Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Qızlar Universiteti SƏRBƏst iŞ №


Bir-birini başa düşmə halları olan, lakin uzun müddət davam etməyən ailələr



Yüklə 27,5 Kb.
səhifə5/5
tarix24.06.2022
ölçüsü27,5 Kb.
#90070
1   2   3   4   5
Sərbəst iş-Nərmin İsayeva (Pedaqogika)

Bir-birini başa düşmə halları olan, lakin uzun müddət davam etməyən ailələr. Belə ailələrdə müəyyən narazılıq asanlıqla həll edilsə də, narahatlıq və qanıqaralıq halları davam edir. Bu isə istər-istəməz uşaqların tərbiyəsinə mənfi təsir edir. Belə ailələrdə ər və arvad, xüsusilə ana uşaqların xatirinə mümkün qədər sakitliyi tənzim edir.

  • Münasibətlərdə həddindən artıq narazılıq, kobudluq olan ailələr. Belə ailələrdə sərxoşluğa, təhqirə dözməyən qadın ərindən şikayətçi olur. Ər sərxoşluq, qadın isə şikayət edir. Ər-arvad arasındakı incə tül pərdə aradan qalxır, kişi söyür, qadın göz yaşı tökür, uşaqlar isə mənəvi əzab çəkir. Nəticədə ailə dağılır, yarım ailələr meydana gəlir. Uşaqlar iki tərəfə baxmalı olur, kimin günahkar olduğunu arayır, axtarır. Bu proses ən çox yeniyetmələrə ciddi təsir göstərir.

    Müasir şəraitdə cəmiyyət və dövlətin həyatında siyasi, sosial, iqtisadi sahədə baş verən dəyişikliklər ailə həyatına ciddi təsir göstərir, ailələrdə müəyyən çətinliklər yaradır. Hətta boşanmaların sayını da artırır. Bunun bir çox səbəbləri var:

    1. Tək uşaqlı və ya az uşaqlı ailələrin sayının artması. Bu isə o deməkdir ki, belə ailələrdə uşaqlar lazımi tərbiyəni ala bilmirlər. Tək uşaqlı ailələrdə uşaq normal oynaya bilmir.

    2. Hazırda gənclərin ailə quran kimi başqa mənzilə köçmələri ailə həyatına mənfi təsir edir. Yəni gənc ər-arvadlar yaşlı nəslin – baba və nənələrin qayğısından məhrum olurlar.

    3. Xalq pedaqogikasının ənənələri unudulur. Hazırda soy-kökümüzə qayıtmaqdan, adət-ənənələri qorumaqdan çox danışsaq da, toy məclisləri öz məzmununu dəyişir, gəlin-ana olan müasir qızlar layla deyə, nağıl danışa bilmirlər. Elə gəlin-ana da olur ki, o, heç uşağına süd vermək də istəmir. Bunlar isə uşaqların sağlam yetişməsinə və tərbiyə olunmasına çox pis təsir edir.

    4. Urbanizasiya nəticəsində gənclər öz doğma yurdlarından ayrı düşürlər. Əvvəllər kənddə hamı bilirdi ki, məsələn, bu uşaq filankəsin oğludur. Buna görə də heç bir ata və ana öz övladının tərbiyəsinin nöqsanlı olmasını istəmir. Hamı övladlarının xoşbəxt, ağıllı olmasını istəyir.

    5. Ailə tərbiyəsinə iqtisadi çətinliklər də ciddi təsir edir. Hazırda işsizlik, əmək haqqının aşağı olması, vaxtında verilməməsi və s. uşaqların tərbiyəsinə ziyan vurur. Elə hallar olur ki, ata övladı qarşısında utanır, ailəni dolandıra bilmədiyindən narahat olur.

    6. Cəmiyyətin həddindən artıq siyasiləşdirilməsi ailə tərbiyəsinə mənfi təsir edir. Milli məclislərdə millət vəkillərinin bir-birini təhqir etməsi, xoşa gəlməyən hərəkətləri uşaqların tərbiyəsinə ziyan vurur.

    7. Uşaqların psixikasına, onların tərbiyəsinə telekanallarda göstərilən filmlər, xüsusən amerikan filmləri, amerikalı döyüşçüləri onlara mənfi təsir edirlər. Telekanallarda nə qədər insan qanı içmək olar?! Üstəlik kompüterlər, göstərilən açıq-saçıq kişi-qadın münasibətləri yeniyetmələri və gəncləri daha çox özünə cəlb edir. Bəzən tərbiyəli uşaqlar belə gənclərin təsirinə məruz qalır, qarətçilik işlərinə də cəlb olunurlar. Ona görə də indiki şəraitdə məktəblə ailənin sıx əlaqə saxlamasının əhəmiyyəti birə-beş artmışdır.

    Göründüyü kimi, müəllimlər, sinif rəhbərləri müxtəlif tip ailələrlə iş aparmalı olurlar. Onlar ailənin tərbiyə sisteminə düzgün istiqamət verməli, valideynlərdə pedaqoji mədəniyyətin inkişaf etdirilməsinə diqqət yetirməlidirlər. Onlar valideynləri pedaqoji biliklərlə silahlandırmalıdırlar. Ona görə ki, uşaqların düzgün ailə tərbiyəsində valideynlərin pedaqoji mədəniyyəti mühüm rol oynayır.



    1. Özü yazacaq.

    Yüklə 27,5 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə