Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə5/19
tarix29.01.2018
ölçüsü0,52 Mb.
#22854
1   2   3   4   5   6   7   8   9   ...   19

 

13 


 

-

 



Azad bank xidmətləri zonaları; 

-

 



Azad maliyyə xidmətləri zonaları; 

-

 



Azad sığorta xidmətləri zonaları; 

-

 



Azad turizm-istirahət zonaları; 

-

 



Ofşor zonalar. 

5.

 



Kompleks  zonalar  -  ayrı  bir  inzibati  rayonun  ərazisində  təsərrüfat  fəaliyyətini 

güzəştli rejimlə təmin edən sahələrdir. Bu zonaların 3 növü var: 

-

 

Azad sahibkarlıq zonaları; 



-

 

Azad iqtisadi zonalar; 



-

 

Xüsusi rejimli zonalar. 



İkinci  meyar  olan  təşkilatlanma  dərəcəsinə  görə  xüsusi  iqtisadi  zonalar  3  qrupa 

bölünür: 

1.

 

Coğrafi zonalar - müəyyən bir sahədə adətən yaxşı inkişaf etmiş infrastruktur və 



güzəştlərlə təmin olunur. Bu zonaların 2 növü var: 

-

 



Anklav  zonalar.  Bu  zonalarda  liberal  siyasət  ölkənin  yalnız  bir  regionunda 

olur, hansı ki bu da onun digər reigonlarla əlaqəsini azaldır. 

-

 

Açıq zonalar. Bu zonalarda gömrük nəzarəti mövcuddur, lakin heç bir xüsusi 



məhdudiyyət yoxdur, hansı ki bu da onu digər regionlarla əlaqəli edir. 

2.

 



Funksional  zonalar  -  güzəştlər  müəyyən  bir  fəaliyyət  altında  verilir.  Burada 

yerləşdirmə  ölkənin  istənilən  hissəsində  ola  bilər. Bu  zonalarda  əsas  məqsəd daha  çox 

ixrac yönümlü şirkətlər cəlb etməkdən ibarətdir. 

3.

 



Coğrafi-funksional  zonalar  -  adından  da  göründüyü  kimi  bu  zonalar  digər  iki 

zonanın (sahəvi zonaların və funksional zonaların) qarışığından ibarət olur. 

Üçüncü meyar olan milli iqtisadiyyatda inteqrasiyaya görə xüsusi iqtisadi zonalar 

2 qrupa ayrılır: 

1.

 

Ölkə  iqtisadiyyatına  inteqrasiya  zonaları  -  əsas  məqsəd  zonanın  xaricində  milli 



iqtisadiyyatın  sektorları  ilə  əlaqələrin  inkişaf  etdirilməsi,  ixrac  istehsalı  probleminin 

həllində  kömək  göstərməsi,  istehsalın  texnoloji  səviyyənin  artırılması,  məhsul 

keyfiyyətinin yaxşılaşdırılması, daxili ehtiyacların ödənilməsindən ibarətdir. 



 

14 


 

2.

 



İxrac yönümlü zonalar - ölkə iqtisadiyyatının ixrac yönümlü istehsalına əsaslanır 

və daxili iqtisadiyyatla əlaqəsi aşağıdır. 

Dördüncü  meyar  olan  vətəndaşlıq  prinsipinə  görə  xüsusi  iqtisadi  zonalar  2  qrupa 

ayrılır: 

1.

 

Milli zonalar - bir dövlətin əhatəsində olan sahələrdir. 



2.

 

Transsərhəd zonalar - iki və daha çox dövlətin əhatəsində olan sahələrdir. 



Beşinci  meyar  olan  güzəşt  sistemlərinə  görə  xüsusi  iqtisadi  zonalar  5  qrupa 

bölünür: 

1.

 

Vergi  güzəştli  zonalar  -  bu  zonalarda  sahibkarlar  tam  və  ya  qismən  vergi 



ödməkdən azaddırlar. 

2.

 



Gömrük (idxal) güzəştli zonalar - burada istifadə edilən mallar tam və ya qismən 

gömrük rüsumundan azaddırlar. 

3.

 

Gömrük (ixrac) güzəştli zonalar - daxildə istehsal olunan məhsullar ixrac zamanı 



tam və ya qismən gömrük rüsumundan azaddırlar. 

4.

 



Maliyyə  güzəştli  zonalar  -  buraya  investisiya  subsidiyaları,  dövlətin  güzəştli 

kreditləri, kommunal xərclərin və mövcud sahənin icarə haqqının azaldılması daxildir. 

5.

 

İnzibati  güzəştli  zonalar  -  bu  zonalarda  xarici  vətəndaşların  ölkəyə  gəlişi  və 



gedişinin,  tədbirlərin  qeydiyyatının,  xarici  vətəndaşların  xaricdən  gəlirlərinin  əldə 

olunmasının sadələşdirilmiş qaydaları mövcuddur.  

 

 

 



 

 

 



 

 

 




 

15 


 

Dünyadakı xüsusi iqtisadi zonaların ümumi vəziyyəti 

 

Dünyada xüsusi iqtisadi zonalar 

 

Tarixən xüsusi iqtisadi zonaların ilk forması azad limanlar (portlar) olmuşdur. Bu 



ərazilər  kimi  ilk  növbədə  iri  dəniz  portu  və  ona  yaxın  ərazilər  istifadə  edilirdi.  Azad 

limanlara xarici malların rüsumsuz gətirilməsinə və çıxarılmasına icazə verilirdi. Azad 

liman statusuna müxtəlif dövrlərdə müxtəlif dövlətlərin liman şəhərləri malik olmuşlar. 

Məsələn:  İtaliyada  1547-ci  ildə  Livorno,  1595-ci  ildə  Genuya,  1661-ci  ildə  Venesiya, 

Fransada  1669-cu  ildə  Marsel,  Rusiyada  1817-ci  ildə  Odessa  və  sair.  Hazırda  azad 

liman statusuna sahib olan Rumıniyanın Sulina şəhərini misal gətirmək olar. 

Gömrük prosedurlarının sadələşdirilməsi üçün 18 may 1973-cü ildə qəbul olunan 

Kioto Konvensiyasında göstərilib ki, azad zona (franko zona) dedikdə, ölkə ərazisinin 

hər  hansı  bir  hissəsi  başa  düşülür  ki,  burada  məhsullara  milli  gömrük  ərazisindən 

kənarda  olan  bir  obyekt  kimi  baxılır  və  buna  görə  də  onlar  gömrük  nəzarətindən 

keçirilmirlər  və  vergiyə  cəlb  edilmirlər.  Başqa  sözlə  desək  azad  zona  xüsusi  rejim 

altında  fəaliyyət  göstərən  ölkə  ərazisinin  bir  hissəsidir.  Bu  zonalarda  təsərrüfat 

subyektləri  xüsusi  rejim  altında  fəaliyyət  göstərirlər.  Bu  fəaliyyətin  tənzimlənməsi 

gömrük 


tənzimlənməsini, 

vergiyə 


cəlbetməni, 

lisenziyalaşdırmanı, 

viza 

rəsmiləşdirilməsini  və  digər  məsələləri  əhatə  edir.  Kioto  Konvensiyasında  azad 



zonaların 2 ümumi tipi qeyd olunub: 

1.

 



Azad  ticarət  zonaları  -  malların  yalnız  sonrakı  satışı  üçün  idxal  edildiyi  və  bu 

malların yenidən emalı və istehsalda istifadəsinin qadağan olunduğu zonalardır; 

2.

 

Azad  sənaye  zonaları  -  burada  idxalına  icazə  verilən  mallar  icazə  verilmiş 



yenidən emal proseslərinə məzur qala bilərlər. 

Xüsusi  iqtisadi  zonaların  fəaliyyəti  ilə  bağlı  beynəlxalq  təcrübə  göstərir  ki, 

müxtəlif  inkişaf  səviyyələrinə  malik  olan  dövlətlərdə  azad  iqtisadi  zonaların  müxtəlif 

formaları  tətbiq  edilir.  İnkişaf  etmiş  iqtisadiyyata  malik  olan  dövlətlərdə  (məsələn: 

Qərbi-Avropa  dövlətləri,  ABŞ,  Yaponiya)  üçün  azad  ticarət  zonaları,  azad  hava 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə