Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/32
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4643
1   ...   14   15   16   17   18   19   20   21   ...   32

 
55 
hər  iki  şagird  diqqətlə  dinləyəməli,  fikirləri  izləməli  və  ardıcıl  oxumalıdırlar.  Bu  metodun 
tətbiqi nəticəsində əməkdaşlıq və bir-birini gözləmək tələb olunur. 
 Məndən  sonra  de    metodu  ilə  müəllim  istənilən  bir  mətni  qısa  şəkildə  söyləyir  və 
bitdikdən sonra şagirdlər  mətni  yadda saxladıqları kimi şərh edirlər. Bunun  üçün şagirdlər 
mətni diqqətlə dinləməli və məlumatı anlamalıdırlar. 
 Səhvimi düzəlt  ən uğurlu dinləyib-anlama metodlarından biridir. Müəllim və ya hər 
hansı bir şagird mətni bir-iki dəfə oxuyur, şagirdlərin diqqətini sual-cavab və mətnə uyğun 
şəkillərlə  yoxlayır.  Sonra  qəsdən  mətni  səhvlərlə  deyir,  diqqətlə  qulaq  asan  şagirdlər 
səhvləri düzəldir. 
 Şəkilli imla  bu  metod xarici dilin  vizual  vasitələrlə  mənimsənilməsində çox böyük 
rol  oynayır  və  şagirdlərin  düşüncə,  məntiqi  təfəkkürünü  möhkəmləndirir.  Müəllim  mətni 
oxuduqdan  sonra  ona  aid  şəkilləri  qarışıq  formada  lövhəyə  düzür,  diqqətlə  dinləyən 
şagirdlər şəkilləri hadisələri baş verməsi ardıcıllığı ilə sıraya düzür. 
Musiqili imla  istənilən bir musiqi parçasını səsləndirir və şagirdlər dinləyərək yadda 
qalan  şəkildə  onu  təkrar  edir  və  ya  verilmiş  vərəqlərdə  yazırlar.  Şagirdlərin  musiqi 
parçasının sözlərini tam mənimsəyənə qədər bu fəaliyyət  bir neçə dəfə təkrar edilir. 
Yarımçıq  hekayə    müəllim  mətni  oxuduqdan  sonra  yarımçıq  hekayəni  şagirdlərə  iş 
vərəqlərində  paylayır  və  ikinci  mərhələdə  şagirdlər  mətni  yadda  saxladıqları  kimi 
tamamlayırlar.  Qrupların  təqdimatında  düzgün  cavablar  uzlaşdırılır  və  ən  yaxşı 
tamamlanmış mətni təqdim edən qrup oyunun qalibi olur. Bu metodla şagirdlər çoxlu yeni 
söz öyrənirlər. 
Təsvir et və şəklini çək   bu üsul ilə müəllim mətni asta şəkildə oxuyur və şagirdlər 
diqqətlə  dinləyərək  mətni  verilmiş  ağ  vərəqlərdə  təsvir  edirlər,  ən  yaxşı  cavablar  təqdim 
edilir və düzgün şəkilli mətn çəkən qrup oyunun  qalibi olur. 
Kim  çox  səhv  tapar?    üsulu  ilə  müəllim  hansısa  məşhur  bir  hekayəni  götürüb 
şagirdlərlə birgə oxuyur. Hər hansı bir şagird  hekayəni bildiyi kimi söyləyir və digər kiçik 
qruplar  onun  etdiyi  səhvləri  sayır.  Hansı  qrup  çox  səhv  tapsa,  o  qrup  oyunun  qalibi  hesab 
edilir. Bu üsul nəticəsində şagirdlər izah, şərh, təsvir və illüstrasiya etməyi, fikir söyləməyi 
öyrənirlər. 
Zəncirli hekayə   bu üsul vasitəsilə şagirdlər bir sıraya düzülərək hər hansı bir mövzu 
ətrafında ardıcıl hekayə qururlar: 1-ci şagird iki söz, 2-ci şagird 3 söz, 4-cü şagird 4 söz və 


 
56 
belə  davam  edərək  cümlələr  qurur  və  hekayəni  tamamlayırlar.  Bunun  uğurla  başa  çatması 
üçün  şagirdlər  bir-birlərini  diqqətlə  dinləməlidirlər  ki,  mətni  mənaca  ardıcıl  və  düzgün 
tamamlasınlar. 
Auksion  üsulundan  əşya  və  hadisələrin  xüsusiyyətlərini  öyrənməklə  dinləyib- 
anlama  bacarıqlarının  inkişafı  üçün  istifadə  olunur.  Bu  üsul,  əsasən,  təlimin  ilk 
mərhələsində tətbiq edilir. Məsələn,  müəllim əşya və  ya hadisəni təqdim edir,  hamı  növbə 
ilə onun xüsusiyyətləri barədə fikir söyləyir.  Fikir söyləmək üçün 2-yə qədər sayılır. Əgər 
2-dən  sonra  şagirdlər  tərəfindən  heç  bir  xüsusiyyət  deyilmirsə,  əşya  “satılmış”  hesab 
olunur. Bu üsuldan dərsin motivasiya və nəticələrin çıxarılması mərhələsində daha səmərəli 
istifadə oluna bilər. 
Fiziki  hərəkətlə  çağırış.  Bu,  dinləyib-anlama  və  danışıq  fəaliyyətinin  ən  uğurlu 
üsullarından  biridir.  Əvvəlcə,  müəllim  mətni  oxuyaraq  məzmunu  hərəkətlərlə  nümayiş 
etdirir.  Sonra  şagirdlərə  komanda  verilir  ki,  bu  hərəkətləri  mətni  oxuyarkən  yerinə 
yetirsinlər.  İkinci  mərhələdə  şagirdlər  iki  qrupa  bölünür  və  birinci  qrup  mətni  oxuyaraq 
ikinci  qrupa  məzmunu  hərəkətlərlə  göstərmək  barədə  komanda  verir  və  ya  əksinə,  ikinci 
qrup  hərəkətləri  nümayiş  etdirir,  birinci  qrup  hərəkətləri  adlandırır  və  ifadə  edir.  Bu  üsul 
yaddaşın  möhkəmlənməsinə  kömək  edir  və  fiziki  tərbiyə  fənninə  inteqrasiya  olunaraq 
şagirdlərin mövzunu bütöv şəkildə mənimsəməsinə xidmət göstərir.                        
 Danışma  fəaliyyəti 
Danışma  fəaliyyəti  vərdişləri    xarici  dildə  kommunikasiya  yaradaraq  axıcı,  bəsit və 
uyğunluğu  ilə  şagirdlərə  sərbəst  düşüncə  və  güc  verir.  Düzgün,  səliqəli  danışıq  dilində 
şagirdlər lüğət və qrammatikanı düzgün işlətməli, qarşılıqlı düzgün əlaqə yaratmalı, dəqiq 
vaxt müəyyənləşdirməlidirlər. Axıcı danışıq isə əksinə, heç bir vaxt qoymadan, qrammatik 
və  lüğət  düzgünlüyünə  əsaslanmayan,  sürətli  danışıq  dilidir.  Bu  gün  hər  bir  müəllim 
şagirdlərdə  əvvəlcə  səliqəli,  düzgün,  sonra  axıcı  danışıq  vərdişlərini  aşılamalıdır.  Burada 
fəaliyyət növü və şagirdin səviyyəsi də nəzərə alınmalıdır.  
Danışma fəaliyyəti ilə bağlı texnologiyalar aşağıdakılardır: 
Cütlükdə  düşün  və  paylaş”,  “Daxildə  və  xaricdə”  ,  “Ziqzaq”,  “Rollu  oyun”, 
“Söhbət kartları”, “Müsahibə”, “Müzakirə”, “Mətbuat“, “Debat“, “Dialoq“, “Şəkillərin 
təsviri“,  “İnformasiya  boşluqları“,  “Dəyirmi  masa“,  “Dairəvi  söhbət  “  və  s.  Xarici  dil 
təlimində  standart  dərs  formaları  ilə  yanaşı,  dərs  –  müzakirə,  dərs  –  konfrans,  dərs  –  tok-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə