Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə8/19
tarix29.01.2018
ölçüsü0,52 Mb.
#22854
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

 

22 


 

iqtisadi  zonaların  aqrar-sənaye  zonaları,  emal  sənaye  zonaları,  azad  limanlar,  turizm 

zonaları kimi növləri fəaliyyət göstərir. 

 

Digər  bir  Asiya  dövləti  olan  Cənubi  Koreyada  xüsusi  iqtisadi  zonalar  azad 



iqtisadi  zonalar  adlanır.  Bu  dövlətdə  ilk  zona  2003-cü  ildə  yaradılıb.  Hazırda  Cənubi 

Koreyada 8 azad iqtisadi zona var: 

1)

 

“İnçeon” (2003); 



2)

 

“Busan-Cinhey” (2004); 



3)

 

“Qvanqyanq” (2004); 



4)

 

“Seymanqum” (2008); 



5)

 

“Sarı dəniz” (2008); 



6)

 

“Deyqu-Gyeonbuk” (2008); 



7)

 

“Şərq sahili” (2013); 



8)

 

“Çungbak” (2013). 



 

Xüsusi iqtisadi zonaların çoxluq təşkil etdiyi Asiya ölkələrindən biri də Birləşmiş 

Ərəb  Əmirlikləridir  (BƏƏ).  Yeddi  əmirlikdən  ibarət  olan  BƏƏ  dünyanın  ən  zəngin 

ölkələrindən  biri  hesab  olunur.  BƏƏ-də  bir  şirkətin  qeydiyyatı  zamanı  xüsusi  iqtisadi 

zonanın  standart  nizamnamə  kapitalı  təqdim  olunur.  Qeydiyyat  yekunlaşdıqdan  sonra 

kapital geri qaytarılır. Qeydiyyatın növbəti mərhələsi lisenziyanın rəsmiləşdirilməsidir. 

Şirkətlər üçün 4 növ lisenziya növü mövcuddur: 

1.

 



Sənaye lisenziyası; 

2.

 



Məhdud biznes lisenziyası; 

3.

 



Xidmətlər göstərilməsi üçün lisenziya

4.

 



Azad ticarət lisenziyası. 

 

BƏƏ-də azad iqtisadi zonaların əsas üstünlükləri aşağıdakılardır: 



-

 

şirkətin  nizamnamə  kapitalının  100  %  xarici  mülkiyyət  olması  (BƏƏ-nin 



vətəndaşlarından birinin təsisçi olmasına ehtiyac yoxdur); 

-

 



100 % idxal və ixrac vergilərindən azad olma

-

 



kapitalın və gəlirin tam repatriasiyası, yəni geri qaytarılması; 

-

 



15 il ərzində heç bir koorporativ verginin olmaması; 

-

 



gəlir vergisindən azad olma (bir qayda olaraq 50 il müddətinə); 


 

23 


 

-

 



gömrük rüsumlarının olmaması; 

-

 



işə qəbul zamanı köməklik və əlavə dəstək xidmətləri. 

 

BƏƏ-də  30-dan  çox  azad  iqtisadi  zona  fəaliyyət  göstərir.  Nümunə  kimi 



aşağıdakıları qeyd etmək olar: 

1)

 



“Cəbəl-Əli” azad zonası (1985); 

2)

 



“Həmriyə” azad zonası (1995); 

3)

 



“Dubay hava limanı” azad zonası (1996); 

4)

 



“Dubay texnologiya və informasiya” azad zonası (2000); 

5)

 



“Ras-əl Şeyma” azad ticarət zonası (2000); 

6)

 



“Dubay sağlamlığın qorunması şəhəri” azad iqtisadi zonası (2002); 

7)

 



“Dubay sənaye şəhəri” iqtisadi zonası (2004); 

8)

 



“Dubay beynəlxalq maliyyə mərkəzi” azad iqtisadi zonası (2004); 

9)

 



“Dubay biotexnologiya və tədqiqat” parkı (2005) və sair. 

 

Yamaykada  isə  xüsusi  iqtisadi  zonalar  daha  çox  xarici  investisiyalar  cəlb  etmək 



məqsədi  ilə  yaradılmışdır.  Burada  ilk  xüsusi  iqtisadi  zona  1976-cı  ildə  Kingstonda 

yaradılıb.  İkinci  xüsusi  iqtisadi  zona  1988-ci  ildə  Monteqo  Beydə  təşkil  olunub. 

Yamaykada sonuncu xüsusi iqtisadi zona 2013-cü ildə Kayman adalarında yaradılıb. 

 

Dünya təcrübəsində xüsusi iqtisadi zonaların yaradılmasının uğursuz cəhdləri də 



olmuşdur. Ölkə iqtisadiyyatını daha da inkişaf etdirmək istəyən bir neçə dövlətdə xüsusi 

iqtisadi zonaların yaradılması uğursuzluqla nəticələnmişdir ki, həmin dövlətlərə nümunə 

kimi Şri-Lanka, Liberia, Seneqal, Qvatemalanı qeyd etmək olar.  

 

Xüsusi  iqtisadi  zonalara  dair  dünyanın  ilk  birliyi  WEPZA  (World  Export 



Processing Zones Association) hesab olunur. WEPZA dünyada xüsusi iqtisadi zonalara 

dair  aparıcı  təcrübəçilərin,  hökümət  rəsmilərinin,  məsləhətçilərin,  zonaların  inkişafı, 

təşviqi və təkmilləşdirilməsi ilə məşğul olan alimlərin birliyidir. Birlik 4 fevral 1978-ci 

ildə  yaradılmışdır.  1970-ci  illərdə  inkişaf  etməkdə  olan  ölkələrdə  ixrac-emalı  zonaları 

vasitəsi  ilə  ixrac  istehsalını  artırmaq  üçün  WEPZA  yaradılmışdır.  WEPZA  xüsusi 

iqtisadi  zonalar  haqqında  bilik  mübadiləsi  və  əməkdaşlıq  üçün  dünyanın  əsas 

platforması  oldu.  Birlik  Beynəlxalq  Ticarət  Mərkəzinin  ticarət  dəstəkləmə  təşkilatıdır. 

O, həmçinin Ticarət və İnkişaf üzrə Birləşmiş Millətlər Konfransı çərçivəsində bir neçə 




 

24 


 

təşkilatların,  o  cümlədən  QHT-lərin  (qeyri-hökümət  təşkilatlarının)  üzvüdür.  WEPZA  

Flaqstaf  (Flagstaff)  adlı  xüsusi  iqtisadi  zonalar  haqqında  jurnal  vasitəsi  ilə  müxtəlif 

zamanlarda  öz  səylərini  irəlilədirdi.  Bu  jurnal  WEPZA-nın  razılığı  ilə  öz  üzvləri  üçün 

1989-2005-ci illərdə nəşr olunub. Bundan başqa 1978-1985-ci illərdə WEPZA UNİDO 

üçün  zona  rəsmilərinə  görə  mühüm  təlim  proqramlarını  təmin  etdi.  WEPZA  yaradılan 

zaman  xüsusi  iqtisadi  zonalar  termininin  əvəzinə  birliyin  adından  da  göründüyü  kimi 

ixrac  emalı  zonaları  terminindən  istifadə  olunurdu.  Müəyyən  zaman  keçdikcə  xüsusi 

iqtisadi  zonalar  terminindən  istifadə  olunmağa  başlanıldı.  Amma  WEPZA-nın  adında 

heç bir dəyişiklik olunmadı. 

 

 

 



Azərbaycanın qonşu dövlətlərində və MDB ölkələrində xüsusi iqtisadi 

zonalar 

 

Türkiyə 

 

Türkiyədə  6  iyun  1985-ci  ildə  qəbul  ounan,  3218  nömrəli  “Azad  zonalar  ” 



Qanununda (Serbest bölgeler Kanunu) azad zonaların qurulması və idarə olunmasında 

əsas  məqsədlər,  ixracata  istiqamətli  sərmayə  və  istehsalı  təşviq  etmək,  birbaşa  xarici 

investisiyaların və texnologiyaların daxil olmasını surətləndirmək, müəssisələri ixracata 

istiqamətləndirmək, beynəlxalq ticarəti inkişaf etdirmək və sair bu kimi məsələlər qeyd 

olunub. Ümumi olaraq azad zonalar (serbest bölgeler) ölkədə etibarlı ticarət, maliyyə və 

iqtisadi  sahələrlə  bağlı  hüquqi  və  inzibati  qaydaların  tətbiq  olunmadığı  və  ya  qismən 

tətbiq olunduğu, sənaye və ticarət fəaliyyətləri üçün daha geniş subsidiyaların tanındığı 

və ölkənin digər hissələrindən ayrılan yerlər olaraq təşkil oluna bilər. 

 

1985-ci ildə qəbul edilmiş ölkə qanununa görə Türkiyədə xüsusi iqtisadi zonalar 



vergilərdən  azaddırlar  və  zonalarda  fəaliyyət  göstərən  sahibkarlar  gömrük,  həmçinin 

digər rüsumları ödəmirlər. Bundan əlavə, Türkiyənin xüsusi iqtisadi zonalarında istehsal 

olunmuş malların ölkənin başqa ərazilərində satışına icazə verilir və bu ölkədə yaşayan 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə