Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Qızlar Universiteti SƏRBƏst iŞ №


Multikulturalizmin Azərbaycan modelinin əsas xüsusiyyətləri



Yüklə 33,17 Kb.
səhifə2/4
tarix24.06.2022
ölçüsü33,17 Kb.
#90073
1   2   3   4
Sərbəst iş-Nərmin İsayeva (Multikulturalizm)

Multikulturalizmin Azərbaycan modelinin əsas xüsusiyyətləri.

Məlumdur ki, multikultural dəyərlər, tolerant siyasi-mədəni, etnik-dini mühit Azərbaycanda həmişə mövcud olmuşdur. Şərq ilə Qərbin kəsişdiyi bir məkanda qərar tutmuş yeni Azərbaycan, tarix boyu müxtəlif mədəniyyətlərin qovuşduğu özəl bir diyar kimi tanınmışdır. Burada üzvi şəkildə təzahür edən tolerantlıq, mədəni müxtəliflik, mədəniyyətlərarası təbii birlik və qarşılıqlı anlaşma kimi ənənələr bu gün də “Azərbaycan” adlanan sosiumun məzmununu təşkil edir. Tarixən formalaşmış bu dəyərləri, təlatümlərlə dolu olan XX əsrdə davamlı şəkildə qorumaq, inkişaf etdirmək və siyasi müstəviyə çıxarmaq tarixi zərurətə və günün tələbinə çevrildi. Belə bir vacib tarixi vəzifəni isə öz üzərinə Azərbaycanın ümummilli lideri Heydər Əliyev götürdü. Uzaqgörən siyasətçi, təkrarolunmaz düha sahibi və dahi şəxsiyyət kimi Heydər Əliyev tarix boyu polietnik məkan olan Azərbaycanın təhlükəsiz gələcəyini multikultural dəyərlərə əsaslanan vahid Azərbaycan ailəsinin yaradılmasında görürdü. O, dünya liderlərindən əvvəl multikulturalizmin alternativi olmayan siyasət olmasını hələ XX əsrin 60-cı illərində dərk etmiş və Azərbaycana I rəhbərliyi dövründə (1969-1982) ölkədə yaşayan bütün xalqlara ən yüksək səviyyələrdə qayğı göstərmiş, onların mədəni dəyərlərinin inkişafı üçün əlverişli şərait yaratmışdı. Ümummilli lider Heydər Əliyevə məxsus bu sözlər, onun Azərbaycanda yaşayan bütün xalqlara ən səmimi atalıq qayğısının ifadəsidir: “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq”.


Azərbaycan multikulturalizmi dünyada analoqu olmayan mədəni fenomendir. O, özündə tolerantlığın ən düşünülmüş formasını ifadə edir. Heç vaxt, nə aşkar, nə də gizli şəkildə Azərbaycan adlanan məkanda təmsil olunan digər xalqların, etnik qrupların və dini konfessiyaların assimilyasiyasını nəzərdə tutan tədbirlər həyata keçirilməmişdir. Əksinə, onların ləyaqətli varlığı və inkişafı üçün ən yüksək təşəkküllü real şərait yaradılmışdır. Əsl qarşılıqlı etibar və inam prinsipləri əsasında qurulan Azərbaycan multikulturalizmi, eyni zamanda ölkə ərazisində yaşayan bütün xalqların və etnik azlıqların “Vahid Azərbaycan” məfkurəsi altında əbədi və sarsılmaz birliyini nəzərdə tutur. Ölkəmizin iqtisadi, siyasi və mədəni həyatında, “Vahid Azərbaycan millətini” təşkil edən bütün fərqli etnoslara bərabər imkanlar, hüquqlar və azadlıqlar verilir. Azərbaycan multikulturalizmi Fransada, Rusiyada, Almaniyada və digər ölkələrdə mövcud olan və bir xalqın digər xalqlar üzərində etnik-siyasi qüdrətinə, onun titullaşmasına əsaslanan prinsipləri rəhbər tutmur. “Azərbaycan” adı hər hansı bir etnosun adından götürülməmişdir (məsələn, Fransada, Almaniyada, İngiltərədə, İspaniyada, Türkiyədə olduğu kimi). Buna görə də, bu məkanda yaşayan hər hansı bir etnik-mədəni özəllik ilk növbədə azərbaycanlıdır, daha sonra etnik fərddir. Bununla belə, Azərbaycanda yaşayan əhalinin böyük bir hissəsini Azərbaycan türkləri təşkil etdiyi üçün, nəzəri cəhətdən titul xalq əlamətini də məhz o daşıyır. Azərbaycan dövlətinin siyasi quruluşunu təşkil etmək, onun müstəqilliyini və müdafiə qüdrətini tam təmin etmək, digər etnosları vahid Azərbaycan ailəsində birləşdirərək xoşbəxt gələcəyə aparmaq vəzifəsi də onun üzərinə düşür.
Bəs Azərbaycanda mövcud olan multikultral məkanın, bu məkanda bərqərar olmuş modelin özəlliyi nədədir? Bu məkanda çoxlu sayda etnik və dini müxtəlifliyi mükəmməl şəkildə birləşdirən sehrli qüvvə nədir? Bu məkan özünün əsl inteqrativ gücünü haradan alır? Nə üçün çoxlu sayda cəmiyyətlərin şübhə ilə yanaşdığı “multikultural təhlükəsizlik” fenomeni, dinindən, dilindən, etnik mənsubiyyətindən və mədəni dünyagörüşündən asılı olmayaraq, Azərbaycan vətəndaşının arzu və istəklərini, məslək və amallarını, ümidlərini və həyat kredosunu əks etdirir? Bu suallara cavab vermək üçün, isə “azərbaycanlı” kimliyini daşıyan hər bir etnik-mədəni özəlliyin “Azərbaycan” fenomeninə münasibətini, bu yurda, bu millətə bağlılıq xarakterini təyin etmək lazımdır. Bununla əlaqədar ölkədə təmsil olunan Azərbaycan türklərinin, etnik talışların, ləzgilərin, velikorosların, ukraynalıların, belarusların, bidətçi rusların, avarların, kürdlərin, tatların, yəhudilərin, gürcülərin, udinlərin, xınalıqların, ingiloyların və saxurların “Azərbaycan” adlanan tarixi məkana bağlılığını təyin etmək tələb olunur. Azərbaycanda yaşayan və burada çoxəsrlik tarixi olan etnik azlıqların demək olar ki, heç birinin başqa xalqlarla mütləq əlaqəsi yoxdur. Onlar Azərbaycan ailəsinə təbii şəkildə, azərbaycanlı olaraq bağlıdırlar. Onların ən yüksək əxlaqi, mənəvi və mədəni dəyərləri Azərbaycan məfkurəsini parlaq şəkildə əks etdirir.
Azərbaycan türkləri ən qədim dövrlərdən böyük bir ərazidə təmsil olunan türk kosmopolitizminin qərb qolunun Qafqaz etnik faktoru ilə tarixi sintezinin nəticəsidir. Talışlar irandilli xalq kimi minilliklər ərzində məhz Böyük Azərbaycan ailəsində təmsil olunurlar və Ümumazərbaycan mədəni nümunəsinin ən başlıca prinsiplərini, təbii olaraq əxz etmişlər.
Ləzgilər, avarlar, saxurlar və Azərbaycan ailəsinə daxil olan bütün başqa Qafqaz etnosları da qədim Qafqaz xalqları kimi əsrlər ərzində Şimali Qafqaz linqvistik və etnik-mədəni arealından daha çox Ümumazərbaycan arealına qovuşmuşlar və onları digər çeşidli Cənubi Qafqaz, türk və İran etnosları ilə ümumi tarixi yaddaş və eyni tale birləşdirir. Velikoroslar, ukraynalılar və beloruslar Azərbaycan etnik-mədəni arealına son bir neçə əsr ərzində nüfuz etsələr də, onları Azərbaycan ideyası ilə çoxlu sayda pozitiv və müqəddəs məqamlar birləşdirir. Bidətçi rusların (molokan, subbotnik, anabaptist və s.) XIX əsrdə Rusiyanın mərkəzi rayonlarından Cənubi Qafqaza köçürülməsi tarixinə nəzər yetirdikdə, Rusiya imperiyasının simasında çar mütləqiyyət rejiminin antitolerantlıq siyasətinin ifadəsini və son nəticəsini görürük. Çar hökuməti bidətçi rusları Volqaboyundan, Krımdan, Ukraynadan Azərbaycana köçürməklə bir tərəfdən imperiyanın mərkəzi rayonlarını bidətçilərdən, faktiki olaraq potensial üsyançılardan təmizləmək, digər tərəfdən isə Cənubi Qafqazda xristian əhalinin sayını süni şəkildə artırmaq kimi məqsəd güdürdü. Qeyd etmək lazımdır ki, velikoroslar bidətçi rusları həmişə ümumi ənənələrə tabe olmayan “özgə etnik ünsür” kimi qiymətləndirmişlər. Azərbaycan etnik-siyasi birliyinin simasında isə bidətçi ruslar əsl doğma mühit qazanmışlar. Bununla belə, öz dini əqidələrini tam qoruyub saxlamış, azərbaycançılıq məfkurəsinin simasında vahid və etibarlı bir müdafiə əldə etmişlər.
Hər regionun, həmçinin ayrıca götürülmüş ölkənin özünəməxsus multikultural dəyərləri mövcuddur. Minilliklər ərzində isə birgəyaşayış mühitində tam sərbəst və qarşılıqlı təsir hesabına zəngin mədəni mühitin formalaşması, bəşəriyyətin inkişafının ən təbii yolu kimi təzahür edir. Bu baxımdan multikulturalizm Azərbaycanda əsl həmişəyaşarlığını bir daha nümayiş etdirir. Multikulturalizmin uğurunun əsas şərtləri ümümbəşəri və milli ideyaların bir yerdə mövcud olmasından, həmçinin multikultural dəyərlər sisteminin təsir sferasında yerləşən xalqların milli kimliyinin qorunmasından ibarətdir. Başqa mədəniyyətlərə, dinlərə və tarixə hörmət isə şəxsi dəyərlərə hörmətdən başlayır.
Beləliklə, qarşımızda olduqca maraqlı mənzərə yaranır. Dünyanın ən inkişaf etmiş regionu olan Avropada multikulturalizm böhran dövrü keçirir, digər regionlarda, o cümlədən də Azərbaycanda o, inkişafın əsas prinsipləri kimi qəbul olunur. Belə məlum olur ki, ən uğurlu nəticələr, bu fenomenə bir ideologiya mövqeyindən, yaxud həyat tərzi mövqeyindən yanaşmaqdan asılıdır.




  1. Yüklə 33,17 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə