Azərbaycan Respublikası Təhsil Nazirliyi Qərbi Kaspi Universiteti Sərbəst iş Ad: Zəhra Soyad



Yüklə 78,62 Kb.
səhifə2/5
tarix20.05.2022
ölçüsü78,62 Kb.
#87489
1   2   3   4   5
Mənim adım qırmızı

1. Klassik / Müasir Romanlar: “Cevdet bəy və Oğulları”, “Səssiz Ev”
2. Postmodernizmə keçid: “Bəyaz qala”
3. Postmodern Romanlar: “Qara Kitab”, “Yeni həyat”, “Mənim adım qırmızı”
4. Tematik Romanlar: “Qar”, “Məsumiyyət muzeyi” “Qızıl saçlı qadın” (1;3)

Mənim adım qırmızı” qısa məzmunu


“ Mənim adım qırmızı” romanı əlli doqquz fəsildən ibarət bir romandır. 1591-ci ildə İstanbulda, padşahın Qərb ünsürlərini ehtiva edən gizlicə hazırlatdırdığı kitabdan bəhs edir. Bu dedektiv fantastika ilə yanaşı, roman bir sevgi hekayəsi də məzmunu əhatə edən ideyadır. Roman müxtəlif dastançılar tərəfindən bir-birinə bağlıdır. Bu hekayələrin cəmindən ibarətdir. Bəzi hekayəçilər bir dəfə, bəziləri birdən çox rol alır və ayrıldığı yerdən öz hekayəsini davam etdirir. Öz hekayəsini danışan nəql edən –bunlar insan, heyvan, bitki, rəng, ölüm, şeytan və pul – əxlaq, hüquq, ticarət, siyasət, sevgi və hətta bütün həyat daxil olmaqla bir çox şeyi əhatə edirlər. Öz hekayəsini danışanlardan biri də Orxandır.Müəllif də öz həyatından – həqiqi və ya gerçək olmayan bir sıra hadisələrdən məlumat və şərhlər yerləşdirmişdir. Müəllif beləliklə reallığını pozur və postmodern roman oxuduğumuzu xatırladır.
“Mənim adım qırmızı” Padşahın əmri ilə, hicrətin ilində Venesiya doçuna hədiyə olaraq göndəriləcək bir kitabın hazırlıq macərasından bəhs edir. Əniştə kitabın məzmununun elçi kimi getdiyi Venesiyada gördüyü real tabloya bənzəməsini istəyir. Əniştə elə bir kitab istəyirdi ki, Venesiya doçunun gözündə islamın qılıncı ve qüruru, Osmanın gücü və zənginliyini ürəklərinə qoyacaq bir kitab olmalıdır. Bu kitabda bizim aləmimizin ən qiymətli hekayələri olacaq. Padişahımızın bir rəsmi kitabın qəlbində yer alacaq. Firəng ustalarının üsullarından yararlanacağımız üçün Venesiya doçu görəndə onda heyranlıq və dost olmaq istəyi oyandıracaq. Padişah əvvəlcə rəsmlərin divara asılacaq tablolara bəzədilməsində qarşı çıxırdı . O rəsmin divara asılmamasını, çünki, məqsəd nə olursa, olsun bir müddətdən sonra rəsmlərə sitayiş etməyə başlayacağımızı vurğulayırdı. Bir müddət bununla etiraz edir, amma sonra qəbul edir və Əniştəni bu iş üçün yollayır. Padişah Əniştədən kitabın gizli hazırlanmasını istəyirdi. Çünki, o istəmirdi ki, Venesiyalilarla anlaşması bilinsin və nəqqaşxananın içində qısqanclıq baş versin. Əniştə əfəndi sarayın baş nəqqaşi olan Osmanın hazırladığı dörd nəqqaşa- Leylək, Kəpənək, Zeytun, Zərif təsvirləri verərək, sifariş edir.
Baş nəqqaş Osman klassik miniatür anlayışına bağlı biridir. Kitabın hazırlanma müddətində islama qarşı olub-olmadığı məsələlərini sənətkarlar arasında müzakirəyə qoyur. Rəsmlərdə surətin əslinə bənzəməsi məsələsi kimi məsələlər nəqqaşlar arasında münaqişə yaradır. Bundan əlavə, Ərzurimilər adlanan tayfa var idi ki, onlar belə şeylərin qadağan olunmasını istəyirdilər. Həttə bunlar hər zaman basqın edib belə məsələləri aradan qaldırmağa çalışırdılar. Zərif əfəndi də Ərzurimilər kimi düşünən, yeni nəqşin, rəsmin şeytan işi olduğunu deməyə başlayanda nəqqaşlardan biri tərəfindən öldürülərək quyuya atılır. Öldürməyinə səbəb isə, guya kitabın hazırlıqlarına zərər vermə qorxusu idi. Qatil Zərif Əfəndini niyə öldürdüyünü Əniştə əfəndini öldürməyə gəldiyi gün ona belə deyir:
“Perspektiv elmiylə rəsm çəkməyin, firəng üstadlarinin üsullarından yararlanmağın şeytanın yoldan çıxartmasi olduğunu deyirdi. Son rəsmdə Firəng üsullarından istifadə edərək, ölümlü bir şəxsin üzünü, ona baxanda rəsm deyil sanki gerçəklik hissi verən şəkildə elə çəkirik ki, hazırladığımız şeyi görənlərin içindən, eyni kilsələrdə olduğu kimi rəsmə səcdə etmək keçəcəkmiş” (2;185)
İllərdir İstanbuldan kənarda adətən sürgün həyatı yaşayan Əniştənin baldızının oğlu Qara da hazırlanacaq kitaba faydası olacaq düşüncəsiylə Əniştə Əfəndi tərəfindən İstanbula çağırılır. Qara illər əvvəl, Əniştə Əfəndinin gözəl qızı olan Şəkurəyə aşıq imiş, evlənmək istədiyi bildiribmiş ancaq qəbul edilmədiyi üçün özünü unutdurmaq məqsədilə İstanbuldan getmişdir. Qara illər sonra Əniştənin dəvətinə görə Zərif əfəndi öldürüldükdən üç gün sonra İstanbula dönür. Hətta Əniştə Əfəndi qatilin tapılmasını işini də Qaraya həvalə edir. Qara qatilin kim olduğunu tapmaq məqsədilə nəqqaşlari evində ziyarətə gedir və onlara müxtəlif suallar soruşaraq ipucu tapmağa çalışır. Nəqqaşlar üslubçuluğun necə bir uğursuzluq gətirdiyindən bəhs edən üç hekayə danışırlar. Hər üç hekayənin ilk hərfi əlif, ikincisi və, üçüncüsü isə cim hərfləyirlə olur. Hər bir nəqqaş hekayələri yorumladıqda üç hekayənin də birləşdiyini müəyyən edərlər. Sonra Qatil son rəsmin Əniştənin evində olacağını düşünür. Rəsmi Əniştədən almaq üçün tək olduğu vaxtda onun evinə gəlir. Əniştə ilə aralarında rəsmlər haqqında danışırlar. Qatil çəkilən bu haqqında guya şayələr yayılmış olduğunu söyləyir: “ Üstü örtülü bir şəkildə dinimizi təhqir etmişik söylənilir. Burada Padişahımızın istədiyi və gözlədiyi kitabı deyil, öz keyfimizin istədiyi bir kitabı, hətta Padişahı təhqir edən,ustalarını təqlid edən bir kitabı hazırlatdığımızı deyirlər. Kitabımızın Şeytanı belə sevimli göstərdiyini deyənlər var.”(2;182) Uzun-uzun belə söhbətlərdən sonra qatil Əniştəyə Zərif Əfəndiyi özünün öldürdüyünü etiraf edir. Sonra da Qaranın Təbrizdən götürdüyü, yalnız qırmızı rəng üçün istifadə edilən iri və ağır mürəkkəb qabı ilə Əniştəni öldürür. Əniştənin ölümünə Padişah çox üzülür. Cənazəsində Hacı Hüseyn paşa, Təzkirəçi Kəmaləddin əfəndi kimi önəmli adamlar qatılmışlar.
Romanda sipahi olan həyat yoldaşının geri dönməsini gözləyən iki Orxan və Şövkət adlarında oğul anası-Şəkurə vardır.Şəkurənin həyat yoldaşı İran müharibəsinə qatılır və geri dönmür. İllərdir ərindən xəbər almayan gənc qadına həyat yoldaşının qardaşı Həsən aşiqdir. Şəkurə ona dəqiq cavab vermir. Amma Həsənin münasibətini tam inkar etmir. Bu arada İstanbula geri qayıdan köhnə eşqi Qara da Şəkurəyə yaxın ola bilmək üçün səy göstərir. Atasının öldürülməsi ilə Şəkurə ilə iki oğlu ilə tək qalır. Bir müddət sonra Şəkurə ilə Qara evlənir. Bundan savayı, Qara pul ilə razı saldığı imam və yalançi şahidlər sayəsində ətrafındakıları, Şəkurənin həyat yoldaşının müharibədə öldüyünü, bu səbəbdən də artıq onun subay olduğuna inandırmış və beləliklə Şəkurə ilə evlənmişdir. atasının intiqamını almadan Qaranı öz yaxınına buraxmır. Qara həm Əniştənin qatilinin, həm də cinayətlər əsnasında oğurlanan rəsmləri axtarmağa çalışır, buna səbəb də Şəkurənin onu ər kimi qəbul etməsi idi. Cinayətlərin açığa çıxmasında baş nəqqaş Osman da Qara ilə birlikdə işləyir. Padişah hətta əgər qatil nəqqaş tapılmasa, bütün nəqqaşları öldürəcəyini onlara bildirmişdi. Hətta padişah ustad Osmana üç gün vaxt vermisdi. Qatilin tapilması da ancaq rəsmlərdə buraxdığı hansısa bir qüsur, şəxsi bir iz sayəsində mümkün olacaqdır. Əndərundakı xəzinə otağında köhnə ustadların çəkdikləri təhlil olunaraq incələnir və at şəklinin bənzəri tapılır, sonunda cinayətlərin Zeytunun etdiyini müəyyən edir. Hətta son rəsm də Zeytunda olur, hətta onun başqa bir niyəti aləmi təmsil edən son rəsmin mərkəzinə padişahı deyil ayna vasitəsilə özünü çəkib yerləşdirmək idi. Hətta o Qara və digər nəqqaş dostlarına başqalarının ona səcdə etməsindən qorxmadığını, əksinə istədiyini söyləyir . Qara onu tutmaq üçün gedəndə aralarında dava düşür və Zeytun Qaranı öldürmək istəyir, onu çiynindən və boynundan xəncərlə yaralayır və qaçır, Həsən Qaranın dostu olduğunu bildiyi üçün Zeytunun başını kəsir. Kor olandan iki il sonra ölən Nəqqaş ustad Osmanın yerinə Leylək keçir. Qara ilə Şəkurə iyirmi altı il evli qalırlar. Qara altmış iki yaşında infarkt keçirdiyi, ürəyində problem olduğu üçün ölür. Padşahların rəsmə önəm verməməsi nəticəsinə nəqqaşlıq sənəti sona çatır. Roman, hazırlanan kitabın aqibəti haqqında heç bir məlumat vermədən sonlandırılır.


Yüklə 78,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə