Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə19/19
tarix08.08.2018
ölçüsü1,79 Mb.
#61988
1   ...   11   12   13   14   15   16   17   18   19

R

Hacıyev Əhməd Hafiz oğlu

Əhməd  Hafız  oğlu  Hacıyev  1937-ci 

ildə Gürcüstan Respublikasının Qardabani 

rayonunun  Qaracalar  kəndində  anadan 

olmuşdur.  Orta  məktəbi  doğma  Qaracalar 

kəndində  bitirdikdən  sonra  Azərbaycan 

Xalq 

Təsərrüfatı 



İnstitutuna 

(indiki 


ADİU)  daxil  olaraq  təhsilini  davam 

etdirmişdir.  Əhməd  Hacıyev  təyinatla  Azərbaycan  Elmi- 

Tədqiqat  Kənd  Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili 

İnstitutunda  kiçik  elmi  işçi  kimi  işə  başlamış  və  iki  ildən 

sonra Moskvaya aspiranturaya göndərilmişdir.

1967- 


ci  ildə  Moskvada  Ümumittifaq  Elmi-Tədqiqat 

Kənd  Təsərrüfatının  İqtisadiyyatı  İnstitutunda  namizədlik 

dissertasiyası  müdafıə  etmişdir.  Bakıya  qayıdan  Əhməd 

Hacıyev  doğma  institutda  əw əlcə  kiçik  elmi  işçi,  1971-ci 

ildən  isə  şöbə  müdiri  vəzifəsində  işləmişdir.  1980-ci  ildə 

həmin  instituta  direktor  təyin  olunmuşdur.  Əhməd  Hacıyev

1990-1992-ci  illərdə  Elmi  -  Tədqiqat  Kənd  Təsərrüfatının 

İqtisadiyyatı  və  Təşkili  İnstitutunda  şöbə  müdiri  işləmiş,

1992-ci  ildən  hal-hazıra  kimi  Azərbaycan  Dövlət  İqtisad 

İnstitutunun dosentidir.

Əhməd  Hacıyev  Ümumittifaq  miqyaslı,  Zaqafqaziya  və 

Respublika 

konfranslannda 

müvəffəqiyyətlə 

çıxışlar 

etmişdir.  14  nəfər  elmlər  namizədinə  elmi  rəhbər  olmuşdur. 

Onun 200-ə yaxın elmi  əsəri,  20 kitabı çap edilmişdir (2006- 

cı  ildə  «Aqrar-sənaye  kompleksinin  iqtisadiyyatı»,  2011-ci 

ildə 

«Aqrar  sferanın  iqtisadiyyatı  və 



idarəedilməsi»

76

(müştərək)  dərslikləri və  s.).  Ə.  Hacıyevin bir çox elmi  əsəri 



respublikadan  kənarda  -   Moskvada,  Kiyevdə,  Leninqradda, 

Rostovda  və  s.  dərc  olunmuşdur.  Ə.  Hacıyev  elmi-tədqiqat 

işlərinin təbliği  sahəsində də ciddi işlər yerinə yetirmişdir. O, 

keçmiş  SSRİ-də,  respublikada  100-dən  çox  beynəlxalq 

konfrans və  seminarda  iştirak etmiş,  radio-televiziya vasitəsi 

ilə  geniş  təbliğat  işi  aparmışdır.  Əhməd  Hacıyev  dəfələrlə 

SSRİ  Xalq  Təsərrüfatı  nailiyyətləri  sərgisinin  iştirakçısı 

olmuş  və  sərgilərin  gümüş  və  qızıl  medallarma  layiq 

görülmüşdür.  Azərbaycan  Kənd  Təsərrüfatı  Nazirliyinin  və 

Dövlət Plan Komitəsinin Kollegiya üzvü olmuşdur.

O,  keçmiş  ittifaq  və  respublika  səviyyəsində  dərc  edilən 

jumallann, 

Moskvada 

çıxan 


«ƏKOHOMHKa  cejibCKoro 

xo33HCTBa»  və  «XjıonKOBO^CTBO»,  habelə  Ümumittifaq 

Kənd  Təsərrüfatının  İqtisadiyyatı  İnstitutunun  elmi  əsərləri, 

Azərbaycan  Elmlər  Akademiyasınm  «İqtisadiyyat  bölməsi» 

redkollegiyasınm  üzvü  seçilmiş,  Az.ETKTİ  və  Tİ-nin  elmi 

əsərlərinin  baş  redaktom,  «Azərbaycan  Kənd  Təsərrüfatının 

aparılma  sistemi»  (5  kitab)  baş  redaktomnun  müavini 

olmuşdur.

Eyni  zamanda  bir  sıra  müdafıə  şuralarınm  (Azərbaycan 

Elmlər  Akademiyasmm  İqtisadiyyat  İnstitutu,  Azərbaycan 

Xalq  Təsərrüfatı  İnstitutu,  Moskva  İqtisadiyyat  İnstitutunun) 

üzvü olmuşdur.

Ə.Hacıyev pedaqoji  sahədə də ciddi  işlər yerinə yetirmiş, 

aqrar-sənaye  kompleksinin  tədrisi  üzrə  müxtəlif proqramlar 

hazırlamış,  bir  çox  bakalavr  və  magistr  işlərinə  rəhbərlik 

etmiş və hazırda bu istiqamətdə fəaliyyətini davam etdirir.  Ə. 

Hacıyev Az.ETKTİ  və Tİ-na rəhbərlik etdiyi  dövrdə  institut

77



respublikada  fəaliyyət  göstərən  kənd  təsərrüfatı  təmayüllü 

elmi-tədqiqat  müəssisələrinin  və  ali  məktəblərin  müvafıq 

kafedralarmm  fəaliyyətini  koordinasiya  edən  mərkəzə 

çevrilmişdir.  İnstitut  həmçinin  ümumittifaq  institutlan  və 

ümumittifaq  Kənd  Təsərrüfatı  Akademiyasınm  iqtisadiyyat 

bölməsi  ilə  işgüzar  əlaqələr  qurmuşdur.  Bütün  bunlar  öz 

səmərəsini  vermişdir.  Belə  ki,  institut  həm  ölkə  miqyasmda 

tanmmış,  həm  də  respublikanm  aqrar  sahəsinin  intensiv 

inkişafı 

baxımmdan  bir 

sıra 

müvəffəqiyyətlərə 



nail 

olmuşdur.

Ə.  Hacıyevin  instituta  rəhbərliyi  dövründə  Az.ETKTİ 

və  Tİ  dəfələrlə  SSRİ  xalq  təsərrüfatı  nailiyyətləri  sərgisinin 

iştirakçısı  olmuş  və  o,  sərginin  bürünc  medalı  ilə  təltif 

olunmuşdur.  Həmin  dövrdə  institutun  fəaliyyəti  dövlət 

səviyyəsində  yüksək  qiymətləndirilmişdir.  İnstitut  elmi- 

tədqiqat  işlərinin  nəticələrinə  görə  dəfələrlə  yarışlann  qalibi 

olmuş,  bir çox  fəxri  fərmanlar almışdır.  1980-1982-ci  illərdə 

institutun  5  əməkdaşı  müxtəlif  orden  və  medallarla,  o 

cümlədən  Ə.  Hacıyev  «Şərəf  nişanı»  ordeni  ilə  təltif 

edilmişdir.

Ə.  Hacıyev  tərəfındən  kadr  hazırlığına  ciddi  diqqət 

verilmiş,  hər  il  institutun  aspiranturasına  5-8  nəfər  qəbul 

edilmiş,  onların  əksəriyyəti  müdafıyə  etmişdir.  H  Qasımov, 

R.  Məmmədov,  R.  Əliyev,  Ə.  Verdiyev,  İ.  Qarayev,  M. 

Fərzəliyev  doktorluq  dissertasiyalannı  məhz  bu  institutda 

hazırlamış və uğurla müdafıə etmişlər.

78

Qasımov Həsən Allahyar oğlu

Qasımov Həsən Allahyar oğlu  1940-cı 

il  yanvar  ayınm  14-də  Naxçıvan  MR-in 

Babək  rayonunun  Qaraçuxur  kəndində 

(hazırda  Araz  su  qovşağmm  su  anbannın 

altmda qalmışdır) anadan olmuşdur.  1946-

1956-cı 

illərdə 


Qaraçuxur 

kəndinin 

məktəbində  orta  təhsil  almış,  1956-cı  ildə 

K.Marks  adma  Azərbaycan  Dövlət  Xalq 

Təsərrüfatı  İnstitutuna  daxil  olmuş  və  1961-ci  ildə  keçmiş 

S.M.Kirov  adına  ADU-nu  “Mühasibat  uçotu”  ixtisası  üzrə 

bitirmişdir.  1961-1986-cı  illərdə  Azərbaycan  SSR  Elmlər 

Akademiyasınm  İqtisadiyyat  İnstitutunda  laborant,  baş 

laborant,  kiçik  elmi  işçi,  baş  elmi  işçi  və  şöbə  müdiri 

vəzifələrində  çalışmışdır. 

1968-cı  ildən  iqtisad  elmləri 

namizədi,  1985-ci  ildən  isə  iqtisad  elmləri  doktoru  olmuşdur.

1987-ci ildə professor adına layiq görülmüşdür.

1987-1992-ci  illərdə  Azərbaycan  Respublikası  Kənd 

Təsərrüfatı  Nazirliyi  nəzdində  Elmi-Tədqiqat  Kənd  Təsər- 

rüfatınm  İqtisadiyyatı  və  Təşkili  İnstitutunun  direktoru 

olmuşdur.  0 ,  bu  elmi-tədqiqat müəssisəsində rəhbərlik  etdiyi 

müddətdə  institutun  elmi  potensialı  məhsuldar  işləmiş, 

kooperativlərin  yaranması,  təsərrüfat  hesablı  müəssisələr  və 

briqada  podryadınm  kənd 

təsərrüfatına  dair  elmi  praktiki 

təkliflər  hazırlamışdır.  1992-ci  ilin  sentyabnndan  ömrünün 

sonuna  qədər  (1994-cü  il  yanvann  13-ü)  Az.Dİİ-nin  rektom 

işləmişdir.  Professor  H.  A.  Qasımovun  Azərbaycanda  aqrar- 

sənaye kompleksinin maddi-texniki bazasının  formalaşması və

79



inkişafı  sahəsində  çoxsaylı  elmi  məqalə  və  monoqrafiyalann 

müəllifidir,  apanlan  elmi  tədqiqatlarda  əvəzedilməz  rolu 

olmuşdur. Bir neçə monoqrafıyanın, 200-dən artıq elmi məqalə 

və  tezislərin  müəllifidir.  Başlıea  əsərləri:  "Azərbayean  SSR 

kənd  təsərrüfatımn  inkişafinın  mühüm  problemləri".  Bakı: 

"Elm",  1972  (A.K.Ələsgərovla  birgə);  "Təsərrüfatlararası 

kooperasiya və onun problemləri".  Bakı:  "Elm",  1979 (bir qrup 

müəlliflə birlikdə);  "ASK-nın maddi-texniki bazasının səmərə- 

liliyinin yüksəldilməsi" (rus dilində).  Bakı:  "Elm",1982 və  s.

Professor  Həsən  Qasımovun  elmi  axtanşlan  bir  mənalı 

şəkildə APK-mn iqtisadi  səmərəliliyini şərtləndirən  problem- 

lərin  həllinə  istiqamətlənmişdir.  Bu  əsasda  müəllif APK-nın 

maddi-texniki  bazasının  güeləndirilməsi  məsələlərinin  elmi 

əsaslanm işləmiş və tətbiqinə  nail olmuşdur.

Bu  problem  mövzulardan  APK-nm 

maddi-texniki 

bazasınm  metodologiyası  və  metodikasmı,  aqrar  sahə 

strukturlannın 

inkişaf  qanunauyğunluqlannı, 

sahədaxili 

struktur 

yerdəyişmələrinin  dinamikasını, 

material-texniki 

təminatın  sənaye  əsasına  keçirilməsini,  APK-nın  regional 

xüsusiyyətləri  nəzərə  ahnmaqla,  alt  sahələrdə  səmərəliliyin 

müəyyən  edilməsi  kimi  tədqiqat  materiallan  o  zaman  üçün 

ən aktual mövzulardan sayıla bilər.

Professor  H.A.Qasımov  tələbkar  alim,  qayğıkeş  insan, 

vətənpərvər  bir  ziyalı  idi.  Onun  instituta  rəhbərliyi  dövründə 

çoxsaylı  gənc  kadrlann  elmə  cəlb  edilməsi  elmi  potensialı 

gəncləşdirmişdir.

A.H.Qasımov 30-dan çox elmlər namizədinə elmi  rəhbər, 

2  elmlər  doktoruna  elmi  məsləhətçi,  çoxsaylı  kitab  və 

monoqrafiyalann  redaktoru və  məsləhətçisi olmuşdur.

80

Verdiyev Əhməd Çoban oğlu

Əhməd  Çoban  oğlu  Verdiyev  1940- 

cı 

ildə  Tovuz 



rayonunun  İsakənd 

kəndində  kolxozçu  ailəsində  anadan 

olmuşdur.  Ali  təhsilini  S.  Ağamalıoğlu 

adına  Azərbaycan  Kənd  Təsərrüfatı 

İnstitutunda 

almışdır. 

1970-ci 

ildə 


“İqtisadiyyat” 

fakültəsini 

fərqlənmə 

diplomu ilə bitirib,  təyinatla Azərbaycan 

Elmi-Tədqiqat  Kənd  Təsərrüfatınm  İqtisadiyyatı  və  Təşkili 

İnstitutuna  işə  göndərilmişdir.  O,  burada  aspiranturanın 

əyani şöbəsini bitirdikdən  sonra kiçik elmi işçi, baş elmi  işçi, 

şöbə  müdiri,  elmi  işlər  üzrə  direktor  müavini  işləmişdir.

1993-cü  ildən  2001-ci  ilin  mart  ayınadək  həmin  institutun 

direktoru  vəzifəsində  çalışmışdır.  Ə.  Verdiyev  1974-cü  ildə 

elmlər namizədi,  1989-cu ildə elmlər doktoru və  1992-ci  ildə 

professor  adma  layiq  görülmüş,  1999-cu  ildə  Birləşmiş 

Millətlər  Təşkilatınm  Beynəlxalq  İnformatizasiya  Akade- 

miyasının akademiki seçilmişdir.

Professor  Ə.Verdiyevin  elmi-tədqiqat  miqyası  geniş  və 

rəngarəngdir.  Azərbaycan  milli  aqrar  iqtisad  elminin  nəzəri- 

metodoloji  məsələlərinin  öyrənilməsi,  kənd  təsərrüfatmın 

inkişaf  konsepsiyası,  sahə  strukturunun  formalaşdınlması, 

məhsulun  kapital,  fond  və  material  tutumunun  müəyyən- 

ləşdirilməsi,  təsərrüfatçılığın  iqtisadi  mexanizminin  yara- 

dılması,  sahələrarası  kooperasiya  və  inteqrasiya  əlaqələri, 

sahibkarlığın  inkişafı,  rəqabət  qabiliyyətli  təsərrüfatlann 

inkişaf  parametrlərinin  müəyyənləşdirilməsi,  aqrar  bazann

81



formalaşdırılmasınm 

iqtisadi 

mexanizmi 

və 


sairə 

Ə.Verdiyevin  elmi  araşdırmalannm  başlıca  istiqamətləri 

olmuşdur.

Professor  Ə.Verdiyevin  rəhbərliyi  və  bilavasitə  iştirakı 

ilə  "Bazar  iqtisadiyyatı  şəraitində  aqrar-sənaye  kompleksi 

sistemində 

təsərrüfatçılığın 

iqtisadi 

mexanizminin 

formalaşdınlmasınm  elmi  əsasları"  işlənib  başa  çatdırıl- 

mışdır.  Tədqiqat  nəticəsində  kənd  təsərrüfatı  məhsullan 

istehsalınm 

stimullaşdmlmasma, 

kənddə 


sahibkarlığm 

inkişafma,  aqrar-sənaye  kompleksinin  idarə  edilməsinin 

təşkilati  quruluşunun  təkmilləşdirilməsinə,  maliyyə-kredit 

münasibətləri və  investisiya siyasətinə, müəssisələrarası yeni 

kooperasiya  və  inteqrasiya  əlaqələrinin  formalaşdmlmasma, 

yeni  torpaq  münasibətlərinə  və  maddi-texniki  resurslar 

bazarı  və  aqroservis  xidmətinin  təşkilinə  dair  elmi  cəhətdən 

əsaslandmlmış təkliflər və tövsiyələr hazırlanmışdır.

Həmin  təklif  və  tövsiyələrdən  aqrar-sənaye  kompleksi- 

nin  inkişafım  tənzimləyən  qanunçuluq  bazasmm  yaradıl- 

masında,  hökumət  tərəfındən  müvafıq  normativ-hüquqi 

aktlarm qəbulunda və Kənd Təsərrüfatı Nazirliyinin müvafıq 

struktur bölmələrinin  idarəçilik fəaliyyətində  istifadə  edilmiş 

və edilir.

Professor  Ə.Verdiyevin  beynəlxalq  layihələrlə  birgə 

apardığı  tədqiqatlar  onun  elmi  fəaliyyətinin  əsas  istiqa- 

mətlərindən  biri  olmuşdur,  O,  Avropa  Birliyi  Şurasmın 

TASİS proqramı üzrə "Müstəqil  Dövlətlər Birliyi ölkələrində 

ümumi  aqrar  bazann  yaradılması"  layihəsinin  Azərbaycan 

Respublikası  üzrə  məsləhətçi  qrupuna  rəhbərlik  etmişdir. 

Onun 

rəhbərliyi 



altında 

"Müstəqil 

Dövlətlər  Birliyi

82

ölkələrində  kənd  təsərrüfatı  və  ərzaq  məhsulları  ticarətinin 



möhkəmləndirilməsi  prosesinin  müdafıəsi"  mövzusunda 

elmi-tədqiqat  işi  apanlmış,  hazırlanmış  təkliflər  həmin 

layihənin rəhbərliyi tərəfmdən yüksək qiymətləndirilmişdir.

Ə.Verdiyev  Almaniyanm  Texniki  Yardım  Cəmiyyətinin 

"Kənd  təsərrüfatında  özəl  təşəbbüslərin  dəstəklənməsi" 

beynəlxalq  layihəsi  ilə  birgə  tədqiqat  aparmışdır.  Layihə 

Zaqatalada  aqrar  islahatın  aparılmasma  texniki  yardım 

göstərir.  Aparılan  aqrar  islahatın  nəticələri  professor 

Ə.Verdiyevin  rəhbərliyi  altmda  araşdmlmış,  sahibkarlarm 

fəaliyyətləri  təhlil  edilmiş,  qiymətləndirilmiş  və  təkliflər 

hazırlanmışdır.  Həmin  təkliflərin  Şəki-Zaqatala  zonasınm 

digər 


rayonlarında 

istifadəsi 

məqsədəuyğun 

hesab 


edilmişdir.

Professor  Ə.Verdiyev  elmi  fəaliyyəti  dövründə  Azər- 

baycan  Respublikası  Dövlət  Elm  və  Texnika  Komitəsi, 

müvafıq  elmi-tədqiqat  müəssisələri  ilə  də  sıx  əməkdaşlıq 

etmişdir.  O,  respublikanm  apancı  iqtisadçı  alimləri  ilə  birgə 

həmin  komitənin  sədri  görkəmli  alim,  akademik  Azad 

Mirzəcanzadənin  tapşmğı  ilə  "Azərbaycan  Respublikasında 

iqtisadiyyatm  inkişafı  və  iqtisadi  islahatlarm  dərinləş- 

dirilməsinin  əsas  istiqamətləri",  "Günəş  aktivliyi  dövrlərinin 

kənd 


təsərrüfatı 

bitkilərinin 

məhsuldarlığma 

təsirinin 

öyrənilməsi, 

torpağın 

məhsuldarlığmın 

dövriliyinin 

araşdınlması"  mövzularmda  elmi-tədqiqat  işlərini  yerinə 

yetirmişdir.

Azərbaycan 

Respublikası 

Dövlət 

Aqrar 


İslahat 

Komissiyasınm  üzvü  kimi  professor  Ə.Verdiyevin  elmi 

fəaliyyəti  də  diqqətə  layiqdir.  Onun  bilavasitə  iştirakı  ilə

83



"Azərbaycan  Respublikası  Dövlət  Aqrar  İslahatı  Komis- 

siyasının,  Naxçıvan  Muxtar  Respublikası,  rayon  və  yerli 

aqrar islahatı komissiyalannın əsasnamələrinin  layihələri" və 

"Kənd  təsərrüfatı  müəssisələrində  əmlakm  bölünməsi  və 

onun  bir  hissəsinin  bələdiyyə  mülkiyyətinə  verilməsi 

qaydalan"  hazırlanmış,  bu  çox  mühüm  sənədlərdən  aqrar 

islahat  prosesində  respublikanm  bütün  kənd  təsərrüfatı 

müəssisələrində 

istifadə 

edilmiş 


və  edilir. 

Professor 

Ə.Verdiyevin  hazırladığı  "Ölkənin  təbii-iqlim  şəraiti  nəzərə 

alınmaqla  ayn-ayn  bölgələrdə  aqrar  sahənin  inkişaf 

perspektivlərinə 

dair 


elmi 

tövsiyələr"i 

Azərbaycan 

Respublikası  Dövlət Aqrar İslahatı  Komissiyasınm  iclasında 

müzakirə edilərək bəyənilmişdir.

Professor Ə.Verdiyev  "1999-2000-ci  illərdə  Azərbaycan 

Respublikasında  aqrar  islahatlann  dərinləşdirilməsi  və  kənd 

təsərrüfatmda  sahibkarlığın  inkişafına  kömək  göstərilməsinə 

dair"  və  "Azərbaycan  Respublikasının  Ərzaq  təhlükəsiz- 

liyinə  dair"  Dövlət  proqramlannm  layihələrini  hazırlayan 

hökumət  işçi  qrupunun  üzvü  kimi  həmin  layihələrin  icraçı 

müəlliflərindən biri olmuşdur.

Ə.Verdiyev  130-dan  çox  elmi  əsərin  müəllifıdir.  Onun 

ölkədə  və  xaricdə  nüfuzlu  elmi  nəşrlərdə  əsas  fondlardan 

istifadənin  səmərəliliyinin  yüksəldilməsi,  kənd  təsərrüfatı 

təyinatlı  əsas  fondlar üzrə  normativlər,  bazar iqtisadiyyatı və 

qiymət,  aqrar-sənaye kompleksi  sistemində bazar münasibət- 

lərinin  formalaşması,  mülkiyyət  və  yeni  təsərrüfatçılıq 

formalarmm  inkişafı,  qiymətlərin  yaranması  və  kənddə 

sahibkarlıq  fəaliyyətinin  tənzimlənməsi  barədə  əsərləri  dərc 

edilmişdir.  Ə.Verdiyevin nüfuzlu elmi  nəşrlərdə dərc edilmiş

84

əsərlərinə  ölkənin  iqtisadçı  alimləri,  aspirantlar,  dissertantlar 



və başqalan öz tədqiqatlannda istinad edirlər.

Professor 

Ə.Verdiyev 

yüksək 


elmi 

təşkilatçılıq 

qabiliyyətinə  malik  idi.  O,  30  illik  elmi-pedaqoji  fəaliyyəti 

dövründə,  sözün  həqiqi  mənasında,  ölkədə  aqrar  iqtisadçılar 

məktəbi  yaratmışdır.  Ə.  Verdiyevin  elmi  kadrlar  hazırlan- 

ması  sahəsində  də  xidmətləri  böyükdür.  Onun  rəhbərliyi 

altmda  28  nəfər  elmlər  namizədi  adını  almışdır.  O,  pedaqoji 

sahədə  də  az  əmək  sərf  etməmişdir. 

1993-cü  ildən 

Azərbaycan  Dövlət  İqtisad  Universitetində  "Dünya  bazar 

qiymətləri"  fənnindən  mühazirələr  oxumuşdur.  Bir  neçə 

xarici  dövlətlərdə,  o  cümlədən,  Almaniyada,  Belçikada, 

Hollandiyada  və  Albaniyada  xidməti  ezamiyyətlərdə  olmuş 

və qabaqcıl təcrübəni öyrənmişdir.

Professor  Ə.Verdiyev  həmçinin  respublikanın  ictimai 

həyatında  fəal  iştirak  etmişdir.  O,  Azərbaycan  Respublikası 

Dövlət  Aqrar  islahatı  Komissiyasınm  və  Azərbaycan 

Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyinin  Kollegiyasımn 

üzvü  olmuşdur.  Müstəqil  Dövlətlər  Birliyi  ölkələri  üzrə 

ümumi  aqrar bazann yaradılması  işçi  qrupunda  ekspert kimi 

respublikanı  təmsil  etmişdir.  Eləcə  də  o,  institutun  nəzdində 

fəaliyyət  göstərən  elmlər  namizədi  elmi  dərəcəsi  verən 

ixtisaslaşdınlmış 

müdafıə 


şurasmın 

sədri 


olmuşdur. 

Professor Ə.Verdiyev Rusiya Akademiyasınm  "Cəmiyyət və 

iqtisadiyyat"  beynəlxalq jumalının  redaksiya  kollegiyasmın, 

Azərbaycan  Elmlər  Akademiyasının  "İqtisadiyyat-xəbərlər" 

jumalının  və  Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı 

Nazirliyinin  "Aqrar  elm"  jumalının,  "Azərbaycan  Respub- 

likası  nümunəvi  özəl  kənd  təsərrüfatı  müəssisələrinin

85



'  —  \

fermerbri  üçün  məlumat  bülleteni"nin  və  "Fermerin 

kitabçası"  seriyasmm redaksiya heyətinin üzvü olmuşdur.

Professor  Ə.Verdiyev  təşəbbüskar,  yenilikçi,  yüksək 

elmi  təşkilatçılıq  qabiliyyətinə  malik,  səmimi,  obyektiv, 

prinsipial  insan  kimi  respublika  və  yaxın  xarici  ölkələrin 

iqtisadçılan  arasmda hörmət qazanmışdır.  O,  30  illik elmi  və 

pedaqoji  fəaliyyəti müddətində həmişə radio və televiziyada, 

həmçinin  respublika  dövri  mətbuatında  dövlətin  aqrar 

siyasətini təbliğ etmişdir.

2001-ci ilin mart ayında vəfat etmişdir.

86

Salahov Sadıq Vəli oğlu

S.V.Salahov  1946-cı  ildə  Naxçıvan 

MR  Şərur  rayonunda  anadan  olmuşdur. 

Həmin rayonda orta məktəbi bitirdikdən 

sonra  1963-cü  ildə  Politexnik  İnstitu- 

tunun  “Texnologiya”  fakültəsinə  daxil 

olmuş  və  1968-ci  ildə  həmin  instimtu 

bitirərək  mühəndis-texnoloq  ixtisasına 

yiyələnmişdir.

1968-1970-ci 

illərdə 


respublika 

Pambıqtəmizləmə 

Sənayesi  Nazirliyi  müəssisələrində  çalışmış  və  "Rəşadətli 

əməyə görə" yubiley medalı  ilə təltif olunmuşdur.

1970-1971-ci  illərdə  Politexnik  İnstitutunda  müəllim 

işləmiş 


və 

1971-1972-ci 

illərdə 

hərbi 


xidmətdə 

olmuşdur.1972-  1977-ci  illərdə  əmək  fəaliyyətini  Dövlət 



Plan  Komitəsi  Elmi  Tədqiqat  İqtisadiyyat  İnstimt

Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə