Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə17/19
tarix29.01.2018
ölçüsü0,52 Mb.
#22854
1   ...   11   12   13   14   15   16   17   18   19

 

49 


 

müsabiqənin  təşkilatçısı,  müsabiqə  komissiyası  və  müsabiqəyə  dair  digər  məsələlər 

ətraflı şəkildə əks olunmuşdur. 

Məlumdur  ki,  ərazisində  xüsusi  iqtisadi  zona  yaradan  hər  bir  ölkənin  müəyyən 

məqsədləri  olur.  “Xüsusi  iqtisadi  zonalar  haqqında”  Azərbaycan  Respublikasının 

Qanununun  2-ci  maddəsinə  əsasən  xüsusi  iqtisadi  zonanın  yaradılmasının  məqsədi 

xüsusi  hüquqi  rejimin  və  müasir  texnologiyaların  tətbiqi  əsasında  rəqabətqabiliyyətli 

yeni  istehsal  və  xidmət  sahələrinin  təşkili  yolu  ilə  Azərbaycan  Respublikasında 

sahibkarlığın və bütövlükdə iqtisadiyyatın inkişafını sürətləndirməkdir. Həmin Qanunun 

4-cü  maddəsinə  müvafiq  olaraq  xüsusi  iqtisadi  zonada  Azərbaycan  Respublikasının 

qanunvericiliyi ilə qadağan edilməyən, yüksək rəqabətqabiliyyətli məhsulların istehsalı 

və  xidmətlərin  göstərilməsi  ilə  bağlı  sahibkarlıq  fəaliyyəti  həyata  keçirilir.  Xüsusi 

iqtisadi zonada sahibkarlıq fəaliyyətinin 3 növü qadağan edilir: 

1.

 



Qanunvericiliyə 

əsasən  mülki  dövriyyəsi  qadağan  edilmiş  və  ya 

məhdudlaşdırılmış  əşyaların  istehsalı,  saxlanılması  və  satışı,  yerin  təkindən  faydalı 

qazıntıların  çıxarılması,  habelə  qiymətli  metalların,  neftin,  neft  məhsullarının  və  təbii 

qazın hasilatı və emalı; 

2.

 



Teleradio yayımı fəaliyyəti; 

3.

 



Spirtli içkilərin və tütün məmulatlarının istehsalı. 

“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci 

maddəsinə  və  Azərbaycan  Respublikası  Prezidentinin  “Xüsusi  iqtisadi  zonalar 

haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Fərmanının 

5.1-ci  bəndinə  müvafiq  olaraq  xüsusi  iqtisadi  zonanın  yaradılması  haqqında  qərar 

Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən  qəbul  edilir. Qərarda  xüsusi  iqtisadi 

zonanın yaradılması ilə bağlı aşağıdakılar müəyyən edilir: 

-

 



məqsəd; 

-

 



təyinat; 

-

 



fəaliyyət müddəti; 

-

 



maliyyələşdirilmə mənbələri. 

Səlahiyyətli  orqanın  xüsusi  iqtisadi  zonanın  yaradılması  haqqında  təklifinə 

aşağıdakı sənədlər əlavə edilir: 



 

50 


 

-

 



xüsusi iqtisadi zonanın yaradılmasının iqtisadi əsaslandırılması; 

-

 



xüsusi iqtisadi zonanın müvafiq ərazisinin iqtisadi, sosial və ekoloji şəraitinin 

təhlili,  maddi  və  əmək  resursları,  kommunikasiyalar  və  digər  infrastrukturla  təminatı 

imkanları barədə məlumat; 

-

 



yaradılması təklif olunan xüsusi iqtisadi zonanın Əsasnaməsinin təklifi; 

-

 



xüsusi  iqtisadi  zonada  həyata  keçiriləcək  sahibkarlıq  fəaliyyətinin  növləri  və 

onların xüsusiyyətləri; 

-

 

xüsusi  iqtisadi  zonanın  ərazi  sərhədlərinin  dəqiq  təsviri  və  ərazi  planı, 



yaradılması  təklif  olunan  xüsusi  iqtisadi  zonada  yerləşən  torpaqların  tərkibi  haqqında 

məlumat, torpaq sahələrinin mülkiyyətçilərinin və torpaq istifadəçilərinin siyahısı; 

-

 

xüsusi iqtisadi zonanın yaradılması ilə əlaqədar tədbirlər planı. 



Qanunun 6-cı maddəsinə görə xüsusi iqtisadi zonanın ərazisi onun fəaliyyəti üçün 

zəruri  olan  infrastrukturun  (yol,  elektrik  enerjisi,  qaz,  su  təminatı  və  sair)  işçi 

qüvvəsinin 

və 


digər 

amillərin 

mövcudluğu,  ərazinin  inkişaf  perspektivi 

qiymətləndirilməklə  müəyyən  edilir.  Qanunun  7-ci  maddəsinə  əsasən  xüsusi  iqtisadi 

zonanın maliyyələşdirilməsi xüsusi iqtisadi zonanın fəaliyyətindən əldə edilən gəlirlər, 

habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir. 

Xüsusi iqtisadi zonaların fəaliyyətinə dövlət nəzarət edir. Dövlət nəzarəti “Xüsusi 

iqtisadi  zonalar  haqqında”  Azərbaycan  Respublikasının  Qanununun  16-cı  maddəsində 

öz  əksini  tapıb.  Qeyd  olunan  maddəyə  müvafiq  olaraq  xüsusi  iqtisadi  zonada  icra  və 

yerli  özünüidarəetmə  (bələdiyyə)  orqanları  öz  səlahiyyətlərini  xüsusi  iqtisadi  zona 

haqqında  qanunvericiliyin  tələbləri  nəzərə  almaqla  həyata  keçirirlər.  Xüsusi  iqtisadi 

zonanın  rezidentlərinin  maliyyə-təsərrüfat  fəaliyyətinin  yoxlanılması  Azərbaycan 

Respublikasının  Vergilər  Nazirliyi  (“Xüsusi  iqtisadi  zonalar  haqqında”  Azərbaycan 

Respublikasının  Qanununun  tətbiq  edilməsi  barədə”  Azərbaycan  Respublikası 

Prezidentinin  Fərmanının  5.6-cı  bəndi)  tərəfindən  qanunvericiliklə  müəyyən  edilmiş 

qaydada həyata keçirilir. Xüsusi iqtisadi zonada fəaliyyət göstərən kredit təşkilatlarının 

fəaliyyətinə  nəzarət  Azərbaycan  Respublikasının  bank  qanunvericiliyinə  uyğun  olaraq 

həyata keçirilir. 




 

51 


 

“Xüsusi  iqtisadi  zonalar  haqqında”  Azərbaycan  Respublikasının  Qanununda 

xüsusi iqtisadi zonanın 2 əsas rejimi qeyd olunub: 

1)

 



Gömrük rejimi (Qanunun 17-ci maddəsi); 

2)

 



Vergi rejimi (Qanunun 18-ci maddəsi). 

Xüsusi  iqtisadi  zonanın  rejimlərindən  biri  gömrük  rejimidir.  Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli, 199  nömrəli Qərarı ilə 

“Xüsusi  iqtisadi  zonanın  sərhədlərində  gömrük  nəzarətinin,  gömrük  məntəqələrinin 

fəaliyyətinin,  malların  gömrük  rəsmiləşdirilməsinin,  nəqliyyat  vasitələrinin  və  fiziki 

şəxslərin  sərhəddən  buraxılma  rejiminin  sadələşdirilmiş  Qaydaları”  təsdiq  edildi. 

Hazırda  qüvvədə  olan  Azərbaycan  Respublikasının  Gömrük  Məcəlləsinin  3-cü  və 

“Xüsusi  iqtisadi  zonalar  haqqında”  Azərbaycan  Respublikasının  Qanununun  1.0.3-cü 

maddələrinə  müvafiq  olaraq  Azərbaycan  Respublikasının  ərazisi  vahid  gömrük 

ərazisidir.  Gömrük  ərazisi  Azərbaycan  Respublikasının  quru  ərazisindən,  daxili 

sulardan,  Xəzər  dənizinin  (gölünün)  Azərbaycan  Respublikasına  mənsub  olan 

bölməsindən  (o  cümlədən  orada    yerləşən  adalar,  süni  adalar,  qurğular  və  tikililər)  və 

onların  üzərindəki  hava  məkanından  ibarət  olan  ərazidir.  “Xüsusi  iqtisadi  zonalar 

haqqında”  Azərbaycan  Respublikasının  Qanununun  17-ci  maddəsinə  əsasən  xüsusi 

iqtisadi  zonanın  rezidentlərinə  qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydada  güzəştli 

gömrük rejimi tətbiq olunur. Xüsusi iqtisadi zonada istehsal və ya emal olunmuş malları 

Azərbaycan  Respublikasının  qalan  ərazisinə  ixrac  edən  xüsusi  iqtisadi  zonanın 

rezidentlərinə  güzəştli  gömrük  rejimi  tətbiq  edilmir.  Güzəştli  gömrük  rejimi  zamanı 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  idxalı  və  ixracı  qadağan  edilməmiş 

bütün  malların  xüsusi  iqtisadi  zonaya  aşağıdakı  daxil  olma  və  çıxma  qaydaları  tətbiq 

olunur: 

1.

 



mallar  (aksizli  mallardan  başqa)  Azərbaycan  Respublikasının  gömrük  ərazisi 

xaricindən  xüsusi  iqtisadi  zonaya  idxal  edilərkən  idxal  rüsumu  və  əlavə  dəyər  vergisi 

tutulmur

2.

 



Azərbaycan  Respublikasının gömrük  ərazisi xaricindən xüsusi  iqtisadi  zonaya 

idxal  olunmuş  mallar  xüsusi  iqtisadi  zonadan  Azərbaycan  Respublikasının  gömrük 

ərazisi xaricinə ixrac olunarkən gömrük rüsumları və vergilər tutulmur; 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə