Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/32
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4643
1   2   3   4   5   6   7   8   9   ...   32

 

Göstərilən  məqsədə  nail  olmaq  üçün  aşağıdakı  vəzifələrin  həyata 
keçirilməsi zəruridir: 

 
şagirdlərin  vacib  linqvistik  (fonetik,  orfoqrafik,  leksik  və  s.)  biliklərə 
yiyələnməsi; 

 
şagirdlərin  dili  öyrənilən  ölkələrin  mədəniyyət  və  ənənələri  ilə  tanış 
edilməsi,  onlarda  xarici  dil  və  mədəniyyətlərarası  mühitdə  öz  ölkəsini  və 
onun mədəniyyətini təmsil  etmək bacarıqlarının formalaşdırılması; 

 
nitq fəaliyyəti üzrə kommunikativ bacarıqların inkişaf etdirilməsi; 

 
dil  duyumunun,  yaddaşın  bütün  növlərinin,  məntiqi,  tənqidi  və  yaradıcı 
təfəkkürün  (təhlil,  müqayisə,  ümumiləşdirmə,  nəticə  çıxarma  və  s.) 
formalaşdırılması və inkişaf etdirilməsi; 

 
vətəndaşlıq  keyfiyyətlərinin,  digər  mədəniyyətlərə  hörmət  hissinin  tərbiyə 
olunması.            
 
                           
I. Xarici dil təliminin məzmunu 
1. 1. Ümumi təlim nəticələri 
İbtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə şagird: 

 
dinlədiyi fikrin məzmununu izah edir; 

 
gündəlik həyatda və məişətdə istifadə olunan əşyaları onlara aid əlamət və 
hərəkətləri adlandırır; 

 
sadə  nitq  etiketləri  əsasında  ünsiyyət  yaradır,    süjetli  şəkillər  üzrə  nitq 
nümunələri qurur; 

 
Ana  dili  ilə  müqayisədə  öyrəndiyi  dilin  fərqli  səslərini  ayırır  və  tələffüz 
edir; 

 
kiçikhəcmli mətnləri oxuyur və məzmununu izah edir; 

 
öyrəndiyi söz birləşməsi və modellərin əsasında kiçikhəcmli şifahi və yazılı 
mətnlər qurur; 

 
qarşılaşdığı yeni sözlərin mənasını lüğət vasitəsilə müəyyən edir. 
Ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə şagird: 


 
10 

 
mətnləri  sərbəst  oxuyur,  leksik  və  qrammatik  vahidlərdən  dialoji  və 
monoloji nitqin formalaşdırılmasında istifadə edir; 

 
dilin  qrup  formasında  öyrənilməsi  prosesində  ünsiyyət  etiketi  qaydalarına 
əməl edir, yoldaşlarının nitqinə münasibət bildirir; 

 
öz fikirlərini sadə formada yazılı ifadə edir; 

 
öz nitqini planlaşdırır, eyni fikri müxtəlif formalarda ifadə edir; 

 
lüğət  nümunələri  hazırlayır,  dil  öyrənmə  prosesində  lüğətlərdən,  yardımçı 
vəsaitlərdən, texnoloji vasitələrdən məqsədyönlü istifadə edir. 
Tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird: 

 
mətni ifadəli oxuyur, onun üslubi xarakterini və əsas fikri müəyyən edir; 

 
ilk  dəfə  təqdim  edilmiş  və  tərkibində  5-10  faizə  qədər  naməlum  söz  olan 
mətni lüğət vasitəsilə oxuyur, məzmununu izah edir; 

 
oxunmuş  mətnin  planını  tərtib  edir,  məzmununu  yazılı  tezislə  ifadə  edir, 
müstəqil surətdə sadə süjetli mətnlər qurur; 

 
sadə və mürəkkəb cümlə konstruksiyalarından tərcümədə istifadə edir. 
 
1.2. Məzmun xətləri 
  Xarici dil təlimində qarşıya qoyulmuş məqsəd və vəzifələri reallaşdırmaq 
ücün məzmun xətləri aşağıdakı şəkildə müəyyənləşdirilir:  

 
Dinləyib-anlama 

 
Danışma 

 
Oxu 

 
Yazı 
Dinləyib-anlama 
Dinləyib-anlama  nitq  fəaliyyətinin  digər  növləri  ilə  sıx  bağlı  olub,  danışma 
üçün  zəmin  yaradır  və  xarici  dilin öyrənilməsində  mühüm  yer  tutur.  Nitqin  for-
malaşmasında əsas rol oynayan dinləyib-anlama şagirdlərdə eşitdiyi nitqi diqqətlə 
dinləmək,  məzmununu  müəyyənləşdirmək  və  əldə  etdiyi  yeni  informasiyanı 
yadda saxlamaq bacarıqlarının formalaşdırılmasını təmin edir. 


 
11 
Ümumi nəticələr 
Şagird: 

 
dinlədiyi mətndə əsas fikri müəyyən edir; 

 
dinlədiyi mətndə yeni informasiyanı seçir;  

 
dinlədiyi müxtəlif nitqdə danışıq dili ilə ədəbi dili fərqləndirir.  
Danışma 
Danışma  həm  monoloji,  həm  də  dialoji  formada  təzahür  edərək  yaddaşda 
qalan  sözlərin  seçilməsi  və  onların  nitq  prosesinə  daxil  edilməsi,  fikrin  şifahi 
ifadəsidir. O, şagirdlərdə  ünsiyyətə girmək, öz fikirlərini  ifadə etmək, gördükləri 
və  eşitdikləri  haqqında  məlumat  verə  bilmək,  danışanın  fikrinə  münasibət 
bildirmək bacarıqlarının formalaşdırılmasını təmin edir.  
 Ümumi nəticələr 
Şagird:  

 
nitqində sadə və mürəkkəb konstruksiyalardan istifadə edir;  

 
oxuduğu və ya dinlədiyi mətnin məzmununu izah edir;  

 
eyni fikri müxtəlif formalarda ifadə edir;  

 
əşya və hadisələrə, gördüyünə və eşitdiyinə, müzakirə olunan məsələlərə 
münasibət bildirir;  

 
şəraitə uyğun olaraq ünsiyyət qura bildiyini nümayiş etdirir; 

 
müxtəlif mənbələrdən topladığı informasiyalar əsasında təqdimat edir. 
Oxu 
Nitq  fəaliyyətinin  bu  növü  şagirdlərdə  oxu  texnikasına  (sürətli,  düzgün, 
şüurlu,  ifadəli)  yiyələnmək,  oxu  vərdişlərini  inkişaf  etdirmək,  yeni  bilik  və  mə-
lumatlar  qazanmaq,  ətraf  aləmi  dərindən  dərk  etmək  imkanlarının  yaranmasını 
təmin edir.  
Ümumi nəticələr 
Şagird:       

 
oxu prosesində tələffüz qaydalarını mənimsədiyini nümayiş etdirir; 

 
oxuduğu mətnlərdə əsas məzmunu müəyyən edir; 

 
oxuduğu mətnlərin məzmununu şərh və izah edir;  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə