Azərbaycan respublikasi iQTİsadi İNKİŞaf naziRLİYİ



Yüklə 299,33 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix21.04.2018
ölçüsü299,33 Kb.
#39806
1   2   3   4   5   6   7   8   9   10

10 

 

 



4.

 

SOSİAL-İQTİSADİ İNKİŞAFIN MÜASİR VƏZİYYƏTİ 

 

Ölkə iqtisadiyyatında həyata keçirilmiş iqtisadi islahatlar, regionların sosial-iqtisadi 



inkişafı istiqamətində aparılan tədbirlər, sahibkarlığın inkişafı sahəsində görülən işlər öz 

müsbət nəticələrini verməyə başlamışdır. Belə ki, 2003-2010-cu illərdə  Lənkəran 

iqtisadi rayonunun ümumi məhsul buraxılışının həcmi 3.3 dəfə, adambaşına düşən 

ümumi məhsul buraxılışının həcmi isə 3 dəfə artmışdır. 2010-cu ildə iqtisadi rayonun 

ölkə əhalisinin 9,3 faizini təşkil etdiyi halda, məhsul və xidmətlərin ümumi buraxılışında 

xüsusi çəkisi 1,7 faizə, sənaye məhsulunda xüsusi çəkisi 0,18 faizə, kənd təsərrüfatı 

məhsulunda xüsusi çəkisi 9,9 faizə, pərakəndə əmtəə dövriyyəsində xüsusi çəkisi isə 6 

faizə  bərabər olmuşdur. Adambaşına düşən ümumi məhsul ölkə üzrə orta göstəricidən 

aşağı olmuşdur. Belə ki, 2010-cu ildə adambaşına düşən ümumi məhsulun həcmi ölkə 

üzrə 5334,5 manat olduğu halda, iqtisadi rayonda bu göstərici 990 manata bərabər ol-

muşdur. Bu da ölkədə neft sektoru ilə əlaqədar sahələrin üstün inkişafı ilə əlaqədardır. 

 

Ölkədə son illərdə iqtisadi artım yüksək olmuşdur. Neft və qaz hasilatı və onunla 



əlaqədar sahələrin  ölkənin ümumi daxili məhsulunda payının artması və bu sahələrin isə 

əsasən Bakı şəhərində yerləşməsi iqtisadiyyatda digər rayonların, o cümlədən Lənkəran 

iqtisadi rayonunun payının aşağı olmasına gətirib çıxarmışdır. 



11 

 

 



 

Cədvəl 1 

Lənkəran iqtisadi rayonunun ümumi iqtisadi göstəriciləri 

(cari qiymətlərlə, mln. manat) 

 

Məhsulun ümumi buraxılışı 



Sənaye məhsulunun həcmi Cəmi kənd təsərrüfatı məhsulu 

2003 2005 2009 2010 2003 2005 2009 2010 2003 2005 2009 2010 

Ölkə üzrə, 

cəmi 


10490,4 17194,9 39578,5 47659.9  4934,5  9290,5  22563,6 27978.2 1366,52  1732,1  1655,5  3877.7 

Lənkəran 

iqtisadi rayonu

254,7 356,1 689,4 829.3  10,9  18,2  42,4  49.5  156,2 196,1  386  385.1 

Astara 

rayonu


26,9 52,3 91,4 116.2 0,6  1,8  12,8 10.6 17,6 26,2 53,1 52.9 

Cəlilabad 

rayonu 

76,5 


101,5 

180,9 


201.4 0,6 2,1 2,3 3.7 54,7 71,9 

118,8 


107.6 

Lerik 


rayonu 20,1 26,3 49,9  58  0,1  0,2  0,5  0.8  14,7 15,7 26,3 28.1 

Lənkəran 

rayonu 

62,0 82,8 175,1 210.9 5,0  5,0  9,3  12.2 29,8 37,6 85,8  90 



Masallı 

rayonu


57,1 76,4 166,2 

202.6 4,5  8,5 17,1 21.6 31,5 9,3 17,7  87 

Yardımlı 

rayonu 


12,2 16,8 28,9 40.2  0,1  0,5  0,4  0.6  7,9  35,5 84,3 19.5 


12 

 

Ölkənin ümumi məhsul buraxılışında Lənkəran iqtisadi rayonunun payı 2003-cü 



ildə 2,4 faizdən 2010-cu ildə 1.7 faizə  qədər düşmüşdür.  İqtisadi rayonun ümumi 

məhsul buraxılışında isə Astara rayonunun payı 2003-cü ildə 10,6faiz, 2010-cu ildə 14 

faiz, Cəlilabad rayonunun payı müvafiq olaraq 30,0 faiz və 24,3 faiz, Lerik rayonunda 

payı müvafiq olaraq 7,9 faiz və 7 faiz, Lənkəran rayonunda payı müvafiq olaraq 24,3 

faiz və 25,4 faiz, Masallı rayonunda payı müvafiq olaraq 22,4 faiz və 24,4 faiz, 

Yardımlı rayonunda isə müvafiq olaraq 4,8 faiz və 4,8 faiz olmuşdur. 

Lənkəran iqtisadi rayonunun ümumi məhsul buraxılışında sənayenin payı 2003-cü 

ildə 4,3 faizə, 2010-cu ildə 6 faizə, kənd təsərrüfatının payı isə müvafiq olaraq 61,3 

faizə  və 46,4faizə  bərabər olmuşdur. Göründüyü kimi, kənd təsərrüfatının payının 

azalmasına baxmayaraq, bu sahə  hələ  də iqtisadi rayonun iqtisadiyyatında üstünlük 

təşkil edir.  

Cədvəl 2

 

Təsərrüfat subyektlərinin sayı 

(ilin sonuna, vahid) 

 

2003 2005 2009 2010 



hüquqi fiziki hüquqi fiziki hüquqi fiziki hüquqi fiziki 

Ölkə üzrə cəmi 61136 157986 70287 209170 89939 272597 93416 306933 

Lənkəran 

iqtisadi rayonu 

3624 12275 3933 14306 4433 19049 4637 22514 

Astara 


rayonu 345 1431 365 1560 388 1870 408 2118 

Cəlilabad 

rayonu 

688 2172 752 2563 1015 4839 1042 6611 



Lerik 

rayonu 403 462 447 603 429 920 430 1082 

Lənkəran 

rayonu 


1141 4427 1216 5252 1367 5891 1434 6564 

Masallı 


rayonu 

771 3264 847 3657 933 4734 1021 5267 

Yardımlı 

rayonu 


276 519 306 671 301 795 302 872 

 

Baxılan 2003-2010-cu illərdə regionda təsərrüfat subyektlərinin sayı artmışdır. 



Belə ki, bu dövrdə regionda təsərrüfat fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin sayı 

1,3 dəfə, fiziki şəxslərin sayı isə 1,8 dəfə artmışdır. 

 



13 

 

Son illərdə regionda iqtisadi fəallığın artması orta aylıq əmək haqqının da artmasına 



gətirib çıxarmışdır. Belə ki, 2010-cu ildə regionda orta aylıq nominal əmək haqqı 2003-cü 

ilə nisbətən 3,2 dəfə artmışdır. Bununla yanaşı, regionda orta aylıq nominal əmək haqqı 

ölkə üzrə orta səviyyədən 2010-cu ildə 34.2% az olmuşdur. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 299,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə