Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/32
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4643
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

 
72 
fraqmentləri  əks  etdirən  disklər,  görkəmli  şəxsiyyətlərin,  görməli  yerlərin  şəkilləri, 
mövzuya  aid  iş  vərəqləri,  peyzajlar,  müxtəlif  rəngli  heyvan  fiqurları,  balonlar,  süni 
meyvələr, saat, rəngli  markerlər, karandaşlar, plastilin, ağ vərəqlər, səbət, qutu, yeni sözlər 
olan rəngli kartoçkalar, albomlar və s. ilə təchiz etməlidir. 
Dərsin mərhələləri: 
Motivasiya-problemin qoyuluşu  
Burada  müəllim şagirdlərdə  mövzunu öyrənməyə  maraq oyatmaq  üçün  «fəallaşma» 
oyunlarından  istifadə  edərək  yorğunluğu  götürür.  Müəllim  mövzu  ətrafında  yönəldici 
suallardan istifadə edərək müxtəlif fərziyyələr toplayır, ziddiyyətli fikirlər ətrafında  analiz 
edərək,  tədqiqat  sualını  təqdim  edir.  Tədqiqat  sualı  məzmun  standartlarına  əsasən 
müəyyənləşdirilməli  və  dərsin  məqsədinə  yönəldilməlidir.  Bu  zaman  şagirdlər  aşağıdakı 
bacarıqlara  yiyələnir:  anlama,  sual  vermə,  fərziyyələri  irəli  sürmə,    nümunələr  təqdim 
etmə, təyin etmə,  informasiya toplama və s. 
Tədqiqatın aparılması 
Dərsin  məqsədinə  və  tədqiqat  sualına  uyğun  iş  forma  və  üsulları  seçilir.    Burada 
şagirdlərin  praktiki  işi  və  müəllimin  bələdçilik  fəaliyyəti  nəzərdə  tutulur.  İkinci  dilin 
tədqiqatı vasitəsilə, dil bacarıqlarına yiyələnməklə yanaşı, şagirdlər həmçinin qulaq asmaq 
imkanı  qazanır,    dinləmə  qabiliyyətlərini  inkişaf  etdirir,  bir-birilə  məlumatı    mübadilə, 
müzakirə edir, oxuduğu materialı təhlil aparır və fikrini yazılı ifadə etmə bacarığı əldə edir. 
Bu  zaman  şagirdlər  aşağıdakı  bacarıqlara  yiyələnir:  mübadilə  etmə,  analiz  etmə,  
fərqləndirmə,  xarakterizə etmə, təsnif etmə, redaktə etmə,  yoxlama və s
.
 
İnformasiya mübadiləsi  
Bu  mərhələlərdə  qruplar  öz  işlərini  mübadilə  edərək  genişləndirir  və  çoxlu 
informasiya  qazanır,  müxtəlif  fikirlər  və  məlumatlar  əldə  edir,  birlikdə  hazırladıqları  işi 
təqdim  edirlər.  Əməkdaşlıq  və  qarşılıqlı  təsir  nəticəsində  əlaqədə  olmaqla  qarşılıqlı  təsir 
etməyi  öyrənir.  Bu  bacarıqları  inkişaf  etdirmək  üçün  aparıcı  üsullardan:  oyunlardan, 
müxtəlif  təqdimatlardan,  faydalı  fikirlər  söyləməkdən,  yeni  sözlərdən,  nitq  etiketlərindən 
istifadə  edərək  tələb  olunan  məsələləri  yerinə  yetirirlər.  Bu  zaman  şagirdlər  aşağıdakı 
bacarıqlara  yiyələnir:  şifahi  qarşılıqlı  təsir,  sintez  etmə,  fikirləri  birləşdirmə, 
uyğunlaşdırma,  qarşılaşdırma, yeni fikir yaratma, təqdimat etmə  və s.        
İnformasiyanın müzakirəsi və təşkili  


 
73 
Müəllim şagirdləri əldə olunan yeni məlumatların müzakirəsinə cəlb edir.  Şagirdlər 
qazandıqları  yeni  məlumatları  real  həyat  təcrübələri  ilə  əlaqələndirərək  müzakirə  edirlər. 
Bu  zaman  şagirdlər  aşağıdakı  bacarıqlara  yiyələnir:  dəyərləndirmə,  münasibət  bildirmə, 
sərbəst  fikir  söyləmə,  reaksiya  vermə,  tənqidi  yanaşma,    öz  mövqeyini  müdafiə  etmə, 
faktlar və arqumentlər gətirmə və s. 
Ümumiləşdirmə və nəticə 
Bu  mərhələdə  müəllim  məqsədinə  tam  nail  olduğunu  yoxlamaq  üçün  yenidən 
tədqiqat sualını yada salır, ümumiləşdirici suallar əsasında şagirdlərin qazandığı bacarıqları 
qeyd  edir,  birgə  müzakirə  edir,  müəyyən  olunmuş  yoxlayıcı  test  və  tapşırıqlarla 
yekunlaşdırır. Bu zaman şagirdlər aşağıdakı bacarıqlara yiyələnir: inanadırma, razı salma, 
qiymət vermə, ümumiləşdirmə, qısa şərh etmə və yekunlaşdırma.  
Yaradıcı tətbiqetmə 
 
Yaradıcı  tətbiqetmə  biliyi  möhkəmləndirir.  Şagird  yeni  fikir  əsasında  yaranmış 
özünün  yaratdığı  modeli  təqdim  edir,  mətn  qurur,  esse,  şeir  yazır,  mahnı  bəstələyir, 
obyektləri  modelləşdirir,  kitabça,  bukletlər  tərtib  edir,  elanlar,  afişalar,  açıqcalar, 
hesabatlar,  çıxışlar,  təqdimatlar  və  layihələr  hazırlayır.  Bu  zaman  şagirdlər  aşağıdakı 
bacarıqlara  yiyələnir:  qurma,  bəstələmə, yaratma,  tərtib  etmə,  hazırlama,  modelləşdirmə 
və s. 
Ev tapşırığı 
 
Dərsdə  alınmış  bilik,  bacarıq  və  vərdişlərin  möhkəmləndirilməsi  və  şagirdlərin 
sərbəst  yaradıcılıq  fəaliyyətini  inkişaf  etdirmək  üçün  ən  yaxşı  vasitə  ev  tapşırıqlarıdır.  Ev 
tapşırığının daha çox tədqiqat və yaradıcılıq elementləri ( yaradıcı işlər, referatlar, layihələr, 
tədqiqatlar  və.s)  ilə  zəngin  olmasına  diqqət  yetirilməlidir.  Yaradıcı  tətbiqetməyə  aid  olan 
tapşırıqlar  ev  tapşırığı  kimi  də  verilə  bilər.  Bu  zaman  şagirdlər  aşağıdakı  bacarıqlara 
yiyələnir:  fotoçəkmə,  kompüterdə  rəsm  və  qrafika  işləri  yaratma,  video  çarxlar 
hazırlama,  kiçik bukletlər hazırlama, qurma, bəstələmə, yaratma, tərtib etmə, hazırlama, 
modelləşdirmə və s. 
 
Qiymətləndirmə 
 
Təlimin  prosesinin  keyfiyyətini    üzə  çıxaran  ən  etibarlı  mənbə  isə  şagird  təlim 
nəticələrinin  obyektiv  qiymətləndirilməsidir.  Qiymətləndirmə  təlim  nəticələri  ilə  
balanslaşan  bir  prosesdir.  Qiymətləndirmə  prosesi  şagirdləri  fənnin  öyrənilməsinə 


 
74 
həvəsləndirmək  və  dilin  qavranılması  zamanı  kommunikativ  bacarıqların  əldə  olunmasına 
yardım  edir.  Müəllim  qiymətləndirmə  vasitəsilə  şagirdlərin  irəliləyişləri  və  əldə  olunan 
nəticələrinə əsasən təlimin  nə dərəcədə səmərəli olması  haqqında  hesabat və  ya rəy verir. 
Bu mərhələdə müəllim təlim məqsədlərinə uyğun meyarlar müəyyən edir və meyar cədvəli, 
rubriklər,  müşahidə  və  özünüqiymətləndirmə  vərəqləri  hazırlayır.    Şagirdlərin  təqdimatı 
zamanı bu meyarlar üzrə  şagird nailiyyətlərinin qiymətləndirilməsi aparılır və son nailyyət 
elan olunur.  
 
Refleksiya 
Refleksiya - təlim prosesinin bütün mərhələlərini təhlil etməyə və onu dərindən başa 
düşməyə  imkan  yaradır.  Bu  prosesdə  müəllim  təlim  prosesini  və  aparılan  şagird 
fəaliyyətinin  nə  dərəcədə  onların  şüurda  inikas  edildiyini  və  mənimsənildiyini  yoxlayır  və 
sonrakı mərhələyə keçid yaradır.  
 
 
Fənnlər üzrə cari dərs planı nümunələri 
 
İngilis dili fənni üzrə cari dərs planı nümunəsi 
 
VI  sinif 
Standart    
1.1.2. Dinlədiyi mətndəki yeni informasiyanı müəyyən edir.  
 2.1.2. Müxtəlif mövzulu dialoqlarda iştirak edir.         
3.1.4. Mətnin məzmununa uyğun suallar verir. 
 
Mövzu.  
Do you like sports and games?
 
Məqsəd: şagirdlər idman haqqında geniş məlumat qazanrlar 
Vəzifələr: a) mətni dinləyərək yeni sözləri müəyyən edir                                                                      
                  b) yeni sözlərdən dialoq qurur 
                  c) mətnə aid suallar verir 
Nəticəşagirdlər idmanın insan həyatında əhəmiyyətini şərh edirlər 
Lüğət: walking, jogging, swimming, cycling, running 
Səs praktikası: cycling- c[k]; c-[s];     walking; all; a+ll [ɔ:];   alone-al [ə] 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə