Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu


suallar  vermək,  sinonim  və  ya  antonimi  tapmaq,  səhv  fikirləri  tapmaq  və  s.  kimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/32
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4643
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

 
60 
suallar  vermək,  sinonim  və  ya  antonimi  tapmaq,  səhv  fikirləri  tapmaq  və  s.  kimi 
texnologiyalardan istifadə olunur. 
Venn  diaqramı  üsulu  əşya  və  hadisələrin  müqayisəsində,  onların  fərqli  və  oxşar 
cəhətlərinin  diaqramlaşdırılmasinda istifadə olunur. 
İnsert    (interaktiv  qeydetmə  sistemi)  üsulu  şagirdlərin  tənqidi  təfəkkürünün,  oxu 
bacarıqlarının inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş bir texnologiyadır. 
Xarici  dil  dərslərində  informasiya  xarakterli  mətnlərin  oxunması  və  oradakı  zəruri 
informasiyanın seçilməsi mühüm əhəmiyyət kəsb edir. Oxu prosesində şagirdlər hər abzası 
aşağıdakı kimi işarələyir: 

 
məlumat başa düşülmür – (?) 

 
bildiyim məlumat – (√) 

 
yeni məlumat – (+) 

 
əvvəlkiləri inkar edən məlumat – (-) 
Bu  yolla  bütün  siniflə  ümumiləşdirmələr  aparılır,  hansı  məlumatın  şagirdlərə  nə 
dərəcədə  aydın  olmadığı,  onların  hansı  məlumatı  bilmədikləri  müəyyənləşdirilir  və  izahat 
işləri aparılır. 
 Kəsiklərlə  oxu  prosesində  müəllim  verilmiş  mətni  kağız  üzərində    kiçik  hissələrə 
bölür və şagirdlər arasında paylaşdırır, hər kəs öz kəsiyində olan məlumatı bir neçə şagird 
arasında  bölür  və  eyni  zamanda  dostlarının  kəsiyində  olan  məlumatları  da  öyrənir.  Bu 
üsulla şagirdlər mətni qısa müddət ərzində əməkdaşlıq şəraitində mənimsəyirlər.     
Qarışıq  cümlələr  üsulundan  istifadə  zamanı  mətndəki  cümlələr  qarışıq  formada 
verilir  və  şagirdlər  qruplarda  birgə  fəaliyyət  nəticəsində  mətndən  götürülmüş  qarışdırılmış 
abzas və ya cümlələri baş verən hadisələrin məntiqi ardıcıllığına uyğun sıraya düzürlər. 
Əks mənada oxu üsulu ilə iş şagirdlərin tənqidi və məntiqi təfəkkürlərini gücləndirir, 
mətndə  verilmiş  bütün  cümlə  üzvlərini  əksinə  qoyub  oxuyurlar.  Məsələn:  “Qoca  qadın 
balaca itini parka gəzməyə apardı”.  Əks məna: “Gənc oğlan böyük pişiyi ilə birlikdə evdə 
qaldı”.    Bu  metodla  şagirdlər  həmçinin  zəngin  lüğət  ehtiyatına  malik  olur  və  məntiqi 
tamamlama qabiliyyəti qazanırlar.  
Cümləni tap üsulunda müəllim mətni oxuyarkən şagirdlər aşağıdakı tələblərə uyğun 
fəaliyyət göstərir və müvafiq tapşırığı yerinə yetirirlər 


 
61 
 a)  ən  gözəl  cümləni  seç;  b)  ən  maraqlı  fikri  müəyyənləşdir;  c)  təəccüblü  fikir  ifadə 
edən  cümləni  seç;  d)  mətndəki  əsas  ideyanı  ifadə  edən  cümləni  tap;  e)  anlamadığın  
cümləni göstər; f) rast gəldiyin fakt və hadisələri xatırladan cümləni göstər; g) razılaşdığın 
və ya razılaşmadığın fikirləri ifadə edən cümləni göstər. 
BİBÖ (KWL ) bu  üsuldan  yeni bilik öyrədən, ümumiləşdirici  və yekunlaşdırıcı dərs 
tiplərində  şagirdlərin  oxu,  dinləyib-anlama  və  sual  qurma  bacarıqlarının  formalaşdırılması 
üçün  daha  çox  istifadə  edilir.  Əsas  məqsəd  qazanılmış  bilik  və  təcrübə  ilə  yeni  biliklər 
arasında əlaqə yaratmaqdır. Bu zaman həm qrup, həm də cütlərlə işləmək mümkün olur. 
 Yazı üzrə  
Yazı  daha ciddi və dilin qanunlarına tabe olan bir fəaliyyət növü kimi başa düşülür. 
Şagirdlər  yazı  vasitəsilə  öz  fikirlərini  daha  geniş  ifadə  edirlər,  qrammatik  modellərdən  və 
birləşmələrdən istifadə edərək eşitdiklərini düzgün  yazırlar. Sərbəstliyi, plan tərtib etməyi, 
yeni  proyektlər  qurmağı,  müxtəlif  yazı  nümunələrini  tərtib  etmək  bacarığını  əldə  edirlər. 
Orta məktəbdə yazı fəaliyyəti texnologiyaları bunlardır:  

 
Təsviri  yazılar 

 
Hekayə, nağıl və şəkil üzrə yazılar    

 
Analitik yazılar 

 
Arqumentli yazı 

 
Layihə yazıları 

 
Məktublar  

 
Məruzələr 

 
Əməli yazılar 
Təsviri  yazılarda  şagirdlər  təbiət,  bu  və  ya  digər  həyat  hadisələrini  özünəməxsus  
tərzdə  təsvir  edir,  bu  zaman  öyrəndiyi  yeni  söz  və  ifadələrdən,  cümlə  modellərindən 
istifadə edir. Fikirlərini obrazlı ifadələrdən istifadə etməklə yazır. 
 Hekayə,  nağıl  və  şəkil  üzrə  yazılar      buraya  macəra,  nağıllar,  fantaziya,  tarixi 
hadisələr, sirli hekayələr, elmi xəbərlər aiddir. Şagirdlər filmə tamaşa edib, yaxud başlarına 
gələn macəra haqqında öz fikirlərini yazırlar. 
Analitik yazılar bunlar ilkin və orta səviyyəli yazı bacarıqları əsasında mətndə səbəb 
və  onun  nəticələri,  müqayisə  və  ziddiyyəti,  əsas  ideya  və  kiçik  detallar  haqqında  olan 
yazılardır.  Belə  yazılarda  şagirdlər  özünün  təhlil  xarakterli  fikirlərini  müxtəlif  formalarda 


 
62 
(beyin xəritəsi-“Mind Map”, qrafik cədvəllər-“Graphic organiser”, diaqramlar- “Diagrams” 
) ümumiləşdirməklə ifadə edirlər.  
Arqumentli  yazı  hər  hansı  bir  müəllifin  fikrindən,  statistik  məlumatdan,  sitatlardan 
istifadə  olunmaqla  hazırlanmış  yazıdır.  Belə  yazılarda  görkəmli  şəxslərin  kəlamlarından, 
sitatlardan istifadə edilir. 
  Yaradıcı yazı  strategiyalarını həyata keçirmək üçün müxtəlif texnologiyalar işlədilir:  

 
Üç əlaqəsiz əşya  

 
Səhvlərlə yazı 

 
Şagirdən-şagirdə ötürülən yazı 

 
Qrupdan-qrupa ötürülən yazı  

 
Banan imlası 

 
Sənin dediyin barədə mən nə düşünürəm 

 
Şəkli yada sal  

 
Arqument yazı 
Üç əlaqəsiz əşya - üsulu ilə şagirdlər əlaqəsi olmayan üç əşyanın adını lövhədə yazır 
və  onları  bir  hekayədə  əlaqələndirirlər.  Qruplar  bir-birlərinə  öz  yazdıqlarını  oxuyur  və 
səhvlərini  düzəldirlər.  Bu  strategiyalar  şagirdlərdə  düşüncə,  qavrama,  yaradıcılıq, 
əlaqələndirmə, müqayisə etmə kimi bacarıqların formalaşmasına imkan yaradır.  
Səhvlərlə  yazı  qrammatik  bazanı  möhkəmləndirən  yazı  texnologiyalarındandır.  Bu 
üsulda  şagirdlər  hər  hansı  bir  mətndə  verilmiş  səhvləri  düzəldərək  qrammatik  biliklərini 
yada salır və yazı bacarıqlarını inkişaf etdirirlər.  
Cümlə tamamlama  texnologiyası ilə şagirdlərin həm mətn haqqında sərbəst tənqidi 
təfəkkürü, həm də ətrafdakılar haqqında düşüncələri əks olunur. 

 
Mən indi hiss edirəm ki, ...  

 
Mənim ən qəmli günlərim ...  

 
Mən dərsdən sonra ....xoşlayıram.  

 
Mən arzu edirəm ki, ... 

 
Mənim ... ehtiyacım var. 

 
Ən vacib şey odur ki, ... 

 
Mən o vaxt şənlənirəım ki, ... 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə