Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə14/19
tarix29.01.2018
ölçüsü0,52 Mb.
#22854
1   ...   11   12   13   14   15   16   17   18   19

 

40 


 

olundu. Qeyd olunan Qanunun müddəalarına görə azad sahibkarlıq zonaları ümumilikdə 

respublikanın  və  onun  ayrı-ayrı  ərazilərinin  sosial-iqtisadi  inkişafı  üçün  xarici 

sahibkarlar  ilə  birlikdə  həyata  keçirilən  iş  fəaliyyəti  əsasında  yaradılır.  Dövlətin  azad 

sahibkarlıq  zonalarını  təşkil  etməkdə  bir  sıra  məqsədləri  var  ki,  onlar  aşağıdakılardan 

ibarətdir: 

-

 

məşğulluğu təmin etmək; 



-

 

xarici investisiyaları cəlb etmək



-

 

müasir xarici avadanlıq və texnologiya cəlb etmək; 



-

 

istehlak mallarının və xidmətlərinin istehsalını genişləndirmək; 



-

 

idxalı əvəzləyən və ixrac istehsalını inkişaf etdirmək



-

 

maliyyə gəlirlərini artırmaq. 



 

Qanun azad zonalara vergi, gömrük, maliyyə, qeydiyyat, əmək və digər rejimləri 

verir.  Moldovadakı  zonaların  növləri  və  tipləri  olduqca  genişdir.  Bu  ölkədə  mövcud 

olan zonaların tipləri aşağıdakılardır: 

1.

 

İstehsal zonaları (ixrac yönümlü və idxalı əvəzləyən); 



2.

 

Texnoloji zonalar (texnoparklar və texnopolislər); 



3.

 

Xarici ticarət zonaları (tranzit, ticarət və anbar); 



4.

 

Sığorta zonaları; 



5.

 

Bank zonaları; 



6.

 

Turizm zonaları və sair. 



 

Moldovada fəaliyyət göstərən azad iqtisadi zonalar sistemi prinsipcə Ukraynanın 

sisteminə uyğundur. Hazırda Moldovada 2 azad liman və 7 azad iqtisadi zona var: 

1)

 



“Curculeşt” beynəlxalq limanı; 

2)

 



“Markuleşt” beynəlxalq hava limanı; 

3)

 



“Belçı”; 

4)

 



“Valkaneş”; 

5)

 



“Tvarditsa”; 

6)

 



“Tarakliya”; 

7)

 



“Otaç-Biznes”; 

8)

 



“Uinqen-Biznes”; 


 

41 


 

9)

 



“Ekspo-Biznes Kişinyov”. 

 

Qeyd  olunanlardan  ən  çox  fərqlənəni  “Belçı”  azad  iqtisadi  zonasıdır.  Bu  zona 



2010-cu  ildə  Moldova  Respublikası  Prezidentinin  Fərmanı  ilə  yaradılıb.  “Belçı”  azad 

iqtisadi  zonası  ölkənin  inkişafı  üçün  xarici  investisiyanın  cəlb  edilməsi,  həmçinin 

respublikanın ixrac potensialının artırılması məqsədi ilə yaradılmışdır. 

 

Moldovada  müəyyən  sahələrin,  bütövlükdə  ölkənin  sosial-iqtisadi  inkişafını 



sürətləndirmək üçün azad iqtisadi zonaların ərazisində aşağıdakılar tətbiq olunur: 

1.

 



Moldovanın tərəfdar olduğu beynəlxalq müqavilələr; 

2.

 



Moldova Respublikasının Qanunvericiliyi; 

3.

 



Hökumətin normativ aktları; 

4.

 



Azad iqtisadi zonaların administrasiyasının normativ aktları. 

 

 



Türkmənistan 

 

Son  illərdə  Türkmənistanda  xarici  iqtisadi  fəaliyyətin  inkişafında  əsas  prioritet 



xarici kapitalı cəlb etməkdir. Bu sahədə ən mühüm istiqamətlərdən biri xüsusi iqtisadi 

zonaların  yaradılması  hesab  edilir.  Türkmənistanda  xüsusi  iqtisadi  zonalar  aşağıdakı 

normativ aktlar əsasında tənzimlənir: 

1)

 



8 oktyabr 1993-cü ildə qəbul olunan “Azad iqtisadi zonalar haqqında” Qanun; 

2)

 



5 oktyabr 2005-ci ildə qəbul olunan Vergi Məcəlləsi; 

3)

 



18 mart 2008-ci ildə qəbul olunan “Xarici investisiyalar haqqında” Qanun; 

4)

 



25  iyun  2008-ci  ildə  qəbul  olunan  “Fəaliyyətin  müxtəlif  növlərinin 

lisenziyalaşdırılması haqqında” Qanun; 

5)

 

10 may 2010-cu ildə qəbul olunan “Turizm haqqında” Qanun. 



 

İlkin  olaraq  turizmin  inkişafı  baxımından  Xəzəryanı  bölgə  olan  Türkmənbaşı 

şəhərində  xüsusi  iqtisadi  zonaların  yaradılması  nəzərdə  tutulurdu.  2007-ci  ildə 

Türkmənistanın  Prezidenti  “Avaza”  zonasının  yaradılmasını  təklif  etdi.  Müəyyən 

müzakirələrdən  sonra  Prezident  “Avaza  milli  turizm  zonasının  yaradılması  haqqında” 

Qərar qəbul etdi. Hazırki dövrdə Türkmənistanın ərazisində faktiki olaraq “Avaza” adlı 

bir xüsusi iqtisadi zona fəaliyyət göstərir. “Avaza” milli turizm zonası Xəzər dənizinin 



 

42 


 

şərqində,  Türkmənbaşı  liman  şəhərinin  yaxınlığında  yerləşir.  Türkmənistan 

qanunvericiliyi  investorlar  üçün  onlar  milli  turizm  zonasının  subyektləri  kimi 

tanındıqdan  sonra  vergi,  gömrük  və  digər  güzəştlər  təmin  edir.  Qanunvericlikdə  qeyd 

olunan  güzəştlər  xarici  investisiyalar  cəlb  etmək  və  xarici  investorlar  üçün  ölkədə 

səmərəli fəaliyyəti təmin etmək üçün nəzərdə tutulmuşdur. Bundan əlavə Türkmənistan 

qanunvericiliyi milli turizm zonasının subyektləri üçün aşağıdakı güzəştləri və faydaları 

təmin edir: 

-

 

turizm  zonasında  işləmək  üçün  Türkəmistana  gələn  xarici  mütəxəssislərə  və 



işçilərə  surətli  olaraq  vizanın  və  tikintiyə  görə  icazənin  verilməsinin  (konsulluq  və 

qeydiyyat haqqı ödəmədən) müəyyən qaydası; 

-

 

Aşqabad və Türkmənbaşı şəhərlərində turizm zonalarına dincəlmək üçün gələn 



turistlərə vizanın rəsmiləşdirilməsinin sadələşdirilmiş proseduru. 

 

Subyektlər turizm zonasında aşağıdakılardan azad olunur: 



1.

 

Turizm  zonasında  tikinti  və  digər  əməliyyatlar  üçün  nəzərdə  tutulan 



Türkmənistana malların idxalı üzrə gömrük rüsumu və vergilərin ödənilməsindən; 

2.

 



Türkmənistanın  Dövlət  əmtəə  və  xammal  materialları  Birjasında  bütün 

imzalanmış müqavilələrin qeydiyyatı zamanı mübadilə haqlarını ödəmək vəzifəsindən; 

3.

 

Türkmənistan  qanunvericiliyində  müəyyən  edilmiş  büdcədənkənar  fondlar  ilə 



gəlirlərdən çıxılmalar. 

 

Milli turizm zonasının subyekti qismində həm fiziki şəxlər, həm də hüquqi şəxlər 



çıxış  edə  bilərlər.  Fiziki  şəxslər  milli  turizm  zonasının  subyekti  kimi  lisenziyanın 

verilməsi  və  onun  rəsmiləşdirilməsi  üçün  dövlər  rüsumunun  ödənilməsindən  azaddır. 

Hüquqi şəxslər milli turizm zonasının subyekti kimi lisenziya almadan turizm zonasının 

ərazisində  fəaliyyətlərini  həyata  keçirmək  hüququna  malikdirlər,  o  şərtlə  ki, 

qanunvericilikdə nəzərdə tutulmuş tələblərə və şərtlərə əməl olunsun. 

 

 



Gürcüstan 

 

Gürcüstanda hökumət investisyia cəlb etmək üçün ölkədə xüsusi iqtisadi zonalar 



yaratmaqda  maraqlıdır.  2007-ci  ildə  Gürcüstan  Parlamenti  “Azad  iqtisadi  zonalar 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə