

  8. Политология. Краткая хрестомания.

  9. Мировая политика. Лебедева М.М. 2007

  10. Теория и методы в современной политической науке. Под. ред. Ларсена С.У

  11. Анализ мировых систем и ситуация в современном мире. Валлерстойн И. 2001

  12. Демократия и тоталитаризм. Арон Р. 1993

  13. Модели постризисного развития: глобальная война и новый консенсус. 2010

  14. Третья война. Демократизация в конце ХХ века. Хантингтон С. 2003

METODİK MƏSLƏHƏT.
Millətlərarası münasibətlərdə siyasi aspekt və onun aparıcı rolu ” adlanan sualı şərh edərkən ilk olaraq millət anlayışı izah edilməlidir. Bu sual milli məsələ və milli münasibətlər anlayışlarının mahiyyətini araşdırmaqla davam etdirlməlidir. Milli məsələ milli bərabərsizlik münasibətləri, millətlər arasında mədəni və iqtisadi inkişaf səviyyəsində bərabərsizlik və s. məsələsi olub dövlətdaxili və dövlətlərarası münasibətlər sistemidir. Milli münasibətlərdən bəhs edərkən, onun məzmununu təşkil edən amillər sadalanır: millətdaxili münasibətlər, milli- etnik birliklər arası münasibətlər, millət və xalqların şəxsiyyətlər arası səviyyədə münasibətlər. Milli müqəddəratı təyinetmə beynəlxalq hüququn əsas prinsiplərindən sayılır. Çox millətli dövlət çərçivəsində milli özünü təyinetmə, milli dillərin və mədəniyyətlərin inkişafı üçün şəraitin yaradılması, milli kadrların hazırlanması, hakimiyyət strukturunda təmsil edilməsi və s. məsələlər siyasi aspekt daşıyır. Qeyd olunmalıdır ki, millətlər arası münasibətlərin həlli məsələsində millətlərin öz müqəddəratını təyin etmək hüququ vardır. Bu baxımdan milli məsələni həll etməyin yolu dövlətlərin ərazi bütövlüyünün pozulmaması şərti olaraq suverenliyi təmin edilməlidir. Digər mühüm şərt vətəndaşların irqindən , dilindən , dinindən asılı olmayaraq hüquq bərabərliyinin təmin edilməsidir.

Milli dövlətin yaranmasından danışarkən nəzərə çatdırmaq lazımdır ki, bu asan məsələ olmayıb, onun formalaşması üçün milli mədəniyyət , müstəqil iqtisadiyyat, əhalinin sayı, təbii resursların mövcudluğu , sosial rifahın və təhlükəsizliyin təmin olunması üçün yetərli dərəcədə güc lazımdır. Bu baxımdan milli dövlət quruluşunun üç forması: unitar, federativ, konfederativ mövcuddur. Bu dövlət quruluşunun mahiyyəti açılmalıdır.



Milli münaqişələrin həllinin siyasi prinsipləri ” adlanan ikinci sualı şərh edərkən milli siyasət xüsusi izah olunmalıdır. Qeyd edilməlidir ki, millətlər arası münasibətlərin düzgün qurulması üçün milli siyasət düzgün proqramlaşdırılmalı, nizamlanmalı, həyata keçirilməsi təşkil edilməli və ona nəzarət olunmalıdır.

Millətlərarası münaqişələrin baş verməsi səbəbləri aydınlaşdırılmalıdır. Onun meydana gəlməsi səbəbləri olan xalqların müstəqil siyasi həyat formalarına perspektivdə isə müstəqil milli dövlət yaratmağa can atması, inkişaf ehtiyatlarının məhdudluğu, etnik reallığı lazımı səviyyədə nəzərə almayan dövlətin siyasi quruluşunun – etnoslar arası gərginliyin artmasına təsir göstərməsidir. Bu münaqişələrin təhlükəli həddə gəlib çatması müəyyən səbəblərlə əlaqədardır: etnik birliklərlə siyasi azadlıqların verilməsi. Çoxmillətli dövlətlərdə etnik birliklərə xüsusi siyasi hüquqlar verilməsi və onların daxilində milli-ərazi qurumların yaradılması.

Millətlərarası münaqişələrin həlli demokratik şəraitdə milli siyasətin düzgün aparılması yolu ilə etno-mədəni səviyyədə həll olunmalıdır. Müasir dövrdə dünya ölkələrinin bəzilərinin təcrübəsindən misal gətirmək olar.

Sosial –etnik birliklər siyasi münasibətlərin tərkib hissəsi kimi” adlanan üçüncü sualdan bəhs edərkən etnos anlayışının mahiyyətini araşdırmaq lazımdır. Etnos nisbətən sabit xüsusiyyətləri olan mədəniyyət və psixikaya malik habelə öz vəhdətini insanların başqa qruplarından fərqləndirən, bir dildə danışan insanların tarixən yaranmış məcmusudur. Etnos üçün varislik, fasiləsiz inkişaf, habelə zaman çərçivəsində dəyişmə səciyyəvidir. Etnik proseslər nəticəsində etnik-milli düşüncə tərzi, özünü dərketmə xüsusiyyəti formalaşır.

Siyasi –hüquqi yanaşmaya görə etnik mənsubiyyətindən asılı olmayaraq dövlətin bütün vətəndaşları eyni milləti təmsil edilir.

Daha sonra millət anlayışının təsnifatı verilir. Millət beynəlxalq arenada, öz milli maraqlarından, milli sərhədlərindən və digər milli atributlarından çıxış edərək bir dövlətdir.

Sualı yekunlaşdırarkən milli münasibətlərin formalaşmasında sosial, siyasi, iqtisadi, mənəvi amillərin böyük rol oynaması və bu proseslərdə yaranan çətinliklər barəsində danışmaq lazımdır.



XIII Mövzu
Cəmiyyətdə siyasi münaqişələr və onların həlli yolları (2 saat)
Plan:


  1. Siyasi münaqisələrin mənşəyi və mahiyyəti.

  2. Siyasi münaqişələrin həlli yolları.



Ədəbiyyat


  1. Politologiya. Dərs vəsaiti. ADİU B., 2004.

  2. X.İbrahimli. “Politologiya”. B., 2008.

  3. Ə Həsənov. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarıcı siyasəti. B., 2005.

  4. Y.Rüstəmov. Siyasi hüquqi təlimlər tarixi. B., 2000.

  5. S.Xəlilov. Şərq və Qərb ümumbəşəri ideala doğru. B., 2006.

  6. Ə.Tağıyev. A.Şükürov. İki əsrin qovşağında Azərbaycan: Milli və millətlərarası problemlərin həlli yolunda. B., 2004.

  7. Nəsirəddin Tusi. Əxlaqi-nasiri. B., 2003.

  8. Конфликтология . Под.ред. В.П.Ратникова. М., 2005.

  9. С. Хантингтон. Политический порядок и меняющихся общества. М.2004.

  10. В.Н.Кудчявтсев. Основы конфликтологии. М., 1997



METODİK MƏSLƏHƏT
Siyasi münaqişələrin mənşəyi və mahiyyəti” adlanan bu sualı şərh edərkən münaqişə anlayışının mahiyyəti araşdırılır. Münaqişə cəmiyyətin sosial həyatında mühüm hadisələrdən biri olub iki və ya bir neçə tərəflərin hərəkət və məqsədlərinin üst-üstə düşməməsi və narazılıqla nəticələnməsidir. Məqsəd, mənafe, istək münaqişələrin baş verməsinə səbəb ola bilər. Bu günə qədər münaqişə nəzəriyyəsilə bağlı qədim dövrlərdən etibarən müxtəlif mütəfəkkirlərin fikirləri olması haqqında geniş məlumat veilir.

Siyasi münaqişə-hakimiyyət səlahiyyətlərinin bölünməsi ilə bağlı bir-biri ilə mübahişə edən fərdlərin, qrupların, tərəflərin məsələlərə fərqli baxışları, fərqli nəticə çıxarmaları, öz aralarında rəqabət aparmasıdır. Siyası münaqişələrin mühüm cəhəti budur ki, onun iştirakçılarının maraqları və məqsədləri siyasi sahə ilə sıx bağlı olur.

Bu sualda daxili - siyasi, xarici –siyasi, beynəlxalq münaqişələrin təsnifatı izah edilir. Xüsusilə diqqəti Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulması məsələsinə yönəltmək lazımdır.

Siyasi münaqişələrin obyekti dövlət hakimiyyəti, sosial qrupların statusu və siyasi dəyərlərdir. Siyasi münaqişələrin subyekti isə siyasi institutlardır.

Həmçinin sualı yekunlaşdırarkən müasir dövrdə sivilizasiyalarası siyasi münaqişələrə, Şərq və Qərb, xristian və islam dünyası arasında siyasi münaqişələrədə toxunmaq məqsədə uyğun olardı.

Siyasi münaqişələrin həlli yolları” ikinci sualı izah edərkən qeyd olunmalıdır ki, münaqişələrin xarakterindən və xüsusiyyətlərindən asılı olaraq onların həlli müxtəlif yollarla tənzimlənir. Münaqişələrin təmzinlənməsi yəni onun qarşısını almaq üçün tədbirlər sisteminin işlənib hazırlanması və tətbiqi başa düşülür. Burada iki cür münaqişənin təmzinlənməsi diqqətə çatdırılır. 1) Tərəflərin barışmasına nail olunması, yəni münaqişənin səbəbi süni yolla yox olub gedir; 2) Tərəflərin barışmazlığı, bu tədbirdə münaqişə uzunsürən xarakter alır. Mübahisəli məsələ aradan qaldırılmadan tərəflərin mövqeyində və davranışında dəyişikliyə nail olmaq mümkün deyildir.

Siyasi münaqişələrin idarə olunmasından danışarkən proseslərin idarə olunmasını asanlaşdıran, qəfil hadisələrdən qaçmaq üçün kənarda qalmış məsələləri aşkara çıxarmaq, sosial-siyasi gərginliyi minimuma endirmək, münaqişənin daha çox zəhmət və enerji sərfi tələb edən gərgin fazaya daxil olmasını əngəlləmək prinsipləri təhlil edilir.

Siyasi münaqişələrin həlli üçün beynəlxalq təcrübədə istifadə olunan metodlara diqqəti yönəltmək lazımdır. Birinci metod münaqişədən çəkinmək. Bu halda siyasi xadim siyasi səhnədən gedə bilər və ya ölkədən mühacirətə getməsi və s. İkinci metod münaqişənin həllinin sonraya qoyulmasıdır. Üçüncü metod münaqişələrin həll edilməsi uğrunda mübarizə aparan tərəflərin vasitəçilik yolu ilə barışdırılması. Dördüncü metod münaqişə aparan tərəflərin onun həlli üçün üçüncü tərəfə müraciət etməsi, tərəfin çıxardığı qərara tabe olmasıdır. Beçinci metod-danışıqlar yoludur. Buna konsensusda deyilir. Konsensus daha geniş təhlil olunmalıdır.

Bu sualda münaqişələrin həlli üçün demokratik şəraitin olması, demokratik dövlətdə hüquq normalarının qorunması vacibliyindən bəhs olunmalıdır. Siyasi münaqişələrin həllində digər vacib məsələlərdən biri də güzəştə getməkdir.

Sualı yekunlaşdırarkən siyasi münaqişələrin tənzimlənməsində, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin verilməsi haaqında danışmaq lazımdır.


Yüklə 251,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə