Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ


Xüsusi iqtisadi zonaların yaradılması məqsədləri və şərtləri



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix29.01.2018
ölçüsü0,52 Mb.
#22854
1   2   3   4   5   6   7   8   9   ...   19

 

 



Xüsusi iqtisadi zonaların yaradılması məqsədləri və şərtləri 

 

Bazar iqtisadiyyatının reallaşdırılması prinsipləri içərisində ən vaciblərdən biri də 



xüsusi iqtisadi zonaların yaradılması hesab olunur. Onların fəaliyyət göstərməsi xarici 

iqtisadi  fəaliyyətin  liberallaşması  və  fəallaşdırılması  ilə  sıx  əlaqədardır.  Məlumdur  ki, 

xüsusi  iqtisadi  zonalar  birdən-birə  yaranmamışdır.  Onların  meydana  gəlməsində 

iqtisadi, sosial, siyasi və bu kimi digər amillərin təsirləri olmuşdur. 

Xüsusi  iqtisadi  zonaların  yaradılmasının  tarixi  zəruriliyi  əsasən  aşağıdakı 

amillərlə izah olunur: 

-

 

ticarət  dövriyyəsinin  artırılması,  alış-verişin  sürətləndirilməsi,  ticarət 



tərəfdaşlarının maraqlarının təmin edilməsi; 

-

 



sərhəd  və  gömrük  maneələrinin  aradan  qaldırılması,  bürokratik  nəzarət  və 

dövlət orqanlarının müdaxilələrinin məhdudlaşdırılması; 

-

 

investisiya və sərmayələrin yatırılmasına stimulların gücləndirilməsi, qoyulan 



kapitalın rentabellik səviyyəsinin artırılması; 

-

 



ixrac  yönümlü  istehsalın  həvəsləndirilməsi  və  xarici  ticarət  tərəfdaşlarının 

maraqlarının qorunması; 

-

 

ölkənin  istehlak  bazarında  defisit  olan  istehlak  mallarının  istehsalının 



stimullaşdırılması; 

-

 



məşğulluğun  gücləndirilməsi,  iş  yerlərinin  açılması,  ixtisaslı  kadrların 

hazırlanması; 

-

 

infrastrukturun  maddi-texniki  bazasının  genişləndirilməsi,  yeni  layihələrin 



gerçəkləşdirilməsi və sair.

1

 



Xüsusi  iqtisadi  zonaların  yaradılmasında  başlıca  məqsəd  ölkələrin  beynəlxalq 

əmək bölgüsündə baş verən inkişaf proseslərinə fəal surətdə qoşulmaqdır. Söhbət ixrac 

üçün  rəqabətqabiliyyətli  məhsul  istehsalının  genişləndirilməsi  və  bu  yolla  da  valyuta 

daxilolmalarının  artımının  təmin  edilməsindən  gedir.  Xüsusi  iqtisadi  zonaların 

yaradılmasında digər məqsəd bütövlükdə və ya ayrı-ayrı ərazilərdə dövlətin inkişafında 

                                                           

1

 Əliyev  Şəfa  Tiflis  oğlu  -  “Azərbaycanda  xüsusi  iqtisadi  zonaların  gerçəkləşdirilməsində  Sumqayıt  sənaye-istehsal 



kompleksi amili”. Audit jurnalı 2011 (səhifə 46-47)

 



 

 



xarici  ticarət,  ümumi  iqtisadiyyat,  sosial,  regional  və  elmi-texniki  strateji  tapşırıqların 

həllidir. Bu zonaların yaradılma məqsədləri onları təşkil edən dövlətlərin sosial-iqtisadi 

inkişaf  səviyyəsindən,  onların  strateji-inkişaf  prioritetlərindən  və  planlarından  asılıdır. 

Xüsusi iqtisadi zonaların yaradılması məqsədləri 3 qrupa ayrılır: 

1)

 

İqtisadi məqsədlər . 



-

 

milli bazarın dünya iqtisadiyyatı sisteminə effektiv daxil olması; 



-

 

xarici və milli investisiyaların cəlb edilməsi; 



-

 

beynəlxalq əmək bölgüsünün üstünlüklərindən istifadə edilməsi; 



-

 

ölkə büdcəsinə valyuta daxilolmalarının artırılması. 



2)

 

Sosial məqsədlər. 



-

 

iqtisadi cəhətdən geridə qalmış regionların kompleks inkişafı; 



-

 

iş yerlərinin sayının çoxaldılması və əhalinin məşğulluğunun təmin edilməsi; 



-

 

ixtisaslı kadrların təhsil və peşə təcrübələrinin artırılması. 



3)

 

Elmi-texniki məqsədlər. 



-

 

ən yeni yerli və xarici texnologiyaların istifadəsi; 



-

 

idarəetmənin yeni formalarının həyata keçirilməsi



-

 

texniki mərkəzlərin, elmi araşdırmaların istehsala cəlb edilməsi; 



-

 

istehsal gücünün və infrastrukturun keyfiyyətinin artırılması. 



Ümumiyyətlə  xüsusi  iqtisadi  zonaların  yaradılması  məqsədləri  bu  və  ya  digər 

ölkənin iqtisadi, sosial, hətta siyasi vəziyyətindən asılı olaraq müxtəlif cür olur. Belə ki, 

inkişaf etmiş ölkələrdə xüsusi iqtisadi zonalar bir qayda olaraq işsizlikdən əziyyət çəkən 

və zəif infrastruktura  malik olan geridə qalmış regionlarda yaradılır.  Bu cür regionlara 

xüsusi  iqtisadi  zona  statusu  verən  ölkələr  bu  ərazilərə  xarici  investisiya  cəlb 

edilməsindən daha çox mövcud istehsalın inkişafını daha da stimullaşdırmaq və əlavə iş 

yerlərinin təmin edilməsi kimi məqsədlər güdür. İnkişaf etməkdə olan ölkələrdə isə əsas 

məqsəd xarici kapitalın, qabaqcıl texnologiyanın və idarəetmə təcrübəsinin ölkəyə cəlb 

edilməsi,  ixracın  stimullaşdırılması,  onun  strukturunun  yaxşılaşdırılması,  məşğulluğun 

artırılması  və  yüksək  ixtisaslı  kadrların  hazırlanması,  torpaq  sahələrinin  və  digər 

obyektlərin  icarəyə  verilməsi  ilə  əlavə  mənfəətin  əldə  edilməsi,  kommersiya  və  sair 

xidmətlərin göstərilməsidir. 




 

 



Xüsusi iqtisadi zonalar yaradılan zaman dövlətin və sahibkarların məqsədləri heç 

də  üst-üstə  düşmür.  Xüsusi  iqtisadi  zonaların  yaradılması  zamanı  dövlətin  məqsədləri 

aşağıdakılardır: 

-

 



mal və xidmətlərin inkişafına birbaşa xarici sərmayə cəlb etmək

-

 



yüksək ixtisaslı kadrlar üçün yeni iş yerləri yaratmaq

-

 



ixrac bazasını inkişaf etdirmək; 

-

 



idxalı əvəzləmək. 

Xüsusi  iqtisadi  zonaların  yaradılması  zamanı  sahibkarların  məqsədləri  isə 

aşağıdakılardır: 

-

 



istehsalı istehlakçıya uyğunlaşdırmaq; 

-

 



idxal və ixrac gömrük rüsumlarını minimuma endirmək

-

 



infrastruktura daxil olmaq

-

 



daha ucuz əmək qüvvəsindən istifadə etmək; 

-

 



inzibati maneələri azaltmaq; 

-

 



ərazini inkişaf etdirmək. 

Xüsusi  iqtisadi  zona  yaradılarkən  vaxt  amili  nəzərə  alınmalıdır.  Qərb 

iqtisadçılarının  araşdırmalarına  əsasən  xüsusi  iqtisadi  zonanın  yaradılması  prosesi  4 

mərhələyə bölünür: 

1)

 

İnvestisiyaya qədərki dövr



2)

 

İnvestisiya dövrü; 



3)

 

Əməliyyat dövrü; 



4)

 

İnkişaf dövrü. 



Xüsusi iqtisadi zonaların yaradılması o şərtlər daxilində əsaslıdır ki, bu zaman bu 

və  ya  digər  ərazinin  artıq  mövcud  olan  iqtisadi  üstünlükləri,  beynəlxalq  iqtisadi 

mərkəzlərə  yaxınlığı,  elmi-texniki  potensialı,  əmək  resurslarının  böyük  ehtiyyatlarının 

mərkəzləşməsi amilləri reallaşdırılsın. 

Xüsusi  iqtisadi  zonaların  təşkilati-funksional  strukturu  kifayət  qədər 

müxtəlifliklərə malikdir. Buna görə də bu zonaların normal fəaliyyətinin təmin edilməsi 

üçün ən əsas şərtlər aşağıdakılardan ibarətdir: 

1.

 



Ölkədə siyasi sabitlik; 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə