Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix29.01.2018
ölçüsü0,52 Mb.
#22854
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

 

25 


 

xarici  vətəndaşlar  xüsusi  iqtisadi  zonalarda  100  %-li  xarici  kapitalla  müəssisələr 

yaratmaq hüququna malikdirlər. Türkiyənin xüsusi iqtisadi zonalarında xarici və daxili 

investorların kapitalının hərəkəti və həcmi  barəsində  məhdudiyyətlər  yoxdur.  Bu  kimi 

zonalarda əldə edilən mənfəətin Türiyə də daxil olmaqla dünyanın hər hansı bir ölkəsinə 

köçürülməsinə icazə verilir.

1

 

 



Türkiyədə 21 azad zona var: 

1)

 



“Mersin” (1987); 

2)

 



“Antalya” (1987); 

3)

 



“Ege” (1990); 

4)

 



“İstanbul Atatürk” hava limanı (1990);  

5)

 



“Trabzon” 1992); 

6)

 



“İstanbul dəri və sənaye” (1995); 

7)

 



“Şərqi Anadolu” (1995); 

8)

 



“Mardin” (1995); 

9)

 



“MKB Beynəlxalq daşınan qiymətlər” (1997); 

10)


 

“İzmir dəri” (1998); 

11)

 

“Rize” (1998); 



12)

 

“Samsun” (1998); 



13)

 

“İstanbul-Trakya” (1998); 



14)

 

“Kayseri” (1998); 



15)

 

“Adana” (1998); 



16)

 

“Avropa” (1999); 



17)

 

“Qaziantep” (1999); 



18)

 

“Bursa” (2001); 



19)

 

“Kocaeli” (2001); 



20)

 

“Denizli” (2002); 



21)

 

“TÜBİTAK Marmara Araşdırma Mərkəzi” (2002). 



 

Azad zonalardakı bəzi üstünlüklər aşağıdakılar: 

                                                           

1

 Əliyev Şəfa Tiflis oğlu - “Xüsusi iqtisadi zonalarda vergilərin mühüm aspektləri” Azərbaycanın vergi jurnalı 2/2014 



(səhifə 153-154) 


 

26 


 

-

 



Firmalar təsisatlar vergisi və gəlir vergisindən azaddırlar. 

-

 



Zonaya daxil olan mallar üçün gömrük verigi və əlavə dəyər vergisi ödənməz. 

-

 



İstehsalın 85 %-ini və daha çoxunu ixrac edən firmalar işçilərin maaşlarından 

tutulan vergi və ödənişlərdən 100 % azaddırlar. 

-

 

Əldə edilən mənfəət heç bir icazəyə ehtiyac olmadan ölkə daxilinə və xaricinə 



transfer edilə bilər. 

-

 



Türkiyədən  azad  zonalara  edilən  satışlar  ixrac  sayıldığından  firmalar  ixrac 

qiymətinə əlavə dəyər vergisiz mal satın ala bilərlər. 

-

 

Hər cür infrastruktur xidmətləri (elektrik, qaz, su və sair) əlavə dəyər vergisiz 



firmalara təqdim olunur. 

-

 



İstifadə  olunmuş  avadanlıqların  azad  zonalara  daxil  olması  zamanı  istifadə 

müddətində hədd məsələsi yoxdur. 

-

 

Gömrük və müddət məhdudlaşdırılması olmadan mallar saxlanıla bilər. 



 

Türkiyədə azad zonalardan başqa bir də azad limanlar var. Azad liman bir ölkənin 

suverenlik  sərhədləri  içində  qalmaqla  birlikdə  idxal,  ixrac,  ticarət  və  nəqliyyat 

baxımından açıq limandır. Azad limanlar xüsusilə sənayeləşmiş Avropa ölkələrində rast 

gəlinən dar əhatəli azad ticarət zonalarıdır. Azad liman terminini bir ölkədə tamamilə və 

ya  bir  hissədə  etibarlı  olan  maliyyə  və  iqtisadi  qaydaların  tətbiq  olunmadığı  liman  və 

onun ətrafı üçün istifadə edirlər. 

 

12  aprel  2000-ci  ildə  Türkiyədə  “Təşkilatlandırılmış  sənaye  zonaları”  Qanunu 



(Organize  sanayi  bölgeleri  Kanunu)  qəbul  olundu.  Bu  Qanunun  məqsədi 

təşkilatlandırılmış  sənaye  zonalarının  quruluş,  istehsal  və  işlədilmə  əsaslarını 

tənzimləməkdir.  Həmin  Qanunun  2-ci  maddəsində  qeyd  olunub  ki,  təşkilatlandırılmış 

sənaye  zonaları  sənayenin  uyğun  görülən  sahələrində  inkişafı  təmin  etmək,  əyri 

sənayeləşmə 

və 


ekoloji 

problemlərin 

qarşısını 

almaq, 


urbanizasiyanı 

istiqamətləndirmək,  qaynaqlardan  rasional  istifadə  etmək,  məlumat  və  informasiya 

texnologiyalarından  faydalanmaq,  sənaye  növlərinin  müəyyən  bir  plan  daxilində 

yerləşdirilməsi  və  inkişaf  etdirilməsi  məqsədi  ilə  sərhədləri  təsdiq  edilmiş  ərazi 

hissələrinin abadlıq planlarındakı nisbətlər daxilində lazımlı inzibati, ictimai və texniki 

infrastruktur  sahələri  ilə  kiçik  istehsal  və  təmir,  ticarət,  təhsil  və  səhiyyə  sahələri, 




 

27 


 

texnoloji  inkişaf  etdirmə  bölgələri  ilə  təchiz  olunan,  planlı  bir  şəkildə  və  müəyyən 

sistemlər  daxilində  sənaye  üçün  təsis  edilməsi  ilə  yaradılan  və  bu  Qanunun 

müddəalarına  görə  işlədilən  mal  və  xidmət  istehsalı  zonalarıdır.  Qanunda  diqqəti  cəlb 

edən  əsas  məsələlərdən  biri  26-cı  maddədə  öz  əksini  tapıb.  Qeyd  olunan  maddəyə 

əsasən  bu  Qanundakı  üsullara  görə  təyin  olunan  yerlərdə  fiziki  və  hüquqi  şəxslər 

təşkilatlandırılmış  sənaye  zonalarını  yarada  bilər.  Ancaq  xüsusi  təşkilatlandırılmış 

sənaye zonaları yaradacaq olanlar isə ictimaiyyətləşə bilməzlər. 

 

 

İran 



 

İranın  iqtisadi  maraqlarına  1970-ci  illərdən  bəri  azad  ticarət  zonaları  və  xüsusi 

iqtisadi  zonalar  daxildir. Belə  ki  İranın  iqtisadi  siyatəsinin  vacib  istiqamətlərindən  biri 

də  azad  və  xüsusi  iqtisadi  zonaların  yaradılmasıdır.  2013-cü  ilin  iyun  ayına  kimi  olan 

məlumata  əsasən  İranda  7  azad  iqtisadi  zona  fəaliyyət  göstərir.  İrandakı  azad  iqtisadi 

zonalar bunlardır: 

1)

 

“Kiş”; 



2)

 

“Keşm”; 



3)

 

“Çabahar”; 



4)

 

“Bəndər-Ənzəli”; 



5)

 

“Aras”; 



6)

 

“Arvand”; 



7)

 

“Maku”. 



 

Azad  iqtisadi  zonaların  ərazisində  müəssisələrin  fəaliyyəti  aşağıdakı  müvafiq 

qanunlarla və qanunvericilik aktları ilə tənzimlənir:  

1.

 



“İranın azad iqtisadi zonalarının yaradılması və idarə olunması haqqında” Qanun; 

2.

 



“İranın azad iqtisadi zonalarında investisiya” Qaydaları; 

3.

 



“İranın azad iqtisadi zonalarında idxal və ixrac” Qaydaları; 

4.

 



“Azad iqtisadi zonaların ərazisində valyuta tənzimlənməsi” Qaydaları; 

5.

 



“Azad iqtisadi zonaların ərazisində biznes, əmlak və əqli mülkiyyət hüquqlarının 

qeydiyyatı haqqında” Qanun; 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə