Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə10/19
tarix08.08.2018
ölçüsü1,79 Mb.
#61988
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

böyük  elmi  təşkilatçılıq  qabiliyyətinə  malik  olduğunu  sübut 

etmişdir.

Bütün  bunlarla  yanaşı,  A.A.Nadirov  uzun  illər  bir  sıra 

məsul  vəzifələri  ictimai  əsaslarla  icra  etmiş  və  indi  də  edir. 

O,  EA  İqtisadiyyat  İnstitutu  nəzdində  yaradılmış,  iqtisad 

elmləri  doktoru  elmi  dərəcəsi  verən  vaxtilə  respublikada 

yeganə ixtisaslaşmış  müdafıə şurasınm  1980-1989-cu illərdə 

sədr müavini,  1990-1998-ci illərdə isə sədri olmuşdur.  Bütün 

bu  vəzifələrdə  işləyərkən  A.A.Nadirov  geniş  ictimai-siyasi 

və  təşkilati  iş  aparmış,  elmin  inkişafında,  elmi  kadrlann 

seçilməsi  və  hazırlanmasında,  dissertasiyalann  obyektiv 

müzakirəsi  və  müdafıəsinin  keçirilməsində  müstəsna  rol 

oynamışdır.  Akademik A.  A. Nadirovun bilavasitə rəhbərliyi 

ilə  50  elmlər  namizədi  və  5  elmlər  doktoru  hazırlanmışdır. 

Hazırda o, 5  aspiranta müvəffəqiyyətlə rəhbərlik edir.

A.A.Nadirov 

keçmiş 

İttifaq 


məkanmda, 

xüsusilə 

Azərbaycanda  iqtisad  elminin  aktual  nəzəri-metodoloji  və 

təcrübi  problemlərinin  tədqiqinə  həsr  olunmuş  800-dən  çox 

elmi  əsərin,  o  cümlədən  monoqrafıya,  kitab  və  kitabçanm 

müəllifıdir.  Bu  əsərlərin  bir  hissəsi  sabiq  ittifaqda  və  başqa 

xarici  ölkələrdə  nəşr  olunmuşdur.  Respublikanm  iqtisadi 

ədəbiyyatında  onun  ilk  dəfə  1965-ci  ildə  çap  olunmuş 

"Sosialist istehsalmm  yerləşdirilməsi"  (rus  dilində)  və  1966- 

cı  ildə  nəşr edilmiş  "Azərbaycan  şəhərlərinin  iqtisadi  inkişaf 

məsələləri"  (rus  dilində)  adlı  fundamental  əsərlərində  ərazi- 

istehsal  kompleksinin  istehsalın  ərazi  təşkilinin  səmərəli 

forması  olması  ilə  bağlı  bir  sıra  prinsipial  nəzəri-metodoloji 

məsələlər  tədqiq  olunmuş,  respublikada  formalaşan  ərazi-

38

istehsal  kompleksləri  və  onlann  formalaşması  səviyyəsi 



müəyyən edilmişdir.

A.A.Nadirov  1966-1981-ci  illərdə  "Azərbaycan  SSR 

Elmlər Akademiyası Xəbərləri  "İqtisadiyyat"  seriyasınm baş 

redaktor  müavini,  1981-ci  ildən  hazırkı  dövrədək  həmin 

jumalın  baş  redaktoru  vəzifəsində  işləyir.  Bütün  bu  müddət 

ərzində  o,  elmi  məqalələrin  dövrün  aktual  problemlərinə 

uyğun  olaraq  seçilməsinə,  vaxtmda  və  keyfıyyətlə  çap 

olunmasına,  gənc  alimlərin,  aspirantlann  məqalələrinin 

qəbul  olunmasma  və  çap  edilməsinə  ciddi  diqqət  yetirir.  O, 

bir  çox  qəzet  və  jum allann,  o  cümlədən  beynəlxalq 



"Oöujecmeo  u 

əkohomukci

"  jumalımn  redaksiya  heyətinin 

üzvüdür.


A.  Nadirov  yuxanda  qeyd  edildiyi  kimi  görkəmli 

tədqiqatçı  alim  olmaqla  bərabər,  həm  də  elmi  işləri  tədrislə 

sıx  əlaqələndirməyi  bacaran  gözəl  müəllimdir.  O,  40  ilə 

yaxındır  ki,  Azərbaycan  Dövlət  Universitetində  (hazırda 

Bakı  Dövlət  Universiteti),  son  illərdə  habelə  başqa  ali 

məktəblərdə müxtəlif iqtisadi  fənlərdən mühazirələr oxuyur. 

Ali  məktəblər  üçün  bir  sıra  dərsliklərin  yazılmasında 

müvafıq  bölmələrin  müəllifı  kimi  iştirak  etmiş  və  elmi 

redaktoru olmuşdur.

A səf  Nadirov  uzun  illər  həm  keçmiş  İttifaq  respub- 

likalannda,  həm  də  bir  çox  xarici  ölkələrdə  (Fransa, 

Hindistan, Türkiyə, İran, Almaniya, Yunanıstan, Macarıstan, 

Belçika  və  s.)  keçirilən  beynəlxalq  simpozium  və  elmi 

konfranslarda  Azərbaycan  iqtisad  elmini  layiqincə  təmsil 

etmişdir.  Bundan  başqa  o,  Azərbaycanda  keçirilən  çoxsaylı 

beynəlxalq,  regional  və  respublika  elmi  forum,  simpozium

39



* —  ■*

və  konfranslanmn  əsas  təşkilatçılanndan  biri  kimi  əsas 

məruzələrb çıxış etmişdir.

A.Nadirovun  əməyi  dövlətimiz  tərəfındən  yüksək 

qiymətləndirilmişdir.  O,  bir  çox  orden  və  medallara,  fəxri 

fərmanlara layiq görülmüşdür.

40

<• —

Ələsgərov Ağasəlim Kərim oğlu

A.K.Ələsgərov  1928-ci  ildə  fəhlə 

ailəsində  anadan  olmuşdur.  1946-cı  ildə 

K.Marks  adma Azərbaycan Dövlət Xalq 

Təsərrüfatı  İnstitutuna  daxil  olmuş  və 

1950-ci 


ildə 

oram 


müvəffəqiyyətlə 

bitirərək,  kənd  təsərrüfatmm  iqtisadiy- 

yatı üzrə ixtisasa yiyələnmişdir.

Həmin  il  o,  dövlət bölgüsünə  əsasən 

Bakı  şəhəri  Xalq  Deputatlan  Sovetinin plan  komissiyasında 

işə  göndərilmiş  və  1953-cü  ilədək  burada  iqtisadçı,  baş 

iqtisadçı,  mənzil-kommunal,  əsaslı  tikinti  şöbələrinin  müdiri 

və  Bakı  şəhəri  uçot-inventarizasiya  idarəsinin  rəhbəri 

vəzifələrində  çalışmışdır.  Respublika  direktiv  orqanlannın 

təklifi 


ilə 

o, 


SSRİ 

Nazirlər 

Sovetinin 

qərarı 


ilə 

M.V.Lomonosov  adına  Moskva  Dövlət  Universitetində 

yaradılmış 

siyasi 


iqtisad, 

fəlsəfə, 

marksizm-leninizm 

müəllimləri  hazırlayan  xüsusi  məktəbi  bitirmiş  və  SSRİ  ali 

məktəblərində 

həmin 


fəndən 

dərs 


demək 

hüququ 


qazanmışdır.

A.K.Ələsgərov  sonra  M.Ə.Əzizbəyov  adına Azərbaycan 

Sənaye İnstitutunun  "Siyasi  iqtisad" kafedrasında müəllimlik 

etməklə  yanaşı,  Bakı  Şəhər  Soveti  İcraiyyə  Komitəsində  də 

çalışır.  Elmə olan böyük arzusunu nəzərə alaraq, Azərbaycan 

EA  Rəyasət heyəti  onu yenidən  Moskva  şəhərinə  SSRİ  EA- 

nm  İqtisadiyyat  İnstitutunun  aspiranturasına  göndərir.  1958- 

ci  ildə  A.K.Ələsgərov  ilk  dəfə  SSRİ-də  "Pambığın  maya 

dəyəri  və  onun  aşağı  salmması  yollan"  (kolxozlann

41



Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə