Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə18/19
tarix29.01.2018
ölçüsü0,52 Mb.
#22854
1   ...   11   12   13   14   15   16   17   18   19

 

52 


 

3.

 



xüsusi  iqtisadi  zonada  istehsal  və  ya  emal  olunmuş  mallar  Azərbaycan 

Respublikasının gömrük  ərazisi  xaricinə  ixrac  edilərkən  gömrük  rüsumları  və  vergilər 

tutulmur; 

4.

 



Azərbaycan  Respublikasının gömrük  ərazisi xaricindən xüsusi  iqtisadi  zonaya 

idxal  olunmuş  mallar  Azərbaycan  Respublikasının  gömrük  ərazisinə  xüsusi  iqtisadi 

zonadan  idxal  edilərkən,  bu  Qanunun  17.2-ci  maddəsinə  müvafiq  olaraq  gömrük 

rüsumları  və  vergilər  Azərbaycan  Respublikasının  müvafiq  qanunvericiliyinə  uyğun 

olaraq tutulur; 

5.

 



xüsusi  iqtisadi  zonada  istehsal  və  ya  emal  olunmuş  mallar  təmir,  yekun-

tamamlama  işləri,  nümunələrin  sərgisi  və  digər  bu  kimi  məqsədlərlə  Azərbaycan 

Respublikasının  gömrük  ərazisinə  müvəqqəti  idxal  edilərkən  gömrük  rüsumları  və 

vergilər tutulmur; 

6.

 

Azərbaycan Respublikasında mallar xüsusi iqtisadi zonalar arasında idxal-ixrac 



edilərkən gömrük rüsumları və vergilər tutulmur. 

Qeyd  olunan  6  haldan  başqa  bütün  digər  hallarda  Azərbaycan  Respublikasının 

qüvvədə  olan  gömrük  qanunvericiliyi  tətbiq  edilir.  Xüsusi  iqtisadi  zonanın  ərazisində 

malların  (azqiymətli,  tezköhnələn,  təhlükəli  mallardan  başqa)  saxlanılma  müddəti 

məhdudlaşdırılmır.  Xüsusi  iqtisadi  zonaya  malların  qanunsuz  idxalı  və  ixracının 

qarşısını  almaq  məqsədilə  xüsusi  iqtisadi  zonanın  sərhədlərində  gömrük  orqanları 

tərəfindən gömrük nəzarəti, habelə xüsusi iqtisadi zonanın ərazisinə gətirilən və oradan 

aparılan mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi həyata keçirilir. Xüsusi 

iqtisdi  zonada  mallarla  əməliyyat  aparan  rezidentlər  gətirilən,  aparılan,  saxlanılan, 

hazırlanan, emal edilən, satın alınan və satılan malların uçotunu aparır və həmin mallar 

barədə  Azərbaycan  Respublikasının  gömrük  orqanlarına  Azərbaycan  Respublikasının 

gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanının  (“Xüsusi  iqtisadi  zonalar  haqqında” 

Azərbaycan  Respublikasının  Qanununun  tətbiq  edilməsi  barədə”  Azərbaycan 

Respublikası  Prezidentinin  Fərmanının  5.7-ci  bəndinə  əsasən  Azərbaycan 

Respublikasının  Dövlət  Gömrük  Komitəsi)  müəyyən  etdiyi  qaydada  hesabat  verir. 

Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  (“Xüsusi  iqtisadi  zonalar  haqqında” 

Azərbaycan  Respublikasının  Qanununun  tətbiq  edilməsi  barədə  Azərbaycan 



 

53 


 

Respublikası Prezidentinin Fərmanının 5.3-cü bəndi) tərəfindən xüsusi iqtisadi zonanın 

sərhədlərində  gömrük  nəzarətinin,  gömrük  məntəqələrinin  fəaliyyətinin,  malların 

gömrük  rəsmiləşdirilməsinin,  nəqliyyat  vasitələrinin  və  fiziki  şəxslərin  sərhəddən 

buraxılma  rejiminin  sadələşdirilmiş  qaydaları  müəyyən  edilir.  Malların  gömrük 

rəsmiləşdirilməsi  və  gömrük  anbarlarında  saxlanılması  üçün  gömrük  qanunvericiliyinə 

uyğun  olaraq  gömrük  yığımları  alınır.  Aksizli  mallar  xüsusi  iqtisadi  zonaya  idxal 

olunarkən  onlardan  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  bütün 

gömrük  ödənişləri  tutulur.  Xüsusi  iqtisadi  zonanın  ərazisində  xüsusi  razılıq  (lisenziya) 

əsasında  gömrük  brokerləri  və  sərbəst  anbarlar  fəaliyyət  göstərə  bilərlər.  Gömrük 

brokerlərinin və sərbəst anbarların lisenziyalaşdırılması qanunvericiliyə müvafiq olaraq 

həyata keçirilir. 

Azərbaycan  Respublikasının  Gömrük  Məcəlləsində  zonalara  dair  qeyd  olunan 

məsələlərdən  biri  də  sərbəst  zonalardır.  Gömrük  Məcəlləsinin  1.0.48-ci  maddəsinə 

əsasən  sərbəst  zona  gömrük  ərazisinin,  gətirilən  mallara  gömrük  rüsumlarının  və 

vergilərin,  habelə  ticarət  siyasəti  tədbirlərinin  tətbiq  olunmayan  hissəsidir.  Həmin 

Məcəllənin 3-cü maddəsinə müvafiq olaraq gömrük  ərazisində bu Məcəllədə  müəyyən 

edilmiş qaydada sərbəst zonalar yaradıla bilər. Gömrük ərazisinin hüdudları, həmçinin 

sərbəst zonaların perimetrləri gömrük sərhəddidir. Sərbəst zonaların perimetrləri istisna 

olmaqla, gömrük sərhədi Azərbaycan Respublikasının dövlət sərhədi ilə üst-üstə düşür. 

Gömrük Məcəlləsinin 31-ci fəsli (184 - 191-ci maddələr) sərbəst zonalar adlanır. Qeyd 

olunan  fəslə  görə  Azərbaycan  Respublikasının  Prezidenti  gömrük  ərazisində  sərbəst 

zona  yarada  və  ləğv  edə  bilər.  Hər  bir  zonanın  sahəsini,  onun  giriş  və  çıxış 

məntəqələrini  Azərbaycan  Respublikasının  Prezidenti  müəyyənləşdirir.  Sərbəst  zona 

qapalı  olmalıdır.  Onun  sahəsinin  perimetrləri,  giriş  və  çıxış  məntəqələri  gömrük 

orqanlarının nəzarəti altında olur. Sərbəst zonaya daxil olan və oranı tərk edən şəxslər, 

mallar və nəqliyyat vasitələri gömrük nəzarətindən keçməlidirlər. Sərbəst zonada tikinti 

işləri  gömrük  orqanlarının  icazəsi  ilə  aparılır.  Bu  zonalarda  kommersiya  və  digər 

fəaliyyət  növləri  gömrük  orqanlarına  müəyyən  edilmiş  formada,  əvvəlcədən  məlumat 

verilməklə, onların icazəsi ilə həyata keçirilir. 




 

54 


 

Azərbaycan  Respublikasının  gömrük  qanunvericiliyində  diqqəti  cəlb  edən 

məsələlərdən  biri  də  daxildə  emal  xüsusi  gömrük  prosedurudur.  Azərbaycan 

Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli, 4 nömrəli Qərarı ilə 

“Malların  daxildə  emal  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilməsi  Qaydaları” 

təsdiq  edildi.  Bu  Qaydaların  2.1.1-ci  yarımbəndinə  və  Azərbaycan  Respublikasının 

Gömrük Məcəlləsinin 1.0.3-cü maddəsinə əsasən daxildə emal - müəyyən malların emal 

əməliyyatları aparıldıqdan sonra ixrac edilməsi məqsədi ilə Azərbaycan Respublikasının 

gömrük ərazisinə gömrük rüsumları və vergilər alınmadan gətirilməsindən ibarət xüsusi 

gömrük prosedurudur. 

Xüsusi iqtisadi zonanın rejimlərindən digəri isə vergi rejimidir. “Xüsusi iqtisadi 

zonalar  haqqında”  Azərbaycan  Respublikasının  Qanununun  18-ci  maddəsinə  əsasən 

xüsusi  iqtisadi  zonanın  rezidentlərinə  qanunvericiliklə  nəzərdə  tutulmuş  güzəştli  vergi 

rejimi  tətbiq olunur. Xüsusi  iqtisadi  zonanın  ərazisində  sahibkarlıq  fəaliyyəti  göstərən, 

qeydiyyatdan keçmiş rezidentlər  malların təqdim edilməsindən, işlərin görülməsindən, 

xidmətlərin  göstərilməsindən  əldə  etdikləri  vəsaitin  məbləğindən  (ümumi  hasilatın 

həcmindən)  və  satışdan  kənar  gəlirlərindən  0,5  %  dərəcə  ilə  vergini  (sadələşdirilmiş 

vergini)  hesablayır,  rüb  qurtardıqdan  sonrakı  ayın  20-dən  gec  olmayaraq  ödənilməli 

olan  həmin  verginin  məbləği  haqqında  Azərbaycan  Respublikasının  Vergilər 

Nazirliyinin  (“Xüsusi  iqtisadi  zonalar  haqqında”  Azərbaycan  Respublikasının 

Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 

5.6-cı  bəndi)  müəyyən  etdiyi  formada  vergi  orqanlarına  bəyannamə  verir  və  həmin 

müddətdə  bu  vergini  dövlət  büdcəsinə  ödəyirlər.  Xüsusi  iqtisadi  zonanın  rezidentləri 

qeyd  olunan  vergi  və  fiziki  şəxslərin  muzdlu  işlə  əlaqədar  gəlirindən  vergi  istisna 

olmaqla,  vergi  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  digər  vergiləri  ödəməkdən 

azaddırlar.  Xüsusi  iqtisadi  zonanın  rezidentinə  vergi  rejimi  yalnız  həmin  zonada 

göstərdiyi  sahibkarlıq  fəaliyyətinə  tətbiq  edilir.  Xüsusi  iqtisadi  zonanın  rezidentinin 

Qanunun  14.5-ci  maddəsində  göstərilmiş  səbəbdən  qeydiyyatı  ləğv  edildikdə  onun 

əvvəlki  dövrlər  üzrə  vergi  öhdəlikləri  vergi  qanunvericiliyində  müəyyən  edilmiş 

qaydada  yenidən  hesablanır  və  ödənilir.  Xüsusi  iqtisadi  zonanın  ərazisində  vergi 

ödəyicilərinin  və  dövlət  vergi  orqanlarının,  habelə  vergi  münasibətlərinin  digər 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə