Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə11/19
tarix08.08.2018
ölçüsü1,79 Mb.
#61988
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

timsalında) 

mövzusunda 

namizədlik 

dissertasiyasım 

müvəffəqiyyətlə  müdafıə  edir  və  ona  iqtisad  elmləri 

namizədi,  elmi  dərəcəsi  verilir.  Bu  zaman  A.K.Ələsgərov 

SSRİ-də  iqtisad  elminin  flaqmam  olan  bu  institutun  aparıcı 

aqrar  alimlərinin  diqqətini  cəlb  edir.  SSRİ  dağılana  kimi  o, 

həmin  institutun  kollektivi  ilə  fəal  əməkdaşlıq  etmiş.  SSRİ 

EA-nın  aqrar  münasibətlər,  dünya  sosialist  sistemi  elmi 

şuralanna üzv seçilmişdir.

Azərbaycan  EA-nın  iqtisadiyyat  bölməsində  kiçik  elmi 

işçi  vəzifəsinə  təyin  edilən  Ağasəlim  müəllim  1958-1967-ci 

illərdə  Elmi-Tədqiqat  İqtisadiyyat  İnstitutunda  elmi  katib 

işləyir. 

1967-74-cü  illərdə  isə  A.K.Ələsgərov  həmin 

institutun  “Siyasi  iqtisadın  ümumi  problemləri”  şöbəsinə 

rəhbərlik  etmişdir.  1961-ci  ildə  ona  SSRİ  Ali  Attestasiya 

Komissiyası  tərəfındən  böyük  elmi  işçi  adı  verilir.  1968-ci 

ildə  "Kənd  təsərrüfatınm  ixtisaslaşması  və  onun  iqtisadi 

effektliyi"  mövzusunda  dissertasiya  müdafıə  edərək  iqtisad 

elmləri  doktoru  elmi  adına  yiyələnir  1989-cu  ildən  isə 

professor  A.K.Ələsgərov  Azərbaycan  EA-nın  müxbir 

üzvüdür.


Onun elmi  marağı və elmi-tədqiqat miqyası çox geniş və 

rəngarəngdir.  Belə  ki,  son  25  il  ərzində  A.K.Ələsgərov 

"Nəqliyyat 

iqtisadi 

əlaqələrinin 

səmərəliliyi", 

"Xalq 

təsərrüfatı  komplekslərinin  optimallaşdırılması",  "Şəhər  və 



kənd  arasında  sosial-iqtisadi  fərqlərin  aradan  götürülməsi", 

"Aqrar  problemlər"  şöbələrinə  rəhbərlik  etmişdir.  1981-ci 

ildə  institutun  direktor müavini  vəzifəsinə  irəli  çəkilir.  1989- 

cu  ildən  1998-ci  ilədək  həmin  institutun  direktoru,  "Xarici 

ölkələrlə iqtisadi  əlaqələr"  şöbəsinə rəhbərlik edərək intensiv

42

elmi-tədqiqat  işlərini  davam  etdirir.  Eyni  zamanda  ölkəmiz 



müstəqillik  qazanan  ilk  günlərdən  o,  bazar  iqtisadiyyatı 

münasibətlərinə  keçid  və  iqtisadi  islahatlann  apanlması  ilə 

də məşğul olur.

A.K.Ələsgərov  yuxanda  göstərilən  şöbələrdə  çalışarkən 

bir  sıra  prioritet  əhəmiyyətli  problemləri  kompleks  tədqiq 

etmişdir.  Yeri  gəlmişkən  qeyd etmək  lazımdır ki,  o,  direktiv 

orqanlann  təklifı  ilə  1974-1978-ci  illərdə  D.Bünyadzadə 

adma  Xalq  Təsərrüfatı  İnstitutunda  elmi  işlər  üzrə  prorektor 

və  "Siyasi  iqtisad"  kafedrasınm  müdiri  vəzifələrində 

işləyərək,  institutda  elmi-tədqiqat  işlərinin  təşkili  və  yüksək 

ixtisaslı  kadrlann  -  ali  təhsilli  iqtisadçılarm,  elmlər 

namizədlərin və elmlər doktorlannm hazırlanması  ilə məşğul 

olur.  Bu  işdə  özünü  yalnız  müsbət  cəhətdən  göstərdiyi  üçün 

direktiv  təşkilatlar  onun  bilavasitə  elmi-tədqiqat  işləri  ilə 

məşğul  olmaq  arzusunu  nəzərə  alaraq,  müsabiqə  yolu  ilə 

Azərbaycan  SSR  EA-nın  İqtisadiyyat  İnstitutuna  keçməsinə 

icazə  vermiş  və  o,  ötən  dövr  ərzində  bu  sahədə  müvəf- 

fəqiyyətlə çalışmaqdadır.

Ağasəlim Ələsgərovun iqtisad elminin tədqiqi və respub- 

likanın  sosial-iqtisadi  inkişafı  sahəsində  maraq  dairəsi 

rəngarəng  olmaqla  çox  genişdir.  O,  elmi  fəaliyyətinin  baş- 

lanğıcından  SSRİ-də  aqrar  sahənin  ən  kəskin  və  aktual 

problemlərindən  biri  olan  kolxozlarda  maya  dəyərinin 

hesablanması  metodikasmm  ilk  dəfə  ölkədə  işlənilməsi, 

istehsal  edilən  kənd  təsərrüfatı  məhsullannm  xərclərinin 

aşağı  salınması  yollan,  istehsal  vahidlərinin  daxili  təsərrüfat 

hesabma  keçirilməsinə  dair  nümunəvi  əsasnamənin  işlən- 

məsi,  maddi  maraq  prinsipinin  tətbiqi,  əmək  məhsul-

43



darlığının yüksəldilməsi,  kənd təsərrüfatı  işlərinin normaları, 

onlann  qiymətləri,  əsas  və  əlavə  əmək  haqlan  verilməsi 

qaydalan  və  digər  vacib  məsələlərin  tədqiqi  ilə  intensiv 

məşğul olmuşdur.

1955-1956-cı  illərdə  A.K.Ələsgərov  SSRİ  EA-nın 

İqtisadiyyat  İnstitutunda  ölkənin  ən  məşhur  nəzəriyyəçi  və 

aqrarçı  alimləri  ilə  birlikdə  ilk  dəfə  iqtisadiyyat  elmində 

kolxozlarda  maya  dəyəri  kateqoriyasmm  obyektiv  olaraq, 

zəruriliyini  və  hesablanması  üsulunun  işlənməsinin  müm- 

künlüyünü  isbat  etmişdir.  O,  1957-ci  ildə  nəşr  etdirdiyi 

"Kolxozlarda  pambığm  və  taxılm  maya  dəyərinin  hesab- 

lanması  məsələləri"  əsərində  maya  dəyərinin  hesablan- 

masının  elmi  baxımdan  iqtisadi  əsasını  və  prinsiplərini 

göstərmişdir.  Sonra problemin ən ağır və mürəkkəb məsələsi 

olan əmək haqqı xərclərinin müəyyənləşdirilməsi üçün əmək 

günlərinin 

sistemlə 

dəqiq 


hesablanması 

və 


onlann 

qiymətləndirilməsini  işləmişdir.  M üəllif  problemin  həllinə 

nail  olmaq üçün  istehlak edilmiş  istehsal vasitələrinə  çəkilən 

xərcləri  müəyyənləşdirmək  məqsədilə  təsərrüfatm  özünün 

istehsal  etdiyi  məhsullardan  sərf  edilən  hissənin  qiymət- 

ləndirilməsi  üsulunu  tədqiq  edərək,  maşm-traktor  stansiya- 

lannın gördüyü işlər üçün sərf edilən xərcləri aydmlaşdırmış, 

toxum,  iş  heyvanlarına  yem  xərcləri,  pul  məsrəfləri, 

amortizasiya 

fondunun 

hesablanması 

və 


yaradılması 

yollarmı  göstərməklə  yanaşı,  təsərrüfatlarda  başa  çatdınlmış 

istehsalı  müəyyənləşdirdikdən  sonra  kolxozlarda  maya 

dəyərinin  hesablanması  metodikasının  respublikada  ilk  dəfə 

işlənməsini  başa  çatdıraraq,  bu  vacib  iqtisadi  kateqoriyanm 

(göstəricinin) tərkibi və kalkulyasiyasım vermişdir.

44

1960-cı  ildə  onun  "Kolxozlarda  pambığın  maya  dəyə- 



rinin  aşağı  salmması  yolları",  1963-cü  ildə  "Kənd təsərrüfatı 

məhsullarınm  maya  dəyəri  və  onun  aşağı  salmması  yolları" 

və başqa kitablan nəşr edilmişdir.

A.K.Ələsgərov respublikada ilk dəfə kolxozlarda istehsal 

vahidlərinə  (briqadalarda,  fermalarda,  yardımçı  müəssisələr- 

də  və  digər  təsərrüfat  bölmələrində)  daxili  təsərrüfat 

hesabınm tətbiqi  üçün göstərilən sahədə tədqiqat işləri  apanr 

və  bir  sıra  elmi  əsərlər  çap  etdirir.  Onlardan  "Kolxozlarda 

təsərrüfat  hesabının  tətbiq  edilməsi  və  maddi  maraq 

prinsipinin bəzi məsələləri",  "Azərbaycan SSR kolxozlarmda 

daxili  təsərrüfat  hesabına  dair  nümunəvi  əsasnamə  və  onun 

tətbiq  edilməsi  üzrə  metodiki  göstərişlər"  və  başqalannı 

göstərmək olar.

Müəllif  müəssisədaxili  təsərrüfat  hesabınm  konkret 

vəzifələrini  müəyyənləşdirmiş,  təsərrüfat  hesablı  bölmələrin 

tərkibini  vermiş,  təsərrüfat  hesablı  istehsal  vahidlərinin 

qarşılıqlı  münasibət  qaydaları  və  kolxozun  idarə  heyəti  ilə 

onlann  əlaqəsi,  məhsul  çıxımınm  artırılması  üzrə  əsas 

təşkilat-texniki  tədbirlər  planınm  tərtibi  qaydalarmı  və 

istehsalat  vahidlərinə  məsariflərin  limitinə  dair  təsərrüfat 

hesabı tapşırıqlarmm verilməsi metodikasmı işləmişdir.

İstehsal  vahidlərində  daxili  təsərrüfat  hesabının  konkret 

olaraq  tədqiq  edilməsinin  tam  təmin  edilməsi  məqsədilə 

A.K.Ələsgərov  respublikanm  bir  sıra  aqrar  sahədə  çalışan 

alimləri  ilə  birlikdə  "Azərbaycan  SSR  kolxozlarmda  əsas 

kənd 


təsərrüfatı 

işlərinin  təxmini 

normaları, 

onların 


qiymətləri,  əsas  və  əlavə  əmək  haqqı  verilməsi  qaydaları"nı 

işləyib  təsərrüfatlarda  tətbiq  etmişlər.  (Bu  əsər  Azərbaycan

45



Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə