Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/32
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4643
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

 
69 
4.1.1. 
4.1.2. 
4.1.3. 
 
مود سرد
.
 
 راک 
ام
 ار  یهورگ
 تسود
ميراد
.
 
Az-d.: 1.2.3.
 
Dərslik,  
rəngli  kartlar 
qrammatik                                     
audio-video – 
 امش 
مسا
؟تسيچ 
Diaqnostok  
Şəkillər və şifahi 
sorğu 
Formativ – test, 
tapşırıqlar 
Rollu oyunlar
 

 
موس سرد
.
 
 یسراف
تسا رکش 
Az-d.: 1.2.3.
 
Dərslik,  
rəngli  kartlar 
qrammatik                                     
audio-video – 
 امش 
مسا
؟تسيچ 
Diaqnostok  
Şəkillər və şifahi 
sorğu 
Formativ – test, 
tapşırıqlar 
Rollu oyunlar
 

 
 سرد
اهچ
مر
.
 
 یاه  باتک
نم
٬
 
 تسود
نم یاه 
Az-d.: 1.2.3.
 
Dərslik,  
rəngli  kartlar 
qrammatik                                     
audio-video – 
 امش 
مسا
؟تسيچ 
Diaqnostok  
Şəkillər və şifahi 
sorğu 
Formativ – test, 
tapşırıqlar 
Rollu oyunlar
 
 
 
Kiçik summativ        
 
1
 
 
 
 
                           
    
Cari dərs planı nümunəsi  
 
    Standartlar 
 
  Mövzu 
 
   Məqsəd və vəzifələr 
 
   İnteqrasiya 
   İş forması  
   İş üsulu  
   Resurslar 
                                                      
                                                      
Dərsin mərhələləri  
 
   1. Motivasiya. Problemin qoyuluşu.  
       Tədqiqat sualları 
   2. Tədqiqatın aparılması. Praktik iş.  
     1) Qrup işlərinin təşkili  
     2) Müəllimin bələdçiliklə iştirakı (qruplarda iş, fikir mübadiləsi) 
 


 
70 
   3. İnformasiya mübadiləsi. 
      1) Qruplarda informasiya mübadiləsi. 
 
   4. İnformasiyanın müzakirəsi və təşkili. 
      1) Şagird təqdimatları. 
      2) Əldə olinmuş informasiyalara əsasən müzakirələrin təşkili. 
 
   5. Nəticə və ümumiləşdirmə. 
       1) İnformasiya əsasında ümumiləşdirmələr aparılır. 
   6. Qiymətləndirmə 
       Müəllim qiymətləndirməni hər mərhələdə aparır.   
 
   7. Ev tapşırığı. 
 
   8.Yaradıcı tətbiqetmə. 
 
   9. Refleksiya.  
 
 
Müəllim cari dərs planı hazırlayarkən aşağıdakı mərhələlərə diqqət etməlidir: 
Müəllim  əvvəlcə  təlim  nəticələri  üzrə  standartları  nəzərdən  keçirir  və  mövzunu 
seçərək dərsini planlaşdırır. 
Məzmun  xətti.  Müəllim  əvvəlcə  məzmun  xətlərini  nəzərdən  keçirərək  mövzunu 
dinləyib-anlama,  danışma,  oxu,  yazı  fəaliyyətləri  əsasında  müəyyənləşdirir.  Bu  məzmun 
xətlərini  bir-birinə  inteqrasiya  edərək  şagirdlərdə  müxtəlif  bacarıqlar  formalaşdırır.  Bunu 
nəzərə 
alaraq, 
müəllim  dinləyib-anlama,  danışma,  oxu,  yazı  bacarıqlarının 
formalşdırılımasına nail olmaq üçün uyğun standartlar müəyyən edir.
  
Standartları  (alt  standartları)  seçərkən  müəllim  şagirdlərin  yaş  və  psixoloji 
xüsusiyyətlərini,  eləcə  də  sinfinin  səviyyəsini  nəzərə  alır.  Bu  standartlara  əsasən,  
şagirdlərin  müəyyən  normada  hansı  bilik  və  bacarıqlara  yiyələnəcəyini  müəyyənləşdirmiş 
olur.  Sonra  mövzunu  müəyyən  edir  və  bu  standartların  reallaşdırılmasını  təmin  edən 
inkişafyönümlü təlim məqsədlərini təyin edir.  
Məqsəd  və  vəzifələr.  Dərsdə  bir  və  ya  iki  məqsəd  təyin  etmək  olar.  Məzmun 
standartlarının  reallaşmasına  nail  olmaq  üçün  müəllim  bu  məqsədlə  bir  neçə  vəzifə 
müəyyən  edir.  Bu  məqsədlərə  nail  olmaq  üçün  müəllim  dərsi  mərhələlərlə  təşkil  edir  və 
şagird  fəaliyyətinə  əsaslanan  təlim  forması  qurur.  Məqsəd  və  vəzifələr  şagirdlərin  lazımı 
bacarıqlara yiyələnməsini nəzərdə tutur: anlama, tətbiqetmə, ünsiyyət və s.  


 
71 
İş forması. Şagird fəaliyyətində uğurlu nəticələr dərs planında iş formasının düzgün 
müəyyən olunmasından asılıdır. Bunlara kollektivlə  iş, böyük  və kiçik qruplarda  iş, cütlər 
və fərdlərlə iş forması aiddir. 
İş  üsulu.  Uğurlu  təlim  prosesi  yaradılmasında  təlim  strategiyaları  əsas  rol  oynayır. 
Təlim  məqsədlərinə  nail  olmaq  üçün  hər  mərhələdə  şagirdlərin  dörd  fəaliyyət  üzrə 
bacarıqlarını  formalaşdıran  müxtəlif  üsul  və  vasitələr  seçilir.  Bunlara  söz  assosasiyaları, 
BİBÖ,  klaster,  anlayışın  çıxarılması,  Venn  diaqramı,  ziqzaq,  karusel,  müzakirələr,  rollu 
oyunlar  və  s.  aiddir.  Məqsədlərin  bilik  və  fəaliyyət  hissəsi  bu  üsul  və  vasitələr  üzrə 
hazırlanmış tapşırıqların şərtində öz əksini tapmalıdır.       
İnteqrasiya.
 
Təlim  prosesində  şagirdlərin  təfəkküründə  ətraf  aləmi  tam  və  obrazlı 
formalaşdırmaq üçün müəllim müxtəlif fənnlərə inteqrasiya edir. Xarici dilin tədrisində iki 
inteqrasiya  növü  nəzərdə  tutulur:  fəndaxili  və  fənnlərarası  inteqrasiya.  Fəndaxili 
inteqrasiya  zamanı  dörd  məzmun  xətti  üzrə  şagirdlərin  bilik  və  bacarıqlarının 
əlaqələndirilməsi  nəzərdə  tutulur.  Xarici  dil  dərslərində  dinləyib-anlama  məzmun  xətti 
əsasən  danışmaya,  oxu  məzmun  xətti  isə  daha  çox  yazı  məzmun  xəttinə  inteqrasiya  edir. 
Eyni  zamanda  dinləyib-anlama  və  danışma  məzmun  xətlərinin  oxu  və  yazı  məzmun 
xətlərinə inteqrasiyası da həyata keçirilir. Dinlədiyi və oxudğu məlumatı şifahi və ya yazılı 
təqdim  etmək  fəndaxili  inteqrasiyanın  müsbət  nəticəsidir.    Fənnlərarası  inteqrasiya 
zamanı isə bir neçə fənnin əhatə etdiyi ortaq anlayış, bilik və bacarıqların sintezi olmaqla, 
bir  fənnə  aid  anlayışların  digər  fənnlər  daxilində  öyrənilməsini  nəzərdə  tutur.  Xarici  dil 
dərsləri  sırf  inteqratif  dərslərdir.  Müəllim  dərsini  müxtəlif  fənnlərə  inteqrasiya  edərək 
şagirdlərdə  müxtəlif  bilik  və  bacarıqlar  formalaşdıra  bilər.  Bunun  üçün  müəllim    tarixi 
hadisələrin,  görkəmli  şəxsiyyətlərin  öyrənilməsini  tarix  və  ədəbiyyat  fənnlərinə,    riyazi 
bilik  və  bacarıqların  öyrənilməsini  riyaziyyat  fənninə,  ətraf  mühitin  və  Yer  kürəsinin 
öyrənilməsini coğrafiya fənninə, flora və faunanın  öyrənilməsini həyat bilgisi və biologiya 
fənninə,  rənglərin,  rəsmlərin,  illustrasiya  yaratmaq  və  fiqurların  hazırlanmasını  təsviri 
incəsənət  və  texnologiya  fənnlərinə,  sözlərin,  cümlələrin  musiqili  şəkildə  qavranılmasını 
musiqi  fənninə,  mövzuların  bədən  hərəkətləri  ilə  nümayişini  fiziki  tərbiyə  fənninə 
inteqrasiya edərək tətbiq edə bilər.  
Resurslar.  Müəllim  hər  hansı  bir  mövzunu  keçmək  üçün  sinfi  lazımı  materiallarla,  
vizual  əyaniliklə:  musiqi  diskləri,  CD-lər,  müxtəlif  internet  resursları,  filmlərdən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə