Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/32
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4643
1   ...   15   16   17   18   19   20   21   22   ...   32

 
57 
şou,  dərs  –  ekskursiya,  inteqrativ  dərs  və  s.  kimi  aşağıdakı  qeyri-standart    formalardan 
səmərəli istifadə edilə bilər: 

 
Şəkillərlə suallar və komanda  

 
Şəkilli hekayə  

 
Səhvimi tap  

 
Müzakirədə olan obyektlərin rəsmini çəkmək  

 
Söz assossasiyaları 

 
Cümlələri şəkillərlə uzlaşdırmaq 

 
Obyektləri şəkillərdə seçmək  

 
Rollu oyun    

 
Fərqi tap 

 
Şifahi təsvirdən obyektlərin adlarını tapmaq  

 
Tap görüm kim …   

 
Bitməmiş hekayə  

 
Problem vərəqlər   

 
Müsahibə  

 
Debat  

 
Şifahi təqdimatlar  

 
Mətnlərdə problemin həlli          
Müzakirə  öyrənilən dil materiallarının düzgün tətbiq edilməsinə real şərait yaradır. 
Müzakirənin səmərəli olmasında əsas şərt iştirakçıların hamısının müzakirədə fəal iştirakı, 
məsələyə  maraq  göstərməsidir. Burada   mövzu seçimi  mühüm  məsələdir. O, aktual olmalı 
və müzakirə doğurmalıdır. Müzakirə formasının əhəmiyyəti ondan ibarətdir ki, bu prosesdə 
şagirdlərdə  dialoq  aparma,  ünsiyyət  qurma  bacarıqları  inkişaf  edir,  müəllim-şagird 
münasibətləri əməkdaşlıq xarakteri alır, sinifdə demokratik mühit formalaşır. Şagirdlərə öz 
fikir və mülahizələrini xarici dildə ifadə etmək üçün əlverişli şərait yaranır.  
Müzakirə,  əsasən,  hər  hansı  bir  bölmə  yekunlaşdırıldıqdan  sonra  aparılır.  Müzakirə 
zamanı şagirdlərin bilik səviyyəsi və lüğət ehtiyatı nəzərə alınmalıdır.  
Dərs–mətbuat  konfransı  tipli  dərslərin  keçirilməsində  məqsəd  şagirdlərin  nitqini, 
sual  vermək,  mülahizə  yürütmək,  fikir  mübadiləsi  aparmaq  bacarıqlarını  inkişaf  etdirmək, 


 
58 
onların  dünyagörüşlərini  genişləndirməkdir.  Bu    dərslərdə  şagirdlərin  bir  qismi  jurnalist, 
digərləri  isə  qonaq  kimi  iştirak  edirlər.  Müəllim  proses  ərzində  şagirdlərin  fəaliyyətini 
müşahidə edir və dərsin sonunda onları qiymətləndirir.  
Tok-şou  formalı dərslər şagirdlərin  nitq,  müstəqil  və yaradıcı işləmək bacarıqlarının 
inkişaf  etdirilməsində  əhəmiyyətli  rol  oynayır.  Əvvəlcədən  sinifdə  hazırlıq  işləri  aparılır, 
mövzu elan edilir. Şagirdlərdən bir  neçəsi  mövzu  ilə bağlı  müəyyən araşdırmalar aparmış 
“alimlər”  kimi  çıxış  edərək  problemlərə  aid  fikirlərini  əsaslandırırlar.  Sonra  “alimlərin” 
nitqlərində işlətdikləri sözlərin  mənaları  üzərində iş aparılır, şagirdlərlə birlikdə problemin 
həlli  yolları  araşdırılır  və  ümumi  nəticələr  çıxarılır.  Bu  prosesdə  müəllim,  əsasən, 
istiqamətverici rolda çıxış edir. 
Dərs–ekskursiya  belə  dərslərdə  şagirdlər  öyrəndiklərini  təkrar  edir,  sadə 
ümumiləşdirmələr  aparırlar.  Diqqət  mərkəzində,  onların  nitq  bacarıqlarının  inkişafı 
dayanır.  Proses    isə  belə  aparılır:  müəllim  mövzunu  elan  edir,  ayrı-ayrı  şagirdlər  gələn 
“qonaqlara”    öz  məktəblərini,  şəhərlərini  təqdim  edir,  digər  şagirdlər  isə  yeri  gəldikcə 
əlavələr edirlər. Müəllim şagirdləri müşahidə edir və qiymətləndirir. 
 Klaster  üsulundan  hər  dərsin  əvvəlində  şagirdlərin  mövzu  ilə  bağlı  hansı  sözləri 
bildiklərini,  həm  də  dərsin  sonunda  onların  hansı  yeni  sözləri  öyrəndiklərini  aşkara 
çıxarmaq  məqsədilə  istifadə  edilir.  Bu  üsulun  tətbiqi  şagirdləri  mövzu  haqqında  açıq  və 
sərbəst  düşünməyə,  verilmiş  əsas  anlayışa  aid  söz  assosiasiyalarını  tapmağa,  onların  lüğət 
ehtiyatının  zənginləşməsinə əhəmiyyətli təsir göstərir. 
 Rollu oyun  yeni problemə  müxtəlif  yanaşmaları əks etdirir. İştirakçılar  cəmiyyətin 
müxtəlif üzvlərinin timsalında konkret bir problemi öz mövqelərindən qiymətləndirirlər. Bu 
üsulun  tətbiqində  əsas  məqsəd  şagirdlərin  rəy  söyləmək  və  fikirlərini  əsaslandırmaq, 
tənqidi  təfəkkürlərini  inkişaf  etdirmək,  əməkdaşlıq  etmək,  digərlərinin  fikrinə  münasibət 
bəsləmək bacarıqlarının formalaşdırılmasıdır. Şagirdlərin bu oyunlardan əldə etdiyi başlıca 
keyfiyyət  –  emosional  təəssüratdır.  Emosional  təəssürat  dərsin  gedişində  informasiyanın, 
problemin səmərəli qavranılması üçün əsas rol oynayır. 
Dəyirmi  masa    üsulundan  şagirdlərin  yaradıcı  təfəkkürünü  inkişaf  etdirmək  üçün 
istifadə  olunur.  Sinif  daxilində  bölünən  hər  qrupa  1  cümlə  paylanır  və  həmin  cümlələr 
qrupun  digər  üzvləri  tərəfindən  inkişaf  etdirilir    və  nəticədə  qrupların  sayı  qədər  kiçik 
mətnlər alınır. Sonra bu mətnlər dinlənilir, müzakirə edilir və qiymətləndirilir. 


 
59 
Dairəvi söhbət zamanı şagirdlər öz təcrübələrindən, hadisələrə münasibətlərindən və 
real həyatda gördükləri gerçəkliklər haqqında danışırlar.  
Tok-şou formalı dərslər şagirdlərin  nitq,  müstəqil  və  yaradıcı  işləmək bacarıqlarının 
inkişaf  etdirilməsində  əhəmiyyətli  rol  oynayır.  Əvvəlcədən  sinifdə  hazırlıq  işləri  aparılır, 
mövzu elan edilir. Şagirdlərdən bir  neçəsi  mövzu  ilə bağlı  müəyyən araşdırmalar aparmış 
“alimlər”  kimi  çıxış  edərək  problemlərə  aid  fikirlərini  əsaslandırırlar.  Sonra  “alimlərin” 
nitqlərində işlətdikləri sözlərin  mənaları  üzərində iş aparılır, şagirdlərlə birlikdə problemin 
həlli  yolları  araşdırılır  və  ümumi  nəticələr  çıxarılır.  Bu  prosesdə  müəllim,  əsasən, 
istiqamətverici rolda çıxış edir.   
Debat iki əks möqedə duran və çapraz suallar ətrafında hər bir tərəfin öz mühakiməsi 
və özünü  müdafiə etməsindən  ibarətdir. Məsələn, Mən  o  vaxt  şənlənirəm  ki,   Mən  o  vaxt 
yoruluram ki, ...,  Mən o insanları sevirəm ki , və s. 
Tap gör kim. oyunu diskusiya xarakterli üsuldur. Bu oyun vasitəsilə şagirdlər sinifdə 
üzərində Tap gör kim  şəhərdə anadan olub, rəqs etməyi xoşlayır, yaxşı piano çalır, və s. 
yazılmış  vərəqi  götürüb  bir-birilərindən  soruşub  çoxlu  ad  yazırlar  və  sonda 
ümumiləşdirərək ayrı-ayrı fərdlərin müxtəlif fəaliyyətlərini səsləndirirlər.  
Kateqoriyalar oyununda şagirdlər axıcı nitqə və geniş lüğətə yiyələnirlər. Şagirdlərə 
müxtəlif  mövzular  (uçan  əşyalar,  yaşıl  əşyalar  və  s.)  təqdim  olunur  bu  mövzulara  aid 
fikirlər  söyləmək  tələb  edilir.  Şagirdlər  müxtəlif  kateqoriyaları  ifadə  edən  bu  mövzular 
ətrafında fikirlərini söyləyir, münasibətlərini bildirirlər. 
Fərqi  tap  şəkil  üzrə  söhbətdir.  Bu  üsulla  iki  şagird  ayrı-ayrı  vərəqlərdə  olan 
şəkillərdəki fərqi söyləyir və çoxlu söz öyrənir. 
Qeybət  üsulunda  şagirdlər  bir-birinin  qulaqlarına  hansısa  bir  qeybəti  söyləyirlər. 
Sonda  söyləyən  əvvəl  söyləyənin  dediyini  düz  söyləyirsə,  oyunun  qalibi  olur.  Bu  oyun 
zəncirvari şəkildə davam edir və s.  
 Oxu üzrə  
Oxu  nitq  fəaliyyətinin  növlərindən  biridir.  Oxu  zamanı  şagirdlər  bilik  qazanmaq 
həyatı  öyrənmək,  asudə  vaxtını  səmərəli  keçirmək  üçün  onun  imkanlarından  istifadə 
edirlər.  Sinifdə  oxu  məlumatverici  xarakterdə  olmalı,  açar  sözlər  tapılmalı,    şagird  əsas 
ideyanı  başa  düşərək  oxumalı  və  mənanı  anlamalıdır.  Oxu  prosesində  qarışıq  hekayə, 
səhv-düz  cavablar,  bəli-xeyr  cavablar,  başlıq  seçmək,  cümləni  tamamlamaq,  xüsusi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə