Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə13/19
tarix29.01.2018
ölçüsü0,52 Mb.
#22854
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

 

37 


 

1)

 



“Bişkek”  -  bu  azad  iqtisadi  zona  ölkənin  iqtisadi  və  siyasi  mərkəzi  olmaqla 

respublikanın  paytaxtında  yerləşir.  Baş  müdirliyi  “Manas”  beynəlxalq  hava  limanı 

yaxınlığında yerləşən “Ak-çiy” kəndindədir. 

2)

 



“Karakol”  -  bu  azad  iqtisadi  zona  Tyan-Şan  dağ  silsiləsinin  ətəyində,  dünyanın 

ikinci  ən  böyük  dağ  gölü  olan  İssık-Kul  gölünün  sahilində  yerləşir,  hansı  ki,  turizmin 

inkişafı üçün böyük imkanlar təmin edir. 

3)

 



“Maymak”  -  bu  azad  iqtisadi  zona  Qırğızıstan  və  Qazaxıstan  sərhəddində, 

beynəlxalq yol kəsişməsində yerləşir. 

4)

 

“Narın” - bu azad iqtisadi zona Çin sərhəddinin ərazisini əhatə edir və turizmin, 



dağ-mədən sənayesinin inkişafı üçün əhəmiyyətli potensiala malik olmaqla Qırğızıstan 

ərazisinin dörddə birini əhatə edir. 

 

 

Tacikistan 

 

Tacikistanda xüsusi iqtisadi zonaları formalaşdırmaq və inkişaf etdirmək məqsədi 



ilə 29 mart 2010-cu ildə ATƏT ilə memorandum imzalandı. Tacikistanda xüsusi iqtisadi 

zonaların yaradılmasının məqsədləri aşağıdakılardır: 

-

 

investisiyaların  cəlb  edilməsi  yolu  ilə  iqtisdi  potensialın  inkişafını 



stimullaşdırmaq; 

-

 



qabaqcıl idarəetmə və menecmentlik təcrübəsinin tətbiqi; 

-

 



beynəlxalq  əmək  bölgüsündə  regionun  iqtisadiyyatının  səmərəliliyini 

artırmaq; 

-

 

xarici ölkələrlə ticarət-iqtisadi əməkdaşlığın artırılması; 



-

 

xüsusi iqtisadi zonalara bitişik ərazilərdə şəhərsalmanın inkişafı; 



-

 

ixrac potensialının artırılması; 



-

 

bötüvlükdə  əhalinin  məşğulluğunu  təmin  etmək  üçün  müasir  infrasturkturun 



yaradılması.  

 

25 mart 2011-ci ildə “Azad iqtisadi zonalar haqqında” Tacikistan Respublikasının 



Qanunu  qəbul  olundu.  Bu  Qanunun  qəbul  olunmasında  əsas  məqsəd  dünya  iqtisadi 

birliyində  ölkə  iqtisadiyyatının  effektivliyinin,  böyük  kapitalın,  yeni  texnologiyanın 




 

38 


 

cəlb  olunmasının,  məşğulluğun  və  əhalinin  yaşayış  səviyyəsinin  artırılmasından 

ibarətdir.  Qeyd  olunan  Qanun  beynəlxalq  qaydalara  və  standartlara  uyğun,  beynəlxalq 

təşkilatların, xüsusilə də ABŞ-ın beynəlxalq inkişaf üzrə Agentliyinin (USAID) köməyi 

ilə  hazırlanmışdır.  Qanun  Tacikistan  Respublikasında  azad  iqtisadi  zonaların 

yaradılması, idarə edilməsi və ləğvinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən 

edir  və  azad  iqtisadi  zonalarda  biznes  və  investisiya  fəaliyyətində  öz  ərazilərində 

əlverişli  investisiya  mühitini  yaratmaq  məqsədi  ilə  xüsusi  hüquqi  rejimin  tətbiqi 

qaydasını  və  şərtlərini  tənzimləyir.  Qanunun  ümumi  müddəalar  adlanan  1-ci 

maddəsində  azad  iqtisadi  zonaların  anlayışı  öz  əksini  tapıb.  Qeyd  olunan  maddəyə 

müvafiq  olaraq  azad  iqtisadi  zona  dəqiq  müəyyən  edilmiş  sərhədləri  olan  Tacikistan 

Respublikasının ərazisinin ayrı (məhdud) hissəsidir, hansı ki, sahibkarlıq və investisiya 

fəaliyyətinin  həyata  keçirilməsi  üçün  güzəştli  iqtisadi  şərtlər  və  xüsusi  hüquqi  rejim 

yaradılır.  Qanunun  3-cü  maddəsinə  əsasən  Tacikistan  Respublikasında  azad  iqtisadi 

zonalar aşağıdakı məqsədlərlə yaradılır: 

-

 



respublikanın,  onun  ayrı-ayrı  regionlarının  və  ərazilərinin  iqtisadi  və  sosial 

potensialının inkişafı; 

-

 

iqtisadiyyatın  real  sektoruna  investisiyaların  cəlb  olunması  üçün  əlverişli 



şəraitin təmin edilməsi; 

-

 



mövcud iş yerlərinin qorunması və yeni iş yerlərinin yaradılması; 

-

 



müasir texnologiyanın cəlb edilməsi; 

-

 



müasir nəqliyyat, sənaye və sosial infrastrukturun yaradılması və inkişafı; 

-

 



idarəetmənin keyfiyyətinin artırılması, istehsalın səmərəliliyinin təmin edilməsi, 

həmçinin dünya bazarında rəqabətli malların istehsalının artırılması; 

-

 

idxalı  əvəzləməyə  yönəlmiş  istehsalın  ixrac  potensialının  və  inkişafının 



artırılması; 

-

 



daxili istehsal bazarında tələbatın ödənilməsi; 

-

 



xarici və regional əlaqələrin canlandırılması; 

-

 



yeni ərazilərin və şəhərsalmanın inkişafı; 

-

 



bərpa  olunan  və  bərpa  olunmayan  təbii  ehtiyyatların  qorunması  və  səmərəli 

istifadə edilməsi. 




 

39 


 

 

Qanunun  5-ci  maddəsində  qeyd  olunub  ki,  azad  iqtisadi  zonalar  fəaliyyətinin 



xarakterindən asılı olaraq aşağıdakı tipləri var: 

1.

 



Sənaye; 

2.

 



Ticarət və kommersiya; 

3.

 



Xidmət; 

4.

 



İnnovativ, elmi-tədqiqat, təqdimat. 

 

Bununla  yanaşı  Qanun  həmçinin  bir  neşə  funksiyalı  kompleks  azad  iqtisadi 



zonaların növlərinin birləşə bilməsini də təmin edir. Qanunun 6-cı maddəsinə görə azad 

iqtisadi  zonalar  xarakterindən  və  funksional  tipindən  asılı  olaraq  50  il  müddətinə 

yaradılır. Qanunun 9-cu maddəsinə əsasən azad iqtisadi zonaların yaradılması haqqında 

qərarı  Tacikistan  Respublikasının  Hökuməti  qəbul  edir.  Qeyd  olunanlardan  başqa 

Qanunda  vergi,  gömrük,  maliyyə,  bank,  sığorta,  viza  və  digər  güzəştlər  də  öz  əksini 

tapıb. 


 

Hazırda Tacikistanda 4 azad iqtisadi zona var: 

1)

 

“Suqd”; 



2)

 

“Pyanc”; 



3)

 

“Danqara”; 



4)

 

“İşkaşim”. 



 

Tacikistan  Respublikasının  Hökuməti  xüsusi  iqtisadi  zonaların  inkişafı  üçün 

müvafiq tədbirlər görür. Məsələn: Hökumət xüsusi iqtisadi zonalara dəstək vermək üçün 

öz  idarəçiliyi  altında  Koordinasiya  Şurasını  təşkil  etdi.  Bundan  başqa  qeyd  etmək 

lazımdır ki, Hökumət tərəfindən 2 oktyabr 2012-ci ildə “Azad iqtisadi zoanların inkişafı” 

Fondu yaradıldı. 

 

 

Moldova 

 

Moldovada  xüsusi  iqtisadi  zonalar  1990-cı  illərdə  yaradılmağa  başladı.  Azad 



zonalar respublika ərazisinin fərqli hissələridir, hansı ki, müəyyən iş fəaliyyətinin fərdi 

növlərində güzəştli şərtlər tətbiq edilir. Moldova azad zonalara dair Çinin təcrübəsindən 

istifadə edirdi. 25 may 1993-cü ildə “Azad sahibkarlıq zonaları” haqqında Qanun qəbul 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə