Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/32
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4643
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

 
52 
Ev  tapşırıqları  təlimin  fərdi  təşkili  formasıdır.  Onlar  müxtəlif  vəzifələri  yerinə 
yetirir:  dərsdə  keçilən  materialları  möhkəmlətmək,  dərinləşdirmək,  nəzəri  biliyi  tətbiq 
etmək, növbəti mövzunu mənimsəməyə hazırlaşmaq və s. 

 
fəndən  və  mövzudan  asılı  olaraq  ev  tapşırıqları  şifahi,  yazılı,  əməli  xarakterdə  ola 
bilər; 

 
ev tapşırıqları bir sıra tələblərə uyğun olmalıdır; 

 
tapşırığın məqsədi və icra qaydası şagirdlərə aydın olmalıdır; 

 
tapşırıqlar məzmunca rəngarəng olmalıdır;  

 
ev tapşırıqları mümkün qədər yaradıcı xarakter daşımalıdır; 

 
tapşırıqların icrası müntəzəm yoxlanımalıdır. 
Təlimin  sinifdənxaric  iş  formaları  dərslərdə  öyrənilən  bilikləri  genişləndirmək, 
təlimə  maraq  oyatmaq,  fərdi  meyl  və  qabiliyyətləri  inkişaf  etdirmək  məqsədi  güdür. 
Sinifdənxaric işlər bir neçə növdə olur:  
1)  kollektiv  işlər  (onlayn  layihələri,  fənn  olimpiadaları,  təlim  konfransları,  şən 
hazırcavabların yarışı, təlimi xidmət layihələri,  müsabiqə və baxışlar, elmi mövzuda söhbət 
və məruzələr, intellektual oyunlar və b.);  
2) fərdi işlər (mütaliə, fərdi tapşırıqların icrası, əyani vəsait hazırlamaq, məruzə etmək, 
referat yazmaq və s.).  
Təlimin sinifdənxaric formalarını dərslərlə əlaqələndirmək, onların emosional təsirini 
artırmaq vacib şərtdir. 
 
Təlimin təşkilinin metod və üsulları 
Müəllim  seçdiyi  standart  və  ona  uyğun  məzmun  xəttinə  əsasən  təyin  etdiyi 
məqsədlərə  çatmaq  üçün  mövzuya  uyğun  metod  və  üsulları  təyin  edir.  Dərsin  ilk 
mərhələsində  motivasiya  xarakterli  ən  çox  işlənən  sinif  qızdırıcılarıdır  ki,  bunlara  bəzən 

buzqıranlar

 deyirlər. 
“Buzqıranlar”. Müəllim bu metoddan sinfi tez ələ almaq, fəallaşdırmaq və gərginliyi 
aradan  götürmək,  yeni  dil  mühiti  yaratmaq  üçün  istifadə  edir.  “Buzqıranalar”a  fiziki 
hərəkətlərlə  oyunlar,  iştirakçıların  bir-biri  ilə  tanışlığı,  dairədə  zarafatlar,  komplimentlər 
daxildir.  Bu  metoddan  istifadə  yorğunluğu,  dərs  prosesindəki  mənfi  enerjini  azaldır. 


 
53 
Situasiyadan asılı  olaraq onu  “  Məndən  sonra  təkrar  et”,  “Mən elə  insanlara  heyranam 
ki...”, “mən kiməm”, “Salamlama”, “Tanışlıq”, “Adlar və xarakterlər” və s. adlandırmaq 
olar.  Məsələn,  “Adlar  və  xarakterlər”  -  dən  istifadə  zamanı      iştirakçılar  öz  adlarının  baş 
hərfi ilə başlayan sifətdən istifadə edərək  özlərini təqdim edirlər“Ağıllı Ayaz”, “Peşəkar 
Pərviz və  s.  
Bu strategiya şagirdlərin bir-birinə hörmət və inamını inkişaf etdirir, sağlam ünsiyyət 
və  dəstəkverici  şərait  yaradır.  Bu  mərhələdə  şagirdlər  ən  çox  dinləyib-anlama  və  danışıq 
vərdişləri qazanırlar.    
“Əqli  hücum”.  Bəzən  “Beyin  fırtınası”  kimi də  adlandırılan    bu  üsulun  üstünlüyü 
ondadır ki, burada təcili sürətdə ümumi məqsədlə  bağlı müxtəlif ideyalar yaradılır, əsasən, 
dərsin  motivasiya  mərhələsində  tətbiq  olunur.  Bu  zaman  cavablar  bir-birini  təkrar 
etməməlidir. Bu  metod  istifadə etməklə şagirdlərdən verilən  mövzu ətrafında  ideyalar tez 
bir  zamanda  toplanır,  siyahıya  alınır  və  ya  “Əqli  Xəritə”,  “Hörümçək  Toru”,  “Salxım”, 
“Balıq  sümüyü”  üzərində  göstərilir.  Təkliflər  toplanarkən  müzakirə  və  tənqidlər  istisna 
edilir. Bu fəaliyyət növü 5-10 dəqiqə çəkir. Məsələn, “Ətraf aləm nədir?”, “Sağlamlıq nə 
deməkdir?” “İdman nə üçün lazımdır?”, “Məktəb sənə necə kömək edir?” və s.  
Bu  metodun  tətbiqi  zamanı  müəllim  şagirdlərin  qabiliyyətlərini  fərqləndirir,  onların 
verilən mövzu ətrafında nə düşündüklərini, nə dərəcədə məlumatlı olduqlarının üzə çıxarır. 
Bu  metod    şagirdlərdə  dinləyib-anlama  və  danışıq  vərdişləri  yaradır.  Şagirdlər  “bəli”, 
“xeyr”  cavablarından  uzaqlaşmalı,  dili  geniş  aspektdə  işlətməlidirlər.  Yadda  saxlamaq 
lazımdır  ki,  bu  metoddan  istifadə  edərkən  müəllim  razılaşmalıdır  ki,  səhv  fikir  yoxdur, 
müxtəlif  fikir  var.  Bu  üsulun  tətbiqi  ilə  şagirdlər  tədqiqat  aparmaq  yollarını  öyrənir  və 
axtarışlar  aparır,  müstəqil  düşünmə  qabiliyyətlərini  nümayiş  etdirirlər.  Bu  onların  tənqidi 
təfəkkürlərinin inkişafına müsbət  təsir göstərir. 
Məsələn, şagirdlər konkret mövzu və ya problem haqqında ilk ideyalarını səsləndirir 
və  onları  qeyd  edirlər.  Burada  əsas  məqsəd  şagirdlərin  mümkün  qədər  çox  fikir 
söyləməsinə nail olmaqdır. Fikirlər qeyd olunduqdan sonra onlar qruplarda təhlil və təsnif 
edilir, seçilmiş ideyaların müzakirəsi aparılır. 
Dinləyib-anlama üzrə  
Dinləyib-anlama  bacarıqları  avtomatik  inkişaf  etdirilməlidir.  Necə  olur  olsun, 
dinləyb-anlama komunikativ prosesin ən mühüm aspekti olaraq praktikada tətbiq olunmağa 


 
54 
ehtiyacı  vardır. Dinləyib-anlama  fəaliyyəti zamanı  müxtəlif  produktiv  vərdişlər qazanılır. 
Dinləyib-anlamanın müxtəlif tiplərindən asılı olaraq metod və üsullar da müxtəlif olur. 
Spesifik  dinləmə    zamanı  şagirdlər  cavabını  bilmək  istədikləri  məlumat  haqqında 
spesifik  suallar  verirlər.    “Sual-cavab”,  “Səhvi  tap”,  “Məndən  sonra  de”,  “İnformasiya 
boşluqları”, “Fərqi tap”və s. 
İntensiv  dinləmə  odur  ki,  şagirdlər  müəyyən  məlumat  əldə  etmək  üçün  hansısa  bir 
mühazirəyə qulaq asırlar və ya müəllim tərəfindən səsləndirilmiş hekayəni dinləyirlər.  
Ekstensiv  dinləmə  zamanı  isə  şagirdlər  disk,  CD  üzərində  olan  çalışmalara,  musiqi 
parçalarına və ya radioda hər hansı bir hekayəyə qulaq asırlar.   
Şagirdlərin  verilən  qaydaları,  elanları,  filmləri,  sualların  cavablarını  başa  düşməyə 
ehtiyacları  vardır.  Effektli  dinləyib-anlama  tədris  prosesində    düzgün  canlı  tələffüz  və 
intonasiyaya  əsaslanır.  Bunun  üçün  disk,  CD  çalışmaları  bu  vərdişin  qazanılmasında 
mühüm  rol  oynayır,  onlar  bu  üsulla  yazılı,  şifahi  tapşırıqları  cəld  yerinə  yetirməyi 
öyrənirlər. Dinləmənin mahiyyəti odur ki, müəllim hər hansı bir situasiyanın əsas ideyasını 
öyrənmək  istəyir.  Bu  zaman  aşağıdakı  texnologiyalardan  istifadə  olunması  faydalı  hesab 
edilir: 

 
İnformasiya boşluqları 

 
Fiziki hərəkətə çağırış 

 
Məndən sonra de 

 
Səhvimi düzəlt  

 
Şəkilli imla 

 
Musiqili imla 

 
Yarımçıq hekayə 

 
Təsvir et və şəklini çək  

 
Zəncirli hekayə   

 
Səhvlərlə hekayə 

 
Auksion 
   İnformasiya  boşluqları    eyni  mətnin  və  ya  məlumatın    iki  ayrı-  ayrı  vərəqdə 
müəyyən  boşluqlarla  verilməsidir.  Bu  üsulun  tətbiqi  zamanı  iki  şagird  iştirak  edir  və  bir 
şagirdin vərəqində verilməyən məlimat digər şagirdin vərəqində verilir. Bunun üçün mətni 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə