Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə12/19
tarix29.01.2018
ölçüsü0,52 Mb.
#22854
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

 

34 


 

girişi aktivləşdirmək üçün regionların surətli inkişafı, yeni texnologiyanın bir və ya daha 

çox  sektorlarının  inkişafı,  yüksək  ixrac  yönümlü  sənayenin  yaradılması,  yeni  növ 

məhsulların  buraxılışı,  investisiyaların  cəlb  edilməsi,  bazar  münasibətlərinin  hüquqi 

normalarının  hazırlanması,  nəzarət  və  idarəetmənin  müasir  metodlarının  tətbiqi, 

həmçinin  sosial  problemlərin  həlli  məqsədləri  üçün  yaradılır.  Qazaxıstanın  xüsusi 

iqtisadi  zonalarında  korporativ  gəlir  vergisi,  torpaq  və  əmlak  vergiləri  tutulmur.  Bu 

ölkədə  xüsusi  iqtisadi  zonaların  fəaliyyəti  21  iyul  2011-ci  ildə  qəbul  olunan  “Xüsusi 

iqtisadi  zonalar  haqqında”  Qazaxıstan  Respublikasının  Qanunu  ilə  (18  fevral  2013-cü 

ildəki  əlavələr  və  dəyişikliklərlə)  tənzimlənir.  Bu  qanun  aşağıdakı  məsələləri  geniş 

əhatə edir: 

-

 



Xüsusi iqtisadi zonaların yaradılması; 

-

 



Xüsusi iqtisadi zonaların fəaliyyəti; 

-

 



Xüsusi iqtisadi zonaların üzvlərinin statusu; 

-

 



Xüsusi iqtisadi zonaların ərazisindəki qaydalar və sair. 

 

Bu  Qanun  xüsusi  iqtisadi  zonaların  fəaliyyəti  ilə  əlaqədar  olan  bir  sıra  mühüm 



yenilikləri  özündə  cəmləşdirir.  Qanunda  qeyd  olunan  əsas  yeniliklərdən  biri  xüsusi 

iqtisadi zonaların yaradılmasına aiddir. Əgər xüsusi iqtisadi zonaların yaradılması təklifi 

Qanunun  qəbul  edilməsindən  əvvəl  olarsa,  yerli  və  ya  mərkəzi  icra  hakimiyyəti 

orqanları və sahibkar  birlikləri, həmçinin qanunvericiliyə  uyğun  olaraq xüsusi iqtisadi 

zonaların  yaradılmasında  maraqlı  olan  ayrı-ayrı  hüquqi  şəxslər  tərəfindən  həyata 

keçirilə bilər. Qanun xüsusi iqtisadi zonaların ərazisindəki fəaliyyəti 2 qrupa ayırır: 

1.

 

Prioritet; 



2.

 

Dəstək. 



 

Prioritet  fəaliyyət  xüsusi  iqtisadi  zonaların  yaradılması  məqsədlərinə  uyğundur. 

Dəstək  fəaliyyət  isə  xüsusi  iqtisadi  zonaların  iştirakçılarının  fəaliyyətini  təmin  etmək 

məqsədi  ilə  həyata  keçirilir.  Qanuna  əsasən  prioritet  fəaliyyəti  həyata  keçirmək  üçün 

ərizə verən şəxs pul vəsaitinə və əmlaka malik olmalıdır. Qanun həmçinin ifadə edir ki, 

ərizəçinin  fəaliyyəti  xüsusi  iqtisadi  zonanın  ərazisində  həyata  keçirilən  məqsədlərə 

uyğun olmalıdır. 



 

35 


 

Bunlardan  başqa  qeyd  etmək  lazımdır  ki,  Qazaxıstan,  Belarus  və  Rusiyanın 

Gömrük İttifaqı rejimi xüsusi iqtisadi zonaların ərazisində tətbiq edilmir. Xüsusi iqtisadi 

zonaların ərazisində azad gömrük zonasının xüsusi rejimi tətbiq edilir. Bu zonalara daxil 

olan  mallar  Gömrük  İttifaqından  kənarda  olan  gömrük  ərazisi  kimi  görülür.  Bundan 

başqa  Qanun  xüsusi  iqtisadi  zonalara  münasibətdə  xarici  işçi  qüvvəsini  cəlb  etmək 

prinsipini  dəyişib.  Məsələn:  yerli  icra  hakimiyyəti  orqanları  tərəfindən  xarici  işçi 

qüvvəsinə  icazə  verilməsi  daxili  əmək  bazarında  namizəd  axtarışı  olmadan 

sadələşdirilmiş qaydada edilir. Həmçinin Qanun xüsusi iqtisadi zonaların iştirakçılarına 

xidmətlərin göstərilməsi mexanizmində “bir pəncərə” prinsipini tətbiq edir. 

 

Qazaxıstanda fəaliyyət göstərən 9 xüsusi iqtisadi zona var: 



1)

 

“Astana yeni şəhər” (Astana şəhəri); 



2)

 

“Aktay” dəniz limanı (Aktay şəhəri); 



3)

 

İnformasiya texnologiyalar parkı (Almaata şəhəri); 



4)

 

“Ontustik” (Cənubi Qazaxıstan vilayəti); 



5)

 

“Burabay” (Şuçinski rayonu); 



6)

 

Milli neft-kimya sənaye texnoparkı (Atrausk vilayəti); 



7)

 

“Xorqos - şərq qapısı” (Almaata vilayəti); 



8)

 

“Pavlodar” (Pavlodar vilayəti); 



9)

 

“Sarıarka” (Karaqandinski vilayəti). 



 

 

Qırğızıstan 

 

Qırğızıstanda  xüsusi  iqtisadi  zonaların  yaradılmasında  əsas  məqsəd  cəlbedici 



investisiya  mühiti  yaratmaqdan  ibarətdir.  Qırğızıstandakı  xüsusi  iqtisadi  zonalar 

Qırğızıstan Respublikasının Maliyyə nazirinin 2005-ci il 15 fevral tarixli, 40-P nömrəli 

əmri  ilə  təsdiq  olunan  “Qırğızıstan  Respublikasının  əraizisinə  (ərazisindən)  malların 

daşınması və nəqliyyat vasitələrinin hərəkəti” Qaydaları ilə tənzimlənir. Bu Qaydalara 

müvafiq  olaraq  xüsusi  iqtisadi  zonalar  Qırğızıstan  Respublikasının  qanunvericiliyinə 

uyğun olaraq yaradılmış, onun ərazisində yerləşən, Qırğızıstanın gömrük ərazisinin bir 

hissəsidir, hansı ki, xüsusi vergi qoyma şərtləri həyata keçirilir. Həmin Qaydalara görə 



 

36 


 

Gömrük  Məcəlləsi  və  digər  normativ-hüquqi  aktlar  ilə  müəyyən  edilmiş  hallar  istisna 

olmaqla  xarici  ticarətin  dövlət  tənzimlənməsi  haqqında  qanunvericiliyə  uyğun  olaraq 

gömrük  rüsumlarının,  vergilərin  və  qeyri-tarif  tənzimlənmə  tədbirlərinin  həyata 

keçirilmə  məqsədləri  üçün  xüsusi  iqtisadi  zonaların  ərazisində  yerləşdirilən  mallar 

Qırğızıstanın  gömrük  ərazisindən  kənarda  olan  kimi  baxılır.  Qeyd  olunan  Qaydalara 

əsasən  xüsusi  iqtisadi  zonalar  azad  iqtisadi  zonalardan  və  azad  gömrük  zonalarından 

ibarətdir.  Qırğızıstanda  azad  iqtisadi  zonaların  fəaliyyəti  16  dekabr  1992-ci  ildə  qəbul 

olunan  “Qırğızıstan  Respublikasının  azad  iqtisadi  zonaları  haqqında”  Qanunu  ilə 

tənzimlənir.  Bu  Qanunun  1-ci  maddəsinə  görə  azad  iqtisadi  zonalar  Qırğızıstan 

Respublikasının  ayrı-ayrı  vilayətlərinin,  rayonlarının  və  şəhərlərin  ərazisində  xüsusi 

olaraq təcrid olunmuş sahələrdir. Azad iqtisadi zonaların məqsədləri: 

-

 

ayrı-ayrı  bölgələrin  və  bütövlükdə  respublikanın  iqtisadiyyatının  beynəlxalq 



əmək bölgüsündə səmərəli cəlb edilməsi; 

-

 



xarici kapitalın, texnalogiyanın və idarəetmə təcrübəsinin cəlb olunması üçün 

əlverişli şəraitin təmin edilməsi; 

-

 

dövlət  və  xüsusi  mülkiyyətə  əsaslanan  yerli  müəssisələrin  və  təşkilatların  pul 



vəsaitləri, xarici kapitalın inteqrasiyası əsasında ərazinin iqtisadi potensialının inkişafı; 

-

 



müasir sənaye və sosial infrastrukturun yaradılması; 

-

 



istehsal  və  sənaye  məqsədləri  üçün  məhsulların  və  malların  daxili  bazarın 

tələbatını ödəməsi; 

-

 

əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması. 



 

“Qırğızıstan  Respublikasının  azad  iqtisadi  zonaları  haqqında”  Qanuna  əsasən 

azad  iqtisadi  zonalarda  xarici  ticarət  və  iqtisadi  fəaliyyət  sahəsində  və  əmək 

münasibətlərinin  hüquqi  tənzimlənməsində  müvafiq  istisnalar  və  əlavələr  ilə  xüsusi 

hüquqi  rejimlər  tətbiq  olunur.  Həmin  Qanuna  müvafiq  olaraq  azad  iqtisadi  zonaların 

iştirakçıları onların qeydiyyat tarixlərindən asılı olmayaraq Qırğızıstan Respublikasının 

qanunvericiliyinə  uyğun  olaraq  gömrük  rüsumu  və  vergilər  ödənilmədən  azad  iqtisadi 

zoanların ərazisində aksizli malların idxalı, saxlanılması, istehsalı və satışı qadağandır. 

 

Qırğızıstanda 4 azad iqtisadi zona fəaliyyət göstərir: 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə