Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə15/19
tarix29.01.2018
ölçüsü0,52 Mb.
#22854
1   ...   11   12   13   14   15   16   17   18   19

 

43 


 

haqqında”  Qanun  qəbul  etdi.  Bu  Qanunda  qeyd  olunub  ki,  azad  iqtisadi  zonaların 

ərazisində  yerləşən  torpaq  sahələri  tezliklə  49  il  müddətinə  sahiblərinə  icarəyə 

veriləcək.  Qeyd  olunan  Qanuna  müvafiq  olaraq  azad  iqtisadi  zonalar  10  hektardan  da 

çox ərazidə yaradıla bilər. Həmin Qanunda həmçinin azad iqtisadi zonaların 2 növü öz 

əksini tapıb: 

1.

 

Ticarət zonaları; 



2.

 

Sənaye zonaları. 



 

Hələ  2005-ci  ildə  Gürcüstan  Prezidenti  öz  çıxışında  qeyd  etmişdir  ki,  Potidə 

mütləq azad iqtisadi zona yaradılmalıdır. Poti Gürcüstanda liman şəhəri olmaqla ölkənin 

qərbində, Samegrelo-Zemo Svaneti bölgəsində, Qara dənizin şərq sahilində yerləşir. Bu 

şəhərin əlverişli coğrafi mövqeyini nəzərə alaraq 2009-cu ildə Poti azad sənaye zonası 

yaradıldı. 

 

 

Ukrayna 

 

 

Ukraynada  isə  “Xüsusi  iqtisadi  zonaların  yaradılması  və  fəaliyyətinin  ümumi 



prinsipləri  haqqında”  Qanun  13  oktyabr  1992-ci  ildə  qəbul  olunub.  1994-cü  ildə 

Hökumət  tərəfindən  “Ukraynada  xüsusi  iqtisadi  zonaların  yaradılması  Konsepsiyası” 

nəşr  olunub.  “Xüsusi  iqtisadi  zonaların  yaradılması  və  fəaliyyətinin  ümumi  prinsipləri 

haqqında” Qanuna  əsasən xüsusi iqtisadi zona Ukrayna  ərazisinin bir hissəsidir, hansı 

ki,  iqtisadi  fəaliyyət  və  qanunvericilik  üçün  xüsusi  hüquqi  rejim  qurulur  və  fəaliyyət 

göstərir. Xüsusi iqtisadi zonalarda yerli və xarici hüquqi və fiziki şəxslər üçün gömrük, 

maliyyə, vergi və digər güzəştlər tətbiq olunur. Ümumiyyətlə Ukraynada xüsusi iqtisadi 

zonaların  fəaliyyəti  onların  yaradılmasının  əsasından  asılıdır.  Belə  ki  xüsusi  iqtisadi 

zonaları  yaratmaqda  başlıca  məqsəd  xarici  investorları  cəlb  etməkdir.  Xüsusi  iqtisadi 

zonalar sosial-iqtisadi və digər şərtlərlə xarakterizə olunan prioritet inkişaf ərazilərindən 

məhz əsas məqsədinə görə fərqlənir. Ukraynada xüsusi iqtisadi zonaların 6 növü var: 

1.

 



Xarici ticarət zonaları; 

2.

 



Sənaye kompleks zonaları; 

3.

 



Elmi-texniki zonalar; 


 

44 


 

4.

 



Turizm-istirahət zonaları; 

5.

 



Ofşor zonalar; 

6.

 



Sərhəd ticarət zonaları. 

 

Ukraynada  ilk  iqtisadi  zona  1996-cı  ildə  Şimali  Krımda  yaradılan  Sivaş  adlı 



eksperimental  iqtisadi  zona  oldu.  Ukraynadakı  xüsusi  iqtisadi  zonaların  əsas 

xüsusiyyətlərindən  biri  də  müddətli  olmasıdır.  İlk  zona  olan  Sivaş  zonasının  fəaliyyət 

müddəti 5 il idi. Ukraynadakı xüsusi iqtisadi zonalar aşağıdakılardır: 

1)

 



“Sivaş” (1996-cı ildə yaradılıb, fəaliyyət müddəti 5 ildir); 

2)

 



“Slavutiç” (1998-ci ildə yaradılıb, fəaliyyət müddəti 122 ildir); 

3)

 



“Azov” (1998-ci ildə yaradılıb, fəaliyyət müddəti 60 ildir); 

4)

 



“Donetsk” (1998-ci ildə yaradılıb, fəaliyyət müddəti 60 ildir); 

5)

 



“Zakarpartia” (1999-cu ildə yaradılıb, fəaliyyət müddəti 30 ildir); 

6)

 



“Yavoriv” (1999-cu ildə yaradılıb, fəaliyyət müddəti 121 ildir); 

7)

 



“İnterport” (2000-ci ildə yaradılıb, fəaliyyət müddəti 20 ildir); 

8)

 



“Kuratopolis” (2000-ci ildə yaradılıb, fəaliyyət müddəti 20 ildir); 

9)

 



“Mikolaiv” (2000-ci ildə yaradılıb, fəaliyyət müddəti 30 ildir); 

10)


 

“Port Krım” (2000-ci ildə yaradılıb, fəaliyyət müddəti 30 ildir); 

11)

 

“Port Franko” (2000-ci ildə yaradılıb, fəaliyyət müddəti 25 ildir); 



12)

 

“Reni” (2000-ci ildə yaradılıb, fəaliyyət müddəti 30 ildir). 



 

 

 



 

 

 



 

 

 




 

45 


 

Azərbaycanda xüsusi iqtisadi zonalar 

 

Azərbaycanda  xüsusi  iqtisadi  zonaların  təşkil  olunması  üçün  dünya  təcrübəsi 



dərindən  araşdırılaraq  ətraflı  öyrənilmişdir.  Ölkəmizdə  xüsusi  iqtisadi  zonaların 

yaradılması  və  tətbiqi  məsələləri  uzun  illərdir  ciddi  müzakirələrə  məruz  qalmışdır. 

Bununla  belə  xüsusi  iqtisadi  zonaların  müxtəlif  modifikasiyalarının  öyrənilməsi  və 

ölkənin  iqtisadi  sisteminə  daxil  edilməsi  məqsədi  ilə  dünya  təcrübəsinin  öyrənilməsi 

xüsusi əhəmiyyət kəsb edir. 

Azərbaycan  Respublikasının  Prezidenti  2007-ci  il  6  mart  tarixində  “Azərbaycan 

Respublikasında  xüsusi  iqtisadi  zonaların  yaradılması  haqqında”  538  nömrəli  Fərman 

imzaladı.  Fərmanın  preambulasında  qeyd  olunub  ki,  müasir  dövrdə  bir  sıra  ölkələrdə 

mövcud sosial-iqtisadi problemlərin həllinə, elmi-texniki nailiyyətlərdən daha geniş və 

səmərəli  istifadəyə  və  bu  ölkələrin  beynəlxalq  əmək  bölgüsündə  daha  fəal  iştirakına 

xüsusi  iqtisadi  zonalar  kimi  iqtisadi  fəaliyyətin  yeni  formasının  tətbiqi  vasitəsilə  nail 

olunur.  Beynəlxalq  təcrübə  göstərir  ki,  xüsusi  iqtisadi  zonalar  ayrı-ayrı  ərazilərin  və 

bütövlükdə  ölkələrin  iqtisadi  inkişafına  güclü  təsir  imkanına  malikdir.  Azərbaycan 

Respublikasında  son  illər  həyata  keçirilən  məqsədyönlü  tədbirlər  nəticəsində  bazar 

iqtisadiyyatının bərqərar olması, ölkənin davamlı sosial-iqtisadi inkişafı və beynəlxalq 

iqtisadi  münasibətlər  sisteminə  inteqrasiyası  üçün  münbit  şərait  yaranmışdır.  Hazırda 

Azərbaycan  Respublikası  sosial-iqtisadi  inkişafın  yeni  mərhələsindədir.  Bununla 

əlaqədar ölkədə qəbul edilmiş strateji proqramların və layihələrin həyata keçirilməsində, 

prioritet iqtisadi və sosial vəzifələrin həllində xüsusi iqtisadi zonalar mühüm rol oynaya 

bilər.  Eyni  zamanda  belə  zonaların  yaradılması  Azərbaycanın  əlverişli  coğrafi  və 

nəqliyyat  mövqeyinin  üstünlüklərindən  istifadə  etməklə  xarici  iqtisadi  əlaqələrin  daha 

da genişlənməsinə təkan verə bilər. 

Fərmanın  3.1-ci  bəndinə  əsasən  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti 

“Xüsusi  iqtisadi  zonalar  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  layihəsini 

hazırlayıb  Azərbaycan  Respublikasının  Prezidentinə  təqdim  etməli  idi.  2009-cu  il  14 

aprel tarixində “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanunu 

qəbul  edildi.  Bu  Qanun  Azərbaycan  Respublikasında  xüsusi  iqtisadi  zonaların 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə