Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/32
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4643
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

 
46 

 
leksik  vahidlərin  nitqdə  sərbəst  və  sürətli  işlədilməsinə  nail  olmaq  üçün  şagirdlərə 
eyni bir situasiyaya aid müxtəlif materialların təqdim olunması; 

 
seçmək, öyrənmək və istifadə etmək üçün geniş söz ehtiyatının nəzərdə tutulması;  

 
dərslərin  planlaşdırılması  zamanı  müəyyən  tarixi  gün,  bayram  və  hadisələrin 
tarixlərinin nəzərə alınması; 

 
kommunikativ  və  interaktiv  metodlarla  xarici  dillərin  öyrənilməsi,  şagirdlərin 
reseptiv, produktiv, interaktiv və mediasiya bacarıqlarının inkişaf etdirilməsi; 

 
idraki, metakoqnitiv, koqnitiv və sosial-affektiv strategiyaların tətbiqi; 

 
kooperativ təlimdə qruplar, cütlər və fərdi işlərin təşkili; 

 
müxtəlif vizual əyaniliklərin təmin olunması;  

 
tapşırıqlı təlimlə dilin öyrənilməsi; 

 
problemlər üzərində təlimlə dilin öyrənilməsi; 

 
dilin öyrənilməsində İKT-dən istifadə olunması;  

 
autentik materiallardan  təlimin tətbiqində istifadə olunması; 

 
şagirdlərdə  diqqətlə  dinləmək,  danışmaq  və  müşahidə  qabiliyyətlərinin 
formalaşdırılması; 

 
kontekst  daxilində  fikrini sərbəst ifadə etmək üçün imkanın yaradılması; 

 
kommunikativ  vərdişlərin  əldə  olunması  üçün  real  həyatla  bağlılığın  təmin 
olunması.   
                     
Məzmun xətləri üzrə xarici dilin təliminə verilən tələblər 
 Dinləyib-anlama  

 
seçilən  audio-vizual  materialların  səviyyəsinin  şagirdlərin  dil  üzrə  hazırlıq 
səviyyəsinə uyğun   olması; 

 
seçilən materialın şagirdlərin yaş səviyyəsinə uyğun olması; 

 
materialın tərkibində olan naməlum elementlərin şagirdlərin çevik başa düşə bilməsi 
üçün onların qısaldılması və ya asanlaşdırılması;  

 
müxtəlif  nitq  vahidlərinin-nitq  etiketləri  və  ifadələrinin  əsasında  dialoq  və 
monoloqların mənimsənilməsi; 

 
audio-video tipli vasitələrin tətbiqi; 

 
müxtəlif tipli mətnlərdən (təsviredici və nağılvari hekayələrdən) istifadə; 


 
47 

 
seçilən materialın şagirdlərin gündəlik tələbat və maraqlarına uyğun olması; 

 
seçilən materialda dili öyrənilən ölkə reallıqlarının nəzərə alınması; 

 
dinləyib-anlama  üçün  seçilən  materialın,  əsasən,  dil  daşıyıcısının  səsi  ilə  lentə 
alınması; 

 
autentik materialların çoxluğuna yer verilməsi. 
Danışma 

 
şagirdlərdə  qrammatikanın,  lüğətin,  anlamanın,  düzgün  tələffüzün  və  axıcı  nitqin  
formalaşması; 

 
yaradıcı  nitq  fəaliyyətinin  formalaşdırılması  və  inkişafı  üçün  seçilən    mövzuların 
aktual və şagirdlərin maraqlarına uyğun olması;  

 
şagirdlərdə yaş səviyyələrinə uyğun ümumiləşdirmə, müqayisə, təhlil, əlaqələndirmə  
bacarıqlarının formalaşdırılması; 

 
şifahi nitqin inkişaf etdirilməsi üçün xüsusi tapşırıqların nəzərdə tutulması; 

 
şagirdlərdə təqdimat etmə bacarıqlarının inkişaf etdirilməsi. 
Oxu 

 
təlimin  ilk  mərhələsindən  etibarən  şagirdlərdə  oxu  texnikasına  düzgün  yiyələnmək 
üçün səsli və ya səssiz oxudan istifadə edilməsi;  

 
oxu materiallarının sinifdən-sinfə keçdikcə genişləndirilməsi;  

 
şagirdlərin  müstəqil  oxu  qabiliyyətlərinə  yiyələnə  bilmələri  üçün  müxtəlif  növ  oxu 
materiallarından istifadə olunması;  

 
autentik materialların istifadəsinə geniş yer verilməsi; 

 
oxu üçün seçilən materialların şagirdin maraq və tələbatını təmin etməsi; 

 
oxu materiallarının müasir dövrlə səsləşməsi. 
 Yazı 

 
yazının  nitq  fəaliyyətinin  digər  növləri  (dinləyib-yazma,  danışıb-yazma,  oxuyub-
yazma) ilə əlaqələndirilməsi; 

 
yazı  zamanı  kəmiyyət  və  keyfiyyət  münasibətlərinin  -  fikirlərin  ətraflı,  səlis  və 
səhvsiz yazılmasının  nəzərə alınması; 

 
yazının hesabat, təsvir və s. xarakterli növlərinin nəzərə alınması;  

 
tədqiqat mövzularının şagirdlərin maraq və  yaş səviyyələrinə uyğun seçilməsi.  


 
48 

 
hər hansı mövzu ilə bağlı yazılı təqdimat etmə bacarıqlarının inkişaf etdirilməsi. 
 
 
2.2. Xarici dil təlimin təşkilində istifadə olunan forma və 
üsullar  
Müasir  dövr  xarici  dillərin  öyrənilməsini  zərurətə  çevirib.  İndi  müstəqil 
Respublikamızın  müxtəlif  dillərdə  danışan,  dünya  arenasına  çıxmağı  bacaran,  müxtəlif 
səviyyələrdə öz sözünü deyə bilən gənclərə böyük ehtiyacı var. Bu  məqsədlə təhsilimizdə  
aparılan  dəyişikliklər,  yeni  təhsil  proqramlarının(kurikulumların)  işlənib  istifadəyə 
verilməsi  məsələnin  həll  olunmasını  tənzimləməyə  xidmət  edən  amillərdəndir.  Ölkəmizdə 
dünya  təhsilinə,  Avropa  standartlarına  müvafiq  hazırlanan  məzmun  standartları  
təhsilimizin  yeniləşməsinə,  beynəlxalq  aləmə  inteqrasiya  olunmasına    müsbət  zəmin 
yaradır. Bu standartların reallaşmasına  xidmət edən  forma  və  üsullar şagirdlərin  müstəqil, 
yaradıcı  işləməsini,  təşəbbüskar  olmasını,  müxalif  fikrə  hörmətlə  yanaşmaq  və  ünsiyyət 
bacarıqlarının,  onlarda  liderlik  qabiliyyətinin  formalaşdırmasını  məqsəd  kimi  qarşıya 
qoyur.  
Siniflər üzrə müəyyən olunmuş məzmun standartlarının  tətbiqində təlimin təşkilinin 
forma  və  üsullarının    düzgün  seçilməsinin  böyük  əhəmiyyəti  var.  Düzgün  seçilmiş  forma 
və üsullar öyrənənlərin xarici dil təliminə marağını artıracaq, ünsiyyətə girməyə, fikirlərini 
sərbəst  ifadə  edə  bilməyə  zəmin  yaradacaq,  onlarda  tərəddüd  hissini,  hazırcavablıqla, 
cəldliklə, çevikliklə əvəz edəcək və onlar asanlıqla xarici dildə ünsiyyət yaradacaqdır.  
Seçilən  forma  və  üsullar  müəllimləri  yaradıcı  axtarışa    istiqamətləndirdiyi  kimi, 
öyrənənləri  də  yüksək  fəallığa,  xarici  dildə  fikrini  ifadə  etməyə,  qorxu,  tərəddüd,  ehtiyat 
hisslərini aradan qaldırmağa və öyrəndikləri dildə danışmağa sövq edəcəkdir. 
Təlim    prosesində  müxtəlif    üsulların  seçilməsinin  üstünlüyü  ondadır  ki,  bu  zaman 
heç kəs passiv qalmır, hamı həvəslənir, nəyi bacarırsa, deməyə səy göstərir. Bu da xarici dil 
təlimində ən vacib şərtlərdən hesab edilir. 
 Xarici  dil  təlimində  standart  dərs  formaları  ilə  yanaşı,  dərs  –  müzakirə,  dərs  – 
konfrans,  dərs  –  tok-şou,  dərs  –  ekskursiya,  inteqrativ  dərs  və  s.  bu  kimi  qeyri  –  standart  
formalarından da istifadə edilə bilər. 
Bu  standart və qeyri-standart dərs formaları dərs-müzakirə, dərs–mətbuat konfransı, 
tok-şou,  dərs  –  ekskursiya,  inteqrativ  dərslər  ,  “Beyin  fırtınası”,  BİBÖ  ,  auksion,  klaster, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə