Azәrbaycan respublikasi döVLӘt neft şİRKӘTİ ekoloji SİyasәT



Yüklə 341,25 Kb.
Pdf görüntüsü
səhifə5/13
tarix26.10.2017
ölçüsü341,25 Kb.
#6603
1   2   3   4   5   6   7   8   9   ...   13

                                                                                                                           EKOLOJİ SİYASӘT 

inkişaf  etdirilməsidir.  Proqram  çərçivəsində  neft‐qaz  sənayesinin  Xəzər  dənizinin 

ekologiyasına  təsirlərinin  araşdırılması,  ətraf  mühitin  monitorinqi  və  neft  dağılmaları 

üzrə fəaliyyət planları; ƏMTQ sənədləri, çoxlu layihələr, o cümlədən neftlə çirklənmiş 

torpaqların təmizlənməsi üzrə lokal layihələr yerinə yetirilmişdir. 

       Son dövrdə qəbul olunmuş milli proqramlar aşağıdakılardır: 

 

1.

 



Ətraf mühit üzrə Milli Fəaliyyət Planı. Bu plan 1998 ‐1999‐cu illərdə QEF/UNDP‐

in  köməyi  ilə  işlənilmişdir.  Planda  neft  sənayesi  ilə  bağlı  çirkab  suların  və 

torpaqların  təmizlənməsi,  ekoloji  təmiz  texnologiyaların  tətbiqi  və  s.  öz  əksini 

tapmışdır.  Plan  konseptual  xarakter  daşıyır  və  Azərbaycanda  mövcud  olan  

ekoloji problemləri beynəlxalq səviyyəyə çıxaran ilk rəsmi sənəddir. 

 

2.



 

Ekoloji Milli Proqram. Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2003‐cü 

il Sərəncamı ilə təsdiq edilmiş və icrası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 

tapşırılmışdır.  Proqram  ətraf  mühit  sahəsində  mövcud  olan  bütün  problemləri 

əhatə edir. Proqramda tədbirlər planı təsdiq edilmiş və onların icrası 2003 ‐ 2010‐

cu illərdə nəzərdə tutulur.  

 

3.

 



Azərbaycan  Respublikası  Prezidentinin  28  sentyabr  2006‐cı  il  tarixli  Sərəncamı 

ilə  “Azərbaycan  Respublikasında  ekoloji  vəziyyətinin  yaxşılaşdırılmasına  dair 

2006  ‐2010‐cu  illər  üçün  Kompleks  Tədbirlər  Planı”  daha  əhatəlidir.  Proqramın 

çox hissəsi Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların təmizlənməsi və 

bərpasına  həsr  olunub.  Proqramın  icrası  ARDNŞ  və  müxtəlif  nazirliklərin 

iştirakını nəzərdə tutur. Həmin  sərəncama uyğun olaraq ARDNŞ rəhbərliyi neft‐

qaz  çıxarma  yataqları  ərazisində  ətraf  mühitin  vəziyyətinin  yaxşılaşdırılması 

məqsədi ilə 2006 ‐ 2010‐cu illər üçün tədbirlər planı hazırlamışdır. Planda hava, 

torpaq,  su  mühitlərinin  vəziyyətinin  yaxşılaşdırılmasından  ötrü  konkret  texniki  

tədbirlər  və  maliyyə  vəsaiti  nəzərdə  tutulmuşdur.  Planın  yerinə  yetirilməsi 

istiqamətində  ARDNŞ  konkret  işlər  görür  və  bu  sahədə  beynəlxalq  maliyyə 

institutları ilə birgə layihələri həyata keçirir. 

 

 

3.4. ARDNŞ‐nin EKOLOJİ SIYASƏTININ HÜQUQİ PRİNSİPLƏRİ 



 

           ARDNŞ    bu  günkü  və  gələcək  fəaliyyətində  aşağıdakı    prinsipləri  rəhbər 

tutacaqdır: 

 

1.



 

Fəaliyyətin  bütün  sahələrində  ətraf  mühitin  mühafizəsi,  ekoloji  təhlükəsizlik, 

təbii ehtiyatlardan istifadə üzrə Azərbaycan Respublikasının  qanunlarını rəhbər 

tutmaq; 


2.

 

Azərbaycan  Hökumətinin  ekologiya  üzrə  neft‐qaz  çıxarma  və  emal  sənayesinə 



aid olan qərarlarının icrasını təmin etmək və struktur bölmələrdə onların yerinə 

yetirilməsini daimi nəzarətdə saxlamaq; 

14

 



                                                                                                                           EKOLOJİ SİYASӘT 

3.

 



Fəaliyyətində  ekoloji  təhlükəsizliyi  milli  təhlükəsizliyin  tərkib  hissəsi  kimi 

nəzərə almaq; 

4.

 

Azərbaycan Respublikasında neft‐qaz sənayesinin yaratdığı ekoloji problemlərin 



həll edilməsinin məsuliyyətini qəbul edərək keçmiş fəaliyyətdən miras qalmış bu 

problemləri aradan qaldırmaq; 

5.

 

İdarəetmə  və  investisiya  qərarları  qəbul  edərkən  ekoloji  prioritetlərə  üstünlük 



vermək; 

6.

 



Köhnə  texnologiyaların  ən  müasir    texnologiyalarla  əvəz  edilməsini  həyata 

keçirmək; 

7.

 

Mənfi  ekoloji      təsirlərə  səbəb  ola  bilən  hadisələrin  nəticələrinin  aradan 



qaldırılması  tədbirlərinə  deyil,  xəbərdarlıq  və  qəzalara  hazırlıq  tədbirlərinin 

yerinə yetirilməsinə daha çox üstünlük vermək; 

8.

 

Ekoloji  cəhətdən  həssas  ərazilərdə  fəaliyyəti  minimuma  endirmək,  Xəzər 



dənizinə  və  başqa  su  hövzələrində  çirklənməni  qiymətləndirmək,  yumşaldılma 

tədbirlərini hazırlamaq,  tullantıların atılmasını “0” səviyyəsinə endirmək; 

9.

 

Ekoloji  cəhətdən  təmiz  və



 

enerjiyə  qənaət  edən  texnologiyalardan  istifadə 

sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək; 

10.


 

ARDNŞ‐nin  və  onun  struktur  təşkilatlarının  ətraf  mühitin  qorunması  və 

ekologiya üzrə yerli, milli və regional proqramlarda aktiv iştirakını təmin etmək; 

11. Ekoloji məlumatların aşkarlığını təmin etmək, qəza hadisələri və onların ekoloji 

nəticələrinin  aradan  qaldırılması  barədə  bütün  maraqlı  tərəfləri  təcili 

məlumatlandırmaq. 

 

15

 




                                                                                                                           EKOLOJİ SİYASӘT 

 

4.

 

EKOLOGİYA  SAHƏSİNDƏ  BEYNƏLXALQ  HÜQUQİ  PRİNSİPLƏR  VƏ 

ONLARIN ARDNŞ‐nin EKOLOJİ SİYASƏTİNDƏ YERİ 

 

       Azərbaycan  Respublikasının  qoşulduğu  təbiətdən  istifadə  və  ətraf  mühitin 



mühafizəsi  üzrə  Konvensiyalar,  sazişlər,  müqavilələr    milli  ekoloji  qanunvericiliyin  

ayrılmaz  hissəsi  hesab  olunurlar.  Azərbaycan  Respublikasının  hər  bir  qanununda 

xüsusi fəsil və ya maddə vardır, orada bəyan edilir ki, əgər beynəlxalq müqavilələrdə 

milli  qanunvericilikdən  fərqli  qaydalar  nəzərdə  tutulmuşdursa,  bu  zaman  beynəlxalq 

sənədlərin  qaydaları  tətbiq  edilir.  Ətraf  mühit  sahəsində  Azərbaycan  Respublikasının 

qəbul etdiyi beynəlxalq qanunvericilik aktları cədvəl 2‐də verilmişdir. 



Cədvəl 2.  

Azərbaycan Respublikası 

Milli Məclisinin ratifikasiya etdiyi Ekoloji Konvensiyalar 

 

Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında Konvensiya – 1972–ci 

il

 

1993



 

BMT–nin Iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyası – 1992–ci il

 

1995


 

Beynəlxalq Dəniz Təşkilatı Konvensiyası 

1995 

Ozon qatının qorunması üzrə Konvensiya – 1985–ci il 



1996 

Səhralaşmaya qarşı mübarizə Konvensiyası – 1994 – cü il 

1998 

Kökü kəsilmək təhlükəsi qarşısında olan vəhşi fauna və yabani flora növləri ilə 



beynəlxalq ticarət haqqında Konvensiya (CITES) – 1973–cü il 

1998 


Avropanın vəhşi təbiəti, yabani florası və təbii yaşayış mühitinin qorunması 

Konvensiyası ‐ 1979–cu il 

1999 

Ətraf mühitə dair məsələlər üzrə qərarların qəbul edilməsində ictimaiyyətin 



iştirakı və informasiyaların alınması barədə Orxus Konvensiyası – 1998–ci il 

1999 


Sərhədlərarası konteksdə ətraf mühitə təsirin qiymətlərdirilməsinə dair 

Konvensiya ‐ 1991–ci il 

1999 

Gəmilərdən çirklənmənin qarşısının alınması haqqında Konvensiya (MARPOL) 



(1973/78). 

1999 


Bioloji müxtəliflik üzrə Konvensiya – 1992–ci il 

2000 


Kioto Protokolu‐1997‐ci il 

2000 


Bitkilərin qorunması üzrə Roma Konvensiyası – 1951–ci il 

2000 


Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi 

Konvensiyası – 1992–ci il 

2000 

Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və zərərsizləşdirilməsinə 



nəzarət haqqında Bazel Konvensiyası – 1989–cu il 

2001 


Su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu–bataqlıq 

yerlər haqqında Ramsar Konvensiyası – 1971–ci il 

2001 

Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında 1979–cu il 



2002 

Davamlı üzvü birləşmələr üzrə Stokholm Konvensiyası – 2001–ci il 

2003 

Sənaye qəzalarının transsərhəd təsiri haqqında Konvensiya – 1992–ci il 



2004 

OPRC, 90 Konvensiyası 

2004 

Xəzər dənizinin su mühitinin qorunması üzrə Çərçivə Konvensiyası 



2006 

 

 



16

 


Yüklə 341,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə