Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Qızlar Universiteti SƏRBƏst iŞ №


Azərbaycanda multikulturalizmin təbliğatı ilə



Yüklə 33,17 Kb.
səhifə3/4
tarix24.06.2022
ölçüsü33,17 Kb.
#90073
1   2   3   4
Sərbəst iş-Nərmin İsayeva (Multikulturalizm)

Azərbaycanda multikulturalizmin təbliğatı ilə

məşğul olan strukturlar.

Polietnik birliklərin mövcudluğunun multikultural forması çoxdan Azərbaycanda əsl obyektiv həqiqətə çevrilmişdir. Qeyd olunduğu kimi, bu cür mövcudluq forması ölkəmizdə uzun əsrlərin ərzində formalaşmışdır. Məmləkətimizdə tarixən müxtəlif etnik və konfessional qrupların nümayəndələri məskunlaşmışlar. Müasir müstəqil Azərbaycan Respublikasında onların hər biri eyni cür səviyyədə vətəndaş hüquqlarına və azadlıqlarına malikdirlər. Bütün bu mütərəqqi dəyərlər öz parlaq əksini Azərbaycan Respublikasının Konstitusiyasında tapmışdır. Konstitusiyada Azərbaycanın dünyəvi dövlət olması və burada yanaşı yaşayan bütün xalqların və etnik azlıqların vahid hüquqi məkan hüdudlarında ləyaqətli həyatının təminatı təsbit olunmuşdur.


Bu dəyərlərin mühafizə olunması və daha da inkişaf etdirilməsi ilə məşğul olan müvafiq dövlət institutları yaradılmışdır ki, onlar da xüsusi olaraq etnoslararası və konfessiyalararası münasibətləri daha da yeni və yüksək səviyyəyə qaldırmaq kimi vacib tarixi vəzifəni həyata keçirirlər. Bu məqsədlə 2014-2015-ci tədris ilindən Azərbaycan Respublikasının iyirmidən artıq ali təhsil müəssisələrində “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri tədris olunur.
“Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” kimi yeni fənlərin ali təhsil müəssisələrində davamlı tədris olunmasının əsas məqsədləri gənc nəsli multikulturalizm ideyaları ilə tanış etmək, onlarda əsl humanist və tolerant keyfiyyətlər aşılamaq, dövlətimizin və şəxsən Respublika Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi mütərəqqi siyasətin daha effektli şəkildə reallaşdırılmasında onların iştirakını təmin etməkdən ibarətdir.
Bu gün on doqquz xarici dövlətin əsas ali təhsil müəssisələrində və Azərbaycanın Respublikasının bütün ali təhsil ocaqlarında “Azərbaycam multikulturalizmi” və “Multikulturalizmə giriş” fənləri tədris olunur. “Azərbaycan multikulturalizmi” fənninin daim tədris olunduğu dövlətlər sırasına isə İtaliya (Sapienz Universiteti - Roma), Portuqaliya (Lusafon Universiteti), İsveçrə (Fribur Universiteti - UniFr), Türkiyə (Sakarya Universiteti, Ercines Universiteti-Sakarya), Rusiya (B.Yeltsin adına Ural Federal Universiteti), Gürcüstan (İ.Cavahaşvili adına Tbilisi Dövlət Universiteti), Çexiya (Praqa Karlov Universiteti), Bolqarıstan (Müqəddəs Kliment Oxridski ad. Sofiya Dövlət Universiteti), Litva (Litva Pedaqoji Universiteti), Almaniya (Auqusburq Universiteti), Ukrayna (PİTU Poltava İqtisadiyyat və Ticarət Universiteti), Polşa (Varşava Kral Universiteti), İndoneziya (Qaca Mada Universiteti - Cokyakarta) və digər ölkələr daxildir. Burada əsas məqsəd isə multikulturalizmin əsl mahiyyətini və əhəmiyyətini, meydana gəlməsi səbəblərini və tarixi şərtlərini açıqlamaq, ictimai-fəlsəfi fikir tarixində tolerantlıq və multikulturalizm ideyaları ilə tanış olmaq, cəmiyyətdə mövcud olan dini və etnik-milli müxtəlifliyin tənzimlənməsində multikulturalizm siyasətinin əsl rolunu təyin etmək, multikulturalizmlə ölkənin xarici siyasəti, sosial-iqtisadi inkişafı arasında qarşılıqlı əlaqə və münasibətləri tam müəyyən etmək, multikulturalizmin tarixi və ən müxtəlif modelləri barədə çox zəngin məlumatlar əldə etmək, ümummilli lider Heydər Əliyevin Azərbaycan multikulturalizmini siyasi müstəviyə çıxarması haqqında biliklərə yiyələnmək, multikulturalizmin Azərbaycan modelinin mahiyyətini, xüsusiyyətlərini və ölkəmizdə həyata keçirilən multikulturalizm siyasətinin əsas prinsiplərini və istiqamətlərini dərindən mənimsəmək və müasir dövrdə suveren Azərbaycan dövlətinin multikulturalizm kimi mədəni bir siyasəti uğurla həyata keçirməsi ilə əlaqədar əldə olunmuş nailiyyətləri təbliğ etməkdən ibarətdir.
Azərbaycanda və dünyada Azərbaycan multikulturalizmi siyasətinin təbliği və həyata keçirilməsi ilə, həm xüsusi yaradılmış təşkilatlar, həm də Azərbaycan Respublikasının Ali Təhsil Sistemi məşğul olur. 28 fevral 2014-cü il tarixli prezident fərmanına əsasən Prezident Aparatı yanında millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri xidməti (ing. The state adviser on intercultural, multiculturalism and religious affairs at the Presidential Administration) təşkil olunmuşdur. Sözügedən təşkilatın tam rəhbərliyi altında multikulturalizm ideyaları ölkəmizdə və onun sərhədlərindən kənarda uğurla təbliğ olunmuşdur 2017-ci ilin 1 iyun tarixindən bəri Azərbaycan Respublikasının Prezident Administrasiyasında baş vermiş dəyişikliklərlə əlaqədar, “Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri xidmətinin” əsas bazasında Prezidentin millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsi yaradılmışdır). 2014-cü il may ayının 7-də Bilik Fondu (ing. Knowledge Foundation) və may ayının 15-i tarixdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (ing. Baku İnternational Center of Multiculturalism-BİCM) təsis olunub. Bu gün bu təşkilatlar ölkəmizdə həyata keçirilən Multikulturalizm siyasətinin uğurlu şəkildə reallaşdırılmasında müstəsna xidmətlər göstərirlər. Bakı BMM-nin rəhbərliyi altında hər il təşkil olunan yay və qış məktəblərində xarici ölkə universitetlərindən gələn tələbələr və müəllimlər Azərbaycan reallıqlarını öz gözləri ilə görür və ölkəmizdə mövcud olan multikultural və tolerant mühitin xalqımızın əsl həyat tərzi olması faktına valeh olurlar.
Multikulturalizm ideyalarının aktiv təbliği, tərənnüm edilməsi və yayılması istiqamətində ayrı-ayrı qurumların fəaliyyətini də qeyd etmək vacibdir və bu baxımdan 2015-ci ilin 25 fevral tarixində Bakı Slavyan Universitetində (BSU) təşkil olunmuş və 2015-ci ilin 7 mart tarixindən tam aktiv fəaliyyətə başlamış ”Azərbaycan multikulturalizmi kafedrasının” xidmətlərini də özəl olaraq vurğulamaq lazımdır. Bu gün Azərbaycanda Multikulturalizmə giriş 352 fəaliyyət göstərən bir sıra digər universitetlərdə də (Azərbaycan Dövlət Aqrar Universiteti, Bakı Mühəndislik Universiteti və s.) “Azərbaycan multikulturalizmi” kafedraları fəaliyyət göstərir.
Multikulturalizm ideyalarının təbliğatını daha da effektli metodlarla reallaşdırmaq işində, yuxarıda adları çəkilən təşkilatların 2016-2017-ci illərdə müştərək hazırladıqları elmi ədəbiyyatların, yaxud digər köməkçi vəsaitlərin - “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”, “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları”, “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları”, nəhayət “Azərbaycan multikulturalizmi” kitablarının müstəsna əhəmiyyəti vardır.
Dövlət səviyyəsində aktiv tərzdə həyata keçirilən multikulturalizm siyasətinin təbliği, Azərbaycanı dünya miqyasında multimədəni dəyərləri çox yüksək təşəkküllü vasitələrlə qoruyan və inkişaf etdirən tolerantlıq nümunəsi, Azərbaycan xalqını isə bu mədəni siyasəti əsl həyat tərzinə çevirmiş unikal etnos, ekstratolerant fenomen kimi tanıtmışdır.




  1. Yüklə 33,17 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə