Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/74
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19549
1   ...   21   22   23   24   25   26   27   28   ...   74

64 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi 
Lənkəran Dövlət Universiteti 
 
«Təsdiq edirəm:» 
Tədrisin təşkili və təlim texnologiyaları  
                                 üzrə prorektor:_____________dos.İ.Əsgərov 
“      ”                         2017-ci il 
 
Fənn sillabusu 
 
İxtisas: 050118- İbtidai sinif müəllimliyi  
Fakültə:  Humanitar  
Kafedra: İbtidai təhsil və məktəbəqədər təlim  


65 
 
I.Fənn haqqında məlumat: 
Fənnin adı: Ifadəli oxu. Fənn üzrə proqram LDU Elmi-metodik şurasının 18.XI.2016-ci 
il tarixli iclasının qərarı ilə (protokol №) təsdiq edilmişdir. 
Kodu:İPFS-B02 
Tədris ili:  III (2016-2017.) V semestr 
Tədris yükü: 120 saat. Auditoriya saatı – 45 (30 saat müh., 15 saat sem.)  
Tədris forması: Əyani 
Tədris dili: Azərbaycan dili 
AKTS üzrə kredit: 4 kredit 
Auditoriya №:406 
Saat:   
II.Müəllim  haqqında  məlumat:  Adı,  soyadı,  elmi  dərəcəsi  və  elmi  adı:  Rəhimova 
Xalidə Vaqif qızı 
Məsləhət günləri və saatı: II gün saat  9
00
-13
00

E-mail ünvanı: Xalidə@ box.az 
Kafedranın ünvanı:Lənkəran ş., Hənifə  küç.,170-a 
III.Tövsiyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər: 
1.F.Yusifov.İfadəli oxu.Dərs vəsaiti-Bakı, 2006, 123s 
2.Əsgərov.M.Bədii qiraət-Bakı, 1973 
3.Kərimov.Y.Ana dilinin tədrisi metodikası-Bakı, 2005 
4.S.Hüseynoğlu.İfadəli oxudan praktikum-Bakı, 2005 
5.Abdullayev.N, Məmmədov.Z. Nitq mədəniyyəti məsələləri-Bakı, 1998 
6.Quliyev.Ə.Diksiya və bəzi metodik göstərişlər 
7.Soltan Hüseynoğlu. İfadəli oxunun əsasları 
8.İnternet resusları 
IV.  Fənnin  təsviri  və  məqsədi:Hər  bir  elm  yaxud  sənət  sahəsi  müəyyən  təməl 
prinsiplərə söykənir və bunlarsız həmin elmin, sənət sahəsinin mövcudluğundan danışıla 
bilməz.Tədris  olunması  nəzərdə  tutulan  ifadəli  oxu  fənni  bu  cəhətdən  diqqəti  cəlb 
edir.Bu  fənnin  tədrisi  bir  sıra  elm,  sənət  sahələri  ilə  əlaqədardır.Dilçilik, 
ədəbiyyatşünaslıq  elmləri,  eləcə  də  aktyorluq  sənəti,  bədii  qiraət  ustalığı  məsələləri  bu 
fənnin  nüvəsini  təşkil  edir,  bir  biri  ilə  qırılmaz  əlaqədə  öyrənilir.İfadəli  oxu  bədii  oxu 
sənətinin  qanunlarına  əsaslanmaqla  məktəb  şəraitində  tətbiq  olunan  oxu  olub,  müxtəlif 
mətnlərin səslənən oxu vasitəsilə  sinif qarşısında canlandırılmasıdır.Məqsəd  bu prosesi, 
bu mühüm tədris fəaliyyətini məktəb şəraitində həyata keçirməkdir. 
V.  Davamiyyətə  verilən  tələblər:Dərsdə  davamiyyətə  görə  verilən  maksimum  bal  10 
baldır.Balın  miqdarı  əsasən:  tələbə  semestr  ərzində  fənn  üzrə  bütün  dərslərdə  iştirak 
etdiyi  halda  ona  10  bal  verilir;  semestr  ərzində  fənnin  tədrisinə  ayrılan  saatların  hər 
buraxılan  10%-  nə  1  bal  çıxılır;  Fənn  üzrə  semestr  ərzində  buraxılmış  auditoriya 
saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı (25%-dən 
çox) olduğu halda tələbə həmin fənnin imtahana buraxılmır, fənn üzrə akademik borcu 
qalır və onun haqqında müvafiq qərar qəbul edilir.  
VI.Qiymətləndirmə:  Tələbələrin  biliyi  100  ballı  sistemlə  qiymətləndirilir.  Bundan  50 
balı tələbə semestr ərzində , 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 
bala aşağıdakılar aiddir: 20 bal kollokviumlara görə, 10 bal dərslərə davamiyyətinə görə, 
10  bal  tələbəninin  sərbəst  işlərinin  tərtibinə  görə,  10  bal  seminar  və  laboratoriya 
dərslərində  fəaliyyətinə görə. 
İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir. 
İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir. 
Qiymət meyarları aşağıdakılardır: 
-10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir. 


66 
 
-9  bal-tələbə  keçilmiş  material  tam  başa  düşür,  cavabı  dəqiqdir  və  mövzunun  mətnini 
tam aça bilir. 
-8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir; 
-7  bal-  tələbə  keçilmiş  material  başa  düşür,  lakin  nəzəri  cəhətdən  bəzi  məsələləri 
əsaslandıra bilmir 
-6 bal- tələbənin cavabı əsasən düzgündür. 
-5 bal-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir. 
-4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol 
verir; 
3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandıra bilmir; 
1-2 bal- tələbənin mövzudan qismən xəbəri var. 
-0 bal- suala cavab yoxdur. 
Tələbənin  imtahanda  topladığı  balın  miqdarı  17-dən  az  olmamalıdır.  Əks  təqdirdə 
tələbənin  imtahan  göstəriciləri  semester  ərzində  tədris  fəaliyyəti  nəticəsində  topladığı 
bala əlavə olunmur. 
Semestr    nəticəsinə  görə  yekun  qiymətləndirmə  (imtahan  və  imtahanaqədərki  ballar 
əsasında) 
№ 
Bal 
Qiymət 
Sözlə 
Hərflə 
1. 
91-100  
əla  

2. 
81-90  
çox yaxşı  

3. 
71-80  
yaxşı  

4. 
61-70  
kafi  

5. 
51-60  
qənaətbəxş  

6. 
50 və ondan aşağı 
qeyri-kafi  

VII.  Davranış  qaydalarının  pozulması:Tələbə  Universitetin  daxili  nizam–intizam 
qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək. 
VIII. Təqvim mövzu  planı:Mühazirə 30 saat , seminar 30 saat.  Cəmi: 60 saat 

Keçirilən mühazirə məşğələlərinin məzmunu 
saat 
 tarix 
 
 

İfadəli oxu və onun mahiyyəti.   
Plan:1. Ana dilinin təlimində  ifadəli oxunun rolu 2. İfadəli oxunun  digər elm 
və  sənət  sahələri  ilə  əlaqəsi.  3.  İfadəli  oxunun  vəzifəsi  4.  İfadəli  oxunun 
stukturu və onların səciyyəsi 
Mənbə: [1,2,3,5] 

 

İfadəli oxunun məzmunu və  xüsusiyyətləri  
Plan: 1.İfadəli oxuya hazırlıqda məzmunun rolu 2. İfadəli oxu və oxu sənəti  3. 
Sənətşünaslıqda ifadəli oxu məsələləri  4. İfadəli oxunun əhəmiyyəti 
Mənbə: [1,2,4,5,6] 

 

İfadəli oxunun tarixi 
Plan:  1.Xalq  ədəbiyyatı  oxu  sənətinin  hərəkətverici  qüvvəsi  kimi  2.Oxu 
sənətinin  inkişafında klassik poeziyanın rolu. 3.Ədəbi  məclislər və  söz sənəti. 
4.Klassik və müasir poeziyada “söz” anlayışı 
Mənbə: [1,3,4,6,7] 

 

 
 
 
Nitq texnikası və onun elementləri 
Plan:1.Nitq  texnikası  anlayışı  2.Tənəffüs  nitq  texnikasının  bir  hissəsi  kimi 
3.Səs nitq texnikasının vacib elementi kimi 4.Tələffüz və onun ifadəli oxudakı 
təzahür formaları  
Mənbə: [1,2,7,8,9] 

 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə