Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/32
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4643
1   2   3   4   5   6   7   8   9   ...   32

 
12 

 
oxuduğu mətndə əsas fikri müəyyən edir,yeni informasiyanı seçir. 
Yazı 
Cəmiyyətin  hazırki  inkişaf  səviyyəsində  insanların  iqtisadiyyat,  təhsil, 
biznes,  mədəniyyət  və incəsənət sahələri  üzrə ünsiyyət  yaratmaq tələbatları xeyli 
artmışdır.  Belə  bir  vəziyyətdə  bu  və  ya  digər  xarici  dildə  yazı  bacaraqlarına 
yiyələnmədən ötüşmək  mümkün deyildir.  Bu  mənada  ümumtəhsil  məktəblərində 
xarici  dil  təliminin  mühüm  bir  istiqamətini  yazı  vərdişlərinin  formalaşdırılması 
təşkil  edir.  Buna  görə  də  şagirdlərə  müasir  informasiya  və  kommunikasiya 
texnologiyaları  vasitəsi  ilə  ünsiyyət  qurmaq,  həyati  tələbatlarla  bağlı  yazı 
bacarıqlarını mənimsətmək zəruri hesab olunur. 
Ümumi nəticələr 
Şagird:  

 
Əməli yazı bacarıqlarını nümayiş etdirir;  

 
Müasir  informasiya  və  kommunikasiya  texnologiyaları  vasitəsilə  ünsiyyət 
qurur;  

 
Həyati tələbatlarla bağlı yazı bacarıqlarını nümayiş etdirir. 
 
 
1.3. Məzmun xətləri üzrə təlim nəticələri 
 İbtidai təhsil səviyyəsində  məzmun xətləri  üzrə təlim  nəticələri 
1. Dinləyib-anlama 
Şagird:    

 
başa düşdüyü nitqdə səsləri, vurğunu, intonasiyanı müəyyən edir; 

 
tərkibində 3-5 naməlum söz olan kiçikhəcmli mətnin məzmununu müəyyən 
edir;  

 
əşyanı verilmiş əlamətlərinə görə şəkillər üzrə seçir; 

 
dinlədiyi mətnin məzmunu ilə bağlı sualları düzgün cavablandırır;  

 
verilmiş tapşırıq və göstərişləri başa düşdüyünü nümayiş etdirir. 
 
2. Danışma 


 
13 
Şagird:  

 
sözlərin təlləfüzündə müəyyən edilmiş qaydalara riayət edir;  

 
öyrəndiyi sadə cümlələri müvafiq intonasiya ilə ifadə edir;  

 
sadə nitq etiketləri əsasında ünsiyyət qurur;  

 
fikirlərinin ifadəsində ardıcıllığı gözlədiyini nümayiş etdirir ;  

 
şəkillər üzrə verilən əşya və sadə situasiyaları təsvir edir;  

 
öyrəndiyi sözlər əsasında kiçik təqdimatlar edir.  
3. Oxu 
Şagird: 

 
ilkin oxu bacarıqlarını nümayiş etdirir;  

 
sadə cümlə və mətnləri düzgün oxuyur;  

 
oxuduğu mətndə yeni informasiyanı müəyyən edir;  

 
oxuduğu mətndə yeni sözləri seçir və ümumi məzmuna görə onların məna-
sını müəyyən edir.  
4. Yazı 
Şagird:  

 
yazı prosesində hərf və hərf birləşmələrindən düzgün istifadə edir;  

 
öyrəndiyi sözlərdən istifadə edərək sadə kiçikhəcmli yazılı mətn qurur;  

 
sadə  əməli  yazı  nümunələri  (afişa,  dəvətnamə,  elan,  məktub  və  s.)  ha-
zırlayır. 
 
Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri 
1. Dinləyib-anlama  
Şagird: 

 
dinlədiyi mətnin məzmununa münasibət bildirir; 

 
dinlədiyi mətnin məzmununu şərh edir. 
2. Danışma 
Şagird:  

 
söz və ifadələrdən məna və qrammatik xüsusiyyətlərinə görə istifadə edir; 


 
14 

 
dialoji və monoloji nitq bacarıqları nümayiş etdirir; 

 
fikirlərini müqayisələr aparmaqla izah edir. 
3. Oxu  
Şagird: 

 
mətndəki yeni söz və ifadələri mənimsədiyini nümayiş etdirir; 

 
mətni sürətli, düzgün və ifadəli oxuyur; 

 
oxuduğu mətnin məzmununu məntiqi ardıcıllıqla danışır; 

 
oxuduğu mətnin məzmununa münasibət bildirir. 
4. Yazı 
Şagird: 

 
yazısında mətnin tərkib hissələrini (giriş, əsas hissə, nəticə) əlaqələndirir; 

 
müxtəlif formalı (ifadə, inşa, esse, hekayə, məktub, ərizə, tərcümeyi-hal) 
rabitəli mətnlər qurur; 

 
fakt və hadisələrə yazılı münasibət bildirir; 

 
müxtəlif konstruksiyalı cümlələri düzgün yazır. 
Dinləyib-anlama_Şagird'>Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri 
1. Dinləyib-anlama  
Şagird: 

 
dinlədiyi nitqin məzmununu izah edir; 

 
dinlədiyi məlumatın məzmununa aid təqdimatlar edir; 

 
dinlədiyi məlumatın məzmununu qiymətləndirir. 
2. Danışma 
Şagird:  

 
fakt və hadisələrə münasibət bildirir; 

 
danışığında məntiqi ardıcıllığa riayət edir; 

 
müxtəlif mövqeli fikirləri ümumiləşdirir, təqdim edir; 

 
müxtəlif mövzularda əsaslandırılmış nitq qurur. 
3. Oxu  
Şagird:  


 
15 

 
mətndəki yeni ifadə və terminlərin mənasını izah edir; 

 
mətni məzmununa və üslubuna görə düzgün oxuyur; 

 
oxuduğu müxtəlif üslublu mətnlərin məzmununu şərh edir; 

 
müxtəlif üslublu mətnləri təhlil edir və dəyərləndirir. 
4. Yazı 
Şagird: 

 
yazısında orfoqrafikqrammatik və durğu işarələri qaydalarına əməl edir; 

 
özünün və başqasının yazısını təkmilləşdirir; 

 
müxtəlif üslublu yazılar yazır; 

 
rəy, çıxış, layihə və təqdimatlar hazırlayır. 
 
1.4.  Fəaliyyət  xətləri 
 

 
Problemin həlli 

 
Tədqiqetmə və tətbiqetmə 

 
Təsviretmə və təqdimetmə 

 
Əlaqələndirmə və ünsiyyət 

 
Dəyərləndirmə və yaradıcı tətbiqetmə 
 Dinləyib-anlama  fəaliyyəti  üzrə  məzmun  xətlərinə  əsasən  şagirdlər 
reseptiv  bacarıqlar,  yəni  (dinləmək,  anlamaq,  xatırlamaq,  tanımaq,  müəyyən 
etmək, təsnif etmək, müqayisə etmək, təsvir etmək) qazanır.  
Dinləyib-anlama  fəaliyyəti  üzrə  məzmun  xətlərinə  əsasən  şagirdlər  sosial 
və  kommunikativ  vərdişlər  qazanırlar.  Əldə  olunan  bu  bacarıqlar  şagirdlərdə 
şəxsiyyətyönümlü dəyərlər formalaşdırır. “Yalnız yaxşı dinləyənlər həyatda yaxşı 
natiq  ola  bilər”  fikrini  əsas  götürərək  dinlədiyi  nitqə  diqqətlə  qulaq  asır, 
informasiya  əldə  edir,  tolerantlıq  göstərərək  başqasının  nitqini  sona  qədər 
dinləyir, təmkinli olur, qarşılıqlı  hörmət və səmimiyyət kimi əxlaqi keyfiyyətlərə 
yiyələnir. 
Danışma  fəaliyyəti  üzrə  məzmun  xəttinə  əsasən  şagirdlər  produktiv 
bacarıqlar  (ünsiyyət  qurmaq,  izah  etmək,  şərh  etmək,  münasibət  bildirmək, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə