Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə28/39
tarix19.12.2023
ölçüsü0,74 Mb.
#151553
1   ...   24   25   26   27   28   29   30   31   ...   39
304 felsefe m N9dialektika eyani

a)
Tək, xüsusi və ümumi
.
 
Hər bir əşya, hadisə və prosesdə yalnız onun 
özünəməxsus, onu başqalarından, hətta ona çox oxşar hadisələrdən fərqləndirən bir sıra 
xüsusi cəhətlər vardır. Məsələn, müəyyən konkret bir şəxsin (Əli, Kərim, Məhəmməd və 
b.) özünəməxsus danışıq tərzi, qavrama qabiliyyəti, vərdişləri, yerişi və s. vardır. Məhz 
bu cəhətləri ilə o başqa adamlardan ayrılır, fərqlənir, təklənir. Deməli, obyektiv aləmin 
məlum konkret fərdi əşyası, hadisə və prosesi təki (təkcəni, "ayrıca"nı) təşkil edir. 
Tək - 
özünəməxsus keyfiyyət, zaman,
məkan və digər xüsusiyyətləri ilə başqa, hətta oxşar 
əşya, hadisə və proseslərdən fərqlənən ayrıca götürüləni, təkcəni səciyyələndirir. 
Hər bir əşya, hadisə və prosesdə eyni zamanda onu başqaları ilə yaxınlaşdıran, 
ümumiləşdirən, "eyniləşdirən" bir sıra ümumi cəhətlər də vardır. Məhz bu keyfiyyət 
xüsusiyyətləri ilə tək bir nəfər ailə, kollektiv, sinif, millət, nəhayət, cəmiyyətlə qovuşur, 
ümumiyə çevrilir. Bu isə o deməkdir ki, tək hadisə ayrılıqda mövcud ola bilməz; bir 
adamın ölkədə, regionda, Yer kürəsində yaşayan milyonlarla insanlarla çoxlu ümumi 
cəhətləri, əlaqələri, oxşar taleləri vardır. Bütün insanların ümumi anatomik-fizioloji 
quruluşu, psixik-şüurlu fəaliyyəti, sosial-ictimai əlaqələri vardır. Deməli, tək həm də 
ümumidir, tək ümumiyə doğru aparan çoxsaylı əlaqələrdə mövcuddur; ümumi isə təkdir, 
təklərin oxşar cəhətlərinin məcmusundan ibarətdir; tək və ümumi arasında sintetik 
çevrilmə əlaqəsi mövcuddur. 
Ümumi-
odur ki, onun vasitəsilə çoxlu tək-tək, ayrı-ayrı 
əşya, hadisə və proseslər arasındakı oxşar, ümumi cəhətlər təmsil edilmiş olur. Deməli, 
ümumi-ayrıca götürülmüş xüsusi əşya,
hadisə və prosesin başqaları ilə oxşar, 
ümumi cəhətlərinin birgə ifadəsi vasitəsi, məcmusudur; ümumi-təkin başqaları ilə 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə