Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə7/19
tarix29.01.2018
ölçüsü0,52 Mb.
#22854
1   2   3   4   5   6   7   8   9   10   ...   19

 

19 


 

 

XX  əsrin  70-ci  illərin  sonunda  ixrac-istehsal  zonaları  Tayland,  Banqladeş,  Şri-



lanka,  Pakistanda  yaradılmağa  başlanıldı.  Pakistan  Çinin  uğurunu  özünə  nümunə 

götürərək,  elə  məhz  həmin  dövlətin  köməyi  ilə  öz  ərazisində  xüsusi  iqtisadi  zonalar 

təşkil  etməyə  başladı.  Pakistandakı  xüsusi  iqtisadi  zonalara  Sindxdə  “Xairpur”  xüsusi 

iqtisadi  zonası  və  “Karaçi”  ixrac-emalı  zonası,  Pəncabda  “Sialkot”  ixrac-emalı  zonası 

və  “Qujranvala”  ixrac-istehsal  zonası,  Risalpurda  isə  “Risalpur”  ixrac-emalı  zonasını 

misal göstərmək olar. 

 

Vətəndaşlıq prinsipinə görə xüsusi iqtisadi zonalar 1950-ci illərdə “İqtisadi artım 



üçlüyü”,  “İqtisadi  artım  zonaları”  çərçivələrində  hazırda  hətta  Rusiyanın  da  iştirak 

etdiyi  Avropa  Birliyi  təcrübəsində  yaradılmışdır.  Sonalar  bu  zonaları  Afrikada  da 

yaratmağa başladılar. 

 

Xüsusi  iqtisadi  zonaların  ən  yeni  növləri  texnologiyanı  təşviq  edən  zonalardır. 



Onların  inkişafı  XX  əsrdə  baş  vermiş  elmi-texniki  inqilabla  bağlıdır.  Texnologiyanı 

təşviq  edən  zonalar  texnoparklar  və  texnopolislər  növündə  olur.  Bu  zonalar  ABŞ, 

Yaponiya  və  Çində  mövcuddur.  Dünyada  ilk  elmi-texnopark  1950-ci  ildə  ABŞ-da 

Stenford Universitetində yaradılmışdır. Texnoparklar Avropada 1970-ci illərin sonunda 

əvvəlcə  Böyük  Britaniyada,  sonra  isə  Belçika  və  Fransada,  1980-ci  illərdə  isə 

Almaniyada yaradılmağa başlanılmışdır. 

 

Xüsusi  iqtisadi  zonaların  növlərindən  biri  olan  ofşor  zonalar  1970-ci  illərdən 



etibarən fəaliyyət göstərirlər. Ofşor zonalar ölkə ərazisinin və ya onun bir hissəsinin elə 

sahəsidir  ki,  qeyri-rezident  şirkətlər  üçün  qeydiyyat,  lisenziyalaşdırma  və  vergilərin 

güzəştli  rejimi  fəaliyyət  göstərir,  o  şərtlə  ki,  onlar  sahibkarlıq  fəaliyyətini  bu  dövlətin 

xaricində  həyata  keçirir.  Ofşor  zona  “vergi  sığınacağı”,  “vergi  limanı”  və  “vergi 

cənnəti”  adlandırılır.  Bu  zonalar  xüsusi  iqtisadi  zonaların  alt  xidmət  sahəsi  hesab 

olunur.  Ofşor  zonalar  Böyük  Britaniyanın  keçmiş  müstəmləkələri  sayılan  ölkələrdə 

geniş yayılmışdır. 

 

2003-cü  ildə  Rusiya  Federasiyası  Şurası  gəlir  vergisi  üzrə  investisiya 



subsidiyalarını ləğv etdi, hansı ki, o vaxta qədər bunları yerli hakimiyyət orqanlarının 

yaratmaq hüququ var idi. Bununla da Rusiyada daxili ofşorlar (Kalmıkıya, Çıkotka və 

sair)  ləğv  edildi.  Ofşorlardan  yalnız  Kalininqrad  vilayəti  qalıb.  Burada  Rusiya 



 

20 


 

Federasiyasının  Vergi  Məcəlləsi  ilə  xüsusi  iqtisadi  zonaların  rezidentləri  üçün 

üstünlüklər  müəyyən  olunub.  Ofşor  zonaları  olan  hər  bir  dövlətdə  onların  siyahısı 

müvafiq sənədlə təsdiq edilir. Ofşor zonaların siyahısı  Ukraynada Nazirlər Kabinetinin 

2003-cü il 24 fevral tarixli, 77 nömrəli Sərəncamı ilə, Belarusiyada Prezidentin 2006-cı 

il 25 may tarixli, 353 nömrəli Fərmanı ilə, Rusiyada Maliyyə Nazirliyinin 2007-ci il 13 

noyabr tarixli, 108 nömrəli Əmri ilə, Qazaxıstanda Maliyyə Nazirliyinin 2010-cu il 10 

fevral tarixli, 52 nömrəli Əmri ilə təsdiq olunub. 

 

Qeyd  olunanlardan  başqa  ofşor  zonalara  Panama,  Norman  adaları,  İrlandiya, 



İsveçrəni də misal göstərmək olar. Panamada ilk xüsusi iqtisadi zona olan 2004-cü ildə 

Panama  kanalının  yaxınlığında  “Kolon”  iqtisadi  ticarət  zonası  yaradıldı.  2-ci  zona  isə 

2007-ci  ildə  Verakruzda  təşkil  olunan  “Panama  Pasifiko”  xüsusi  iqtisadi  zonasıdır. 

Ofşor  zonalar  son  zamanlarda  Malta,  Malayziyada  da  yaradılmağa  başlanılmışdır. 

Malayziyada  ilk  xüsusi  iqtisadi  zona  2009-cu  ilin  avqust  ayında  “şərq  sahili  iqtisadi 

rayonu” adı ilə təşkil olunmuşdur. 

 

Çin, Kanada, Argentina və Braziliyada xüsusi iqtisadi zonaların növlərindən biri 



olan kompleks zonalara rast gəlmək olar. 

 

Amerika qitəsində vergi güzəştləri hesabına öz ölkəsinin milli iqtisadi inkişafında 



əhəmiyyətli rol oynamış xüsusi iqtisadi zonalardan biri kimi Braziliyadakı “Manaus”u 

göstərmək  olar.  1957-ci  ildə  yaradılan  və  1967-ci  ildən  fəaliyyət  göstərən  Manaus 

xüsusi  iqtisadi  zonasında  30  illik  xüsusi  ticarət  və  vergi  güzəştləri 

müəyyənləşdirilmişdir.  Bu  zonada  rezidentlər  10  il  müddətinə  gəlir  vergisindən 

azaddırlar, burada işlədilən idxal mallarından vergilər tutulmur, zonada istehsal olunan 

sənaye  məhsulları  və  sənaye  mallarında  vergilər  tətbiq  olunmur,  dövlət  tərəfindən 

xüsusi  vacib  layihələr  üçün  maliyyə  resursları  ayrılır.  Federal  güzəştlərdən  başqa 

Amazoniya ştatının və Manaus bələdiyyəsinin vergi güzəştləri müəyyənləşdirilmişdir.

1

  

 



Xüsusi  iqtisadi  zona  yaradan  dövlətlərin  məqsədləri  müxtəlif  ola  bilər.  Bəzi 

dövlətlər  xüsusi  iqtisadi  zonalardan  iqtisadi  inteqrasiya  mexanizmi  kimi,  digərləri  isə 

xarici  texnologiyaların  cəlb  edilməsi  vasitəsi  kimi  istifadə  edirlər.  Böyük  Britaniya 

                                                           

1

 Əliyev Şəfa Tiflis oğlu - “Xüsusi iqtisadi zonalarda vergilərin mühüm aspektləri” Azərbaycanın vergi jurnalı 2/2014 



(səhifə 153) 


 

21 


 

1981-ci 


ildən 

başlayaraq  məşğulluğun  artırılması  və  iqtisadi  vəziyyətin 

yaxşılaşdırılması  məqsədi  ilə  Liverpul,  Birmingem,  Kardif  kimi  azad  hava  limanları 

yaratmağa başlamışdır. Ümumiyyətlə Böyük Britaniyada xüsusi iqtisadi zonalar 2 qrupa 

ayrılır: 

1.

 



Azad zonalar (Free zones); 

2.

 



Müəssisə zonaları (Enterprise zones). 

 

Azad  zonalar  xüsusi  ayrılmış  ərazidir,  hansı  ki  idxal  olunan  mallar  gömrük 



ərazisindən  kənarda  yerləşir.  Hazırda  Böyük  Britaniyada  mövcud  olan  azad  zonalar 

bunlardır: 

1)

 

“Liverpul” (Liverpul, İngiltərə); 



2)

 

“Prestvik” (Erşir, Şotlandiya); 



3)

 

“Şirnes” (Kont, İngiltərə); 



4)

 

“Sauttempton”  (Hempşir, İngiltərə); 



5)

 

“Tilberi” (Esseks, İngiltərə); 



6)

 

“Men” adası. 



 

Müəssisə  zonaları  isə  dövlət  tərəfindən  iqtisadi  fəallığın  artılması  məqsədi  ilə 

məhdudlaşdırılmış  ərazidir.  Böyük  Britaniyada  hazırda  35  müəssisə  zonalar  var  ki, 

bunlardan 24-ü İngiltərədə, 7-si Uelsdə, 4-ü Şotlandiyada yerləşir. 

 

Digər  bir  Avropa  dövləti  olan  Polşanın  xüsusi  iqtisadi  zonalarında  mənfəət 



verigisindən  azad  edilməsi  üzrə  güzəştlərdə  investisiya  xərclərinin  həcmi  və  yeni 

yaradılan iş yerlərinin prioritetliyi əsas meyarlar kimi çıxış edirlər. Hazırda Polşada 14 

xüsusi  iqtisadi  zona  (“Legnika”,  “Pomeranian”,  “Slupsk”,  “Suvalki”,  “Katoviçka”, 

“Tarnobrezq” və sair) mövcuddur. 

 

Avropadan  fərqli  olaraq  Asiyada  xüsusi  iqtisadi  zonaların  yaradılmasının 



məqsədləri  fərqlidir.  Misal  üçün  Filippində  xüsusi  iqtisadi  zonalar  ölkənin  iqtisadi 

inkişafına  kömək  məqsədi  ilə  yaradılmışdır.  1995-ci  ildə  Filippində  “Xüsusi  iqtisadi 

zonalar” Aktı qəbul olundu. Bu aktın qəbulundan sonra ölkədə xüsusi iqtisadi zonalar 

təşkil  olunmağa  başlanıldı.  Hazırda  Filippində  200-dən  çox  xüsusi  iqtisadi  zona 

(“Klark”, “Caqayan”, “Valensiya”, “Sankarlos”, “Katite” və sair) var. Filippində xüsusi 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə