Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə10/19
tarix29.01.2018
ölçüsü0,52 Mb.
#22854
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

 

28 


 

6.

 



“Azad  iqtisadi  zonaların  ərazisində  işçi  qüvvəsi,  sığorta  və  sosial  təminat” 

Qaydaları; 

7.

 

“Azad  iqtisadi  zonaların  ərazisində  torpaq  və  təbii  ehtiyyatlardan  istifadə” 



Qaydaları. 

 

İrandakı  azad  iqtisadi  zonaların  ərazisində  qeydiyyatdan  keçən  müəssisələrin 



üstünlüklərinə aşağıdakılar daxildir: 

-

 



xarici kapitallı müəssisələrin qeydiyyatı imkanı; 

-

 



valyuta əməliyyatlarının sadələşdirilmiş qaydası; 

-

 



investisiyaların sadələşdirilmiş qaydası; 

-

 



bank əməliyyatlarının aparılmasının sadələşdirilmiş qaydası; 

-

 



müəssisələrin qeydiyyatının sadələşdirilmiş qaydası; 

-

 



malların idxalı və ixracının sadələşdirilmiş qaydası; 

-

 



zonalara vizasız səfərlər rejimi və sair. 

 

Azad iqtisadi zonalardan əlavə İranda 15 xüsusi iqtisadi zona mövcuddur: 



1)

 

“Selfçeqan”; 



2)

 

“Sircan”; 



3)

 

“Ərgi-Cədid”; 



4)

 

“Buşer”; 



5)

 

“Şahid Rəci”; 



6)

 

“Əmirabad”; 



7)

 

“Seraxs”; 



8)

 

“Şiraz”; 



9)

 

“Pars”; 



10)

 

“Bəndər-İmam Xomeyni”; 



11)

 

“Xalicə-Fars”; 



12)

 

“Yəzd”; 



13)

 

“Lorestan”; 



14)

 

“Bəndər-Abbas”; 



15)

 

“Payam”. 




 

29 


 

 

Qeyd  olunan  xüsusi  iqtisadi  zonalardan  “Payam”  bölgədə  öz  hava  limanı  və 



aviaxətti olan yeganə zonadır. Bu zona Tehran şəhərinə yaxın yerləşir. “Payam” xüsusi 

iqtisadi  zonasının  Tehranın  sənaye,  iqtisadi  və  kənd  təsərrüfatı  mərkəzlərinə  yaxınlığı 

dəmiryol  və  digər  yollarla  asanlıqla  çatmaq  imkanı  yaradır.    İran  tərəfdaşlığın  hər  bir 

miqyasında birbaşa xarici investisiya cəlb etmək məqsədi ilə İranın investorları və xarici 

subyektlər  üçün  “Payam”  xüsusi  iqtisadi  zonasında  bərabər  imkanlar  yaratdı.  Bundan 

başqa  bu  zonada  yerləşənə  qədər  mallar,  maşın  və  xammal  üçün  gömrük  rüsumları 

olmadan  ödənişsiz  giriş  var.  Həmçinin  gömrük  rəsmiləşdirilməsi  olmadan  bu  zonadan 

mal  ixrac  etmək  imkanı  da  var.  İqtisadçılardan  Həsən  Hakimiana  görə  birbaşa  xarici 

investorları maqnit kimi cəlb etmək üçün xüsusi iqtisadi zonalara nisbətən azad ticarət 

zonaları  öz  fəaliyyət  məqsədlərində  daha  çox  iddialıdırlar.  Xüsusi  iqtisadi  zonalar  isə 

malların daşınması və təminatın yaxşılaşdırılması üçün yaradılır. 

 

 



 

Rusiya 

 

Rusiyada  hələ  SSRİ  dövründə  azad  zonaların  təşkilinə  dair  tədbirlər  görülürdü, 



xüsusilə  xarici  ticarət  dövriyyəsini  gücləndirmək  üçün  limanlarda  müəyyən  güzəştlər 

tətbiq olunmağa başlanılmışdır. Burada məqsəd bazar münasibətlərini sürətləndirmək və 

bu bölgələrdə infrastruktur və sosial-iqtisadi problemləri həll etmək idi. Bu məqsədlə də 

1990-cı  ildə  “Naxodka”  adlı  azad  iqtisadi  zona  yaradıldı  və  orada  bir  sıra  vergi  və 

gömrük güzəştləri tətbiq olundu.  

 

Rusiyada  xüsusi  iqtisadi  zonaların  sistemli  inkişafı  22  iyul  2005-ci  ildə  qəbul 



olunan  “Rusiya  Federasiyasında  xüsusi  iqtisadi  zonalar  haqqında”  Federal  Qanunla 

başladı.  Rusiya  qanunvericliyində  ümumiləşdirilmiş  anlayış  kimi  xüsusi  iqtisadi  zona 

anlayışından,  rus-dilində  olan  bəzi  dərslik  və  məqalələrdə  isə  azad  iqtisadi  zonalar 

anlayışından istifadə olunur. “Rusiya Federasiyasında xüsusi iqtisadi zonalar haqqında” 

Federal  Qanunun  2-ci  maddəsinə  müvafiq  olaraq  xüsusi  iqtisadi  zona  -  Rusiya 

Federasiyasının  ərazisinin  bir  hissəsidir,  hansı  ki  Rusiya  Federasiya  Hökuməti 

tərəfindən  müəyyən  edilir  və  sahibkarlıq  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  xüsusi 



 

30 


 

rejim, həmçinin azad gömrük zonalarında gömrük qaydaları tətbiq edilir. Qeyd olunan 

Qanunun 4-cü maddəsində xüsusi iqtisadi zonaların 4 növü əks olunub: 

1.

 



Sənaye-istehsalı zonaları. 

2.

 



Texnologiyanı təşviq edən zonalar. 

3.

 



 Turizm-istirahət zonaları . 

4.

 



Liman zonaları. 

 

Həmin Qanun qəbul olunan zaman sənaye-istehsalı və texnologiyanı təşviq edən 



zonalar  mövcud  idi.  2006-cı  ildə  turizm-istirahət  zonaları,  2007-ci  ildə  isə  liman 

zonaları Federal Qanunlar şəklində bu Qanuna  əlavə olundu. “Rusiya Federasiyasında 

xüsusi iqtisadi zonalar haqqında” Federal Qanunda xüsusi iqtisadi zonaların 4 növü əks 

olunsa da, Rusiyanın ərazisində xidmət zonaları da mövcuddur. 

 

Rusiyanın  xüsusi  iqtisadi  zonalarında  əmlak,  torpaq  və  nəqliyyat  vergiləri 



tutulmur.  Ölkənin  texniki-tətbiq  zonalarında  sərmayə  yatıran  investorlar  isə  mənfəət 

vergisindən  5  %  az  ödəmək  güzəştinə  malikdirlər.  Sığorta  xərcləri  də  ölkədə 

müəyyənləşdirilmiş səviyyədən 2 dəfə az ödənilir və əlavə dəyər vergisi (ƏDV) tətbiq 

olunmur.


1

 

 



Hazırda  Rusiyada  24  xüsusi  iqtisadi  zona  (4  sənaye-istehsalı  zonaları,  4 

texnologiyanı təşviq edən zona, 13 turizm-istirahət zonası, 3 liman zonası) var: 

1)

 

“Lipetsk” zonası - sənaye zonasıdır və Lipetsk vilayətində yerləşir



2)

 

“Alabuqa” zonası - sənaye zonasıdır və Tatarıstan Respublikasında yerləşir; 



3)

 

“Moqlino” zonası - sənaye zonasıdır və Pskovsk vilayətində yerləşir; 



4)

 

“Tolyatti” zonası - sənaye zonasıdır və Samara vilayətində yerləşir



5)

 

“Lyudinovo” zonası - sənaye zonasıdır və Kalujiski vilayətində yerləşir; 



6)

 

“Zelenoqrad” zonası - texnozonadır və Moskva şəhərində yerləşir



7)

 

“Dubna” zonası - texnozonadır və Moskva vilayətində yerləşir; 



8)

 

“Sankt-Peterburq” zonası - texnozonadır və Sankt-Peterburq şəhərində yerləşir; 



9)

 

“Tomsk” zonası - texnozonadır və Tomsk şəhərində yerləşir; 



10)

 

“Altay vadisi” zonası - turizm zonasıdır və Altay Respublikasında yerləşir; 



                                                           

1

 Əliyev Şəfa Tiflis oğlu - “Xüsusi iqtisadi zonalarda vergilərin mühüm aspektləri” Azərbaycanın vergi jurnalı 2/2014 



(səhifə 154) 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə