Azərbaycan Respublikası Təhsil Nazirliyi Qərbi Kaspi Universiteti Sərbəst iş Ad: Zəhra Soyad



Yüklə 78,62 Kb.
səhifə4/5
tarix20.05.2022
ölçüsü78,62 Kb.
#87489
1   2   3   4   5
Mənim adım qırmızı

Romanın xüsusiyyətləri
Müxtəlif simvolik obrazlar və perspektiv anlayışı: “Mənim adım qırmızı” Orxan Pamukun miniatür rəsm əksliyi, Müsəlman sənətkarın aləmi, insanı və təbiəti anlama və çəkmə tərzi bir-birinə müxtəlif ünsürlərlə bağlanan üç ayrı hadisə hörgüsüylə bağlı romandır.
Romanda nəql edənlərə görə, nəyin gerçək, nəyin dəyərli olduğu , insanın aləmdə nə dərəcə də gərəkli, vacib olduğu problemi mühüm yer tutur. Müsəlman bir sənətçinin, nəqqaşın özünəməxsus bir rəngi, səsi üslubu olub-olmamağı problemi romanda böyük yer tutur. Digər bir məsələ isə, Şərq nəqqaşları ilə, Qərb rəssamlarının əsərləri arasında əsaslı fərqli baxış tərzidir. Bildiyimiz kimi roman, “Mən ölüyəm” , Mən Qarayam” və s. kimi başlıqlardan ibarət fəsillərdən ibarətdir. At, ağac, pul, ölüm, şeytan kimi insandan kənar varlıq və anlayışların nəql edən olaraq yer aldığı cəmi 20 ayrı nəql edənin müxtəlif etiraf, etiraz və izahlarının olduğu “Mənim adım qırmızı” Orxan Pamukun insan, Allah, təbiət və sənət qarşısındakı mövqeyini sorğuladığı romandır. (3;122)
Romanın əvvəlində Qurandan alınmış ayələr var ki, bunlar romandakı üç ayrı mövzunun bir-birini izlədiyini göstərir. Məsələn:” Şərq də Qərb də Allahındır “ (Quran, Bəqərə 115) bu epiqraf yazarın rəsm üzərində münaqişə edilən Qərb və Şərq məsələsini əsər başlamadan oxucuya xəbər verir.
Romanda qətl edilən şəxs vasitəsilə bizə özünü anladan cansız varlıqlar da vardır. Oxucu rəsmi hazırlanıb yüksək bir yerdən asılmış ağac ,at, it kimi varlıqları, ölüm, şeytan, qırmızı kimi qavramlardan əsəri oxuyar. Bu kimi ünsürlər ( at, ağac, it, şeytan, qadın ) həm saray nəqqaşlarının hazırladığı bu kitabda , həm də romanın bəzi fəsillərində özünü göstərir.
Orxan Pamuk özü də qeyd etmişdir ki, kitabımda miniatürün tamamı yoxdur, amma qəhrəmanlar eyni kameraya baxaraq danışan qəhrəmanlar kimidirlər. Hadisələr 1591-ci ili içində, İstanbulun doqquz soyuq qıs günlərində yaşansa da prespektiv anlayışı, naxış, rənglər, romandakı mənlik, şəxsiyyət problemləri oxucunu daha da əvvələ götürür. Orxan Pamuk, Şərqli sənətkarlarla qərbli sənətkarlar arasındakı fərqi, Allahı, kainatı və kainat içindəki insan anlayışını sorğulayır. Romanın əsl mövzusunu yaradan nəqş və nəqqaşlar üslub məsələləri ətrafında izah edilir. Orxan Pamuk romanda nəqqaşları mərkəzə alaraq müsəlman bir sənətkarın üslub sahibi olub olmayacağını müzakirə edir. Həmçinin, müsəlman sənətkarın dünyaya, insana, ətrafa baxış tərzini, bu baxış tərzini müəyyən edən dini və sosial ünsürləri əsərdə təhlil edir(3;125)
Bundan əlavə əsərdə insandan kənar olan nəql edənlərdən biri olan ağac , həqiqi bir ağac kimi çəkilməsini, bu günahın parçası olmadığı üçün allaha şükür edir. Çünki o da bunun Allaha qarşı üsyan olduğunu düşünur. Ağacın dilindən bu fikir belə nəql olunur: “ Firəng nəqqaşlarından danışacam ki onlar kimi olmağa çalışan varsa, ibrət alsın. İndi, bu firəng nəqqaşlari, kralların, papazların, bəylərin, hətta xanımların üzlərini elə nəqş edirlər ki, o insanın rəsminə baxıb küçədə tanıya bilərsən.”(2;127)
Bundan sonra ardıyca o cür çəkilmədiyi üçün Allaha şükür edir və ağacın özü deyil, mənası olmaq istədiyini söyləyir.
Bundan əlavə, romanın müxtəlif hissələrində “perspektiv” sözünün lüğətdəki kimi “ Təbiətin və əşyanın insan gözüylə görüldüyü kimi bir rəsm müstəvisində göstərilməsi” mənasında istifadə edildiyi görünür. Buna görə də əsərdə də dünyaya Allaha baxdığı kimi baxmamaq, ona və içindəkilərə daşıdığı həqiqi dəyəri verməmək və ya dəyərli olanları dəyərsiz görərək çəkmək ən böyük günahdır. Firəng ustalarının da etdiyi budur. Son rəsmdə perspektivlik özünü daha çox göstərir. Hamının çox az gördüyü son rəsmin ortasında padişahın üzü tam gerçəkliyi ilə yer alacaqdı, ətrafında çox şey olduğu halda padişah mərkəzə yerləşəcəkdi. Bu rəsm baxanda həqiqiymis kimi gorunməli an bu rəsm Qaranı daha çox qorxudur, çünki dinə görə əsl cizgilərlə çəkiliş rəsm qadağandır, günahdır. Çünki tək yaradan, musəvvir Allahdır. Əslində Qara bilir ki, miniatür kitabında belə bir şey ola bilməz. Amma dövrünə görə daha müasir düşüncəli olan bəlkə də buna görə bu işi üstünə götürən Əniştə əfəndi firəng üsullarından istifadə etməyin düşündüyünüz qədər dəhşətli bir şey olmadığını düşünür. Və söyləyir ki, İslam aləminin Avropadan alacağı bir çox üsullar ola bilər və bu heç də kafirlik demək deyildir.
Əsərin 29-cu “Mən Əniştənizəm” adlı hissədə qatillə yenə rəsm, gerçəklik, perspektiv , üslub kimi məsələlərdən danışan Əniştə qorxusundan yaxud da həqiqətən də elə düşündüyü üçün qatil nəqqaşa əsərlərində gerçəkdən daha gerçəkci çəkdiyini deyib onu övür, amma bunu həqiqətən bəyəndiyi üçün mü deyil bəlli olmur.
“Sənin qələmin elə gözəl, elə güclüdür ki, sənin rəsminə baxan aləmə deyil, sənin çəkdiyinə inana bilər. Beləcə sən, hünərinlə həm imanı ən sağlam adamı belə yoldan çıxara bildiyin kimi, imansızı da Allah yoluna gətirə bilərsən. (2;195)
Əniştə Əfəndiyə görə məsələn İtaliyan ustadların rəsmlərində, qatil nəqqaşda olan şeir, inanc, rəng saflığı, yoxdur amma həyatın özü vardır. Amma firəng rəssamları daha üstün tutaraq deyir ki, onlar gördüklərini çəkirlər, biz isə baxdığımızı çəkirik.
“Axırda bizim üsullarımız məhv olacaq , rənglərimiz solacaq. Kitablarımızla, rəsmlərimizlə heç kəs maraqlanmayacaq. Maraqlananlar da heçnə anlamayıb nə üçün perspektiv yoxdur deyəcəklər.(2;197)
İnsanı aləmin, təbiətin mərkəzinə yerləşdirmək, həddən artıq dəyər verib şəklini gerçəkmiş kimi çəkib divara asmaq, romanın başqa bir nəql edəni olan şeytanı belə heyrətləndirir. O da firəng ustalarının çəkdiyi şəkillərlə bütpərəstliyi nümunə göstərdiklərini düşünür, özünün insana səcdə etmədiyini və rəssamlara görə daha günahsız olduğunu düşünür.
“ Mən insana səcdə etmədim, halbuki yeni firəng ustadları eyni bunu edirlər. Bəylərin papazların , zəngin tacirlərin və hətta qadınların belə gözlərinin rəngini, dodaqlarının bənzərsiz formasını, alınlarındakı qırışlara, barmaqlarda kı üzüklərə qədər hər şeyi olduğu kimi çəkib göstərməklə yetinmir üstəlik sanki insan səcdə ediləcək varlıqmış kimi onları rəsmlərinin tam mərkəzinə yerləşdirib, bu rəsmləri ibadət ediləcək büt kimi divarlara asırlar.”( 2;333)
Dünyanı nəyəsə baxıb çəkmək, nəqş etmək məsələsi romanda 35-ci fəsildə “Mən atam” başlığı ilə nəql etdirilən at daha doğrusu atın şəkli də öz cizgilərinə diqqət edilmədiyini dünyadakı digər atlar kimi çəkildiyini qeyd edir və hər atın fərqli olduğunu, nəqqaşların atları həmişə eyni rəngdə, eyni cizgilərdə çəkildiklərindən narazı olduğunu söyləyir. Üstəlik bunu Allahın yaradıcı qüdrətinə zidd olaraq söyləyir. Bütün atların Allahın əlindən biri digərindən fərqli yaradıldığı halda nəqqaşların onları niyə əzbərdən çəkdiklərini söyləyir. Hətta nəqqaşların öz gözləriylə deyil də Allahın gördüyü aləmi çəkməyə çalışdıqlarını və bunun Allaha şirk olduğunu deyir.

Yüklə 78,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə