Azәrbaycan respublikasi döVLӘt neft şİRKӘTİ ekoloji SİyasәT



Yüklə 341,25 Kb.
Pdf görüntüsü
səhifə7/13
tarix26.10.2017
ölçüsü341,25 Kb.
#6603
1   2   3   4   5   6   7   8   9   10   ...   13

                                                                                                                           EKOLOJİ SİYASӘT 

Azərbaycan üzrə əlaqələndirici təşkilat Xəzər dənizi Gəmiçilik İdarəsidir. Bu təşkilatın 

bir neçə Konvensiyası dənizdə neftlə çirklənmələrin qarşısının alınması ilə bağlıdır.  

 

      



Gəmilərdən  Neftlə  Çirklənmənin  Qarşısının  alınması  üzrə  Beynəlxalq  Konvensiya 

(MARPOL  73/78).

  Konvensiyanın  məqsədi  gəmilərlə  daşımada  neftin  və  neft 

məhsullarının,  istismar  prosesində  yaranan  bütün  maye,  qaz  və  bərk  tullantıların  üzv 

ölkələr  tərəfindən  dənizə  atılmasının  qarşısının  tamamilə  alınmasıdır.  Azərbaycan 

1997‐ci ildən bu Konvensiyanın üzvüdür. 

 

    



Neftlə  gözlənilməz  çirklənmə  hallarına  hazırlığın  təmin  edilməsi,  bunlara  qarşı  

mübarizə və əməkdaşlıq haqqında Beynəlxalq Konvensiyaya (OPRC, 90 Konvensiyası)  

Azərbaycan  2004‐cü  ildə  qoşulmuşdur.  Bu  Konvensiyada  «Neftlə  çirklənmələr  zamanı 



hazırlıqların görülməsi və çirklənmənin qarşısının alınması ilə əlaqədar beynəlxalq əməkdaşlığa 

yardım və mövcud milli, regional və qlobal imkanların artırılması…» nəzərdə tutulur. 

 

      Konvensiyaya görə  milli səviyyədə aşağıdakılar həyata keçirilməlidir: 



 

Gəmi  göyərtələrində  və  dənizdə,  dəniz  limanlarında  və  neft  istehsal  edən 



sahələrdə avadanlıqlar, boru kəmərləri və s. ilə bağlı gözlənilməz hallar zamanı 

fövqəladə  tədbirlər    planlarının    olması  və  uyğun  hazırlıq  sisteminin 

yaradılması; 

 



Neftlə çirklənmə və ona qarşı fəaliyyət proseduraları üzrə hesabatlar; 

 



Hazırlıq və təyin etmə üzrə milli və regional sistemlərə inteqrasiya; 

 



Çirklənmənin təyin edilməsində beynəlxalq əməkdaşlığı həyata keçirmək; 

 



Tədqiqat, inkişaf və texniki əməkdaşlığı yerinə yetirmək. 

 

      Azərbaycan 



CLC 92 Konvensiyasına (Neftlə çirkləndirmələrdən vurulan zərərə görə 

mülki  məsuliyyət  haqqında  Konvensiya) 

  2004‐cü  ildə  qoşulmuşdur  və  onun  qarşıya 

qoyduğu məsələlər aşağıdakılardır: 

 



 

Gəmilərlə 2000 tondan artıq neft daşımaların sığortalanması; 

 

Müqavilə bağlayan ölkənin dəniz  üzrə çirklənmənin vurduğu ziyanın müəyyən 



edilməsi; 

 



Belə zərərlərin qarşısının alınması və onların minimuma endirilməsi  üçün 

tədbirlərin görülməsi; 

 

Öhdəliyin müəyyən edilməsi və məhdudlaşdırılması. 



 

      

Xəzər  dənizinin  Su  Mühitinin  Qorunması  üzrə  Çərçivə  Konvensiyası 

2006‐cı  ildə 

ratifikasiya  edilmişdir.  Konvensiya  Xəzər  dənizinin  bioloji  ehtiyatlarını  qorumaqla 

yanaşı  sahilyanı  ölkələr  üçün  çirklənmələrlə  bağlı  aşağıdakı  vəzifələri  müəyyən 

etmişdir: 

 



 

Çirklənməyə qarşı mübarizə aparmaq məqsədilə milli sistemlər və gözlənilməz 

hallar üçün fövqəladə tədbirlər planlarının olması; 

 



İnformasiya mübadiləsi və məlumatların yayılmasının təmin olunması;

 



 

Təcili əməliyyat tədbirlərinin görülməsi;

 

19

 




                                                                                                                           EKOLOJİ SİYASӘT 

 



Birgə maraq zonaların müəyyən edilməsi;

 



 

Çirklənmənin nəticələrinə dair hesabatların aparılması;

 



 



Gəmilər, dənizdəki qurğular, dəniz limanları və neft istehsal edən qurğular üzrə 

fövqəladə  tədbirlər planlarının olması;

 



 



 Çirklənmələr baş verən zaman qarşılıqlı yardımın göstərilməsi;

 



 

Yardıma görə xərclərin ödənilməsi;

 



 



Dəniz gəmiçiliyində ətraf mühitin təhlükəsizliyinin təmin olunması.

 

 



     Bu konvensiyaların müddəalarının təhlili göstərir ki, dənizdə fəaliyyət göstərən hər 

bir  təşkilatın  gəmilərindən,  avadanlıqlarından,  qurğularından,  limanlarından  dənizə 

tullantıların  atılması  minimuma  və  hətta  “sıfıra”  endirilməli,  gözlənilməz  neft 

dağılmaları  və  başqa  çirklənmə  halları  üçün  fəaliyyət  planları,  müvafiq  texniki 

avadanlıqlarla və heyətlə təchiz olunmuş gəmiləri olmalıdır.  

 

      Xəzər  dənizində  fəaliyyət  göstərən  beynəlxalq  konsorsiumun  neft  çıxardığı  Azəri‐



Çiraq‐Günəşli yataqları, dəniz boru kəmərləri sistemi və Səngəçal terminalı üçün “Neft 

dağılmaları  üzrə  fəaliyyət  Planları”  vardır  və  bu  planlara  uyğun  real  texniki  sistem 

yaradılmışdır.  Neft  dağılmalarının  qarşısının  alınması,  ballast  sularının  və  başqa 

tullantıların qarşısının alınması məqsədi ilə Xəzər dənizində fəaliyyət göstərən Rusiya, 

Qazaxıstan, Türkmənistan kompaniyaları da müvafiq planlara və tədbirlər sistemlərinə 

malikdirlər.  

 

      Quruda  çəkilmiş  Bakı‐Novorossiysk,  Bakı‐Supsa  və  Bakı‐Tbilisi‐Ceyhan  neft 



kəmərləri  və  neft  terminalları  üçün  fəaliyyət  planları  və  uyğun  texniki  sistemlər 

mövcuddur. 



 

       Xəzər dənizinin ölkəmiz, digər Xəzəryanı ölkələr və bəşəriyyət üçün əhəmiyyətini, 

onun  ekosistemlərinin  həssas  və  relikt  olmasını,  bütün  sahilyanı  ölkələrin  dənizdə 

getdikcə  artan  fəaliyyətlərinin  (neft‐qaz  yataqlarının  istismarı,  dəniz  gəmi  və  boru 

kəmərləri daşımaları və s.) aktivləşməsini nəzərə alaraq ARDNŞ öz Ekoloji Siyasətində 

Xəzər dənizinin gələcək nəsillər üçün qorunub saxlanılmasını ən prioritet vəzifə hesab 

edir.  

       


Yuxarıda  sadalanan  Konvensiyalardan  irəli  gələn  öhdəliklərin  həllindən  ötrü 

ARDNŞ  aşağıdakı  məsələlərin  həllini  öz  Ekoloji  Siyasətində  prioritet  vəzifələr  hesab 

edir: 



 



ARDNŞ‐nin  Xəzər  dənizində  və  quru  ərazilərdə  neft  dağılmalarının  ləğv 

edilməsi üzrə Fəaliyyət Planı;  

 

Neft  dağılmalarının  qarşısının  alınması  üçün  istehsalat  idarələrinin  müasir 



texniki avadanlıqlarla təmin edilməsi; 

 



ARDNŞ‐nə  məxsus  gəmilərdə  formalaşan  tullantı  sularının,  neft  və  neft 

məhsulları  tullantılarının  toplanması  və  sahildə  zərərsizləşdirilməsi 

sisteminin təkmilləşdirilməsi; 

20

 




Yüklə 341,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə