Azәrbaycan respublikasi döVLӘt neft şİRKӘTİ ekoloji SİyasәT



Yüklə 341,25 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix26.10.2017
ölçüsü341,25 Kb.
#6603
1   2   3   4   5   6   7   8   9   ...   13

                                                                                                                           EKOLOJİ SİYASӘT 

səmərəli istifadəsi, ərazilərin abadlaşdırılması və ətraf mühitin sağlamlaşdırılması üzrə 

tədbirlər  görməlidirlər. 

 

1996‐cı ildə Azərbaycan Hökuməti əksər digər ölkələrdə tətbiq edilən sistemlərə uyğun 



gələn  ƏMTQ  prosesinin  dəyişdirilmiş  prosedurunu  qəbul  etmişdir.  Yeni  qaydalar 

Azərbaycan  Respublikasında  ətraf  mühitə  təsirin  qiymətləndirilməsinin  aparılmasına 

dair  Əsasnamədə  (Dövlət  Ekologiya  Komitəsi,  1996)  təsvir  edilmişdir.  Həmin 

əsasnamədə  göstərilir  ki,  ʺƏtraf  mühitə  tullantıların  qiymətləndirilməsinin  aparılması 

üzrə  iş  lap  əvvəldə,  yəni  planlaşdırma  mərhələsində  və  texniki‐iqtisadi 

əsaslandırmadan  öncə  başlanılmalıdırʺ.  Layihələşdirilən  və  ətraf  mühitə  hər  hansı  bir 

təsiri  ola  biləcək  bütün  obyektlər  üçün  ƏMTQ  sənədinin  işlənilməsi  Ətraf  Mühitin 

Mühafizəsi Haqqında Qanuna görə məcburidir. ƏMTQ sənədləri ətraf mühitə təsirlərin 

xarakterindən və gücündən asılı olaraq A, B, C kateqoriyaları üzrə aparılır.  

 

        



Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Qanun

 (2000‐ci il) 

spesifik  sahələrin  mühafizə  və  istifadə  olunmasını  tənzimləyir  və  onların  statusunu 

müəyyən edir. Neft‐qaz kəşfiyyatı, yataqların istismarı, boru kəmərlərinin çəkilməsi və 

istismarı  zamanı    bu  qanunun  müddəalarını  yerinə  yetirilməsinə  xüsusi  diqqət 

yetirməlidirlər və bu obyektlərə heç bir fiziki və kimyəvi təsirlər olmamalıdır. 

 

        

Ekoloji təhlükəsizlik haqqında Qanuna

 

(1999) görə yerin təkindən istifadə edənlər 

yararsız  hala  salınmış  torpaq  sahələrin,  təbii  landşaftı  və  digər  təbiət  obyektlərinin 

onların  gələcək  istifadəsi  üçün  yararlı  vəziyyətə  gətirilməsinə  cavabdehdirlər.  Ekoloji 

baxımdan həssas ərazilərə, Xəzər dənizinə, çay və göl hövzələrinə, qoruqlara, bataqlıq 

ərazilərə  yaxın  yerlərdə  neft‐qaz  çıxarma  obyektlərinin  istismarının  bu  ekosistemlərə  

təsirləri ən minimal  səviyyəyə qədər  azaldılmalıdır. 

 

         



Əhalinin radiasiya təhlükəsizliyi haqqında Qanun

 (1997) bu və ya digər istehsal 

obyektlərinin istismarı zamanı radiasiya təhlükəsizliyini təmin edən tələbləri müəyyən 

edir  və  onların  təmin  edilməsində  dövlət  siyasətinin  əsas  istiqamətlərini  təyin  edir, 

ionlaşdırıcı şüa mənbələri istifadə olunan sahələrdə işçilərin və əhalinin təhlükəsizliyini 

təmin  edən  ekoloji  normativləri,  həmçinin  qəza  hadisələri  zamanı  əhalinin  səhhətinə, 

əmlakına  və  həyatına  dəymiş  ziyanın  ödənilməsi  üçün  onların  hüquqlarını  müəyyən 

edir. 


 

         Radiasiya  problemləri  bütün  neft‐qaz  çıxarma  sahələri  üçün  xarakterik  olan 

problemlərdən  biridir.  Bu  yerin  dərin  qatlarından  neftli  lay  suları  ilə  səthə  çıxan 

radioaktiv  elementlərin  yaratdıqları  çirklənmələr,  həmçinin  istifadə  olunan 

avadanlıqlardakı  radioaktiv  elementlərin    yarada  biləcəkləri  təsirlərdir.  Onların  

qarşısını almaqdan ötrü ətraf mühitin, işçi personalın və əhalinin sağlamlığını qoruyan 

tədbirlərin yerinə yetirilməsi labüddür. 

              



        

Sanitar‐epidemioloji təhlükəsizlik haqqında Qanun 

(

1992) vətəndaşların və dövlət 



nəzarət  orqanlarının  sanitar‐epidemioloji  təhlükəsizliyinin  təmin  olunması  sahəsində 

hüquq  və  vəzifələrin,  sanitar‐gigiyenik  normativlərin  müəyyən  edilməsinin  əsas 

12

 



                                                                                                                           EKOLOJİ SİYASӘT 

prinsiplərini  müəyyən  edir,  obyektlərin  və  digər  təsərrüfat  fəaliyyətlərinin 

layihələşdirilməsi,  tikintisi  və  istismarı  zamanı  qanunvericilikdə  nəzərdə  tutulmuş 

sanitar‐epidemioloji  təhlükəsizliyin  tələblərini  təyin  edir.  Bu  qanuna  və  Azərbaycan 

Respublikasının  Cinayət  Məcəlləsinə  görə  sanitar  norma  və  qaydaları  pozanlar 

məsuliyyətə cəlb edilirlər. 

       

         

Atmosfer  havasının  mühafizəsi  haqqında  Qanunda

 

(2001)  atmosferə  fiziki  və 



kimyəvi  təsirlərin  idarə  edilməsi  məsələləri  müəyyən  olunmuşdur,  atmosferə  zərərli 

təsirlərin dövlət uçotunun aparılması, atmosfer havasının mühafizəsinə nəzarətin təmin 

edilməsi,  atmosferin  çirklənməsi  ilə  əlaqədar  meydana  çıxan  mübahisəli  məsələlərin 

həlli ilə əlaqədar hüquqi əsasları müəyyən edir.  



 

       

Тоrpаq  Məcəlləsinə

  (1999)  görə  bütün  torpaqların,  o  cümlədən  yeraltı  qazıntıların 

istifadə  olunduğu  torpaqların  istifadədən  sonra  dövlət  torpaq  fonduna  qaytarılması 

məcburidir. 

 

       

Torpaqların məhsuldarlığı haqqında qanuna

 (2000) görə torpaq sahibləri, icarəçiləri 

və  istifadəçiləri  torpaqların  bərpası  işlərini  apararkən  torpaqların  məhsuldar  qatını, 

onun mühafizəsini təmin etməlidirlər. Qanuna görə məhsuldarlığını  itirmiş torpaqların 

bərpası  torpağın  xüsusiyyətindən  asılı  olaraq  3,  3‐5  və  5  ildən  artıq  olmayan  dövr 

ərzində həyata keçirilməlidir. 

 



 



Geoloji  kəşfiyyat  və  neft  istehsalı  ilə  əlaqədar  işlər  həyata  keçirilərkən  təbii 

mühitə,  sulara,  torpaq  qatına,  qruntlara  (süxurlara)  və  yerin  təkinə  müəyyən 

mənfi təsirlərin olması qaçılmazdır. 

 

 

3.2.1. Ekoloji məsələlərin tənzimlənməsi 



 

    Ətraf  mühitin  qorunması,  ekoloji  təhlükəsizlik,  yerüstü  və  yeraltı  ehtiyatlardan 

istifadə haqqında qanunlar  Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları ilə 

tənzimlənir.  

 

    Qanunların  və  tənzimləyici  qaydaların  tətbiqi  və  icrasına  nəzarət  dövlət 



standartlarına,  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  (müvafiq  nazirliklərin,  dövlət 

komitələrinin,  agentliklərinin)  normativ  təlimatlar  və  metodiki  göstərişlərinə  əsasən 

aparılır. 

 3.3. REGİONAL VƏ MİLLİ EKOLOJİ  PROQRAMLAR 

     Neft‐qaz çıxarma və emal sənayesinin ekoloji problemləri ilə əlaqəli mövcud regional 

orqan  “Xəzər  Ekoloji  Proqramı”dır.  Proqram  1998‐ci  ildə  Xəzəryanı  ölkələr  və  ətraf 

mühit  sahəsində  beynəlxalq  təşkilatlar  (TASİS,  UNDP,  QEF,  UNEP)  tərəfindən  birgə 

təsis edilmişdir. Proqramın fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilir. 

Proqramın  məqsədi  Xəzər  dənizinin  və  onun  sahilyanı  ekosistemlərinin  vəziyyətinin 

yaxşılaşdırılması  sahəsində  sahil  dövlətlərinin  birgə  səylərinin  və  əməkdaşlıqlarının 

13

 




Yüklə 341,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə