Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə16/19
tarix29.01.2018
ölçüsü0,52 Mb.
#22854
1   ...   11   12   13   14   15   16   17   18   19

 

46 


 

yaradılması  və  idarə  edilməsi  ilə  bağlı  hüquqi  və  iqtisadi  münasibətləri  tənzimləyir, 

həmin  zonalarda  sahibkarlıq  fəaliyyətinin  təşkili  qaydalarını  müəyyənləşdirir. 

Azərbaycan  Respublikasının  Prezidenti  2009-cu  il  3  iyun  tarixində  “Xüsusi  iqtisadi 

zonalar  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  tətbiq  edilməsi  barədə”  101 

nömrəli  Fərman  imzaladı.  Azərbaycan  Respublikası  Nazirlər  Kabineti  2009-cu  il  16 

iyun  tarixində  ““Xüsusi  iqtisadi  zonalar  haqqında”  Azərbaycan  Respublikası 

Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 

iyun  tarixli,  101  nömrəli  Fərmanının  icrasını  təmin  etmək  haqqında”  138s  nömrəli 

Sərəncam qəbul etdi. 

“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci 

maddəsində əsas anlayışlar öz əksini tapıb. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən 

xüsusi  iqtisadi  zona  -  sahibkarlıq  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  xüsusi  hüquqi 

rejimin  tətbiq  edildiyi  Azərbaycan  Respublikası  ərazisinin  məhdud  hissəsidir.  Bu 

zonaların  ərazisində  xüsusi  hüquqi  rejim  tətbiq  edilir.  Bu  Qanunun  1-ci  maddəsində 

qeyd  olunan  əsas  anlayışlardan  biri  də  xüsusi  hüquqi  rejimdir.  Qanunun  1.0.2-ci 

maddəsinə  müvafiq  olaraq  xüsusi  hüquqi  rejim  sahibkarlıq  fəaliyyətinin  güzəştli 

şərtlərlə  həyata  keçirilməsi  üçün  xüsusi  iqtisadi  zona  ərazisində  onun  rezidentlərinə 

tətbiq  edilən  rejimdir.  “Xüsusi  iqtisadi  zonalar  haqqında”  Azərbaycan  Respublikasının 

Qanununun  1.0.4-cü  maddəsinə  görə  xüsusi  iqtisadi  zonanın  rezidentləri  Azərbaycan 

Respublikasının Qanunvericiliyinə müvafiq olaraq dövlət qeydiyyatına alınmış, xüsusi 

iqtisadi  zona  ərazisində  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olmaq  üçün  bu  Qanunla 

müəyyən  edilmiş  qaydada  xüsusi  iqtisadi  zonanın  qeydiyyat  şəhadətnaməsini  almış 

hüquqi  və  fiziki  şəxslərdir.  Qanunun  13-cü  maddəsində  xüsusi  iqtisadi  zonanın 

rezidentlərinin  fəaliyyəti,  14-cü  maddəsində  xüsusi  iqtisadi  zonanın  rezidentləri 

tərəfindən  sahibkarlıq  fəaliyyətinin  həyata  keçirilməsi,  20-ci  maddəsində  isə  xüsusi 

iqtisadi  zonanın  rezidentlərinə  dövlət  təminatları  öz  əksini  tapıb.  Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin 2009-cu il 18 dekabr tarixli, 193 nömrəli Qərarı ilə 

“Xüsusi  iqtisadi  zonanın  rezidentlərinin  qeydiyyatının  və  reyestrinin  aparılması 

Qaydası”, “Xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsinin forması” və “Hüquqi və 

fiziki şəxslərin xüsusi iqtisadi zonanın administrasiyasında qeydiyyatdan keçmək üçün 



 

47 


 

təqdim  etdikləri  ərizənin  nümunəvi  formasının  və  ərizəyə  əlavə  edilən  sənədlərin 

siyahısı” təsdiq edildi. “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının 

Qanununun 13.1-ci maddəsində diqqəti cəlb edən məsələlərdən biri odur ki, səhmləri və 

ya payları 100 % dövlətə məxsus olan hüquqi şəxslər xüsusi iqtisadi zonanın rezidenti 

kimi  qeydiyyatdan  keçə  bilməzlər.  Qanunun  14.2-ci  maddəsində  isə  qeyd  olunub  ki, 

xüsusi  iqtisadi  zonanın  rezidentləri  xüsusi  iqtisadi  zonadan  kənarda  yalnız  müstəqil 

balansa  malik  olan  filiallarını  və  nümayəndəliklərini  aça  bilərlər.  Həmin  filial  və 

nümayəndəliklərə  xüsusi  iqtisadi  zonanın  xüsusi  rejimi  tətbiq  edilmir.  Azərbaycan 

Respublikası Nazirlər Kabineti “Xüsusi iqtisadi zonanın  ərazisində ayrıca hüquqi şəxs 

yaratmadan  filiallar,  nümayəndəliklər  vasitəsilə  təsərrüfat  fəaliyyəti  ilə  məşğul  olan 

rezidentlərin  fəaliyyəti  barədə  balansın  tərtib  edilmə  Qaydası  və  forması”nın  təsdiq 

edilməsi haqqında 2010-cu il 25 yanvar tarixli, 16 nömrəli Qərar qəbul etdi. 

Azərbaycan  Respublikası  Prezidentinin  “Azərbaycan  Respublikasında  xüsusi 

iqtisadi  zonaların  yaradılması  haqqında”  Fərmanının  2-ci  hissəsinə  müvafiq  olaraq 

ölkədə  xüsusi  iqtisadi  zonaların  yaradılması  və  fəaliyyəti  ilə  əlaqədar  dövlət  siyasəti 

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən həyata keçirilir. 

“Xüsusi  iqtisadi  zonalar  haqqında”  Azərbaycan  Respublikasının  Qanununun  1.0.5-ci 

maddəsinə  əsasən  xüsusi  iqtisadi  zonanın  yaradılması  və  fəaliyyəti  sahəsində 

səlahiyyətli  orqan  (bundan  sonra  -  səlahiyyətli  orqan)  Azərbaycan  Respublikasında 

xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyəti ilə əlaqədar dövlət siyasətini həyata 

keçirən  müvafiq  icra  hakimiyyəti  orqanıdır.  Azərbaycan  Respublikası  Prezidentinin 

“Xüsusi  iqtisadi  zonalar  haqqında”  Azərbaycan  Respublikasının  Qanununun  tətbiq 

edilməsi barədə” Fərmanının 5.4-cü bəndinə görə həmin Qanunun 1.0.5-ci maddəsində 

nəzərdə  tutulmuş  “müvafiq  icra  hakimiyyəti  orqanı”nın  səlahiyyətlərini  Azərbaycan 

Respublikasının  İqtisadiyyat  və  Sənaye  Nazirliyi  həyata  keçirir.  Səlahiyyətli  orqanın 

funksiyaları Qanunun 10-cu maddəsində qeyd olunub. 

“Xüsusi  iqtisadi  zonalar  haqqında”  Azərbaycan  Respublikasının  Qanununun 

1.0.6-cı  maddəsinə  müvafiq  olaraq  xüsusi  iqtisadi  zonanın  administrasiyası  xüsusi 

iqtisadi  zonanın  fəaliyyət  müddətində  onun  ərazisində  yaradılan  səlahiyyətli  orqanın 

yerli 

qurumudur. 



Qanunun 

11-ci 


maddəsində 

xüsusi 


iqtisadi 

zonanın 



 

48 


 

administrasiyasının  funksiyaları  öz  əksini  tapıb.  Həmin  Qanunun  1.0.7-ci  maddəsinə 

əsasən  xüsusi  iqtisadi  zonanın  operatoru  (bundan  sonra  -  operator)  idarəetmə  sazişi 

çərçivəsində xüsusi iqtisadi zonanın idarə olunması və inkişaf etdirilməsinə cavabdehlik 

daşıyan,  bu  sahədə  böyük  təcrübəyə  malik  olan  şirkətdir.  Operatorun  hüquq  və 

vəzifələri  Qanunun  12-ci  maddəsində  sadalanıb.  Qeyd  olunan  Qanunun  1.0.8-ci 

maddəsinə  görə  idarəetmə  sazişi  xüsusi  iqtisadi  zonanın  idarə  olunması  və  inkişaf 

etdirilməsi üçün səlahiyyətli orqanla operator arasında imzalanan sazişdir. Qanunun 5-ci 

maddəsi  xüsusi  iqtisadi  zonanın  ərazisində  torpaq  sahələrinin  ayrılması  və  onlardan 

istifadə  adlanır.  Bu  maddəyə  müvafiq  olaraq  xüsusi  iqtisadi  zonanın  ərazisində  dövlət 

mülkiyətində  olan  torpaq  sahələri  üzərində  dövlət  idarəetməni  xüsusi  iqtisadi  zonanın 

fəaliyyəti  müddətində  xüsusi  iqtisadi  zonanın  administrasiyası  tərəfindən  həyata 

keçirilir.  Xüsusi  iqtisadi  zonada  dövlət  mülkiyyətində  olan  torpaq  sahəsinin  icarə 

müqaviləsi  xüsusi  iqtisadi  zonanın  administrasiyası  ilə  operator  arasında  və  ya 

operatorun  təklifi  əsasında  xüsusi  iqtisadi  zonanın  administrasiyası  ilə  onun  rezidenti 

arasında bağlanılır. Operator icarəyə götürülmüş torpaq sahəsini rezidentlərə subicarəyə 

verir.  İcarə  müqaviləsinin  nümunəvi  forması  səlahiyyətli  orqan  tərəfindən  müəyyən 

edilir. Xüsusi iqtisadi zonanın ərazisində torpaqlar xüsusi iqtisadi zonanın rezidentlərinə 

tərəflərin  razılığı  ilə  müəyyən  edilən  müddətə  icarəyə  verilir.  Xüsusi  iqtisadi  zonanın 

rezidentlərinə icarəyə verilmiş dövlət mülkiyyətində olan torpaq sahələrinin rezidentlər 

tərəfindən digər şəxslərə subicarəyə verilməsinə xüsusi iqtisadi zona rejiminin qüvvədə 

olduğu müddətdə yol verilmir. Qanunun 9-cu maddəsinə müvafiq olaraq xüsusi iqtisadi 

zonanın idarə olunması və inkişaf etdirilməsi xüsusi iqtisadi zonanın administrasiyası və 

müsabiqə yolu ilə seçilmiş operator tərəfindən həyata keçirilir. Müsabiqənin keçirilməsi 

qaydaları  Azərbaycan  Respublikasının  Prezidenti  (“Xüsusi  iqtisadi  zonalar  haqqında” 

Azərbaycan  Respublikasının  Qanununun  tətbiq  edilməsi  barədə”  Azərbaycan 

Respublikası  Prezidentinin  Fərmanının  5.1-ci  bəndi)  tərəfindən  müəyyən  edilir. 

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 20 aprel tarixli, 257 nömrəli Fərmanı 

ilə  “Xüsusi  iqtisadi  zonanın  operatorunun  seçilməsi  üzrə  müsabiqənin  keçirilməsi 

Qaydaları”  təsdiq  edildi.  Həmin  Qaydalarda  müsabiqənin  təşkilinin  məqsədi, 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə