Azərbaycan Respublikası Təhsil Nazirliyi Qərbi Kaspi Universiteti Sərbəst iş Ad: Zəhra Soyad



Yüklə 78,62 Kb.
səhifə5/5
tarix20.05.2022
ölçüsü78,62 Kb.
#87489
1   2   3   4   5
Mənim adım qırmızı

Üslub məsələsi: Bildiyimiz kimi, qatili tapmaqda vəzifə verilən şəxslər Qara ilə ustad Osmandır. Onlar arasında bir müddət mübahisə yarandıqdan sonra ustad Osman köhnə nəqqaşların, insan üzlərinə və vücudlarını əzbərdən, zehinlərində yer alan və əsrlər əvvəl olmuş müəyyən rəng və forma qəlibləriylə çəkdiklərini , amma qulaqlarına çatdığları zaman qələmlərini özlərinə aid nəyisə təkrar edərmiş kimi hərəkət etdirərdilər, yəni qulaqlarda özlərinə aid bir iz olduğunu deyir. Qulaqda hər zaman bir qüsur olur və bu qüsur bir növ üslub imza kimi bilinir. Fikrimcə, məsələn, çəkilən at şəklidirsə, her şey köhnə nəqqaşlar necə çəkibsə elə çəkilir,sanki əzbər cəkilirmiş kimi, amma qulaq, dırnaq kimi kiçik hissələrə çatanda isə kiçik nüanslar şəxsiyyəti, yəni çəkənin kim olduğunu elə verir. Buna görə də Qara ilə Osman qatilin kim olduğunu təyin etmək üçün Zeytun, Leylək və Kəpənəyin naxışlarına uzun-uzun baxırlar, müxtəlif müqayisələr edərək, fərqli qüsurlar axtarmağa çalışırlar. Çünki üslubda bir özünəməxsusluq vardır. Sonda qatilin Zeytun olduğunu müəyyən edirlər onu yalnız bir təkkədə tapırlar . Zeytun sonda dünyada artıq özü və dostları kimi nəqqaşlara yer qalmadığını, əsrlərdir davam edən qanunun sonlandığını düşünür və bundan sonra nəqqaşlar və nəqş, nə əvvəlki kimi qala biləcəklər nə də yeni üsula öyrəşə bilməyəcəklər.
“Burda hünəri və şərəfi ilə yaşamaq istəyən biz ustad və nəqqaşlara artıq yer yoxdur, anladım bunu. Əgər rəhmətlik Əniştənin və Padişahın istədiyi ki firəng ustalarını təqlid etsək, Zərif Əfəndi və Ərzurimilər kimilər olmasa da içimizdəki haqq tutacaq bizi, sonuna qədər davam edə bilməyəcəyik. Şeytana uyub sonuna qədər gedib, bütün keçmişə xəyanət edib bir üslub və firəng tərzi davranmağa çalışsaq da mənim öz rəsmimi çəkməyə hünərim və biliyim çatmadığı kimi bunu da edə bilməyəcəyik. Çəkdiyim rəsmin özümə doğru düzgün bənzədə bilməməyimdən, firəng ustaların hünərinin əsrlərlə öyrəniləcək bir şey olduğunu bir daha yenə öyrəndim. Əniştə Əfəndinin kitabı da bitib onlara yollansaydı, Venesiyalı ustad rəssamlar bizə gülər, onların gülüşü Venesiya böyüyünə keçərdi. Osmanlı Osmanlı olmaqdan imtina edir deyərdilər, daha bizdən qorxmazdılar. Əvvəlki ustadların yoluyla getsəydik, nə yaxşı olardı!”. (2;455)
Mənim fikrimcə, yazarın bu sözləri dedirtməkdə əsas məqsədi əsrlərdir qaldıqları çərçivədən çıxmağı amma çıxsalar belə nə tam Qərbli nə də Şərqli ola biləcəklərini bildirməyə çalışmasıdır
Romanda hadisələrin olduğu əsas məkanlar Əniştə Əfəndinin Yakutlar məhəlləsindəki evi, nəqqaşların evi, Əndərundakı xəzinə otağı və heç kəsin olmadığı abdallar təkkəsində baş verir. Məişətlə bağlı hadisələr daha çox daxili məkanlarda baş verir. Bunlardan biri mətbəxdir. Əstərin, Xeyriyyənin daha çox görüldüyü məkan buradır. Digər daxili məkanda evin içində olan nəqş otağıdır.
Bundan əlavə, romanda insan-məkan oxşarlığı, uyğunluğu da vardır. Məsələn, Əniştə Əfəndi nəqqaş olduğu üçün çox vaxt həmin otaqda olması, qatil Zeytunun xarakterinə uyğun olaraq dağınıq və çirkli evinin olması və yenə öz xarakterinə uyğun olaraq viranə abdallar təkkəsinə getməsi kimi uyğunluqlar mövcuddur.
Romanda hər qəhrəmanın hadisələrə, baş verənlərə öz görüşü, baxışı vardır. Məsələn, Şəkurə ilə Qaranın yəhudinin evində görüşmə anları, Şəkurənin fəslində onun öz fikirləri, düşüncələri ilə, Qaranın fəslində isə onun duşuncələri ilə verilir.Ümumiyyətlə, romanda bu cür fərqli fikirlərin olması insanı çaşdıran xüsusiyyətidir.
Hadisələr çərçivəsində qırmızı daha çox önə çıxarılmışdır. Digər rənglər əsərdə ikinci plana atılmışdır. Qırmızı romanda sevginin və cinayətin simvolu kimi düşünülə bilər. Qırmızı əsərin sonunda özü canlanır və roman obrazı olaraq simvolik tərzdə qarşımıza çıxır və “ Sakit olun və necə möhtəşəm qırmızı olduğumu görün” deyə nəql edir. Orxan Pamuk özü də “qırmızı” haqqında belə bir fikir deyir: “ Qırmızıdan qorxuram və uzaq dururam. Qırmızı böyük bir laqeydlikdir. Kitabımda qırmızını danışdırmışam.” ( 5;7)


Ədəbiyyat:

1) “Orhan Pamukun romancılık kariyerinde bir geçiş romanı: benim adım kırmızı” Fəthi demir, s14


2) Orxan Pamuk “Mənim adım qırmızı” s798
3) Mehmet Samsakçı” gerçeklığin idraki və üslubu sorunları bağlımında Benim adım kırmızı” s138
4) Ercan Enver “Orhan Pamuk ile Söyleşi”, (1999) s236
5) Ecevit, Yıldız, “Benim Adım Kırmızı’da Çoğulcu Estetik varlık, (1999), s12


Yüklə 78,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə