Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə12/19
tarix08.08.2018
ölçüsü1,79 Mb.
#61988
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

KP  MK-nın  kənd  təsərrüfatı  istehsalına  rəhbərlik  üzrə 

bürosunun  1963-cü  il  fevralın  25-də  keçirilmiş  iclasmda 

bəyənilmiş  və  1963-cü  ildən  tətbiq  olunması  kolxozlara 

tövsiyə edilmişdir).

Müəllifın  bu  problemə  həsr  etmiş  olduğu  "Kolxozlarda 

təsərrüfat  hesabmm  tətbiq  edilməsi  və  maddi  maraq 

prinsipinin  bəzi  məsələləri"  adlı  digər  kitabında  isə  prob- 

lemin  elmi  tərəfləri  ətraflı  açıqlanmışdır.  A.K.Ələsgərovun 

60-70-ci  illərdə  diqqətini  cəlb  edən  məsələlərdən  biri  də 

respublikamızda 

pambıqçılığın 

iqtisadi 

səmərəliliyinin 

yüksəldilməsi  idi.  Belə  ki,  "Azərbaycan  SSR-də  pambığın 

tədarük  qiymətinin  yaxşılaşdınlması  məsələləri"  adlı  elmi 

əsaslandmlmış  tövsiyə  1962-ci  ildə  Azərbaycan  KP  MK  və 

Nazirlər  Sovetinə  təqdim  edilmişdir.  Həmin  il  Daşkənd 

şəhərində  pambığın  dövlət  tədarükü  qiymətlərinə  həsr 

edilmiş  Ümumittifaq  müşavirəsində  bu  məsələ  müəllif 

tərəfmdən  yenidən  əsaslandınlmış  və  SSRİ  hökuməti 

tərəfındən  nəzərə  alınmışdır.  1963-cü  ildə  ilk  dəfə  respub- 

likada  nəşr  edilmiş  "Azərbaycan  SSR-in  pambıqçılıq 

təsərrüfatlarmda  əmək  məhsuldarlığı  və  onun  yüksəldilməsi 

yolları"na  həsr  edilmiş  kollektiv  monoqrafıyada  "Canlı  və 

əşyalaşmış  əməyə  qənaət  və  əmək  məhsuldarlığı"  adlı 

mürəkkəb  fəsildə  istehsal  xərclərinin  formalaşmasının 

anatomiyasını  tədqiq  edərək,  ayn-ayrı  maddələr  üzrə  zəruri 

proporsiyaları  göstərməklə  onların  səmərəli  aşağı  salınması 

yolları  və  bu  prosesin  əmək  məhsuldarlığınm  yüksəldil- 

məsinə təsiri səviyyəsinin mexanizmi verilmişdir.

1965-ci  ildə  Azərbaycanda  A.Ə.Ələsgərovun  iştirakı  ilə 

ilk  dəfə  müəlliflər  kollektivi  tərəfmdən  "Kolxoz  və  sovxoz

46

iqtisadçısının  məlumat  kitabı"nm  nəşr  edilməsi  mühüm 



əhəmiyyət kəsb etmişdir.

İqtisadi  biliyin  və  qabaqcıl  təcrübənin  yayılması  üçün 

A.K.Ələsgərov  Azərbaycanm  görkəmli  iqtisadçı  alimləri  ilə 

birlikdə  bir  sıra  mühüm  əhəmiyyətə  malik  əsərlər  hazırlayıb 

nəşr  etdirmişdir.  Bunlann  arasmda  "İqtisadi  bilik  sosialist 

təsərrüfatçılığmda mühüm vasitədir",  "Qabaqcıl  təcrübə bol və 

ucuz məhsulun mənbəyidir" və başqalannı göstərmək olar.

"Azərbaycan 

SSR 

iqtisadiyyatmm 



çiçəklənməsi" 

monoqrafıyasında  kənd  təsərrüfatı  bölməsini  işləyərək, 

müəllif  ən  vacib  sahədə  baş  vermiş  müsbət  kəmiyyət  və 

keyfıyyət  dəyişikliklərinin  dinamikasını  kompleks  təhlil 

edərək  göstərməklə  yanaşı,  həll  edilməsinə  çox  böyük 

ehtiyac  olan təxirəsalınmaz problemlərə  də  diqqəti  cəlb  edir. 

Həmin illərdə məsələlərin bu formada qoyulmasına rəhbərlik 

tərəfındən  heç  də  müsbət  münasibət  bəslənilmədiyi  bir 

şəraitdə A.K.Ələsgərov obyektivliyi ön plana çəkir.

Onun elmi  rəhbərliyi  və bilavasitə  iştirakı  ilə çap  edilmiş 

"Müasir  dövrdə  Azərbaycan  sovet  kəndində  ictimai-iqtisadi 

irəliləmələr" monoqrafıyası respublikada bu problem üzrə ilk 

əsər  idi.  Əsərdə  şəhərlə  kənd  arasındakı  əkslik  və  fərqlərin 

mahiyyəti,  onların  aradan  qaldırılması  yolları  tədqiq 

edilmişdir.

"Kənd  təsərrüfatı  istehsalının  səmərəli  ixtisaslaşdırılması 

məsələləri",  "Azərbaycan  SSR-nin  Qərb  zonasında  kənd 

təsərrüfatının  ixtisaslaşdınlması"  və  1969-cu  ildə  nəşr 

edilmiş  "Kənd  təsərrüfatının  ixtisaslaşması  və  onun  iqtisadi 

effektivliyi"  əsərlərində  bu  problemin  metodoloji,  metodik 

və konkret məsələlərini kompleks işləmişdir.

47



M üəllif  kənd  təsərrüfatı  istehsalının  və  eləcə  də 

üzümçülük 

aqrar-sənaye 

kompleksinin 

kəmiyyət 

və 


keyfıyyət  baxımmdan  inkişafım  təhlil  edərək,  onun  iqtisadi 

səmərəliliyini  və  perspektivini  işləmişdir.  Bu  baxımdan 

"Azərbaycan  SSR-in  üzümçülük xalq təsərrüfatı  kompleksi" 

kitabınm  nəşr  edilməsi  maraqlıdır.  Əsərdə  ilk  dəfə  olaraq 

respublikada  üzümçülük  xalq  təsərrüfatı  kompleksinin 

formalaşmasmm  zəruriliyi,  onun  müasir  vəziyyəti  tədqiq 

edilir, 

iqtisadi 

cəhətdən 

qiymətləndirilir  və 

gələcək 

istiqamətləri elmi baxımdan əsaslandırılır.

"Ərzaq proqramı və onun həyata keçirilməsi yollan"  adlı 

əsərində  respublikada  ərzaq  məhsullanna  tələbatı  müəy- 

yənləşdirərək,  ərzaq proqrammm həyata keçirilməsi yollannı 

və  istiqamətlərini  tədqiq  etmiş,  aqrar-sənaye  kompleksinin 

maddi-texniki  bazasmm  inkişaf  yollarmı  və  kəndin  sosial- 

məişət  həyat  şəraitinin  yaxşılaşdınlması  istiqamətlərini 

müəyyənləşdirmişdir.

Ağasəlim  müəllimin  birbaşa  rəhbərliyi  və  bilavasitə 

iştirakı  ilə  hazırlanıb  nəşr  edilmiş  "Azərbaycan  SSR-in 

respublikalararası  nəqliyyat-iqtisadi  əlaqələrinin  təkmilləş- 

dirilməsinin  bəzi  məsələləri"  adlı  kollektiv  monoqrafıyada 

ictimai  istehsalın  inkişaf  sürətinin  artırılması  və  onun 

səmərəliliyinin yüksəldilməsinin nəqliyyat-iqtisadi  əlaqələrin 

qarşısında duran kompleks  vəzifələrin tam yerinə yetirilməsi 

ilə  əlaqədar  olduğunu  müəyyənləşdirərək,  müəllif  bu 

vəzifələrin həlli  istiqamətləri aydmlaşdınlır.

Respublikada  regional  iqtisadiyyatm  aqrar  bölmələri 

sahəsində müəllifın elmi-tədqiqat işlərinin nəticələri müvafıq

48

direktiv orqanlar tərəfındən yüksək  qiymətləndirilərək tətbiq 



üçün qəbul edilmişdir.

Azərbaycan  SSR-in  elmi-texniki  tərəqqisinin  1986-

2005-ci  illər  üçün  kompleks  proqrammın  mühüm  hissəsi 

olan  respublikanm  xalq  təsərrüfatınm  əsas  istiqamətlərinin 

işlənməsində  aparıcı  müəlliflərdən  biri  kimi,  A.K.Ələsgərov 

perspektivdə 

Azərbaycanm 

sosial-iqtisadi 

inkişafınm 

sürətləndirilməsi,  mülahizə  və konsepsiyanm  işlənməsinə  də 

ciddi  diqqət  vermiş  və  böyük  əmək  sərf  etmişdir.  O,  eyni 

zamanda  respublikanm  görkəmli  iqtisadçı  alimləri  ilə 

birlikdə 

Azərbaycanm 

iqtisadi 

suverenliyi 

haqqında 

konstitusiya  qanununun,  eləcə  də  Azərbaycan  Respublika- 

sının 

iqtisadi 



müstəqilliyi, 

özünümaliyyələşdirmə 

və 

təsərrüfat  hesabına  keçirilməsi  proqramlannm  hazırlan- 



masında iştirak edir.

90-cı  illərdə  müstəqillik  qazanmış  Azərbaycan  Respub- 

likasınm  bazar  iqtisadiyyatı  münasibətlərinə  keçməsi  ilə 

əlaqədar  olaraq  müxtəlif  məsələlərinə  dair  bir  sıra  elmi, 

nəzəri  və  praktiki  əhəmiyyətli  məqalələr  yazıb  çap 

etdirmişdir.  Onlardan  "Bazar  iqtisadiyyatına  keçidin  aktual 

problemləri:  nəzəri-metodoloji  və  sosial-iqtisadi  aspektlər", 

"Bazar  münasibətlərinə  keçid  və  Azərbaycanm  iqtisadi 

inkişafınm  bəzi  problemləri",  "Bazar  münasibətlərinə  keçid 

problemləri",  "Keçid  dövrünün  iqtisadiyyatı:  inkişaf yolu", 

"Müstəqil  Azərbaycan  Respublikası  bazar  iqtisadiyyatma 

keçid  yollarmda",  "Azərbaycan  Respublikasınm  köklü  milli 

iqtisadi  inkişaf problemlərinin həlli  yollan"  və  digər əsərləri 

göstərmək olar.

49



Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə