Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/32
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4643
1   2   3   4   5   6   7   8   9   ...   32

 

şöbəsinin  aparıcı  elmi  işçisi,  pedagika  üzrə 
fəlsəfə doktoru 
 
Fəridə  Hüseynova,  ARTPİ-nin  ümumi  orta 
və tam orta təhsil şöbəsinin bölməsinin böyük 
elmi işçisi 
 
Aidə Qasımova, ARTPİ - nin Ümumi orta və 
tam orta təhsil şöbəsinin  elmi işçisi 
 
Mikayıl  Seyidov,  ARTPİ - nin mumi orta və 
tam    orta  təhsil  şöbəsinin  bölməsinin  elmi 
işçisi 
 
Aynurə  Mahmudova,  ARTPİ  -  nin  Ümumi 
orta və tam orta təhsil şöbəsinin elmi işçisi. 
 
Mündəricat 
 
 
Giriş 
I. Xarici dil təliminin  məzmunu 
1.1. Ümumi təlim nəticələri 
1.2. Məzmun xətləri 
13. Məzmun xətləri üzrə təlim nəticələri  
1.4.  Fəaliyyət xətləri 
1.5. Məzmun standartları 
I sinif 
II sinif 
III sinif 
IV sinif 
V sinif 
VI sinif 
VII sinif 
VIII sinif 
IX  sinif 
X  sinif 
XI  sinif 
1.6. Fəndaxili və fənlərarasi inteqrasiya 


 

II.  Təlim  strategiyaları 
2.1. Xarici dil təliminin təşkilinə verilən  əsas tələblər 
2.2. Xarici dil təliminin  təşkilində istifadə olunan forma və üsullar barədə  
2.3. Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr 
2. 4. Xarici dil fənninin məzmun standartlarının şərhi 
III. Şagird nailiyyətlərinin qiymətləndirilməsi 
Resurslar 
Tezaurus 
İstifadə olunmuş ədəbiyyat  
 
 
 
 
 
Giriş 
 
Xarici  dil  üzrə  təhsil  proqramı  (kurikulumu)  və  onun  xarakterik 
cəhətləri. Xarici dil üzrə təhsil proqramı (kurikulumu)  şagird, müəllim, valideyn 
və cəmiyyətin digər üzvləri üçün maraq doğuran konseptual bir sənəd olub xarici 
dil  təliminin  məqsədlərini,  bu  məqsədlərə  nail  olmaq  üçün  bütün  fəaliyyətləri 
əhatə edir. Bu sənəd hər bir şagirdin maraq və meyilləri nəzərə alınmaqla onların 
nitq, dil bacarıq və vərdişlərini inkişaf etdirməyi nəzərdə tutur. Bu təhsil proqramı 
təlim məqsədlərinin müəyyənləşdirilməsində, təlim nəticələrinin reallaşması üçün 
xüsusi  metodikaların  seçilməsində  mühüm  rol  oynayır.  Fəndaxili  və  fənlərarası 
inteqrasiyanı,  təlim  strategiyalarını,  təlimin  təşkilinə  verilən  tələbləri,  forma  və 
üsulları  barədə  tövsiyələri  özündə  əks  etdirməklə  hər  bir  məzmun  xəttinə  görə 
təhsil pillələri üzrə şagird bacarıqlarının inkişafını, məzmun xətlərinin bir-biri ilə 
qarşılıqlı əlaqəsini nəzərdə tutur. Xarici dil üzrə təhsil proqramı (kurikulumu) dil 
və  sosial-mədəni  biliklər  əsasında  kommunikativ  nitq  bacarıqlarının 
formalaşdırılmasını  əhatə  etməklə  nəticəyönümlü  məzmun  standartlarına  uyğun 
olaraq  sadədən  mürəkkəbə,  asandan  çətinə  prinsipləri  əsasında  qurulur,  şagird 


 

nailiyyətlərini izləməyə və qiymətləndirməyə imkan yaradır. Məzmun standartları 
müəyyən  edilərkən  idraki,  informativ-kommunikativ  və  yaradıcı  fəaliyyətlər, 
düşüncə, emosional və psixomotor bacarıqların formalaşdırılması əsas götürülür. 
Fənnin  əhəmiyyəti,  məqsəd  və  vəzifələri.  Azərbaycan  dünya  birliyi 
ölkələri  ilə  ictimai  həyatın  bütün  sahələrində  səmərəli  əməkdaşlıq  edən  bir 
ölkədir.  Buna  görə  də  başqa  fəaliyyətlərlə  yanaşı,  bir  və  ya  iki  xarici  dildə 
ünsiyyət qurmağı, əlaqə saxlamağı  bacaran şəxsiyyətin  formalaşdırılması  müasir 
məktəbin  mühüm  vəzifələrindən  biridir.  Hazırkı  dövrdə  qloballaşma  prosesinin 
və  inteqrasiya  meyllərinin  getdikcə  sürətləndiyi  ictimai-siyasi,  sosial-mədəni 
sahələrdə  baş  verən  mühüm  keyfiyyət  dəyişiklikləri  kommunikasiya 
vasitələrindən (yeni informasiya texnologiyalarından) istifadə etməklə şagirdlərin 
kommunikativ bacarıqlarının yüksək  səviyyədə inkişafını tələb edir. Bu səbəbdən 
də  tədris  fənni  kimi  xarici  dilin  statusu  daha  da  artır  və  o,  Milli  Kurikulumda 
ümumtəhsil  məktəbləri  üçün  müəyyən  edilmiş  fənlər  arasında  özünəməxsus  yer 
tutur.  
Xarici dilə yiyələnən şəxs bilavasitə beynəlxalq arenaya çıxaraq öz xalqının 
milli-mənəvi  dəyərlərini,  qazandığı  nailiyyətləri  başqalarına  çatdırmaq,  onlarla 
həmin  dildə  fikir  və  təcrübə  mübadiləsi  aparmaq  imkanı  əldə  edir.  Xarici  dil 
vasitəsilə  müxtəlif  xalqlarla  ünsiyyət,  yeni  mədəniyyətlərlə  tanışlıq  şagirdin 
yüksək  səviyyəli  layiqli  vətəndaş,  yaradıcı  və  tənqidi  düşünən  şəxsiyyət  kimi 
yetişməsində mühüm rol oynayır. 
Xarici  dilin  öyrənilməsi  şagirddə  ünsiyyət  və  kommunikasiya  əlaqələrini 
genişləndirir, dünyaya yeni baxışın formalaşdırılmasına zəmin yaradır. Xarici dil 
müxtəlif  xalqların  və  dövlətlərin  ictimai-siyasi,  iqtisadi,  elmi-mədəni  həyatı 
haqqında biliklərin əldə olunmasına, xarici ölkələrin müxtəlif sahələrdə qazandığı 
təcrübəni  birbaşa  öyrənməyə  imkan  verir.  Xarici  dilin  öyrənilməsi  iş  və  karyera 
imkanlarının  genişlənməsinə  şərait  yaradır.  Xarici  dilə  yiyələnməklə  gənc 
mütəxəssislərimiz  ölkəmizdə  fəaliyyət  göstərən  onlarla  xarici  şirkət,  qeyri-
hökumət  təşkilatları  və  eləcə  də  dünyanın  müxtəlif  qurumları  ilə  daha  sıx 
əməkdaşlıq etmək imkanı qazanırlar. Xarici dil təlimi vasitəsilə şagirdlərdə başqa 


 

xalqların dil və mədəniyyətinə, milli-mənəvi dəyərlərinə hörmət hissi, tolerantlıq 
formalaşdırılır.  Xarici  dilə  yiyələnmə  şagirdlərin  humanitar  təhsil  səviyyəsini 
yüksəldir,  şəxsiyyətin  formalaşmasına,  daim  dəyişən  dünyanın  tələblərinə 
uyğunlaşmasına imkan yaradır. 
Xarici  dil  şagirdlərin  linqvistik  biliklərini  genişləndirir,  ünsiyyət 
mədəniyyətinin  formalaşmasında  mühüm  rol  oynayır  və  nitq  inkişafına  müsbət 
təsir  göstərir.  Xarici  dilin  məktəbdə  tədrisi  sonrakı  illərdə  digər  xarici  dillərin 
öyrənilməsi  üçün  zəmin  yaradır.  Xarici  dilə  mükəmməl  yiyələnmiş  hər  bir  gənc 
harada  olmasından  asılı  olmayaraq  ölkəmizi  layiqincə  təmsil  etməklə  yanaşı, 
dünya  ölkələri  ilə  tanışlıq,  xarici  dil  daşıyıcılarına  Azərbaycanı  təqdim  etmək, 
respublikamızda  baş  verən  prosesləri  dünya  ictimaiyyətinə  birbaşa  çatdırmaq 
imkanı əldə edir.
 
Xarici dilin tədrisi vasitəsilə: 
ibtidai  təhsil  səviyyəsində  anlama,  şifahi  nitq,  ilkin  yazı  bacarıqlarının 
formalaşdırılması, düzgün oxu qabiliyyətlərinin yaradılması və inkişaf etdirilməsi 
təmin olunur; 
ümumi  orta  təhsil  səviyyəsində  şifahi  nitqin  inkişafı  əsas  tələb  kimi 
götürülməklə  şagirdlərin  ünsiyyət  bacarıqlarının  formalaşdırılması,  lüğət 
ehtiyatının  zənginləşdirilməsi,  ən  zəruri  qrammatik  anlayışların  və  dil 
konstruksiyalarının  mənimsənilməsi,  oxu,  yazı  texnikası  və  yazılı  nitq,  dinləyib-
anlama vərdişlərinin inkişaf etdirilməsi təmin olunur; 
tam  orta  təhsil  səviyyəsində  əsas  pillə  üçün  nəzərdə  tutulan  fəaliyyətlər 
inkişaf  etdirilməklə  şagirdlərin  xarici  dil  üzrə  kommunikativ  bacarıqlara  və 
ünsiyyət  mədəniyyətinə  yiyələnmələri,  lüğət  ehtiyatının  zənginləşdirilməsi, 
onlarda  xarici  dili  dərindən  öyrənməyə  maraq  oyadılması,  dilini  öyrəndiyi  ölkə 
(ölkələr) ilə tanışlıq əsasında dünyagörüşlərinin genişləndirilməsi təmin olunur. 
Bütün bunları nəzərə alaraq, ümumtəhsil məktəblərində xarici dil təliminin 
əsas məqsədi nitq, dil və kommunikativ bacarıqların mənimsədilməsi üzərində iş 
aparmaqla 
şagirdlərdə 
nitq 
mədəniyyətinin 
formalaşdırılması 
kimi 
müəyyənləşdirilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə