Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə20/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   16   17   18   19   20   21   22   23   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

«Gözəl Gəncəm» oyunu 
Zalda bayram əhval-ruhiyyəsi duyulur. 
Stolun üstünü tər güllərdən dəstələr bəzəyir. Uşaqlann 
əllərindəki rəngbərəng güllər ulduzlar kimi saynşır. Hər kəs öz 
yerini tutub. Tədbirə valideynlər də dəvət olunub. 
Uşaqlar iki dəstəyə bölünüblər. 
«Şahin» komandasının rəhbəri Asimlə, «Qartal» 
komandasının rəhbəri Mehmanın əllərində üçrəngli bayraqcıqlar 
dalğalanır. Hər iki dəstə qabaq-qarşı əyləşir. Apancı (tərbiyəçi) 
irəli çıxır. 
Apancı: Salam, əziz balalar, mehriban nənələr, babalar. Bu 
günkü oyunumuza xoş gəlmisiniz! İcazə verin Azərbaycanın 
qədim və gözəl şəhərlərindən biri olan Gəncəyə həsr etdiyimiz 
oyunun şərtlərini hər iki komandanın nəzərinə çatdırım. 
Qarşınızda asılan lövhənin nömrələnmiş yuvacığmm 
7 9


hər birində Gəncəyə aid maraqlı sual var. 
Komanda üzvlərindən kim hansı nömrədəki suala cavab 
vermək istəyirsə, deyir. Həmin sualı hamınızın qarşısında 
oxuyuram. Əvvəl «Şahin», sonra isə «Qartal» oyuna qoşulacaq. 
Sonra ən yaxşı cavablar mükafatlandırılacaq. Beləliklə. «Şahin» 
komandasının üzvləri (beş nəfərdir) 5, addım irəli çıxsın. 
E.Rəhimovanm ifasında (lent yazısında) «Gəncəm» 
mahnısı səsləndirilir. Mahnının melodiyası altında zala dahi 
Nizaminin portreti gətirilir. 
Apancı: Beləliklə, ilk söz «Şahin» komandasındadır. 
Buyurun. 
Tünzalə: Mən istəyirəm «5» rəqəminin içindəki suala 
cavab verəm. 
Apancı (sualı çıxanb oxuyur); «Gəncə keçmişdə hansı 
ölkənin mərkəzi şəhəri olub? Xatırladım ki, fikirləşmək üçün 
otuz saniyə vaxt verilir» 
Tünzalə: Gəncə Aran ölkəsinin mərkəzi şəhəri olub. 
Apancı: Doğrudur. Uşaqlar, gəlin «Şahin» komandasının 
cavabını alqışlayaq. 
Hamı əl çalır. 
Apancı: Daha kim yaddaşım sınamaq istəyir? 
Fuad: Müəllimə, mən 8-ci xanadakı suala cavab vermək 
istəyirəm. 
Apancı (oxuyur): Gəncə hansı dövlətlərlə ticarət əlaqələri 
saxlayırdı? 
Fuad təyin olunmuş vaxtda cavab verə bilmir. 
Toğrul əlini qaldınr və cavab verir: 
Bağdadla, 
Dərbəndlə, Rusiya ilə, Çinlə və İranla. 
Apancı: Cavab doğrudur (Hamı alqışlayır). Daha kim 
cavab verəcək? 
Səkinə: Mən 1-ci xanam çevirməyinizi xahiş edirəm. 
Apancı (oxuyur): Gəncə şəhərinin əziz-xələf oğlu dahi şair 
Nizami Gəncəvinin adı nədir? 
Səkinə (^kirləşmədən): İlyas! 
Apancı: Düz dedin, qızım, əhsən. 
8 0


Hamı Səkinəni alqışlayır. 
Mehriban: Müəllimə, mənsə 7-ci xanadakı suala cavab 
verəcəm. 
Apancı: Çox gözəl (sualı açıb oxuyur) «Sovet hökuməti 
dövründə Gəncənin adı necə idi?» 
Mehriban: Kirovabad. 
Bu qayda ilə «Qartal» da suallara cavab verir. 
Axırda fərqlənənlərə hədiyyələr təqdim edilir. 
Zal bəzədilib. Divarlardan «Dünya cənnətə dönsə, yaddan 
çıxmaz Qarabağ», «Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir», 
«Vətənin hər qanş torpağı əziz və müqəddəsdin), «Qarabağ 
şəhidləri heç vaxt unudulmuD) şüarlan asılıb. Zalda 
Azərbaycanın dövlət bayrağı dalğalanır. Müxtəlif şəkillər, 
stendlər, xəritələr diqqəti cəlb edir. 
Maqnitafonla U. Hacıbəyovun «Koroğlu» operasından 
məşhur üvertura səsləndirilir. 
Apancılar (tərbiyəçi və bir qız uşağı) qabağa çıxırlar. 
Tərbiyəçi: Xoş gördük, əziz və mehriban balalar, hörmətli 
valideynlər, bizim tədbirimizə xoş gəlmisiniz! 
Qız: Hamınızı salamlayınq. 
Tərbiyəçi: Uşaqlar, bilin ki, Azərbaycan əvvəllər indiki 
kimi müstəqil olmayıb, parçalamb. Hələ 200 il bundan qabaq 
Azərbaycanın cənubunda xanlıqlar yaranmışdı. Bunlardan biri də 
Qarabağ xanlığı idi. 
Qız: Qarabağ xanlığı yaranandan sonra əsas diqqət onun 
möhkəmləndirilməsinə yönəldildi. Bu işdə Pənah xanın 
xidmətləri daha çox olub. O, ilk növbədə basqınlar nəticəsində öz 
)nırdundan qovulmuş Qarabağ əhalisini geriyə qaytarmağa 
başladı. 
Tərbiyəçi: Gülər çox düz deyir, uşaqlar. Qarabağa, öz 
doğma vətəninə qaytanlanlardan biri də gələcək xan İbrahim Xəlil 
idi. Pənah xan müstəqil xanlığın başçısı kimi tezliklə başqa 
ölkələr tərəfindən tanındı. 
Dörd nəfər oğlan uşağı əllərində taxtadan qılınc səhnəyə 
daxil olub vuruşurlar. 
Qız: Qarabağa tez-tez hücum edib onu devirməyə 
8 1


çalışırdılar. Buna baxmayaraq Qarabağ xanlığının sərhədləri 
getdikcə genişlənirdi. 
Tərbiyəçi: İbrahim xanın dövründə Qarabağ daha da 
möhkəmləndi. Sonralar xanlıqlar dağıldı. Müstəqil Azərbaycan 
dövləti yarandı. 
Səhnəyə daxil olan 2 nəfər uşaq əllərində tutduğu üçrəngli 
bayrağı dalğalandınr. 
Qız: Sovet qoşunlan müstəqillik qazanan Azərbaycanı 
işğal edəndən sonra Qarabağı da «dağlıq» və «aran» adlanmaqla 
iki yerə böldülər. 
Tərbiyəçi: Bizim tarixi düşmənlərimiz olan ermənilərin 
tələbilə yuxan hissədə Dağlıq Qarabağ Muxtar vilayəti yaradıldı. 
Elə əsl faciəmiz də bundan sonra başlandı. 
Qız: Sonralar SSRİ-nin zəifləməsindən istifadə edən 
namərd ermənilər azərbaycanlılan sıxışdınb öz doğma od- 
ocaqlanndan qovdular. Qarabağı işğal edib, Ermənistana 
birləşdirməyə çalışdılar. 
Tərbiyəçi: Uşaqlar, yadda saxlayın ki, indi Qarabağın 
Dağlıq hissəsində bir nəfər də olsun azərbaycanlı yaşamır. 
Qız: Cənnət Qarabağımızın azadlığı yolunda çoxlu igid 
oğlan və qızlanmız şəhid olub. Biz onlan heç vaxt 
unutmamalıyıq. Gərək biz böyüyəndə onlann qanmı yerdə 
qoymayaq. Qisas qiyamətə qalmaz. Bunu babalanmız da deyib. 
Maqnitafonda «Qarabağ şikəstəsi» səsləndirilir. Muğam 
qurtarar-qurtarmaz daha iki nəfər səhnəyə çıxır. 
1-
ci uşaq: 
Mən aşiqəm Qarabağ, 
Şəki, Şirvan, Qarabağ. 
Aləm cənnətə dönsə, 
Yaddan çıxmaz Qarabağ. 
2-
ci uşaq: 
Könlüm keçir Qarabağdan
Gah bu dağdan, gah o dağdan. 
Axşamüstü qoy uzaqdan 
8 2


Havalansın Xanın səsi, 
Qarabağın şikəstəsi. 
Tərbiyəçi: Biz inanınq ki, Qarabağ torpağı quduz erməni 
işğalçılarından azad olunacaq. Azərbaycanlılar öz doğma yurd- 
yuvalanna qayıdacaqlar. Haqq, ədalət zəfər çalacaq. 
Oyun sona yetir. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə