Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə11/19
tarix29.01.2018
ölçüsü0,52 Mb.
#22854
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

 

31 


 

11)


 

“Baykal  limanı”  zonası  -  turizm  zonasıdır  və  Buryatiya  Respublikasında 

yerləşir

12)


 

“Firuzə Xatın” zonası - turizm zonasıdır və Altay diyarında yerləşir; 

13)

 

“Baykal qapısı” zonası - turizm zonasıdır və İrkutsk vilayətində yerləşir; 



14)

 

“Ulyanovsk” zonası - liman zonasıdır və Ulyanovsk vilayətində yerləşir; 



15)

 

“Sovet limanı” zonası - liman zonasıdır və Xabarovsk diyarında yerləşir; 



16)

 

“Murmansk”  ”  zonası  -  liman  zonasıdır  və  Murmansk  şəhərində  yerləşir  (və 



sair). 

 

20-22  may  2014-cü  ildə  Moskvada  keçirilən  “Rusiya  dəniz  sənayesi”  adlı  IV 



Beynəlxalq  Forumda  Həştərxan  vilayətində  xüsusi  iqtisadi  zonalar  haqqında  proyekt 

təklif  olunub.  Ümumilikdə  Rusiyada  xüsusi  iqtisadi  zonaların  yaradılmasının  məqsədi 

yüksək  texnologiyalı  iqtisadiyyatı,  idxalı  əvəzləyən  sənayeni,  nəqliyyat  sistemini, 

turizm və sanatoriya-kurort sahələrini inkişaf etdirməkdən ibarətdir. 

 

 

 



Belarus 

 

Belarusda  xüsusi  iqtisadi  zonaların  yaradılması  və  inkişafı  1990-cı  illərdən 



başlayıb. Açıq iqtisadiyyatın və xarici ticarətin liberallaşdırılması prinsiplərinin həyata 

keçirilməsi  məqsədi  ilə  1996-cı  ildə  Belarusun  Prezidenti  “Belarus  Respublikasının 

ərazisində azad iqtisadi zonalar haqqında” Fərman imzaladı. 1997-ci ildə isə Hökumət 

tərəfindən  “Belarus  Respublikasının  ərazisində  xüsusi  iqtisadi  zonaların  təşkili 

Konsepsiyası”  nəşr  olundu.  Nəhayət  1998-ci  ildə  “Azad  iqtisadi  zonalar  haqqında” 

Belarus  Respublikasının  Qanunu  qəbul  olundu.  Ümumiyyətlə  Belarus  xüsusi  iqtisadi 

zonalarının yaradılması prosesi şərti olaraq 2 mərhələyə ayrılır: 

-

 



1-ci mərhələ (1996 - 2000-ci illəri əhatə edir); 

-

 



2-ci mərhələ (2000 - 2005-ci illəri əhatə edir). 

 

Belarusda hər bir inzibati ərazidə bir xüsusi iqtisadi zona yaradılıb. Burada xüsusi 



iqtisadi  zonalar  xarakterinə  və  həyata  keçirdiyi  funksiyalara  görə  iqtisadi  fəaliyyət 

baxımından  olduqca  mürəkkəbdir.  Hazırda  bu  ölkədə  mövcud  olan  6  xüsusi  iqtisadi 

zona mövcuddur: 



 

32 


 

1)

 



“Brest”; 

2)

 



“Qoml-raton”; 

3)

 



“Minsk”; 

4)

 



“Vitebsk”; 

5)

 



“Moqilev”; 

6)

 



“Qrodnoinvest”. 

 

Belarusda ilk xüsusi iqtisadi zona 1996-cı ildə yaradılan “Brest” adlı zonadır. 2 il 



sonra,  yəni  1998-ci  ildə  Qoml-raton  və  Minsk  zonaları  təşkil  olundu.  Sənaye 

məhsullarının  istehsalına  görə  əsas  yeri  Vitebsk  zonası  tutur.  Bu  zona  1999-cu  ildə 

yaradılıb.  2002-ci  ildə  isə  son  2  zona  Moqilev  və  Qrodnoinvest  təşkil  edildi.  Xüsusi 

iqtisadi zonaların məhz həmin ərazilərdə yaradılmasının 3 əsas səbəbi var: 

1.

 

Qeyd olunan yerlər istehsal fəaliyyətini həyata keçirmək üçün boş əraziyə, lazımi 



infrastruktura və mühəndis-kommunikasiyasına malik idilər. 

2.

 



Burada inkişaf etmiş avtomobil, dəmiryol və hava nəqliyyatı şəbəkəsi var. 

3.

 



Xüsusi iqtisadi zonaların sərhədlərdəki azad istehsal güclü obyektlərə və tikililərə 

təsirinin olmasıdır. 

 

Belarusda  xüsusi  iqtisadi  zonaların  yaradılmasının  əsas  məqsədi  xarici 



investorları  cəlb  etməkdən  ibarətdir,  o  şərtlə  ki,  daxildə  istehsal  ediləcək  məhsullar 

gələcəkdə  xaricə  ixrac  olunsun.  Bu  dövlətdəki  xüsusi  iqtisadi  zonalar  daha  çox 

metallurgiya, maşınqayırma, kimya və neft sənaye sahələrini əhatə edir. 

 

 



Özbəkistan 

 

Növbəti  MDB  ölkəsi  olan  Özbəkistanda  sənayenin  inkişafı,  yeni  iş  yerlərinin 



yaradılması,  ərazinin  inkişafı  ölkənin  iqtisadi  siyasətinin  məqsədlərinə  nail  olmağının 

yollarından  biridir.  Özbəkistanın  ayrı-ayrı  regionlarının  sosial-iqtisadi  inkişafı  üçün 

xüsusi iqtisadi zonaların yaradılması məqsədəmüvafiq idi.

1

 Özbəkistanda xüsusi iqtisadi 



zonaların  yaradılmasına  dair  ilk  cəhdlər  1990-cı  illərdə  olub.  25  aprel  1996-cı  ildə 

Özbəkistanda  “Azad  iqtisadi  zonalar  haqqında”  Qanun  qəbul  olundu.  Bununla  da  ilk 

                                                           

1

 «Создание  специальных  экономических  зон  в  Республике  Узбекистана»  аналитический  доклад  (Ташкент  2008) 



стр 1-2 


 

33 


 

addım  atılmış  oldu.  Bu  ölkədə  xüsusi  iqtisadi  zonaların  fəaliyyəti  zamanı  bir  neçə 

risklər yarandı. Həmin riskləri 3 qrupa ayırmaq olar: 

1.

 



Siyasi; 

2.

 



İqtisadi; 

3.

 



Sosial. 

 

Qeyd  olunan  risklərdən  başqa  Özbəkistanda  xüsusi  iqtisadi  zonaların  fəaliyyəti 



zamanı aşağıdakılar da təhlükə yarada bilər: 

-

 



Xüsusi  iqtisadi  zonada  yerləşən  malların  ölkənin  digər  regionlarına 

qaçaqmalçılığı ilə əlaqədar potensial təhlükə

-

 

Uyğun olmayan daşıma qiymətləri



-

 

Ekoloji risklər; 



-

 

Regional risklər; 



-

 

İnzibati risklər.



1

 

 



Özbəkistanda  2  dekabr  2008-ci  ildə  Navoi  vilayətində  eyni  adlı  azad  sənaye 

iqtisadi zonası yaradıldı. “Navoi” ölkədə ilk xüsusi iqtisadi zona hesab olunur. “Navoi” 

zonasının fəaliyyət müddəti mümkün olduğu qədər uzatmaq şərti ilə 30 ildir. Bu zona 

xarici investorlara bizneslərini irəlilətmək üçün geniş imkanlar təqdim edir. Ölkədə 2-ci 

zona  olan  “Anqren”  xüsusi  sənaye  zonası  13  parel  2012-ci  ildə  Daşkənd  vilayətində 

yaradıldı.  Bu  zonanın  fəaliyyət  müddəti  “Navoi”  zonasındakı  kimi  mümkün  olduğu 

qədər uzatmaq şərti ilə 30 ildir. Özbəkistanda növbəti zona 18 mart 2013-cü ildə Cizak 

və  Sırdarınski  vilayətlərində  təşkil  olundu.  “Cizak”  adlanan  bu  xüsusi  iqtisadi  zonada 

Özbəkistan və Çin birlikdə işləyir. 

 

 



Qazaxıstan 

Qazaxıstanda  xüsusi  iqtisadi  zonalar  müəyyən  müddət  üçün  yerli 

nümayəndəliklər  və  icra  hakimiyyəti  orqanlarının  təklifləri  əsasında  Qazaxıstan 

Respublikası Prezidentinin Fərmanı ilə yaradılır. Xüsusi iqtisadi zonalar xüsusi hüquqi 

rejimin tətbiq olunduğu ərazidir. Bu zonalar qlobal iqtisadi sistemdə ölkə iqtisadiyyatına 

                                                           

1

 «Создание  специальных  экономических  зон  в  Республике  Узбекистана»  аналитический  доклад  (Ташкент  2008) 



стр 28-31 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə