Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə4/19
tarix29.01.2018
ölçüsü0,52 Mb.
#22854
1   2   3   4   5   6   7   8   9   ...   19

 

10 


 

2.

 



Qanunvericilik bazasının mövcudluğu; 

3.

 



İnkişaf etmiş infrastruktur

4.

 



Əlverişli təbii-coğrafi mühit; 

5.

 



Əlverişli iqtisadi vəziyyət. 

Xüsusi iqtisadi zonaların təşkil olunması zamanı yaranan vacib məsələlərdən biri 

də onların yerləşdirilməsi ilə əlaqədardır. Bu zaman müəyyən tələblər irəli sürülür: 

1.

 



Xarici  və  daxili  bazarlara  çıxmağa  imkan  verən  əlverişli  nəqliyyat-coğrafi 

yerləşmə və inkişaf etmiş nəqliyyat şəbəkələrinin mövcudluğu; 

2.

 

İnkişaf etmiş istehsal potensialının, istehsal və sosial infrastruktur növlərinin 



mövcudluğu; 

3.

 



Qiymətli təbii ehtiyyat potensialı. 

Xüsusi  iqtisadi  zonalar  yaradılarkən  mütəxəssislər  adətən  aşağıdakı  suallara 

cavab tapmağa çalışırlar: 

1)

 



İnkişafa nail olmaq üçün konkret hansı işlər görülməlidir

2)

 



Fəaliyyətin sonu nə ilə nəticələnəcəkdir; 

3)

 



Öncə  hansı  layihələr  həyata  keçirilməlidir  və  bunun  üçün  hansı  maliyyə 

mənbələri cəlb edilməldir; 

4)

 

Taktiki və strateji addımlar nədən ibarət olmalıdır; 



5)

 

Zonanın inkişafı üçün tədbirlər necə təşkil olunmalıdır. 



Dünya  təcrübəsində  xüsusi  iqtisadi  zonaların  yaradılmasının  2  variantı  təklif 

edilir: 


1.

 

Yuxarıdan  aşağıya  -  bu  variantda  xüsusi  iqtisadi  zonaların  təşkili  mərkəzi 



hakimiyyət orqanlarının təşəbbüsü və dövlət proqramları çərçivəsində nəzərdə tutulur. 

2.

 



Aşağıdan yuxarıya - bu variantda isə xüsusi iqtisadi zonalar bazar prinsipləri 

əsasında öz-özünə təşkil edilir. 

 

Xüsusi iqtisadi zonaların səmərəliliyini və onların praktiki proseslərdə məhsuldar 



nəticələr verəcəyini şərtlərdirən amillərə aşağıdakılar daxildir: 

-

 



ölkədə  iqtisadi  inkişaf  surətinin  aşağı  olması  və  bu  sahədə  pozitiv  inkişaf 

dinamikasının vacibliyi; 




 

11 


 

-

 



milli 

iqtisadiyyatın 

innovasiyalaşdırılması 

üçün 


külli 

miqdarda 

investisiyaların zəruri olması və yüksək texnologiyalara ehtiyacın durmadan artması; 

-

 



ixrac potensialından istifadənin yüksəldilməsi zərurəti və ümumilikdə ixracın 

artım dinamikasının problemli olması, arzu olunan səviyədə olmaması və yaxud əsasən 

ixracın mineral resurslar hesabına olması; 

-

 



 investisiya  mühitinin  sahibkarlığın  stimullaşdırılması  baxımından  əlverişli 

olmaması  və  investorlar  üçün  daha  cəlbedici  iqtisadi-hüquqi  və  təsərrüfat  rejimlərinin 

formalaşdırılmasına zərurətin yaranması; 

-

 



ölkədə  sahibkarlığın  və  biznesin  inkişafına  əlavə  stimulların  verilməsinin 

vacibliyi, iqtisadi inkişaf proseslərinin sürətləndirilməsi üçün qeyri-ənənəvi, yəni daha 

mütərəqqi yeni iqtisadi mexanizmlərin milli iqtisadi sistemə daxil edilməsi zərurəti; 

-

 



infrastrukturun  inkişaf  etdirilməsi  və  bu  sahəyə  iri  həcmli  dövlət 

investisiyalarının yatırılması, onlardan səmərəli istifadəyə iqtisadi zəminin yaradılması, 

iqtisadi mexanizmlərin formalaşdırılmasının vacibliyi; 

-

 



istehsal  sahələrinin  genişləndirilməsi,  müasir  texnologiyaların  tətbiqinin 

sürətləndirilməsi,  elmi-texniki  inkişafa  dəstək  verilməsi,  texnoparkların  yaradılmasının 

zəruriliyi; 

-

 



əlverişli  güzəştlər  və  üstünlüklər  hesabına  xüsusi  iqtisadi  zonalar  vasitəsilə 

ixrac  təyinatlı  və  yüksək  standartlara  malik  məhsulların  istehsalının  və  xidmətlərin 

təşkilinin stimullaşdırılması və sair.

1

 



 

 

 



                                                           

1

 Əliyev Şəfa Tiflis oğlu  -  “Qloballaşma şəraitində  xüsusi iqtisadi zonalar institutunun səmərəliliyini şərtləndirən  mühüm 



amillər” Audit jurnalı 2014, № 1 (səhifə 48) 


 

12 


 

Xüsusi iqtisadi zonaların təsnifatı 

 

Xüsusi iqtisadi zonalar müxtəlif meyarlara görə müxtəlif cür təsnif olunur. Xüsusi 



iqtisadi zonaların təsnifat meyarları aşağıdakılardan ibarətdir: 

I.

 



İqtisadi fəaliyyət növünə görə; 

II.


 

Təşkilatlanma dərəcəsinə görə; 

III.

 

Milli iqtisadiyyatda inteqrasiyaya görə



IV.

 

Vətəndaşlıq prinsipinə görə; 



V.

 

Güzəşt sistemlərinə görə. 



İlkin  meyar  olan  iqtisadi  fəaliyyət  növünə  görə  xüsusi  iqtisadi  zonalar  5  qrupa 

ayrılır: 

1.

 

Ticarət  zonaları  -  milli  gömrük  ərazisindən  kənarda,  hansı  ki  daxildə  malların 



satışa hazırlanması həyata keçirilən sahələrdir. Bu zonaların 5 növü var: 

-

 



Azad limanlar; 

-

 



Azad şəhərlər; 

-

 



Azad ticarət zonaları; 

-

 



Azad gömrük zonaları; 

-

 



“Duty Free” (rüsumsuz) mağazalar. 

2.

 



Sənaye-istehsal zonaları  - milli gömrük  ərazisinin bir hissəsi daxilində müəyyən 

sənaye məhsullarının istehsalına əsaslanan sahələrdir. Bu zonaların 3 növü var: 

-

 

İxrac-istehsal zonaları; 



-

 

İdxal əvəzedici zonalar; 



-

 

İdxal-ixrac zonaları. 



3.

 

Texnologiyanı təşviq edən zonalar - milli gömrük  ərazisindən kənarda, hansı ki 



daxildə  elmi-tədqiqat  kimi  fəaliyyətlər həyata  keçirilən  sahələrdi.  Bu  zonaların 2 növü 

var: 


-

 

Texnoparklar; 



-

 

Texnopolislər. 



4.

 

Xidmət zonaları  - maliyyə və qeyri-maliyyə xidmətlərini təmin edən firma üçün 



güzəştli rejim olan sahələrdir. Bu zonaların 5 növü var: 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə