Azәrbaycan respublikasi döVLӘt neft şİRKӘTİ ekoloji SİyasәT



Yüklə 341,25 Kb.
Pdf görüntüsü
səhifə11/13
tarix26.10.2017
ölçüsü341,25 Kb.
#6603
1   ...   5   6   7   8   9   10   11   12   13

                                                                                                                           EKOLOJİ SİYASӘT 

 

7.  ARDNŞ‐də  ƏTRAF  MÜHİTİN  İDARƏ  OLUNMASI  VƏ  EKOLOJİ  SİYASƏTİN 

STRATEGİYASI  

      


 7.1. ÜMUMİ İDARƏETMƏ STRUKTURU 

 

    



 ARDNŞ‐nin  istehsalat  sahələri  Xəzər    dənizi  akvatoriyasında  və  onun  sahil 

sularında,  Abşeron  yarımadasında,  Kür‐Araz  ovalığında,  Qobustanda,  Samur‐Dəvəçi 

düzənliyində  yerləşir.  Regional  və  transmilli  neft  və  qaz  kəmərləri  Qara  və  Aralıq 

dənizləri sahillərinə çatır.   

 

     ARDNŞ‐nin idarəetmə strukturunda ətraf mühitə təsir edə biləcək neft‐qaz çıxarma,  



qazma,  neft  kəmərləri,  neft‐qaz  tikinti  idarələri,  Xəzərdənizneftdonanma,  neft‐qaz 

emalı, dərin özüllər zavodu və yardımçı təşkilatlar fəaliyyət göstərirlər. Eyni zamanda 

ARDNŞ  neft‐qaz  çıxarma,  neft  emalı  və  nəqli,  tullantıların  emalı  sahələrində  birgə 

müəssisələrin idarə edilməsində iştirak edir.  

 

 

             Ümumən  ARDNŞ‐nin  ətraf  mühiti  idarəetmə  strukturu  Şirkətin  Ekoloji 



layihələrin  idarəedilməsi  şöbəsindən,  Ekologiya  İdarəsindən,  neft‐qaz  çıxarma 

idarələrinin, 

neft‐qaz 

emalı 


zavodlarının, 

müştərək 

müəssisələrin 

ekoloji 


xidmətlərindən ibarətdir. 

 

     ARDNŞ  Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  konsorsiumlarda  tərəfdaş 



və payçı kimi iştirak edir. Konsorsiumlarda ətraf mühitin, ekoloji təhlükəsizliyin idarə 

olunmasına  ARDNŞ  birbaşa  nəzarət  etmir,  lakin  ətraf  mühitin  qorunması  üzrə  

Yardımçı Komitənin, onun tərkibindəki monitorinq və elmi‐tədqiqat üzrə məsləhət  işçi 

28

 




                                                                                                                           EKOLOJİ SİYASӘT 

qrupların  üzvüdür,  ətraf  mühitin  idarə  olunması  ilə    bağlı  planların,  məsələlərin 

müzakirəsində aktiv iştirak edir. 

 

 7.2.



 

ARDNŞ‐nin MÜƏSSİSƏLƏRİNDƏN ƏTRAF MÜHİTƏ TƏSİRLƏR

 

 



          

Neft‐qaz  hasilatı.

 

Neftin  çıxarılması  prosesində  ətraf  mühitə  aşağıdakı  təsirlər 

mövcuddur: 

 



Atmosferə atılan emissiyalar (səmt qazları‐metan, uçucu üzvi birləşmələr,  qazın 

yandırılması və s); 

 

Quyu  avadanlıqlarında  və  kompressor  stansiyalarında  sudan  istifadə,  yuma 



nəticəsində çirkləndirici maddələrin yerüstü və qrunt sulara, o cümlədən Xəzər 

dənizinə atılması; 

 

Neftlə bərabər yüksək minerallaşmış lay sularının səthə çıxarılması; 



 

Torpaqların neft və neft məhsulları ilə çirklənməsi; 



 

Qazma şlamları və onların  basdırılması; 



 

Qəza hadisələri nəticəsində neft dağılmaları; 



 

İstismardan  çıxarılmış  texniki  avadanlıqlar,  üzən  vasitələrin  qalıqları  və  təmir‐



tikinti işləri nəticəsində formalaşan bərk tullantılar.  

 

       



Neft‐qaz  emalı

Bu  sənaye  sahəsi  böyük  su  istehlakçısıdır.  Atmosferə  atılan  əsas 

çirkləndiricilər  karbohidrogenlər,  uçucu  üzvi  birləşmələr,  kükürd  dioksid,  karbon 

oksidləri,  azot  oksidləridir.  Neft  emalı  sənayesinin  ən  problemli  tullantıları  küllü 

miqdarda turş qudron, yağlı sintetik turşulu və kükürdlü‐qələvi çirkab sularıdır.  

 

      



 Neft‐qaz  çıxarılmasından  və  nəqlindən

  ətraf  mühitə  atılan  tullantılar  atmosferi 

çirkləndirirlər.  Bunlar  bərk  hissəciklər,  kükürd  dioksid,  azot  oksidləri,  metan  və  digər 

karbohidrogenlərdir. 

 

        

Gəmilərdə neft məhsulları ilə çirklənmiş döşəməaltı lyal suları, təsərrüfat məişət 

fekal suları, işlənmiş texniki yağlar, quru zibillər, yağlı əskilər və s. tullantılar

 

neft 


sənayesinin digər bölmələrində, neft terminallarında, kompressor stansiyalarında, 

neftin daşınmasında yaranan tullantılardır. 

 

          



Boru kəmərlərinin çəkilişi nəticəsində təbii landşafta olan mənfi təsirlər

 ‐  


torpaq işləri nəticəsində relyefin dəyişdirilməsi, torpağın strukturunun pozulması, bitki 

örtüyünün məhv edilməsidir.  

     

 

      



 7.3. ƏTRAF MÜHİTİN İDARƏ OLUNMASI 

      

    

 7.3.1. Atmosferə emissiyalar 

 

 

Neft  quyularından  atmosferə  külli  miqdar  tullantılar  atılır.  Bu  qazların  çox  hissəsi 

birbaşa istilik effekti yaradan metan qazıdır. ARDNŞ səmt qazının (metanın) tutularaq 

istifadəsi  məqsədi  ilə  tədbirlər  həyata  keçirməyə  başlamış  və  2007‐cı  ildə  dənizdə 

29

 



                                                                                                                           EKOLOJİ SİYASӘT 

yerləşən  yataqlardan  səmt  qazının  sahilə  nəqlini  artırmışdır.  Bu  sahədə  yeni  layihələr 

üzərində işlər yerinə yetirilir. 

 

 

   7.3.2. Çirkli tullantı suları 

 

     

Dənizdə  və  quruda  lay  sularının  bir  hissəsi  neftdən  ayrıldıqdan  sonra  təzyiqi 

saxlamaq  üçün    təkrarən  yeraltı  laylara  vurulur,  qalan  hissəsi  isə  texniki  məqsədlər 

üçün  istifadə  olunur.  Köhnə  yataqlarda  bu  sular  açıq‐torpaq  kanallarla  axıdıldığından 

onlardan  torpağa  hopmalar  mövcuddur.  Abşeron  yarımadasında  quyuətrafında  neft 

anbarları  və  çirkli  lay  suları  gölməçələri  hələ  də  qalmaqdadır.  Həmçinin  Abşeron 

yarımadasının bir çox təbii gölləri uzun illər ərzində kanalizasiya suları ilə yanaşı neftli 

lay suları ilə də  çirklənməyə məruz qalmışlar. 

 

     ARDNŞ‐nin  neft  yataqlarının  çoxunda  mədən  infrastrukturu  və  hidrotexniki 



qurğuların  əksəriyyəti  fiziki  və  mənəvi  cəhətdən  çox  köhnəlmişdir.  Odur  ki,  çirkli 

suların ətrafa yayılması riskləri qalmaqdadır. Hazırda Şirkət tərəfindən bu suların ətraf 

mühitə atılmasının qarşısını almaq məqsədi ilə kompleks tədbirlər həyata keçirir. 

 

      Neft  emalı  zavodlarında,  dərin  özüllər  zavodunda  formalaşan  çirkli  suların 



təmizləyici  qurğular  vasitəsilə  təmizlənməsi  üçün  tədbirlər  görülür. 

 

Gəmilərdə  neft 

məhsulları  ilə  çirklənmiş  döşəməaltı  lyal  suları,  sahildəki  obyektlərdə  formalaşan 

təsərrüfat məişət fekal suları bir yerə toplanılaraq zərərsizləşdirilmək üçün təmizləyici 

məntəqələrə təhvil verilir. 

      


      Abşeron  yarımadasındakı  neft  yataqlarının  ərazisi  yaxınlıqda  yerləşən  yaşayış 

məntəqələrinin kanalizasiya suları ilə də təkrar çirklənməyə məruz qalırlar. 



 

  7.3.3. Qazma tullantıları 

 

     Dənizdə  neft  quyularının  qazılması  zamanı  yaranan  qazma  şlamları    xüsusi 



konteynerlərdə  sahilə  daşınaraq  Qaradağ  rayonunda  yerləşən  şlambasdırma 

məntəqəsində  basdırılır.  Abşeron  yarımadasındakı  yataqlarda  formalaşan  şlamlar  da 

bu məntəqədə basdırılır. Qazma şlamlarının sonrakı aqibəti, tam utilizə edilməsi barədə 

ARDNŞ‐də araşdırmalar aparılır. 



 

7.3.4. Torpaqların çirklənməsi 

 

      

Neft  və  neft  məhsulları  ilə  çirklənmiş  torpaqlar  ARDNŞ‐nin  Abşeron 

yarımadasında,  Qobustanda,  Şirvan‐Muğan  zonasında  yerləşən  yataqlarında  daha 

geniş yayılmışdır. Ümumən bütün mədənlərin ərazisində çirkli torpaqlara rast gəlinir. 

Torpaqların  təmizlənməsi  uzun  müddət  və  investisiya  qoyuluşu  tələb  edən  sahədir. 

ARDNŞ  2006‐cı  ildən  başlayaraq  torpaqların  fiziki  və  bioloji  metodlarla  təmizlənməsi 

işlərini  yerinə  yetirir.  2008‐ci  ilin  sonundan  başlayaraq  Dünya  Bankının  maliyyə 

imkanlarından istifadə etməklə Bibiheybət, Maştağa, Buzovna və Qala sahələrində çox 

çirklənmiş 300 ha‐dan artıq torpaq sahəsinin təmizlənməsi planlaşdırılır. Eyni zamanda 

30

 




Yüklə 341,25 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə